Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2947/2018 17.12.2018 ALİ MƏHKƏMƏ -1(102)-2947/2018 QƏRARDAD Kassasiya şikayətinin mümkünlüyünün yoxlanılması üzrə Bakı şəhəri “17” dekabr 2018-ci il Mən, Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi İ.Dadaşov cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafıə Fondunun Ağsu rayon şöbəsinin kassasiya şikayətini nəzərdən keçirərək Müəyyən etdim: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafıə Fondunun Ağsu rayon şöbəsinə qarşı iddia iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, 1970-1996-cı illərdə Ağsu rayon Ərəbuşağı kəndi “Özbəkistan” kolxozunda, 20.12.1996-cı il tarixdə n 31.12.2005-ci il tarixədək univermaqda gözətçi işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 27 iyun 2018-ci il tarixli 2-1(84)1126/2018 saylı qərarı ilə iddia tələbi qismən təmin edilərək, cavabdeh Dövlət Sosial Müdafiə Fondu Ağsu rayon şöbəsinin üzərinə İddiaçı 1970-1973 və 1977-1996-cı illərdə “Özbəkistan” kolxozunda, 20.12.1996-cı il tarixdən 31.12.2005-ci il tarixədək Ağsu rayon İstehlak Cəmiyyətinin univermağında gözətçi işlədiyi illərin onun sosial sığorta stajına daxıl edilməsi vəzifəsi qoyulmuşdur (hakim R.A.Məcidov). Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10 oktyabr 2018-ci il tarixli, 2-1(103)-515/2018 saylı qərarı ilə (səd rlik edən G.Q.Abbasov, hakimlər R.R.Rəfiyev və E.Ş.Hüseynov) cavabdeh Dövlət Sosial Müdafıə Fondunun Ağsu rayon şöbəsinin apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 27 iyun 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10 oktyabr 2018-ci il tarixli qərarından cavabdeh Dövlət Sosial Müdafıə Fondunun Ağsu rayon şöbəsi tərəfindənAzərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətini nəzərdən keçirərək hesab edirəm ki, kassasiya şikayəti vəkil tərəfindən tərtib edilmədiyi və şikayətə vəkilin orderi əlavə edilmədiyi üçün mümkün sayılmamalı, onun qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 90.3-cü maddəsinə əsasən bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə görə kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.1.3-cü maddəsinə kassasiya şikayəti nə vəkilin orderi əlavə edilməmişsə kassasiya şikayəti qaytarılmalıdır. İş materiallarından görünür ki, cavabdehin kassasiya şikayəti vəkil tərəfindən tərtib edilməmiş, imzalanmamış, şikayətə vəkilin orderi əlavə edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.2-ci maddəsinə əsasən Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Həmin Məcəllənin 96.3-cü maddəsinə əsasən kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 96.3-cü maddəsini rəhbər tutaraq Qərara aldım: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafıə Fondunun Ağsu rayon şöbəsinin kassasiya şikayəti mümk
Məhkəmə qərarları › İş №2-1(102)-2947/2018
Ali Məhkəmə Qərardad — İş №2-1(102)-2947/2018
17.12.2018 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver