Məhkəmə qərarları › İş №2-1(102)-295/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-295/2022

02.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-295/2022 02.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ailə başçısını itirməyə görə pensiyanın təyin edilməsi) Hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 oktyabr 2021-ci il tarixli, 2-1(103)-2003/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1.İddiaçı 23 fevral 1992-ci il təvəllüdlü olmaqla uşaqlıqdan sağlamlıq imkanları məhdud uşaq statusu almışdır. Hazırda İİ dərəcəli əlildir və sosial müavinət alır.

2. İddiaçı ədliyyə orqanlarının əməkdaşının ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsinə dair tələblə cavabdehdə müraciət etmişdir. 3.Cavabdeh **********5 saylı, 01 noyabr 2020-ci il tarixli imtina məktubunda bildirmişdir ki, iddiaçının atası Soltan Nadir oğlu Abuzərovun ədliyyə işçisi k imi iş stajı 15 ildən az (6 il 1 ay) olduğu “Əmək pensiyaları haqqında” Qanunun 20.20-ci maddəsinə əsasən ona ədliyyə orqanlarının əməkdaşının ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Belə ki, sözügedən Qanunun 20.19.1 və 20.19.2-ci maddələrinə əsasən ədliyyə orqanlarının əməkdaşı kimi yaşa görə əmək pensiyası ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat 4.İddiaçı məhkəməyə müraciət edərək ona atası vəfat edən ildə, yəni 2013-cü ildə qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.19.2-ci maddəsini n həmin vaxt qüvvədə olan redaksiyasına uyğun olaraq ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 5.İddiaçı tələbini belə əsaslandırmışdır ki, iddiaçının atası Abzərov Soltan Nadir oğlu 29 avqust 1958-ci ildə anadın olmuş və 17 yanvar 2013-cü ildə 54 yaşında vəfat etmişdir. Atası 27.09.1990-cı ildən 23.12.1997-ci ilədək Bakı şəhərinin 24 və 29 saylı notariat kontorunda dövlət notariusu vəzifəsində (7 il 2 ay 26 gün) işləmişdir. Azərbaycan Respublikası Dövlət Arxivində alınmış arxiv arayışa əsasən Azərbaycan Respublikası Yüngül Sənaye Nazirliyinin hüquq şöbəsində hüquq məsləhətçisi vəzifəsində 3 il 9 ay 16 gün, Binəqədi rayon məhkəmənin verdiyi arayışa əsasən isə onun həmin məhkəmədə kargüza r vəzifəsində 7 ay stajının olduğu sübut edilir. Bundan başqa atasının hərbi bileti əsasında onun 2 il həqiqi hərbi xidmətdə olduğu da sübut edilir. 6.Cavabdeh iddiaya qarşı təqdim etdiyi etirazında müraciəti təmin etməkdən imtina edərkən əsaslandığı eyni dəlillərə istinadla iddianın rədd edilməsini xahiş etmişdir. 7.Bakı İnzibati Məhkəməsinin 23 fevral 2021-ci il tarixli 2-1(112)-1149/2021 saylı qərarı (hakim – P.A.Hüseynov) ilə iddia təmin edilmiş, İddiaçı, onun atası Abuzərov Soltan Nadir oğlu vəfat edən tarixdə (11.01.2013-cü ildə) qüvvədə olan “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20.19.2-ci maddəsinin həmin vaxt qüvvədə olan redaksiyasına uyğun olaraq ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. 8.Məhkə mənin mövqeyinə əsasən 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilməlidir. İddiaçıya ailə başçısını itirməyə əmək pensiyası iddiaçının atasının vəfat etdiyi 11.01.2013-cü il tarixdə (pensiya hüququnun yarandığı tarixdə) qüvvədə olan “Əmək pensiyaları haqqında" Qanunun 20.19.2-ci maddəsinin tələblərinə uyğun olaraq 11.01.2013-cü il tarixdə təyin edilməlidir. 9.Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmaması haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat 10.Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 o ktyabr 2021-ci il tarixli 2-1(103)-2003/2021 saylı qərarı (sədrlik edən və məruzəçi hakim – A.S.Hüseynov, hakimlər – S.İ.Bəktaşi və C.A.Yusifov) ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 23 fevral 2021-ci il tarixli 2-1(112)-1149/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. 11.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. 12.Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

13. Cavabdehin kassasiya şikayətinin dəlillərinə görə, iddiaçının atasının ədliyyə işçisi kimi stajı 15 ildən (yəni 06 il 01 ay) az təşkil edir. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20.19.1-ci, 20.19.2-ci maddələrinə əsasən ədliyyə orqanlarının əməkdaşı kimi yaşa görə əmək pensiyası ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. 14.İddiaçının mərhum atası Soltan Nadir oğlu Abuzərovun ədliyyyə işçisi kimi iş stajı 15 ildən az (06 il 01 ay) olduğu üçün “Əmək pensiyaları haqqında" Qanunun 20.20-ci maddəsinə əsasən iddiaçıya ədliyyə orqanlarının əməkdaşının ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Azrbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11.12.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 1.3-cü bəndinə əsasən bu Qaydalar 2017- ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017- ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. Cavabdeh bütün məhkəmə instansiyalarında qeyd olunan normanı nəzərə almamış, öz etiraz və şikayət ərizələrində toxunmamış və məhkəmənin diqqətini Qaydaların müvafiq bəndindən yayındırmağa çalışmışdır. 16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 17.1 -ci madd əsinə görə ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1 -ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. İddiaçının atasının vəfat etdiyi 2013-cü ildə qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.19.2-ci maddəsinin həmin vaxt qüvvədə olan redaksiyasına uyğun olaraq ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 5 ildən 10 ilə qədər qulluq etmiş ədliyyə işçilərinə — orta aylıq əmək haqqının 45 faizi miqdarında, 5 ildən yuxarı qulluq stajının hər ili üçün orta aylıq əmək haqqının 2 faizi miqdarında əlavə olunmaqla pensiya təyin edilirdi. Lakin “Əmək pensiyaları h aqqında” Azərbaycan Respublikası Qanununun 20.19.2-ci maddəsinə 10 mart 2017ci il tarixli edilmiş və 1 iyul 2017-ci ildə qüvvəyə minən dəyişikliyə görə ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 15 ildən yuxarı qulluq etmiş ədliyyə işçilərinə - orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əmək haqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 12.1. əlilliyə görə əm ək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Maddə 14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: Maddə 14.1.1.2. 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs; Maddə 17.1. Ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu Qanun un 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Maddə 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.15. xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan ədliyyə işçisi, yaxud ədliyyə işçisi kimi bu qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri; 18. “Əmək pensiyaları haqqında” Qanununun 2007-ci il iyulun 1-dək qüvvədə olan redaksiyası: Maddə 20.19. Bu qanunun 20.1.14-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr ədliyyə orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: Maddə 20.19.1. ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 5 il qulluq etmiş ədliyyə işçilərinə—orta aylıq əmək haqqının 45 faizi miqdarında; Maddə 20.19.2. ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 5 ildən 10 ilə qədər qulluq etmiş ədliyyə işçilərinə—orta aylıq əmək haqqının 45 faizi miqdarında, 5 ildən yuxarı qulluq stajının hər ili üçün orta aylıq əmək haqqının 2 faizi miqdarında əlavə olunmaqla; 19. “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi» Qaydaları: Maddə 1.3. 2017-ci ilin iyulun 1-dək pensi ya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. 20.İnzibati Prosessual Məcəllə: Maddə 16.3. Bu Məcəllənin 96.4-cü maddəsində nəzərdə tutulmuş halda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası (şifahi məhkəmə baxışı) keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları da yazılı icraat qaydasında qəbul edilə bilər. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam forma da təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şik ayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ 21.Kassasiya şikayəti vaxtında verilmiş, şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. 22.Apellyasiya instansiyası məhkəməsinin qərarı cavabdeh tərəfində n bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə tərkibi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Belə ki, işin hallarına görə, iddiaçı əvvəlcə 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş şəxs olmuş, 18 yaşı tamam olduqdan sonra isə ikinci dərəcə əlillik almışdır. İddiaçının atası Abuzərov Soltan Nadir oğlu 11 yanvar 2013-cü ildə v əfat etmişdir.

25. İddiaçıya atasının vəfat etdiyi vaxtdan ailə başçısını itirməyə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin yuxarıda sadalanmış tələblərindən irəli gəlir. Çünki atasının vəfat etdiyi vaxt qüvvədə olan qanunvericiliyin qeyd edilən normaları iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiya almaq hüququ verirdi.

26. Cavabdehin istinad etdiyi iddiaçının atasının 15 il ədliyyə işçisi kimi iş stajına malik olmasının tələb olunduğuna dair norma 01 iyul 2017-ci il tarixdən sonra qüvvəyə minmişdir. Məhkəmə tərkibi hesab edir ki, həmin norma iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Belə ki, iddiaçının atasının vəfat etdiyi tarixdə qüvvədə olan norma belə bir tələb nəzərdə tutmurdu. İddiaçının hüququnun yarandığı vaxt atasının vəfat etdiyi andır və onun tələbinin qanun iliyi və əsaslılığına da məhz həmin anda qüvvədə olan hüquq normalarının tələbləri baxımından qiymət verilməlidir. Həmin vaxt qüvvədə olan normalar isə ailə başçısını itirməyə görə pensiyanın təyin olunması üçün 5 il stajın mövcudluğunu kifayət hesab edirdi. İddiaçının atasının belə stajı mövcud olmuşdur, cavabdeh də həmin məsələni mübahisələndirmir. Qanunvericilikdə tələb olunan digər şərtlər də mövcud olduğu üçün iddiaçı atasının vəfat etdiyi tarixdən ailə başçısını itirməyə görə qazanılmış pensiya hüququna malik olmuşdur.

27. Yuxarıda göstərilənlərə və İPM-in 96 və 98-ci maddələrinə əsasən məhkəmə tərkibi QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 oktyabr 2021-ci il tarixli, 21(103)-2003/2021 saylı qərarı dəyişdir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar