Məhkəmə qərarları › İş №2-1(102)-2944/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2944/2025

16.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-2944/2025 16.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan̈Respublikası̈adından Azərbaycan̈Respublikası AlïMəhkəməsinin̈InzibatïKollegiyasının cavabdeḧAzərbaycan̈Respublikasının̈IqtisadiyyaẗNazirliyïyanındäDövlət VergïXidmətïBakı̈şəhərïLokal̈Gəlirlər̈Baş̈Idarəsinə̈qarşı̈iş̈üzrə Q̈Ə̈R̈ÄR̈İ (Açar sözlər : işin hallarının araşdırılması prinsipinin pozulması ) Azərbaycan̈Respublikası AlïMəhkəməsinin̈InzibatïKollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı MMC cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)- ****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı məhkəmə icraatı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. IŞIN̈HALLARI

1. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2024-cü il tarixli **************** saylı qərarı ilə iddiaçıya 2024-cü ilin fevral ayı üzrə əlavə 14.384,88 manat ƏDV hesablanmış və hesablanmanın əsası kimi ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim olunan elektron qaiməfakturalar üzrə aparılan əməliyyatların riskli hesab olunduğuna görə əvəzləşdirilməyə əsas verməməsi göstərilmişdir.

2. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2024-cü il tarixli **************** saylı qərarı ilə iddiaçıya 2024-cü ilin aprel ayı üzrə əlavə 3.340,40 manat ƏDV hesablanmış və hesablanmanın əsası kimi ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim olunan elektron qaiməfakturalar üzrə aparılan əməliyyatların riskli hesab olunduğuna görə əvəzləşdirilməyə əsas verməməsi göstərilmişdir.

3. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2024-cü il tarixli **************** saylı qərarı ilə iddiaçıya 2024-cü ilin yanvar ayı üzrə əlavə 17.577,36 manat ƏDV hesablanmış və hesablanmanın əsası kimi ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim olunan elektron qaiməfakturalar üzrə aparılan əməliyyatların riskli hesab olunduğuna görə əvəzləşdirilməyə əsas verməməsi göstərilmişdir.

4. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2024-cü il tarixli 2419120472860900 qərarı ilə iddiaçıya 2023-cü il üzrə əlavə 16.354,72 manat mənfəət vergisi hesablanmış və hesablanmanın əsası kimi aparılan araşdırma zamanı sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclərin müəyyən edildiyi qeyd olunmuşdur.

IŞ̈ÜZRƏ̈QƏBUL̈EDILMIŞ̈MƏHKƏMƏ̈AKTLARI

a) birinci instansiya məhkəməsində icraat

5. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2024-cü il tarixli **************** saylı, ##.##.2024-cü il tarixli **************** saylı, ##.##.2024-cü il tarixli **************** saylı və ##.##.2024-cü il tarixli 2419120472860900 saylı qərarlarının ləğv olunmasını xahiş etmişdir.

6. Iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş və hazırda mübahisələndirilən qərarlarla hesablamış əlavə vergilərin əsasını iddiaçının vergi orqanının müvafiq qərarı ilə riskli hesab edilən vergi ödəyiciləri ilə apardığı əməliyyatlar təşkil etsə də, müəssisə tərəfindən hər hansı riskli vergi ödəyicisi hesab edilən vergi ödəyicisi kimi qeydiyyata alınmış təşkilatla əməliyyat aparılmamışdır. Belə ki, vergi orqanı iddiaçının 2023-cü ildə əməliyyat apardığı şirkətlərdən üçüncü şəxs1 MMCilə bağlı ##.##.2024-cü il tarixdə, üçüncü şəxs2 MMC ilə bağlı ##.##.2024-cü il tarixdə riskli vergi ödəyicisi hesab edilmələri barədə qərarlar qəbul etmiş və həmin tarixlərdən bu şirkətləri riskli vergi ödəyicisi kimi qeydə almışdır. Vergi orqanının qərarında qeyd edilmiş təşkilatların adının riskli vergi ödəyicisi siyahısına daxil edilməsi iddiaçının müqavilə üzrə apardığı əməliyyatlarından sonrakı dövrə təsadüf edir. Vergi ödəyicisi müqavilə üzrə əməkdaşlıq etdiyi təşkilatın riskli vergi ödəyicisi olub-olmadığını vergi orqanı tərəfindən X1 müvafiq məlumatlar daxil edildiyi andan görür. Iddiaçı hər hansı əməliyyat apardığı vergi ödəyicisinin gələcəkdə riskli vergi ödəyicisi ola biləcəyini əvvəlcədən müəyyən edə bilməzdi.

7. Cavabdeh iddia tələbinə etirazda işin hallarına istinad etmiş, əlavə olaraq qeyd etmişdir ki, hüquqi şəxsin riskli vergi ödəyicisi hesab edilməsi barədə qərar qəbul edilmədiyi halda belə, bu, vergi orqanının iddiaçıya münasibətdə ödənilməli vergilərin azaldılmasına səbəb olan həmin fakta və ya faktlara (əmtəəsiz əməliyyatların aparıldığına və həmin əməliyyatlara əsaslanan xərc sənədlərinin tərtib edildiyinə) istinadla qərar qəbul etmək imkanına təsir etmir.

8. Bakı Inzibati Məhkəməsinin (hakim: N.İ.Abıyev) ## ###### 2024-cü il tarixli, e-*- *(***)-****/**** saylı qərarı ilə iddia təmin edilərək cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2024-cü il tarixli **************** saylı, ##.##.2024-cü il tarixli **************** saylı, ##.##.2024-cü il tarixli **************** saylı və ##.##.2024-cü il tarixli **************** saylı qərarları ləğv edilmişdir.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh heç bir nəzarət tədbiri ilə aşkar etmədiyi halda, iddiaçının mallar aldığı əməliyyatları əmtəəsiz əməliyyatlar kimi qiymətləndirmişdir. Cavabdeh tərəfindən bu yanaşmanın əsası kimi mal satan həmin müəssisələrin mülkiyyətlərində həmin malların olmadığına istinad edilmişdir. Iddiaçı mal alarkən ona mal satan şəxsin həmin malı hansı qaydada aldığına dair heç bir məlumat almaq imkanına malik deyil. Həmçinin belə məlumatlar satıcının kommersiya sirrini təşkil edir və yalnız könüllü şəkildə təqdim oluna bilər. Nəzərə alınmalıdır ki, cavabdeh vergi orqanı əməliyyatın əmtəəsiz olduğuna istinad etmək üçün həmin əməliyyat baş verən anda bunun əmtəəsiz həyata keçirildiyini real olaraq müəyyən etməlidir. Yalnız satıcının mülkiyyətində həmin malın olmaması əməliyyatın əmtəəsiz hesab olunması üçün yetərli sayıla bilməz. Şübhəsizdir ki, əmtəəsiz əməliyyatın iştirakçısı olan hər iki vergi ödəyicisi bu cür pərdələnmiş əməliyyatın baş tutmasında təqsirlidir və bu haldan irəli gələn hüquqi nəticələrə tabedir. Lakin vergi ödəyiciləri arasında baş tutan əməliyyatın, həqiqətən, əmtəəsiz baş tutması halının mötəbər sübutlarla təsdiqini tapması zəruridir. Belə ki, hazırkı işdə olduğu kimi, malın satıcısının idxalında və e-qaimə üzrə alışında məhz həmin malların müəyyən edilməməsi, yəni vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması, özlüyündə birmənalı olaraq əməliyyatın əmtəəsiz baş tutması kimi qiymətləndirilməməlidir. Belə ki, vergi orqanı tərəfindən aparılan inzibati icraat zamanı malların faktiki olaraq təqdim edilib-edilməməsi halı hərtərəfli araşdırılmalıdır (malların mövcudluğuna dair sübutların tələb edilməsi, operativ vergi yoxlaması və ya digər yoxlama tədbirlərinin keçirilməsi və sair). Başqa sözlə, vergi orqanı tərəfindən vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması ilə bağlı bütün hallar əlavə araşdırma aparılmadan əmtəəsiz əməliyyat kimi əlavə vergi öhdəliklərinin yaradılmasına əsas olmamalıdır. Nəzərə alınmalıdır ki, bu cür hallarda sübutetmə yükü IPM-in 14.1-ci maddəsinə əsasən cavabdeh inzibati orqanının üzərindədir. Hazırkı iş üzrə cavabdeh əməliyyatların əmtəəsiz olduğuna dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Eyni zamanda nəzərə alınmalıdır ki, iddiaçı ilə üçüncü şəxs1 MMC və üçüncü şəxs2 MMC arasında mübahisələndirilən qərarların qəbul olunmasına əsas olmuş əməliyyatlar sonuncunun riskli vergi ödəyicisi hesab edilməsi və riskli vergi ödəyiciləri siyahısına daxil edilməsindən əvvəl həyata keçirilmişdir.

10. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

b) apellyasiya instansiyası məhkəməsində icraat

11. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2024-cü il tarixli 3-21-2-3/2-382052/2024 qərarı ilə iddiaçıya 2023- cü il üzrə mənfəət vergisi hesablasnmasına dair yeni qərar qəbul edilmiş və qərarın əsaslandırılmasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** saylı qərarına istinad edilmişdir.

12. Apellyasiya baxışı zamanı iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə ##.##.2024-cü il tarixli **-*-*/*-******/**** nömrəli qərarının ləğv olunmasını xahiş etmiş və ərizə icraata qəbul edilmişdir.

13. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər: G.M.Abbasova /sədrlik edən və məruzəçi/, A.P.Oruczadə və E.Ə.Əliyev) ## #### 2025ci il tarixli, 2 *-*(***)-****/**** nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı Inzibati Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *-*(***)-****/**** saylı qərarı dəqiqləşdirilmiş iddia tələbinə uyğun olaraq, cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsi tərəfindən qəbul edilən ““Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə ##.##.2024-cü il tarixli *-**-*-*/*-******/**** nömrəli Qərarın ləğv edilməsi” kimi qeyd edilməklə dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin nəticəsi və hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, hətta tərəflər arasında baş tutan əməliyyat “əmtəəsiz” olsa idi belə, cavabdeh vergi orqanı iddiaçı barəsində əlavə mənfəət vergisini VM-in 109.9-cu maddəsinin tələblərini pozmaqla hesablamışdır. Belə ki, həmin maddədə təqdim edilən malların (işlərin, xidmətlərin) dəyərinin bu Məcəllənin 14-cü, 14-1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılmalı olması qeyd edilsə də, cavabdeh əməliyyatların məbləğinə qeyd olunan müddəalar nəzərə alınmadan birbaşa 20 faizlə mənfəət vergisi hesablamışdır.

15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.

KASSASIYÄŞIKAYƏTININ̈VƏ̈ONÄQARŞÏETIRAZIN̈DƏLILLƏRI

a) kassasiya şikayətinin dəlilləri

16. Cavabdeh kassasiya şikayətində işin hallarına, iddia tələbinə etirazdakı dəlillərə istinad etmiş, əlavə olaraq qeyd etmişdir ki, iddiaçının əməliyyat apadığı üçüncü şəxs1 MMC və üçüncü şəxs2 MMC məhz iddiaçı ilə apardıqları əməliyyatların riskli olmasına görə riskli vergi ödəyicisi hesab edilmişdir. Həmçinin, həmin qərarlar üçüncü şəxs1 MMC və üçüncü şəxs2 MMC tərəfindən mübahisələndirilməmiş, hər hansı orqan tərəfindən ləğv edilməmişdir.

b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

TƏTBIQ̈EDILƏN̈HÜQUQ

18. Azərbaycan̈Respublikasının̈InzibatïProsessual̈Məcəlləsi: Maddə 12. Işin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ... Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. ... Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.

Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. ... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASIYANIN̈MÜMKÜNLÜYÜ,̈KASSASIYÄBAXIŞININ̈HƏDLƏRI

19. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASIYÄINSTANSIYÄMƏHKƏMƏSININ̈MÖVQEYI

21. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi hissəsində qismən əsaslı olduğundan həmin hissədə təmin edilməli, qərar qismən ləğv edilməklə, iş həmin hissədə təkrar apellyasiya baxışına göndərilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

22. Hazırkı iş üzrə iddiaçı cavabdehin ƏDV-nin hesablanmasına dair ##.##.2024cü il tarixli **************** saylı, ##.##.2024-cü il tarixli **************** saylı, ##.##.2024-cü il tarixli **************** saylı qərarlarını və 2023-cü il üzrə mənfəət vergisinin hesablanmasına dair ##.##.2024-cü il tarixli 3-21-2-3/2-382052/2024 qərarını mübahisələndirir.

ƏDV-nin hesablanması ilə bağlı qeydlər

23. Mübahisələndirilən ##.##.2024-cü il tarixli **************** saylı, ##.##.2024-cü il tarixli **************** saylı, ##.##.2024-cü il tarixli **************** saylı qərarlarla iddiaçıya ƏDV hesablanmasının əsasını iddiaçının əməliyyat apardığı sahibkarlıq subyektlərinin sonradan riskli vergi ödəyicisi hesab edilməsi təşkil edir.

24. Iddianı bu hissədə əsaslı hesab edən apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşan məhkəmə kollegiyası Ali Məhkəmənin Inzibati Kollegiyasının *- *(***)-****/**** saylı üç ulduz nişanı ilə indeksləşdirilmiş qərarına istinad edərək qeyd edir ki, şübhəsizdir ki, əmtəəsiz əməliyyatın iştirakçısı olan hər iki vergi ödəyicisi bu cür pərdələnmiş əməliyyatın baş tutmasında təqsirlidir və bu haldan irəli gələn hüquqi nəticələrə tabedir. Lakin burada xüsusilə vurğulanmalıdır ki, vergi ödəyiciləri arasında baş tutan əməliyyatın, həqiqətən, əmtəəsiz baş tutması halının mötəbər sübutlarla təsdiqini tapması zəruridir. Nəzərə alınmalıdır ki, bu cür hallarda sübutetmə yükü IPM-in 14.1-ci maddəsinə əsasən cavabdeh inzibati orqanının üzərindədir. Belə ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də IPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin IPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər. Nəzərə almaq lazımdır ki, inzibati icraatın gedişində inzibati orqan tərəfindən lazımi araşdırma aparılmadığı halda, sonradan məhkəmədən inzibati icraatı əvəz edəcək qaydada araşdırma aparılmasını tələb etməkdə cavabdeh haqlı sayıla bilməz. Bu, məhkəmənin inzibati orqanı əvəz etməsi ilə nəticələnəcəyi üçün yolverilməzdir. Çünki inzibati məhkəmə icraatı inzibati orqanlar tərəfindən aparılmış inzibati icraat üzərində nəzarəti ehtiva edir. Həmin nəzarət şəxsə münasibətdə mahiyyətcə yeni bir inzibati icraatın aparılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bu mənada, cavabdeh inzibati icraatın gedişində lazımi icraat, yəni obyektiv qərarın qəbulu üçün tələb olunan həcmdə və həddə inzibati icraat aparmadan vergi hesabladıqdan sonra, məhkəmə icraatının gedişində məhkəmə tərəfindən inzibati icraat anlamında araşdırma aparılmasını tələb edə bilməz. Məhkəmə araşdırması inzibati icraatda aparılmalı olan araşdırmanı əvəz edəcək qaydada yox, onu tamamlayacaq qaydada həyata keçirilə bilər. Odur ki, lazımi qaydada aparılmayan inzibati icraat nəticəsində iddiaçı müəssisənin qarşılıqlı əməliyyatının “əmtəəsiz” kimi qiymətləndirilməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır.

Mənfəət vergisinin hesablanması ilə bağlı qeydlər

25. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçıya 2023-cü ilin mənfəət vergisi üzrə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2024-cü il tarixli 2419120472860900 qərarı ilə iddiaçıya 2023-cü il üzrə əlavə 16.354,72 manat mənfəət vergisi hesablanmış və hesablanmanın əsası kimi aparılan araşdırma zamanı sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclərin müəyyən edildiyi qeyd olunmuşdur. Həmin qərarda iddiaçı tərəfindən təqdim edilmiş bəyannamə ilə hesablanan vergi 29562,49 manat, kameral yoxlama ilə müəyyən edilmiş vergi 45.917,21 manat, əlavə hesablanmış vergi 16.354,72 manat göstərilmişdir. Daha sonra apellyasiya icraatında iddiaçı dəqiqləşdirilmiş ərizə verərək 2023cü il 26. üzrə mənfəət vergisinin hesablanmasına dair ##.##.2024-cü il tarixli 3-21-2-3/2- 382052/2024 qərarı mübahisələndirmişdir. Həmin qərarda isə göstərilmişdir ki, əvvəlki kameral yoxlama ilə müəyyən edilən vergi 45.917,21 manat, hazırkı kameral yoxlama ilə müəyyən edilmiş vergi 14.080,18 manat, yəni nəticədə 31.837,03 manat əvvəlki yoxlama ilə müəyyən edilən vergilər azaldılmışdır. Eyni zamanda, qərarın əsaslandırılmasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** saylı qərarına istinad edilmişdir.

27. Işə baxan apellyasiya instansiyası məhkəməsi əmtəəsiz əməliyyatların aparılmasının mötəbər sübutlarla təsdiq edilməməsinə, habelə hətta tərəflər arasında baş tutan əməliyyat “əmtəəsiz” olsaydı belə, cavabdeh vergi orqanının iddiaçı barəsində əlavə mənfəət vergisinin VM-in 109.9-cu maddəsinin tələblərini pozmaqla hesablamasına istinad etsə də, nə əvvəlki “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2024-cü il tarixli 2419120472860900 qərarda, nə də mübahisələndirilən ##.##.2024-cü il tarixli 3-21-2-3/2-382052/2024 qərarda riskli əməliyyatlar əsasında hesablamanın aparılması müəyyən edilmir. Belə ki, ilkin qərarda təsdiq edilməyən xərclərə istinad edilmiş, ikinci qərarda isə vergilər şərti rentabellik norması əsasında hesablanmışdır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddia tələbinin bu hissəsinə münasibətdə işin hallarının araşdırılması prinsipi pozulmuşdur.

28. Işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, onun xidməti vəzifəsindən irəli gəlir.

29. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan, hazırkı mübahisəyə münasibətdə məhkəmə iddiaçıya aid faktların və digər mübahisəli faktiki halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçıya mənfəət vergisi hesablanması ilə bağlı qeyd edilən məqsədlərə cavab verən həcmdə araşdırma aparılmamışdır.

30. Beləliklə, iddiaçıya mənfəət vergisi hesablanması ilə bağlı apellyasiya məhkəməsi tərəfindən qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz.

31. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq noprmaları pozulduğundan, barəsində şikayət verilən qərar “iddiaçıya mənfəət vergisi hesablanması barədə qərarın ləğv edilməsi” hissəsində ləğv edilməli, IPM-in 12.1-ci və 58.7-ci maddələrinin tələblərinin yerinə yetirilməsi üçün iş həmin hissədə təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

32. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARÄALDI:

Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *- *(***)-****/**** saylı qərarı qismən, yəni “cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsi tərəfindən qəbul edilən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə ##.##.2024-cü il tarixli *-**-*-*/*-******/**** nömrəli qərarın ləğv edilməsi” hissəsində ləğv edilsin və eyni hissədə təkrar baxılması üçün iş həmin məhkəməyə göndərilsin. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *- *(***)-****/**** saylı qərarı qalan hissədə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar