Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-295/2019 06.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə iş İdarəsinə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-295/2019) Bakı şəhəri xxxx 2019-cu il GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, İ.Muradovun katibliyi, İddiaçı, cavabdehin vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət So sial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə iş İdarəsinə qarşı təyin olunmuş pensiyanın yenidən hesablanaraq yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-2328/2018 saylı qərarından cavabdeh və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə iş İdarəsinə qarşı iddia ərizəsi və tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət edərək, ona xxxx 2018-ci il tarixdən təyin edilmiş (səbəb Azərbaycan Respublikasının müdafiəsi zamanı) əlilliyə görə pensiyasının müraciət etdiyi tarixdən əvvəlki üç il üçün yenidən hesablanması və yaranacaq pensiya fərqinin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tərkibində olan hərbi hissələrdə 1992-1993-cü illərdə ermənilərə qarşı döyüşlərdə iştirak etmişdir. 1992-ci ilin yanvar ayında döyüşlərdə yaralanmışdır. Müvafiq sənədləri toplayıb Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Tibbi Ekspert Komissiyasına təqdim etmədiyinə görə 2009-cu ildə ona 2-ci qrup ümumi xəstəlikdən müddəts iz əlillik təyin edilmişdir. 2-ci qrup ümumi xəstəlikdən əlilliyi üçün əsas olan xəstəliyin səbəb əlaqəsi ilə razı olmadığı üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına müraciət edərək, xx 1992-ci ildə döyüş zonasında hərbi xidmət keçərkən aldığı odlu silah travması ilə əlaqədar xəstəliyin səbəb-əlaqəsinin təyin edilməsini xahiş etmişdir. Komissiyanın 319 saylı, xxxx 2017-ci il tarixli qərarı ilə xəstəliyinin səbəbli əlaqəsi dəyişdirilərək «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır» kimi göstərilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X2 və Reabilitasiya Komissiyası tərəfindən 2-cü qrup əlilliyinin səbəbi dəyişdirilərək, xxxx 2018-ci il tarixdən Azərbaycan Respublikasının ərazi büt övlüyünün müdafiəsi ilə əlaqədar təyin edilmişdir. Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamına əsasən Azərbaycan Respublikasının müdafiəsi zamanı əlilliyə görə ona 2018-ci ilin xxx Müdafiə Nazirliyinin xətti ilə cavabdeh tərəfindən müvafiq təminat xərcliyinin 80 faizi ödənilir. Bundan sonra isə cavabdeh tərəf üzərinə düşən öhdəliyi təmin etməli idi. Lakin pensiyasında olan fərqin ödənilməsi ilə əlaqədar müraciətlərinə baxmayaraq, cavabdeh tərəf bu günə kimi bunu etmir və etməkdə istəmir. Hesab edir ki, cavabdehin hərəkətləri onun himayəsində olan şəxslərin də hüquqlarını məhdudlaşdırmaqla onları yaşamaq üçün vacib sosial təminatdan məhrum edir, bütün digər kateqoriyalı şəxslərlə qeyri-bərabər vəziyyətə salır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tar ixli, 2-1(81)2884/2018 saylı qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı xxxx 2018-ci il tarixdən təyin edilmiş (səbəb Azərbaycan Respublikasının müdafiəsi zamanı) əlilliyə görə pensiyasının müraciət etdiyi tarixdən əvvəlki üç il üçün yenidən hesablanması və yaranacaq pensiya fərqinin ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə iş İdarəsinə həvalə edilmişdir (hakim T.Əsədova). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-2328/2018 saylı qərarı ilə (K.Abiyeva sədrlik edən və məruzəçi, hakimlər M.Tağızadə və Ü.Mayılov)cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə iş İdarəsinin apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli qərarından cavabdeh və onun vəkili Vəkil tərəfindən kassasiya şikayəti verilərək, apellyasiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, əlilliyi təyin edən orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıə Nazirliyinin ərazi üzrə Tibbi Sosial Ekspert Komissiyasıdır. Vətəndaşa əlillik neçənci qrup olduğu, nə vaxtdan təyin edildiyi və əlilliyinin səbəbi "Tibbi Sosial Ekspert Komissiyasının Müayinə aktından çıxarış"ında qeyd edilir. Həmçinin həmin çıxarışda "ilkin (təkrar) müayinədən keçən əlillər üçün" pensiya təyinatı aparan orqana göndərilir. İddiaçıya «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinə əsasən ümumi səbəbdən pensiya təyin edilmişdir. İddiaçı Xüsusi Həkim Komissiyasının Qərarı ilə «Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır» əlilliyin səbəbi ilə, Tibbi Sosial Ekspert Komissiyasından keçərək, ona Azərbaycan Respublikası müdafiəsi zamanı əlillik qeyd olunmuş, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 20.16.1-ci maddəsinə əsasən iddiaçıya təminat xərcliyinin 80 faizi miqdarında pensiyası yenidən hesablanmışdır. Məhkəmə tərəfindən işə baxılarkən “Əmək pensiyaları haqqında” Qanununun 1 1.1, 20.1.12, 20.16.1, 20.16.2, 32.2, 41.1-ci maddələrinin tələbləri pozulmuşdur. Tərəflərin izahatları Cavabdehin vəkili Vəkil oğlu məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin edilməsini, apellyasiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə əsasən izahatı dinlənilmədi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansi yası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini cavabdehin vəkili Vəkil oğlunun izahatını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-2328/2018 saylı qərarı dəyişdirilərək, 2017-ci ilin xxxx 2018 -ci ilin xxxx pensiyanın hesablanıb iddiaçıya ödənilməsi vəzifəsi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə iş İdarəsinə həvalə edilməli, müvafiq pensiyanın 2015-ci ilin xxxx 2017-ci ilin xxxx olan dövr üçün ödənilməsi hissəsində iddia tələbi təmin edilməməli, kassasiya şikayəti qismən təmin edilməlidir. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, xx xxxxxx 1970-ci ildə Xocalı şəhərində anadan olmuş İddiaçı Azərbaycan Respublikası ƏƏSMN 8 saylı Zona Goranboy TSEK-nın SER TSE***** saylı arayışına əsasən xxxx 2007-ci ildən ümumi xəstəlik səbəbindən İİ qrup əlillik verilmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xxxx 2017-ci il tarixli *** №-li qərarı ilə İddiaçı döyüş zonasında hərbi xidmət ke çərkən 1992-ci ilin yanvar ayında aldığı və xxxx 2016-cı ildə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X1 canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələri – diaqnoz: «Qəlpə yaralanmalarından sonra boynun arxa səthində sol tərəfdə bir ədəd, başın ön alın nahiyyəsində bir ədəd, sağ saidin aşağı 1/3-nin ön səthində bir ədəd, sağ əlin ovuc səthində, 5-ci daraq sümüyünün distal ucu səviyyəsində bir ədəd, sol baldırın orta 1/3-nin ön səthində bir ədəd köhnə çapıq toxumalar (Azərbaycan Respublikası SHXÇDX-nin Xocalı rayon bölməsinin xxxx 2016-cı il tarixli 16 nömrəli göndərişi, xxxx 2016-cı tarixli 183 nömrəli arayışı, Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Mərkəzi tərəfindən verilmiş xxxx 2016-cı il tarixli 96 nömrəli məhkəmə- tibbi müayinəsi aktı, iki nəfər keçmiş hərbi qulluqçunun şahid ifadəsi, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır», Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən İddiaçı verilmiş əlillik səbəbi xxxx 2018-ci il tarixdən dəyişilərək İİ dərəcəli əlillik Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar verilmiş, iddiaçının yenidən şəhadətləndirilməsindən sonra ona iddiaçı barəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məlumat vərəqəsi tərtib edilərək, cavabdeh inzibati orqana göndərilmiş və iddiaçıya hərbi qulluqçu kimi komissiyanın xxxx 2018-ci il tarixli 18/977 saylı qərarına əsasən xxxx 2018-ci il tarixdən əlilliyə görə 351,20 manat əmək pensiyası təyin edilmiş, DSMF-nun Xocalı rayon Şöbəsi tərəfindən iddiaçıya 2-ci qrup (ümumi xəstəlik səbəbindən) əlilliyə görə 31 mart 2018-ci tarixədək 182,49 manat pensiya ödənilmişdir. Birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayan apellyasiya məhkəməsi ona istinad etmişdir ki, iddiaçının almış olduğu pensiya məbləği ilə hərbi qulluqçu kimi əlilliyə görə pensiya məbləği arasında fərq yaranmış və iddiaçı əlilliyə görə əmək pensiyasının yenidən hesablanması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən xxxx 2018-ci il tarixli, *****№-li məktubla cavab verilərək, ona hərbi qulluqçu kimi 2-ci qrup əlilliyə görə əmək pensiyası təyin edildiyi, onun təminat xərcliyinin 439 manat təşkil etdiyi və təminat xərcliyinin 80 faizi, yəni 351,20 manat məbləğində pensiyanın hesablana raq ödənildiyi bildirilmişdir. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası iş üzrə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarına əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xxxx 2017-ci il tarixli *** №-li qərarı ilə İddiaçı məhkəmə-tibbi müayinəsi zamanı «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır», kimi qeyd edilsə də, Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən İddiaçı verilmiş əlillik səbəbi xxxx 2018-ci il tarixdən dəyişilərək İİ dərəcəli əlillik Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar verilmiş, iddiaçının yenidən şəhadətləndirilməsindən sonra ona iddiaçı barəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məlumat vərəqəsi tərtib edilərək, cavabdeh inzibati orqana göndərilmiş və iddiaçıya hərbi qulluqçu kimi müvafiq komissiyanın yalnız xxxx 2018-ci il tarixli, 18/977 saylı qərarına əsasən xxxx 2018-ci il tarixdən əlilliyə görə 351,20 manat əmək pensiyası təyin edilmişdir. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, ən azından Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xxxx 2017-ci il tarixli 319 №-li qərarından sonra iddiaçı, hazırda ona 2018-ci ilin xxxx təyin edilmiş əlilliyə görə 351,20 manat əmək pensiyasını almaq hüququ olmuş, bu qərardan yalnız bir il, bir ay sonra - xxxx 2018-ci il tarixdən TibbiSosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən İddiaçı verilmiş əlillik səbəbinin dəyişdirilməsi İddiaçı hüquqlarının pozulmasına səbəb ola bilməz, ona görə də apellyasiya məhkəməsinin hazırda mübahisələndirilən qərarı dəyişdirilərək, 2017-ci ilin xx 2018-ci ilin xx pensiyanın hesablanıb iddiaçıya ödənilməsi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə iş İdarəsinə həvalə edilməli, bu pensiyanın 2015-ci ilin xx 2017-ci ilin xx olan dövr üçün ödənilməsi hissəsində isə iddia tələbi aşağıdakı göstərilənlərə əsasən təmin edilməməlidir. Azərbaycan Respublikası Prezidentinin xxxx 2008-ci il tarixli, 823 saylı Fərmanı ilə “Müharibə əlillərinə Azərbaycan Respublikasının təqaüdü” təsis edilmiş və əlilliyin qrupundan asılı olaraq onun aylıq məbləği müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 11.2-ci maddəsinə görə hərbi qulluqçular (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) sırasından olan əlillər aşağıdakı kateqoriyalara bölünürlər: 11.2.1. müharibə əlilləri—əlillik hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı xəstəlik nəticəsində üz verərsə; 11.2.2. hərbi qulluqçular sırasından digər əlillər—əlillik hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə bağlı olmayan bədbəxt hadisə nəticəsində alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı olmayan xəstəlik nəticəsində üz verərsə. Azərbaycan Respublikası Nazirlə r Kabinetinin 2016-cı il xxx, 36 nömrəli qərarı ilə “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il xxxx tarixli 93 nömrəli qərarı ləğv edilmiş və “Tibbi-sosial ekspert komissiyaları haqqında” yeni Əsasnamə təsdiq edilmişdir. Həmin Əsasnamənin 5.4-cü bəndində qeyd edilmişdir ki, TSEK-in (tibbi-sosial ekspert komissiyaları) qərarından narazı qalan vətəndaşların müraciəti əsasında onların əlilliyin təkrar qiymətləndirilməsi Xidmət (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti) tərəfindən aparılır. Əsasnamənin 5.5-ci bəndinə görə TSEK-in qərarlarından “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa və Az ərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və məhkəməyə şikayət verilə bilər. İddiaçıya əlilliklə bağlı təyin edilən əvvəlki aktlar “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinin məzmununa uyğun olaraq inzibati akt hesab edilir. Əvvəllər iddiaçıya əlillik təyin edilən vaxtlarda əlilliklə bağlı müayinə aktlarında TSEK-in diaqnozu qeyd edilmiş, həmin aktlarda qeyd edilən əlilliyin səbəbi ilə bağlı iddiaçı məlumatlı olmuş, lakin sonrakı dövrdə həmin aktları mübahisələndirməmiş, inzibati qaydada və məhkəməyə müraciət etməmişdir. “İnzibati icraat haqqında” Qanunun 64.1-ci maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüqu qi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İddiaçının əlilliyinin səbəbi barədə TSEK tərəfindən əvvəllər tərtib edilmiş aktlar iddiaçıya məlum olduğu vaxtdan onun tərəfindən mübahisə olunmayaraq qüvvədə olmuş və hüquqi cəhətdən etibarlı sayılmışdır. Həmin aktlar əlilliyin səbəbinin dəyişdirilməsi barədə yeni inzibati akt qəbul edilənədək geri çağırılmamış, ləğv edilməmiş, dəyişdirilməmiş, qüvvədə olma müddəti qurtarmamış və ya başqa sə bəbə görə qüvvədən düşmüş hesab edilməmişdir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspert Komissiyasının qiymətləndirmə qərarında həmin qərarın ondan əvvəlki dövrə şamil edilməsi qeyd edilməmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 11-ci maddəsinə görə əlillik hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmış xəsarət nəticəsində üz verərsə, müharibə əlili sayılır. “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Qanunun (2018-ci il 31 may tarixli, 1153-VQ №-li Qanunla ləğv edilmişdir) 2-ci maddəsinə əsasən, əlil – anadangəlmə, xəstəlikdən və ya xəsarətdən doğan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxsdir. Həmin Qanunun 3-cü maddəsinə əsasən, tibbi-sosial ekspertiza orqanizmin funksiyalarının davamlı pozulmaları nəticəsində həyat fəaliyyətinin məhdudlaşdırılmasının qiymətləndirilməsi əsasında vətəndaşın sosial müdafiə tədbirlərinə olan ehtiyaclarının müəyyən edilməsidir. Tibbi-sosial ekspertiza müayinə olunan şəxsin klinik, funksional, sosial, məişət, peşə, əmək, psixoloji imkanlarının kompleks qiymətləndirilməsi yolu ilə əlillik, uşaqların sağlamlıq imkanlarının məhdudluğu meyarlarına uyğun olaraq həyata keçirilir. Tibbi-sosial ekspertiza tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Tibbi-sosial ekspert komissiyaları haqqında və əlilliyin, uşaqlar ın sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair əsasnamələr müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin Qanunun 4-1-ci maddəsinə əsasən, şəxs tibbi-sosial ekspert komissiyası tərəfindən ekspert müayinəsindən keçirildikdən sonra müvafiq rəy çıxarılması yolu ilə əlil və 18 yaşınadək sağlamlıq imkanları məhdud olan sayılır. Tibbi-sosial ekspert komissiyasının rəyi uşağın sağlamlıq imkanları məhdudluğunu, əlillik qrupunu və səbəbini, habelə fərdi reabilitasiya proqramını təsdiq edən rəsmi sənəddir. Əlilə və ya sağlamlıq imkanları məhdud uşağa nümunəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən vəsiqə verilir. Əlilliyin səbəbi və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbl əri TSEK tərəfindən müəyyən edildiyindən və əlilliyin təyin olunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablandığından, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni olmamışdır. İddiaçının xəstəliyi hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar alması mərkəzi hərbi həkim komissiyasının qərarının qəbul edildiyi xxxx 2017-ci il tarixdən müəyyən edildiyinə görə cavabdehin həmin vaxta qədər iddiaçıya məhz bu əsasla pensiya təyin etmək təyin etmək və son üç illik fərqi ödəmək səlahiyyəti olmamışdır. “Əmək pensiyaları haqqında” Qanunun 20.16-cı maddəsinə əsasən bu Qanunun 20.1.12-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.16.1. İ qrup müharibə əlil lərinə (o cümlədən xidməti vəzifələri yerinə yetirərkən əlil olanlara) müvafiq təminat xərcliyinin - 100 faizi, İİ qrup müharibə əlillərinə - 80 faizi, İİİ qrup müharibə əlillərinə - 55 faizi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il xxxx, 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin 1.4-cü bəndində qeyd edilir ki, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEKin funksiyalarını həyata keçirən Xidmət müəyyən edir. TSEK tərəfindən ümumi xəstəlik, əmək zədəsi, peşə xəstəliyi, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar, Çernobıl AES-də hərbi xidmətlə əlaqədar, 1990-cı ilin xx hadisələri ilə əlaqədar, hərbi xidmət dövrü ilə əlaqədar, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, keçmiş SSRİ-nin müdafiəsi ilə əlaqədar, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbləri müəyyən edilir (1.4-cü bənd). İddiaçının əlilliyini və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtı TSEK tərəfindən müəyyən edilməli olduğuna görə onun hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar İİ qrup əlili olması xxxx 2017-ci il tarixdən müəyyən edildiyindən, cavabdeh tərəfindən həmin tarixdən ona müharibə əlili kimi pensiya təyin edilməli idi. Qeyd olunanlara əsasən iddiaçının əlilliyi nin səbəbinin hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar alması Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-Həkim Komissiyasının xxxx 2017-ci il tarixli qərarına əsasən şəhadətləndirilərək müəyyən edildiyindən, xxxx 2017-ci il tarixədək iddiaçının əlilliyinin səbəbinin hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar alması barədə qüvvədə olan inzibati akt olmadığından, iddia tələbi bu hissədə əsaslı sayıla bilməz. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinə zərurət olmadığından, İPM-in 96.5-ci maddəsinə əsasən məhkəmə kollegiyası mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi iddianı tam həcmdə təmin edərkən maddi hüquq normalarının tətbiqində səhvə yol verdiyindən, iddiaçının h ərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar pensiya hüququ 2017-ci ilin xx yarandığından, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-2328/2018 saylı qərarı dəyişdirilərək, 2017-ci ilin xx 2018-ci ilin xx pensiyanın hesablanıb iddiaçıya ödənilməsi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə iş İdarəsinə həvalə edilməli, müvafiq pensiyanın 2015-ci ilin xx 2017-ci ilin xx olan dövr üçün ödənilməsi hissəsində iddia təmin edilməməli, kassasiya şikayəti qismən təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 91, 96.5 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx x 2018-ci il tarixli, 2-1(103)2328/2018 saylı qərarı dəyişdirilsin. 2017-ci ilin xx 2018-ci ilin xx pensiyanın hesablanıb iddiaçıya ödənilməsi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə iş İdarəsinə həvalə edilsin. Müvafiq pensiyanın 2015-ci ilin xx 2017-ci ilin xx olan dövr üçün ödənilməsi hissəsində iddia təmin edilməsin. Kassasiya şikayəti qismən təmin olunsun. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-295/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-295/2019
06.02.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver