Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2945/2024 10.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzilin fərdi yaşayış evi kimi qeydiyyata alınması, evə və torpaq sahəsinə dair reyestrdən çıxarışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 s aylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlakın dövlət reyestrində mənzilin fərdi yaşayış evi kimi qeydiyyata alınması, evə və torpaq sahəsinə dair reyestrdən çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-2735/2024 nömrəli, 16 iyul 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı ŞİH başçısı aparatının Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən “Qeydiyyat vəsiqəsi”nin surətindən görünür ki, ünvan 1 ünvanındakı daşınmaz əmlak X2 xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır və bu barədə müvafiq reyestr kitabının 121-ci səhifəsində 18651 qeydə alma ilə (30 nömrə, 13201) 18 avqust 1995-ci il tarixdə qeydiyyat aparılmışdır.
2. Bakı ŞİH Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən ünvan 1 ünvanına dair X2 adına 25 fevral 1999-cu il tarixdə texniki pasport verilmiş, texniki pasportda Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 23 fevral 1995-ci il tarixli məktubuna, Bakı şəhəri Nəsimi RİH başçısının 272a nömrəli 31 may 1995ci il tarixli sərəncamına və 474-Ə saylı, 23 fevral 1999-cu il tarixli ərizəyə əsasən tərtib olunduğu qeyd edilmiş, daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsinin ölçüsü 1.098 kv.m göstərilmişdir.
3. Bakı şəhəri Nəsimi rayon VVAQ şöbəsi tərəfindən 5 iyul 1948-ci il tarixdə Laçın rayonunda doğulmuş X2 adının “Telli”dən “Zülfiyyə”yə dəyişdirilməsi barədə 25 aprel 2000-ci il tarixdə akt qeydi aparılmış və İ -ЖГ seriyalı 271683 nömrəli “Familiyanın, adın, ata adının dəyişdirilməsi haqında şəhadətnamə” verilmişdir.
4. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın surətindən görünür ki, ünvan 2 ünvanındakı daşınmaz əmlak üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 10 mart 2021-ci il tarixdə qeydiyyata alınmışdır (********** nömrə ilə). İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «daşınmaz əmlakın dövlət reyestrində mənzilin fərdi yaşayış evi kimi qeydiyyata alınması, evə və torpaq sahəsinə dair reyestrdən çıxarışın verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa (**********45-05101-093001 reyestr nömrəli) əsasən Bakı şəhəri, Nəsimi rayonu, X11 küçəsi, ev 2 ünvanında yerləşən 175 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Qeyd olunan daşınmaz əmlak ilkin olaraq mənzil kimi qeydiyyata alınsa da, faktiki olaraq fərdi yaşayış evidir. X4 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 30/143 reyestr nömrəsi ilə verilmiş 25 fevral 1999-cu il tarixli “Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu”nda da daşınmaz əmlak fərdi yaşayış evi kimi nəzərdə tutulmuşdur. Həmçinin, texnik i pasportda torpaq sahəsinin ölçüsü (24.4x45m) qeyd olunmuşdur. Lakin həmin reyestrdən çıxarışda yanlış olaraq daşınmaz əmlakın növü fərdi yaşayış evi kimi deyil, mənzil kimi qeydiyyata alınmışdır. İddiaçı 10 yanvar 2023-cü il tarixli ərizə ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək Bakı şəhəri, Nəsimi rayonu, X11 küçəsi, ev 2 ünvanında yerləşən 175 saylı mənzilin daşınmaz əmlakın dövlət reyestrində fərdi yaşayış evi kimi, torpaq sahəsinin (24.4x45metr, yəni 1098 kv.m) isə xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə çıxarışın və texniki pasportun verilməsini xahiş etmişdir. Lakin cavabdeh 2 mart 2023-cü il tarixli məktubu ilə məsələnin həllindən əsassız ol araq imtina etmişdir. Həmin imtina məktubu rəsmi olaraq poçt vasitəsilə 27 mart 2023-cü il tarixdə iddiaçıya çatdırılmışdır. Cavabdehin imtinasının əsası kimi bildirilmişdir ki, mənzilin fərdi yaşayış evinə keçirilməsi ilə əlaqədar torpaq sahəsinə dair «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Müraciət olunan torpaq sahəsində yerləşən əmlak daşınmaz əmla kın dövlət reyestrində mənzil kimi qeydiyyata alınmışdır. Daşınmaz əmlakın mövcud vəziyyətinə və texniki pasportuna əsasən də müəyyən edilir ki, iddiaçının mülkiyyətində olan əmlak mənzil deyil, fərdi yaşayış evidir. Həmin əmlak otaqlardan, habelə yaşayış ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş evdir və çoxmənzilli bina ilə hər hansı bir əlaqəsi yoxdur. Hesab olunur ki, cavabdehin imtinası qanunsuzdur. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş həmin Siyahının 2.4-cü bəndinə əsasən üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) hüququn əldə edilməsi üçün əsas hesab olunur. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.
7. Bakı İnzibati Məhkəməsinin 14 mart 2024-cü il tarixli, 2-1(112)-1049/2024 saylı qərarı ilə (hakim R.Kərimli) iddia təmin edilərək, İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanındakı daşınmaz əmlakın fərdi yaşayış evi kimi, həmin evin altındakı torpaq sahəsinin (1098 kv.m.) iddiaçının mülki yyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.
8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən daşınmaz əmlakın qeydiyyatında düzəliş olunaraq, həmin əmlak reyestrdə fərdi yaşayış evi qismində qeydiyyata alınmalıdır. Qeyd olunmalıdır ki, tikili fərdi yaşayış evi olduğu halda, onun texniki sənədlərdə əks olunan 1.098 kv.m. ölçüdə həyətyanı torpaq sahəsi «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 88-ci maddəsinə, «Daşınmaz əmlakı n dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanının müddəalarına əsasən iddiaçının mülkiyyətinə keçmiş olur və onun həmin torpaq sahəsinə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin qeyd etmişdir ki, fərdi yaşayış evinə hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı halda, mövcud qanunvericilik bu barədə reyestrdən çıxarışın və “texniki pasport”un verilməsini birmənalı şəkildə nəzərdə tutur. Belə olan halda, məhkəmə hesab etmişdir ki, iddiaçının fərdi yaşayış evinə və onun altındakı torpaq sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından cavabdeh Daşınmaz Əmlak ın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2735/2024 nömrəli, 16 iyul 2024-cü il tarixli qərarı ilə (hakimlər: R.Səmədov /sədrlik edən və məruzəçi/, M.Tağızadə və K.Əkbərov) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin 14 mart 2024-cü il tarixli qərarı İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanındakı daşınmaz əmlakın fərdi yaşayış ev i kimi, həmin evin altındakı torpaq sahəsinin (1.098 kv.m) iddiaçının mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması hissəsində dəyişdirilmiş, İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanındakı daşınmaz əmlakın fərdi yaşayış evi kimi, həmin evin yerləşdiyi (altındakı) torpaq sahəsinin (24,5x24,5metr, yəni 600,25 kv.m) iddiaçının mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşd ur.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
13. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırılmışdır ki, fərdi yaşayış evinə və yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir.
14. İdarədə mövcud olan arxiv məlumatlarına əsasən Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1995-ci il tarixli, 272a saylı sərəncamı ilə X3 adına xx.xx.1995-ci il tarixli qeydiyyat vəsiqəsi verilmişdir. Lakin Bakı şəhər İcra Hakimiyyəti Başçısının 592 saylı, xx.xx.2001-ci il tarixli sərəncamı ilə qeydiyyat vəsiqəsinin verilməsinə əsas olmuş Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1995-ci il tarixli, 272a saylı sərəncamı və sözgedən qeydiyyat vəsiqəsinə əsasən mənzilə dair tərtib edilmiş 30/143 nömrəli, xx.xx.1999-cu il tarixli texniki pasport ləğv edilmişdir. İdarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən yerli baxış zamanımüəyyən edilmişdir ki, müvafiq daşınmaz əmlakda rekonsturksiya işləri aparılmış, arakəsmələr dəyişdirilmişdir.
15. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kassasiya şikayətində, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQU 16. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanl arı tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq e dən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Maddə 10.2. Qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 13.7. Üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır.
17. Azərbayc an Respublikası Mənzil Məcəlləsi: Maddə 12.1. Yaşayış sahələri mənzil hüququnun obyektidir. Maddə 13.1. Yaşayış sahələrinə aşağıdakılar aiddir: yaşayış evi, yaşayış evinin hissəsi, mənzil, mənzilin hissəsi, otaq, bu Məcəllənin 13.5-ci maddəsində nəzərdə tutulmuş yerləşmə vasitələri. 13.2. Otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir. 13.3. bir və ya bir neçə otaqdan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət, çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən strukturca ayrıca sahəsi mənzil hesab edilir.
18. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər... 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şika yəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin inzibati kollegiyasının hazırkı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli, 2-1(103)-2735/2024 saylı qərarla razılaşaraq qeyd etməyi zəruri hesab edir ki, apellyasiya məhkəməsi sözügedən mübahisəni həll edərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq etmiş və bunun nəticəsində qanuni və əsaslı məhkəmə qərarı qəbul etmişdir.
22. Belə ki, iş m ateriallarından göründüyü kimi, Bakı şəhəri, Nəsimi rayon İHB-nın xx.xx.1992-ci 2 tarixli, 380/8 saylı sərəncamı ilə Bakı şəhəri, İnqilab küçəsi, 2 saylı evin ümumi sahəsi 48 kv.m olan mənzili əvəzsiz olaraq X5 xüsusi mülkiyyətinə verilmişdir. 23. 10 iyun 1992-ci ildə alqı-satqı müqaviləsi əsasında həmin mənzil X1. 24. 18 avqust 1995-ci il tarixdə R.T.Hüseynov həmin mənzili anası X7 (hazırkı iddiaçı) bağışlamışdır.
25. Həmçinin iş materiallarından görünür ki, Bakı şəhəri Nəsimi RİH-in 272a nömrəli 31 may 1995-ci il tarixli sərəncamı ilə Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsinin 23 fevral 1995-ci il tarixli 18/03-8/93 nömrəli razılıq məktubu və təsdiq olunmuş layihə əsas götürülərək, inqilab küçəsi, 2 saylı evin 175 saylı mənzilində yaşayan R.Hüseynova mənzilinin yararsız və yaşayış üç ün təhlükəli olduğu nəzərə alınaraq, mənzilin rekonstruksiya etməsinə icazə verilmişdir.
26. Eyni zamanda iş materillarından görünür ki, Bakı ŞİH başçısı aparatının Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının idarəsi tərəfindən verilmiş “Qeydiyyat vəsiqəsi”nə əsasən ünvan 1 ünvanındakı daşınmaz əmlak X2 xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır və bu barədə müvafiq reyestr kitabının 121-ci səhifəsində 18651 qeydəalma ilə (30 nömrə, 13201) 18 avqust 1995-ci il tarixdə qeydiyyat aparılmışdır.
27. Bakı ŞİH Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən ünvan 1 ünvanına dair X2 adına 25 fevral 1999-cu il tarixdə texniki pasport verilmiş, texniki pasportda Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 23 fevral 1995-ci il tarixli məktubuna, Bakı şə həri Nəsimi RİH başçısının 272a nömrəli 31 may 1995ci il tarixli sərəncamına və 474-Ə saylı 23 fevral 1999-cu il tarixli ərizəyə əsasən tərtib olunduğu qeyd edilmiş, daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsinin ölçüsü 1.098 kv.m göstərilmişdir.
28. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli 2-204-02 nömrəli qətnaməsinə əsasən Bakı şəhəri, H.Əliyev (İnqilab) küçəsi, ev 2, mənzil 175-in Nəsimi Rayon İcra Hakimiyyətinin mənzil fonduna verilmişdir (qətnamə iş materiallarında yoxdur).
29. Bununla yanaşı Nəsimi Rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli 2-204-02 nömrəli xüsusi qərardadındakı məlumatlara əsasən (i.v. 118-119): - 1993-cü ilin sonunda qeyd olunan ünvanda yerləşən sahəsi 48 kv.m olan fin tipli 175 saylı mənzil sökülərək, müvafiq icazə və sərəncam olmadan, Bakı şəhəri su, qa z, elektrik və digər səlahiyyətli təşkilatların razılığı olmadan sökülmüş mənzilin yerində 1098 kv.m torpaq sahəsi zəbt edilərək ümumi sahəsi 2523 kv.m olan dörd mərtəbəli yaşayış binasının tikintisinə başlanılmış, Nəsimi RİH-nin rəhbərliyi tərəfindən tikintinin qarşısının alınmasına cəhd edilsə də tikinti davam etdirilərək 1996-ci ildə başa çatdırılmışdır. - 1998-ci ilin fevral ayında Nəsimi RİH-i üzrə saxtakarlıq edilməklə qanunsuz sərəncam imzalanmış və 1995-ci ilin sərəncamın qeydiyyatı kitabında 32,33,34-cü vərəqələr çıxardılıb dəvişdirilməklə əvvəlki tarixə, yəni 31 may 1995-ci il tarixə, 272 «a» saylı aktında qeydiyyatdan keçmişdir.
30. Həmçinin qeyd olunan ünvanda özbaşına tikinti başa çatdıqdan sonra, yəni 25 fevral 1999-cu il tarixdə həmin tikildiyi 30/143 reyestr nömrəsi ilə h eç bir icazə olmadan texniki pasport tərtib olunmuşdur. Özbaşına tikiliyə dair yuxarıda göstərilən tarixdə texniki pasport tərtib olunmasına baxmayaraq mənzil mülkiyyət hüququnun qeydiyyatı kitabında uçota alınmamış və hazırda da əvvəlki, iki otaqlı mənzil kimi qeydiyyatda qalmaqdadır.
31. Eyni zamanda yuxarıda qeyd edilən qətnamə və qərardad əsasında qəbul edilmiş Bakı Şəhər İcra Hakimiyyətinin 592 saylı 10 sentyabr 2001-ci il tarixli sərəncamı ilə qeydiyyat vəsiqəsinin verilməsinə əsas olmuş Bakı Şəhər İcra Hakimiyyətinin 31 may 1995-ci il tarixli, 272a saylı sərəncamı və sözügedən qeydiyyat vəsiqəsinə əsasən mənzilə dair tərtib edilmiş 30/143 nömrəli, 25 fevral 1999-cu il tarixli texniki pasport ləğv edilmişdir.
32. Qeyd edilməlidir ki, sözügedən 592 saylı, xx.xx.2001-ci il tarixli sərə ncam iş materiallarında yoxdur.
33. Eyni zamanda Nəsimi Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 8(006)182/09 nömrəli qərardadına əsasən, məhkəmənin xx.xx.2002-ci il tarixli, 2-204-02 nömrəli qətnaməsinə izah verilmiş, həmin qətnamə ilə Bakı şəhəri, H.Əliyev (İnqilab) küçəsi, ev 2, mənzil 175-in Nəsimi Rayon İcra Hakimiyyətinin mənzil fonduna verilməsi həmin tikiliyə dair mənzil kirayə müqaviləsinin iddiaçı ilə Nəsimi Rayon İcra Hakimiyyəti arasında bağlanılması kimi başa düşülməlidir.
34. Həmin qərardad əsasında qəbul edilmiş Nəsimi Rayon İcra Hakimiyyətinin xx.xx.2009-cu il tarixli, 218 nömrəli sərəncamına görə iddiaçı ilə mənzil icarə müqaviləsi bağlanmışdır. (i.v. 99).
35. Daha sonra həmin mənzil iddiaçının adına özəlləşdirilmiş və iddiaçıya 10 mart 2011-ci il tarixdə qeydiyyat tar ixli çıxarış və texniki pasport verilmişdir. Həmin sənədlərə əsasən üzərində mülkiyyət hüququ tanınmış daşınmaz əmlakın ümumi sahəsi 2518,40 kv.m-dir. Tikinti altı sahə isə 0,05929 kv.m göstərilmişdir.
36. Texniki pasportda birinci mərtəbənin eni və uzunu 24,5 x 24,5 metr ölçüdə qeyd edilmişdir (i.v.111).
37. Birinci instansiya məhkəməsinin 17 avqust 2023-cü il tarixli qərardadı ilə "xxxx" MMC-dən aşağıdakı məsələ üzrə mütəxəssis rəyinin alınması qərara alınmışdır: - Bakı şəhəri, Nəsimi rayonu, X11 küçəsi, ev 2, mənzil 175 ünvanında yerləşən binanın əlamətlərinə görə “mənzil” və ya “fərdi yaşayış evi” olmasının müəyyən edilməsi (mərtəbəliyi, giriş-çıxış imkanları, həyətyanı sahəsi və s. göstərilməklə).
38. Bununla əlaqədar olaraq "xxxx" MMC-nin məhkəməyə təqdim olunmuş MB16/1396 nömrəli rə yində qeyd olunmuşdur: “Ekspert qarşısında qoyulmuş sual üzrə Bakı şəhəri, Nəsimi rayonu, X11 küçəsi, ev 2, mənzil 175 ünvanında yerləşən binaya baxış keçirilmiş və müəyyən edilmişdur ki, yaşayış binası 4+zirzəmi mərtəbədən ibarətdir. Yaşayış binasının həyətyanı sahəsi, həyətyanı sahəyə ayrıca çıxışı var. Torpaq sahəsi texniki pasportda da öz əksini tapmışdır (24,4m x 45 m). Yaşayış binası hasara alınmışdır və dəmir darvazası var. Bu xüsusiyyətləri nəzərə alaraq, qanunvericiliyin tələblərinə, eləcə də daşınmaz əmlakın mövcud vəziyyətinə əsasən yaşayış binasının çoxmənzilli yaşayış binasına heç bir əlaqəsinin olmadığı, fərdi yaşayış evi olduğu müəyyən edilmişdir.”
39. Bununla bağlı apellyasiya məhkəməsi doğru olaraq qeyd etmişdir ki, hazırkı İddiaçı ünvan 4 ünvanındakı daşınmaz əmlak üzərin də mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Sözügedən daşınmaz əmlakın həmin qeydiyyatı “mənzil” kimi aparıldığından, iddiaçı həmin qeydiyyatda düzəliş olunaraq, əmlakın “fərdi yaşayış evi” qismində əks olunmasını və bununla yanaşı evin altındakı torpaq sahəsinə mülkiyyət hüququnun da qeydiyyata alınmasını istəyir.
40. Bununla yanaşı apellyasiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçıya məxsus əmlakın ünvanı “H.Əliyev küçəsi, ev 2, mənzil 175” göstərilsə də, məhkəmənin həmin ünvanda (H.Əliyev küçəsi 2) neçə mənzilin mövcud olması (qeydiyyata alınması) barədə məlumatın verilməsinə dair sorğusunu qeydiyyatı və ünvan reyestrini aparmaqda səlahiyyətli orqan kimi çıxış edən hazırkı cavabdeh cavablandırmamışdır. Bu isə belə nəticə yaradır ki, həmin ü nvanda digər mənzillərin olması müəyyən edilmir.
41. Bununla əlaqədar apellyasiya məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, İddiaçı mülkiyyətində olan daşınmaz əmlak (H.Əliyev küçəsi, ev 2, mənzil 175) göstəricilərinə görə Mənzil Məcəlləsində təsbit olunmuş “mənzil” anlayışı ilə deyil, “yaşayış evi (fərdi ev)”lə uzlaşır.
42. Bununla yanaşı apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, X11 küçəsi, ev 2, mənzil 175 ünvanında yerləşən torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir.
43. Lakin məlum olduğu kimi, apelyasiya baxışı zamanı iddiaçı tərəf ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək iddia tələbinin – mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, X11 küçəsi, ev 2 ünvanında yerləşən 175 saylı mə nzilin daşınmaz əmlakın dövlət reyestrində fərdi yaşayış evi kimi, həmin evin yerləşdiyi (altındakı) torpaq sahəsinin (24,5x24,5metr, yəni 600,25 kv.m) isə xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınaraq, bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri” publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi kimi nəzərə alıb bu barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizəsi məhkəmə kollegiyası tərəfindən icraata qəbul edilmişdir.
44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin dəqiqləşdirilmiş iddia tələbinin əsaslı olması barədə gəldiyi nəticə qanuni və əsaslıdır.
45. Belə ki, «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.
46. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 88-ci maddəsinin 1-ci və 3-cü hissələrinə əsasən tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sah əsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. Torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya, o cümlədən fərdi yaşayış evinə, habelə qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (fərdi yaşayış evini) və ya qurğunu əldə edənə keçir. Torpaq sahəsinin bina (fərdi yaşayış evi) və ya qurğu yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. 47. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə görə 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır.
48. Həmin Qanunun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - (8.0.5) 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; - (8.0.8) bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər.
49. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur.
50. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
51. Həmin Qanunun 13.7-ci maddəsinə görə üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır.
52. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə “«Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmişdir. Siyahıda nəzərdə tutulmuş sənədlər sırasına aşağıdakılar da aiddir: Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaş ayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair – üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 1 yanvar 2001-ci il tarixədək tərtib olunmuş texniki pasport (texniki pasportda həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda).
53. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 12.1-ci maddəsinə əsasən yaşayış sahələri mənzil hüququnun obyektidir.
54. Həmin Məcəllənin 13.1-ci maddəsinə əsasən yaşayış sahələrinə aşağıdakılar aiddir: yaşayış evi, yaşayış evinin hissəsi, mənzil, mənzilin hissəsi, otaq, bu Məcəllənin 13.5-ci maddəsində nəzərdə tutulmuş yerləşmə vasitələri.
55. Həmin Məcəllənin 13.2-ci maddəsinə görə otaqlardan, habelə yaşa ma ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir.
56. Həmin Məcəllənin 13.3-cü maddəsinə görə bir və ya bir neçə otaqdan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət, çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən strukturca ayrıca sahəsi mənzil hesab edilir. 57. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 13.7-ci maddəsinə müvafiq olaraq, üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır.
58. Kassasiya şikayətinin Bakı Şəhəri İcra Hakimiyyə tinin 592 saylı, 10 sentyabr 2001-ci il tarixli Sərəncamı ilə qeydiyyat vəsiqəsinin verilməsinə əsas olmuş Bakı Şəhəri İcra Hakimiyyəti 31 may 1995-ci il tarixli, 272a saylı sərəncamı və sözügedən qeydiyyat vəsiqəsinə əsasən mənzilə dair tərtib edilmiş 30/143 nömrəli, 25 fevral 1979-cu il tarixli texniki pasportun ləğv edilməsi dəlilinə gəlincə, məhkəmə bu dəlili əsassız hesab edir.
59. Belə ki, iş materiallarından göründüyü kimi, Bakı Şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin Başçısının 218 saylı, xx.xx.2009-cu il tarixli sərəncammı ilə Bakı şəhəri, Nəsimi rayonu, X11 küçəsi, ev 2 ünvanında yerləşən 175 saylı mənzilinin icarə müqaviləsinin İddiaçı ilə bağlanması və onun həmin mənzilin icarədarı hesab edilməsi qərara alınmış və bundan sonra iddiaçıya DƏDRX tərəfindən xx.xx.2011-ci il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış və texniki pasport verilmişdir. Həmin çıxarış və texniki pasport hal-hazırda qüvvədədir.
60. Eyni zamanda cavabdehin digər dəlili, yəni müvafiq daşınmaz əmlakda rekonstruksiya işlərinin aparılması, arakəsmələrin dəyişdirilməsi barədə dəlili də əsassızdır, belə ki, sözügedən hallar qeydiyyatın aparılmasından imtina üçün əsas ola bilməz.
61. Hətta fərz edilsə belə ki, həmin texniki pasport yoxdur (halbuki bu belə deyil), “Torpaq islahatı haqqında” qanunun 9-cu maddəsinə görə fərdi yaşayış evinin altında olan torpaqlar qanunvericilikdə müəyyən olunmuş qaydada əvəzsiz olaraq vətəndaşların mülkiyyətinə verilməlidir.
62. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instans iyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
63. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2735/2024 nömrəli, 16 iyul 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.