Məhkəmə qərarları › İş №2-1(102)-2949/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2949/2023

13.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2949/2023 13.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X19 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünlük şərti; mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarının mövcudluğu) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikas ının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X19 18 saylı Zaqatala Ərazi İdarəsinə (üçüncü şəxs Nümayəndə) qarşı “X3 adına 13 noyabr 2009-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə 7 nömrəli reyestr kitabının 95 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair MH seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın 0,20 ha torpaq sahəsinə dair hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-287/2023 nömrəli, 15 sentyabr 2023-cü il tarixli qərarından cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Çıxarışın təsdiq olunmuş surətinə əsasən, Zaqatala rayon Bazar kəndində mülkiyyətində olan 0,20 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X3 adına daşınmaz əmlakın dövlət reyestrində 7 nömrəli reyestr kitabının 95 nömrəli vərəqində qeydiyyata alınmışdır

2. Çobankol kənd İƏD-nin xx.xx.2009-cu il tarixli, 1280 nömrəli arayışının təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, Bazar kənd ərazi nümayəndəliyinin 12 nömrəli təsərrüfatbaşına kitabının 959-cu səhifəsində X3 adına 1964-cü ildə tikilmiş fərdi yaşayış evi və 0,20 ha həyətyanı torpaq sahəsi vardır.

3. A seriyalı 197360 nömrəli plan-ölçü sənədinin təsdiq olunmuş arxiv nüsxəsindən görü nür ki, Zaqatala rayon AİK-nın xx.xx.2003-cü il tarixli, 110 saylı qərarı ilə 2000 kv.m həyətyanı torpaq sahəsi X5 ayrılmışdır.

4. İş üzrə üçüncü şəxs tərəfindən təqdim olunmuş xx.xx.2010-cu il tarixli bağışlama müqaviləsinin surətindən görünür ki, X1 rayonu Bazar kəndində mülkiyyətində olan 0,20 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evini Nümayəndə bağışlamışdır.

5. Çobankol İƏD nümayəndəliyin xx.xx.2010-cu il tarixli, 296 nömrəli arayışının surətindən görünür ki, nümayəndəliyin 11 saylı təsərrüfatbaşına kitabının 71-ci səhifəsindəki qeydlərə əsasən Bazar kənd sakini X5 məxsus təsərrüfatda 1964-cü ildə tikilmiş fərdi yaşayış evində X10 və X7 adları qeyd olunmuşdur. 6. xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 1 ində olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,20 ha torpaq sahəsi iş üzrə üçüncü şəxs Nümayəndə xüsusi mülkiyyətindədir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

7. İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 adına 13 noyabr 2009-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə 7 nömrəli reyestr kitabının 95 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair MH seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın 0,20 ha torpaq sahəsinə dair hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişlər.

8. İddia tələbi onunla əsaslandırılmışdı r ki, X2nun ünvan 1ində fərdi yaşayış evi olmuşdur. Torpaq islahatı aparıldığı dövrdə, yəni 1996-cı ildə həmin təsərrüfatda X10, X14, İddiaçı1 və İddiaçı2 qeydiyyatda olmaqla orada yaşamışdır. Zaqatala rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli, 110 saylı qərarına əsasən X2na məxsus fərdi yaşayış evinə aid 0,20 ha həyətyanı torpaq sahəsi X10, X14, İddiaçı1 və İddiaçı2 ümumi birgə mülkiyyətinə verilmişdir və hazırda həmin qərar qüvvədədir. Lakin 13 oktyabr 2009cu il tarixdə X2nun ünvan 1ində yerləşən fərdi yaşayış evi üzərində hüquqları dövlət qeydiyyatına alınan zaman torpaq sahəsinin yeganə mülkiyyətçisi kimi X10 göstərilmişdir. Aparılan araşdırma əsasında isə məlum olmuşdur ki, X2 iddiaçıların razılığı və xəbəri olmadan həmin evi və yerləşdiyi 0,20 ha torpaq sahə sini 08 aprel 2010-cu il tarixli bağışlama müqaviləsinə əsasən Nümayəndə bağışlamış və sonuncunun həmin əmlak üzərində hüquqları 29 sentyabr 2011-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, MA seriyalı ******* nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"la rəsmiləşdirilmişdir. İddiaçılar hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onların müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********65 nömrəli imtina məktubunda qeyd etmişdir ki, ərizə əsasında qeyd olunan məsələnin həlli 18 saylı Zaqatala Ərazi İdarəsinin səlahiyyətləri daxilində deyildir.

9. Cavabdeh tərəfindən iddia ərizəsinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, ünvan 1i ünvanında 0,20 ha torpaq sahəsi və həmin torpaq sahə sində yerləşən fərdi yaşayış evi 13 noyabr 2009-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla X3 adına rəsmiləşdirilmişdir. Daha sonra notariat qaydada təsdiqlənmiş 08 aprel 2010-cu il tarixli, 4Ə-109 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən həmin daşınmaz əmlak X11 hədiyyə edilmiş və həmin əmlak üzərində X8 tam mülkiyyət hüququ 29 sentyabr 2011-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Məlumat üçün bildirilir ki, ləğv edilmiş DTXK tərəfindən idarəyə təqdim edilmiş elektron baza məlumatlarında (DBF siyahılarında) X3 adına hazırlanmış A seriyalı, 197360 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən 0,20 ha torpaq sahəsinə dair X3, X12, X15 və İddiaçı2 İsa qızının adları qeyd olunmuşdur. Bundan sonra, iddiaçılar İddiaçı1 və İdd iaçı2 cavabdeh 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı (3-cü şəxs X16) “X2na məxsus olmuş ünvan 1ində fərdi yaşayış evinin yerləşdiyi 0,20 ha torpaq sahəsi üzərində mərhum X6, İddiaçı1 və İddiaçı2 ümumibirgə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməsi” tələbinə dair iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdirlər. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 27 avqust 2019-cu il tarixli, 2-1(84)-817/2019 nömrəli qərardadı ilə iddiaçıların iddia ərizəsi geri götürülmüş sayılmış və iş üzrə icraata xitam verilmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh 18 saylı Zaqatala Ərazi İdarəsinə və 3-cü şəxs X11 qarşı “X3 adına 13 noyabr 2009-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə rəsmiləşdirilmiş MH seriyalı, ******* nömrəli çıxarışın 0,20 ha torpaq sahəsinə dair hissədə etibarsız sayılması, o cümlədən 08 aprel 2010-cu il tarixli, 4Ə-109 reyestr nömrəli bağışlanma müqaviləsinin və 3-cü şəxs X8 adına 29 sentyabr 2011-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə rəsmiləşdirilmiş MA seriyalı, ******* nömrəli çıxarışın 0,20 ha torpaq sahəsinə dair hissədə ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Zaqatala rayon Məhkəməsinə müraciət etmişdirlər. Zaqatala rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(033)-90/2020 nömrəli qətnaməsi ilə iddiaçıların həmin iddia tələbi rədd edilmişdir. Zaqatala rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(033)-90/2020 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti vermişdirlər. Ş əki Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(107)-1094/2020 nömrəli qətnaməsi ilə iddiaçıların apellyasiya şikayəti təmin olunmamış və Zaqatala rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(033)-90/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(107)-1094/2020 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 kassasiya şikayəti vermişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh 18 saylı Zaqatala Ərazi İdarəsinə (3-cü şəxs Nümayəndə) qarşı “A seriyalı, 197360 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində düzəliş edilərək, həmin sənəddə X10 ilə yanaşı, X14, İddiaçı1 və İddiaçı2 da mülkiyyətçi kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə Şəki İnzibati Məhkəm əsinə müraciət etmişdirlər. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(116)686/2022 nömrəli qərardadı ilə iddiaçıların iddia ərizəsi mümkün sayılmamışdır.

10. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-503/2023 nömrəli qərardadı ilə Nümayəndə iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb olunmuşdur.

11. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-503/2023 nömrəli, 02 mart 2023-cü il tarixli qərarı ilə (hakim F.İsmayılzadə) iddia tələbi təmin edilmiş, X3 adına 13 noyabr 2009-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə 7 nömrəli reyestr kitabının 95 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair MH seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın 0,20 ha torpaq sahəsinə dair hissədə ləğv edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X19 18 saylı Zaqatala ərazi idarəsinin üzərinə qoyulmuşdur.

12. Məhkəmə qeyd etmişdir ki, iddiaçıların adı 1996-2000-ci illərə dair təsərrüfatbaşına kitablarında, həmçinin subyektlər siyahısında qeyd edildiyi halda, torpaq sahəsi barədə mülkiyyət hüququna dair qeydiyyat aparılarkən və həmin qeydiyyat əsasında çıxarış rəsmiləşdirilərkən iddiaçıların məlumatları daxil edilməmiş, torpaq sahəsinin mülkiyyətçisi olaraq yalnız X3 adı qeyd olunmuşdur. Bununla da iddiaçıların mülkiyyət hüququ pozulmuşdur.

13. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddiaçının t ələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdehin imtinası əsassız olmuşdur, iddianın təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla və iddiaçının hüquqlarını pozmuşdur.

14. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

15. Üçüncü şəxs həmin qərardan apellyasiya şikayəti verərək, qərarının ləğv edilməsini və iddianın mümkün sayılmaması və ya iddia tələbinin rədd edilməsi barədə qərar və ya qərardad qəbul edilməsini xahiş etmişdir. b) apellyas iya instansiyası məhkəməsində icraat

16. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-287/2023 nömrəli, 15 sentyabr 2023-cü il tarixli qərarı ilə (hakimlər: V.Məlikov /sədrlik edən və məruzəçi/, R.Rəfiyev və E.Hüseynov) apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

18. Üçüncü şəxs həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

19. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edi lməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

20. Üçüncü şəxsin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı mübahisə ilə bağlı tərəflər arasında analoji iddia tələbi ilə əlaqədar Zaqatala rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(033)-90/2020 saylı qətnaməsi, həmin qətnaməsinin dəyişdirilmədən saxlanılmasına dair Şəki Apelyasiya Məhkəməsinin 2(107)-1094/2020 saylı qətnaməsi və həmin qətnamələrin dəyişdirilmədən saxlanılmasına dair Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli 2(102)-75/2021 saylı qərarları vardır.

21. Lakin Apelyasiya məhkəməsi öz qərarında apelyasiya şikayətində qeyd olunan bu dəlilləri ümumiyyətlə qeyd etməmiş və şikayətin bu dəlillərinə heç bir hüquqi qiymət verməmişdir. Sanki apelyasiya şi kayətində belə bir dəlillər göstərilməmişdir. Apelyasiya məhkəməsinin qərarından görünür ki, Apelyasiya məhkəməsi qanuni qüvvəyə minmiş mövcud qətnamələrin olmasını nəzərə almamışlar.

22. Əsas maraqlısı da odur ki, eyni tərəflər arasında olan eyni mübahisəyə apelyasiya məhkəməsinin eyni hakimləri baxaraq ümumiyyətlə əvvəllər baxdığı mübahisəyə sonradan əks məzmunlu qərar qəbul etmişlər.

23. İPM-nin və MPM-nin tələbləri Apelyasiya Məhkəməsi tərəfindən kobud şəkildə pozulmuşdur. Belə ki İPM-nin 1.2-ci maddəsində qeyd olunur ki, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bil ər.

24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində qeyd olunmuşdur ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. MPM-in 82.3-cü maddənin tələbləri pozulmuşdur.

25. İşə əlavə edilmiş Zaqatala rayon məhkəməsinin eyni mübahisə ilə olan xx.xx.2020-ci il tarixli qətnaməsinə baxdıqda görünür ki, qaldırılmış iddianın əsası və əsaslandığı sübutlar eyni sübutlardır.

26. Belə ki, Zaqatala rayon Məhkəməsinin qətnaməsində qeyd olunmuşdur ki, “DBF” siyahılarındakı subyektlərin adları texniki səhv aşkar edildiyi üçün ərazi nümayəndəliyinin 2019-cu il tarixli 1150, 1151, 1152 və 1153 nömrəli arayışlarına əsasən düzəl iş edilmişdir. Eyni sübutlar Apelyasiya Məhkəməsinin hazırda şikayət verdiyimiz xx.xx.2023-cü il tarixli qərarında da qeyd olunmuşdur.

27. Həmin dəlillər əsasında Zaqatala rayon məhkəməsi xx.xx.2020-ci il tarixli qətnaməsində qeyd etmişdir ki, iddia ərizəsində göstərilən dəlillər əsassız olduğundan iddia tələbi təmin edilə bilməz, ilk öncə ona görə ki iddiaçılar mübahisəli torpaq sahəsinin onların da mülkiyyətinə verildiyini məhkəmədə sübut edə bilmədilər. Məhkəmə qeyd edir ki, X3 qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlət tərəfindən əvəzsiz olaraq verilməsi nəticəsində yaranmışdır. X24 haqlı olaraq Aqrar İslahat Komissiyasının qərarı ilə verilən torpaq sahəsini öz adına çıxarış almaqla rəsmiləşdirmişdir. Aqrar İslahat Komissiyasının həmin çıxarışın verilməsinə əsas olan qə rarı ləğv edilməmiş və həmin qərar ləğv edilmədən həmin çıxarışın mövcudluğu iddiaçının hər hansı bir hüququnun pozulması kimi dəyərləndirilməməlidir.

28. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarı ilə ləğv edilmiş X3 adına 13 noyabr 2009-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə 7 nömrəli reyestr kitabının 95 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair MH seriyalı, 008403nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (0,20 ha torpaq sahəsinə dair) xx.xx.2010-cu il tarixli bağışlama müqaviləsinə əsasən X1 rayonu, Bazar kəndində mülkiyyətində olan 0.20 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evini Nümayəndə ba ğışlamış, onun adına daşınmaz əmlakın dövlət reyestrində 7 nömrəli reyestr kitabının 95 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2011-ci il tarixdə qeydiyyata alınmış çıxarış verilmişdir. həmin çıxarış hazırda qüvvədədir və ləğv edilməmişdir, buna görə də məhkəmə qərarı icra oluna bilməz.

29. Yəni məhkəmə qərarı ilə Nümayəndə adına daşınmaz əmlakın dövlət reyestrində 7 nömrəli reyestr kitabının 95 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2011-ci il tarixdə qeydiyyata alınmış çıxarış ləğv edilmədiyindən gələcəkdə iddiaçıların həmin daşınmaz əmlaka dair hüquqlarının dövlət qeydiyyatına alınması mümkün olmayacaq.

30. Hazırkı iş üzrə iddiaçılar 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı Zaqatala rayon məhkəməsinə müraciət etmiş, X3 adına 13 noyabr 2009-cu il tari xdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə 7 nömrəli reyestr kitabının 95 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair MH seriyalı, 008403 nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın 0,20 ha torpaq sahəsinə dair hissədə etibarsız hesab edilməsi, xx.xx.2010-cu il tarixli bağışlama müqaviləsinin və iş üzrə üçüncü şəxs Nümayəndə adına********** qeydiyyat nömrəsi ilə xx.xx.2011-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair daşınmaz əmlakın dövlət reyestrində çıxarışın etibarsız hesab edilməsini xahiş etmiş, Zaqatala rayon məhkəməsinin qətnaməsinə əsasən iddia tələbləri rədd edilmiş, apellyasiya və kassasi ya şikayətləri təmin edilməmiş, qətnamə qanuni qüvvəyə minmişdir. (Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-75/2021 qərarı). Belə olan halda isə məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq iddianı rədd etməli idi. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

31. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

32. İnzibati Prosessual Məcəllə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər... 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayə t əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

33. Konstitusiya Məhkəməsi Plenumu nun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

34. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

35. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

36. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsas lılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin dü zgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.

37. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquql arının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Hüququn həqiqətən pozulubpozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətlənd irilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.

38. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İPM-in 45.5.1-ci maddəsinə görə iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar.

39. İş materiallarından göründüyü kimi, İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 adına 13 noyabr 2009-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə 7 nömrəli reyestr kitabının 95 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair MH seriyalı ******* nömrəli hüquqları n dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın 0,20 ha torpaq sahəsinə dair hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişlər.

40. Şəki İnzibati Məhkəməsinin 02 mart 2023-ci il tarixli, 2- 1(116)-503/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.

41. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası iş üzrə qəbul etdiyi 2-1(107)287/2023 nömrəli, 15 sentyabr 2023-cü il tarixli qərarla cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsi və üçüncü şəxs Nümayəndəsi X13 tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi, birinci instansiya məhkəməsi nin 02 mart 2023-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması nəticəsinə gələrkən belə hesab etmişdir ki, iddiaçıların adı 1996-2000-ci illərə dair təsərrüfatbaşına kitablarında, subyektlər siyahısında, həmçinin plan-ölçüsü sənədlərində qeyd edildiyi halda, torpaq sahəsi barədə mülkiyyət hüququna dair qeydiyyat aparılarkən və həmin qeydiyyat əsasında çıxarış rəsmiləşdirilərkən iddiaçıların məlumatları daxil edilməmiş, torpaq sahəsinin mülkiyyətçisi olaraq yalnız X3 adı qeyd olunmuşdur. Bununla da iddiaçıların mülkiyyət hüququ pozulmuşdur. Buna görə də birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur.

42. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə yuxarıda göstərilmiş nəticəyə gəlməsi qanuna uyğun olmamaqla yanaşı istər İnzibati Prosessual Məcəlləsinin (45.5.1, 78-ci maddələri) və Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin müddəalarının pozulması ilə qəbul edilmişdir.

43. Belə ki, xüsusi olaraq qeyd edilməlidir ki, işdən göründüyü kimi, eyni tərəflər arasında eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcuddur.

44. Yəni, İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 adına 13 noyabr 2009- cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın 0,20 ha torpaq sahəsinə dair hissədə etibarsız sayılması, o cümlədən 08 aprel 2010-cu il tarixli bağışlama müqaviləsinin və iş üzrə üçüncü şəxs Nümayəndə adına 29 sentyabr 2011-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın 0,20 ha torpaq sahəsinə dair hissədə ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

45. Zaqatala rayon Məhkəməsinin 15 yanvar 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi və üçüncü şəxs Nümayəndə qarşı “X3 adına 13 noyabr 2009-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın 0,20 ha torpaq sahəsinə dair hissədə etibarsız sayılması, o cümlədə n 08 aprel 2010-cu il tarixli bağışlama müqaviləsinin və iş üzrə üçüncü şəxs Nümayəndə adına 29 sentyabr 2011-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın 0,20 ha torpaq sahəsinə dair hissədə ləğv edilməsi” tələbinə dair iddiası rədd edilmişdir.

46. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1094/2020 nömrəli iş üzrə 22 may 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Zaqatala Rayon Məhkəməsinin 15 yanvar 2020-ci il tаrixli, 2(033)-90/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmışdır.

47. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 fevral 2021-ci il tarixli qərarı ilə İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1094/2020 nömrəli iş üzrə 22 may 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qərar qanuni qüvvəyə minmişdir.

48. Beləliklə iddiaçı yuxarıda artıq göstərildiyi kimi, eyni tərəflərə qarşı, eyni predmetlə və eyni əsaslarla məhkəməyə iddia ərizəsi ilə 2019-cu ildə artıq bir dəfə müraciət etmiş və onun iddiasının rədd edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcuddur.

49. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, İPM-in 45.5, 45.5.1-ci maddələrinə əsasən iddia ərizəsinin icraata qəbul edilməsi aşağıdakı hüquqi nəticələri doğurur: İddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyn i iddia ilə başqa məhkəməyə müraciət edə bilməz.

50. İndiki halda isə ümumiyyətlə nəinki hazırkı iddia ilə paralel eyni iddia ilə başqa məhkəməyə müraciət olunub, hətta yuxarıda artıq göstərildiyi kimi qanuni qüvvəyə minmiş Ali Məhkəmənin Mülki Kollegiyasının 18 fevral 2021-ci il tarixli qərarı vardır.

51. Eyni zamanda İPM-nin 78-ci maddəsinə görə mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı inzibati məhkəmə icraatının iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir.

52. Həmçinin qeyd edilməlidir ki, (İPM-in 1.2-ci maddəsinə istinadən) MPM-in 82.3-cü maddəsinə müvafiq olaraq bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

53. Sözügedən prosessual hüquq normalarından göründüyü kimi, hazırkı iddiaya məhkəmə icraatında baxılması mümkün deyildir.

54. Bundan başqa iş materiallarından görünür ki, X3 ünvan 1ində fərdi yaşayış evi olmuşdur. Torpaq islahatı aparıldığı dövrdə, yəni 1996-cı ildə həmin təsərrüfatda X10, X14, İddiaçı1 və İddiaçı2 qeydiyyatda olmaqla orada yaşamışdır. 13 oktyabr 2009-cu il tarixdə X2nun ünvan 1ində yerləşən, sahəsi 65,65 kv.m. olan fərdi yaşayış evi üzərində hüquqları dövlət qeydiyyatına alınan zaman torpaq sahəsinin yeganə mülkiyyətçisi kimi X10 göstərilmişdir. X2 həmin evi və yerləşdiyi 0,20 ha torpaq sahəsini 08 aprel 2010-cu il tarixli bağışlama müqaviləsinə əsasən Nümayəndə bağışlamış və sonuncunun həmin əmlak üzərində hüquqları 29 sentyabr 2011-ci il tarixdə daşınmaz əmlak ın dövlət reyestrində qeydiyyata alınaraq, MA seriyalı ******* nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"la rəsmiləşdirilmişdir.

55. Eyni zamanda xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 1ində ki, sahəsi 117,6 kv.m. olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,20 ha torpaq sahəsi iş üzrə üçüncü şəxs Nümayəndə xüsusi mülkiyyətindədir.

56. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası bir daha qeyd edir ki, yuxarıda göstərilmiş məsələlər və işin digər halları artıq bir dəfə məhkəmə icraatı zamanı eyni tərəflər, eyni predmet və eyni əsaslar üzrə araşdırılmış və qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə iddia rədd edilmişdir.

57. Bununla yanaşı qeyd edilməlidir ki, İPM-in “İddia müddəti” ad lanan 38-ci maddəsi mövcuddur.

58. Həmin Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.

59. İddiaçıların hazırkı iddiada irəli sürdüyü tələblər isə 13 noyabr 2009-cu il ta rixdə dövlət qeydiyyatından keçmiş sənədlərin ləğv edilməsi ilə bağlıdır.

60. Halbuki bu tələblər üzrə İPM-in 38.1, 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətləri artıq çoxdan buraxılmışdır.

61. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, istər əvvəlki işdə, istərsə də hazırda baxılan işdə mübahisə predmeti - torpaq sahəsi eyni olmuş, yəni hər iki iş üzrə də iddiaçının tələbi ünvan 1i ünvanındakı yaşayış evi altında yerləşən və mərhum X4 mülkiyyətində olan torpaq sahəsi ilə bağlı olmuşdur. İddianın mahiyyəti də, obyekti də bütün hallarda dəyişməzdir.

62. Həmçinin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 13 may 2020-ci il tarixli qərarında qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmçinin, həmin Məcəllənin 233.3-cü maddəsinə görə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.

63. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərini özündə ehtiva edir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı).

64. Hüquqi müəyyənlik prinsipi baxımından eyni predmet üzrə qanuni qüvvəyə minmiş fərqli məhkəmə qərarlarının olması nəticədə məhkəmə aktlarının icrası prosesini mümkünsüz və səmərəsiz edir (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə 2020-ci il 14 fevral tarixli Qərarı).

65. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, işin bu vəziyyəti hazırkı iş üzrə iddianın mümkün sayılmamasını şərtləndirir və gəlinən nəticə İPM-in 78-ci maddəsinin tələbinə uyğundur. Belə ki, mübahisəli torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüqu qunun qeydə alınması iddiaçı tərəfindən əvvəllər də mülki qaydada mübahisələndirilmiş, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə iddia tələbi rədd edilmişdir.

66. İPM-in 78-ci maddəsində mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarının proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburiliyini müəyyən edən qayda, mənasına görə eyni tərəflər arasında olan iş üzrə qanuni qüvvəyə minmiş qərarla müəyyən edilmiş faktların həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilmədiyini ehtiva edir. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir.

67. Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhk əmə qərarları arasındakı stabilliyi təmin etməkdir.

68. İddiaçı yenidən eyni tələblə məhkəməyə müraciət etməsi üçün yeni əsasların mövcud olduğunu əsaslandıra bilməmiş, əvvəlki iş üzrə qərar qəbul edildikdən sonra torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənəd əldə etməsi ilə bağlı sübutlarını təqdim edə bilməmişdir. İddiaçı hazırkı iddiada hər hansı yeni əsasa istinad etməmişdir.

69. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh və üçüncü şəxsin kassasiya şikayətləri qismən, yəni apellyasiya məhkəməsinin 15 sentyabr 2023-cü il tarixli qərarının ləğv edilməsi hissəsində təmin edilməli, şikayət qalan hissədə təmin edilməməli, iddia mümkün sayılmamalıdır.

70. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası: QƏRARA ALDİ: Cavabdeh və üçüncü şəxsin kassasiya şikayətləri qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 sentyabr 2023-cü il tarixli, 2-1(107)-287/2023 nömrəli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Kassasiya şikayətləri qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar