Məhkəmə qərarları › İş №2-1(102)-295/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-295/2023

18.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-295/2023 18.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: yaşayış sahəsinə kirayə müqaviləsinin bağlanması. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (18 avqust 1962-ci il təvəllüdlü, FİN:xxxxxxx) cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı “mənzil kirayə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibat i iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1778/2022 nömrəli, 19 avqust 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək, ünvan 1 ünvanında yerləşən yataqxananın 1-ci giriş 2-ci mərtəbəsində yaşayış sahəsi 36 kv. metr olan 2 otaqlı 33 və 34 saylı mənzilə dair kirayə müqaviləsinin bağlanılmasını xahiş etmişdir.

2. Cavabdeh tərəfindən iddiaçının müraciəti cavablandırılmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu Cavanşir küçəsi, 4 saylı yataqxana binasının 33/ 34 saylı mənzilinə dair kirayə müqaviləsinin bağlanması barədə öhdəliyin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırmışdır ki, "xxxx" İstehsalat Birliyində işləyərək, mənzil növbəsində olmuşdur. Lakin işlədiyi birlik, onları mənzillə təmin edə bilmədikləri üçün, yaşadıqları yataqxananın mənzilini, növbəsində olduğu mənzil əvəzi olaraq, Cavanşir küçəsi ev 4, mənzil 33/34-ü order əsasında ona verərək, pasport qeydiyyatına alınmışdır. Belə ki, Bakı "xxxx" X1 İttifaqı Komitəsinin və X2 Şurasının və MMK-nin birgə iclasının 09 noyabr 2004-cü il tarixli, 41 saylı iclasının qərarı ilə Birlik tərəfindən "xxxx" İstehsalat Birliyində uzun illər işləyən fəhlə və qulluqçularına birlikdə mənzil növbəsində olanlara növbə əsasında mənzil verə b ilməməsini nəzərə alaraq, Birliyə məxsus olan S.Ə.ünvan 2A, Məshəti küçəsi ЗА, R.Quliyev küçəsi 6 və Cavanşir küçəsi 4 ünvanlarında yerləşən yataqxanalarda hal-hazırda yaşayan fəhlə və qulluqçuların yaşadıqları otaqlara yeni mənzil nömrələrinin verilməsi, habelə birliyin yataqxanalarda yaşayan fəhlə və qulluqçulara yaşadıqları mənzilə dair orderin verilmə və orderdə göstərilmiş mənzil nömrəsinə əsasən pasport qeydiyyatına salınması, birlikdə yataqxana və mənzil növbəsində olan fəhlə və qulluqçulara zəbt olunmuş mənzillər boşaldıqdan sonra verilməsi qərara alınmışdır. Daha sonra Bakı "xxxx" X1 İttifaqı Komitəsinin və X2 Şurasının və MMK-nin birgə iclasının 06 dekabr 2006-cı il tarixli, 68 saylı iclasının qərarı ilə Birliyə məxsus olan Bakı şəhəri, Xətai rayonu Cavanşir küçəsi yataqxana ev 4, mənzil 33/34 ona, yəni İddiaçı verilməsi qərara alınmışdır. Eyni zamanda qeyd olunan qərarda S.Ə.ünvan 2A, Məshəti küçəsi ЗА, R.Quliyev küçəsi 6 və Cavanşir küçəsi 4 ünvanlarında yerləşən yataqxanalar hər hansı qurumun və təşkilatın balansına verilməsindən asılı olmasına baxmayaraq birliyin orderi əsasında fəhlə və qulluqçulara verilmiş mənzillər həmin orderdə göstərilmiş vətəndaşa məxsus olması qərara alınmışdır. Göstərilən qərar əsasında həmin mənzilə dair onun adına order verilmişdir. Mənzilində uzun illər məskunlaşmış məcburi köçkünlərə görə, istifadəsində olmasa da həmin mənzil üzrə bütün kommunal xidmət haqlarını vaxtı-vaxtında ödəmişdir. Daha sonra xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikası Sənaye Nazirliyi Sosial Xidmətlər İdarəsi və Bakı şəhər Mənzil-Kommunal Təsərrüfat De partamenti təsdiq edilmiş Təhvil-Qəbul Aktı ilə S.Ə.ünvan 2A, Məshəti küçəsi ЗА, R.Quliyev küçəsi 6 və Cavanşir küçəsi 4 ünvanlarında yerləşən yataqxanalar Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 1 Saylı Xüsusi Təyinatlı Mənzil Təsərrüfat Birliyinin balansına verilmişdir. Orada məskunlaşmış məcburi köçkünlər köçürüldükdən sonra, o, mənzilinə köçmüş, bundan sonra mənzil əvəzi order əsasında ona verilmiş mənzilinə kirayə müqaviləsinin bağlanması üçün cavabdeh Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə müraciət etsə də müraciətinə cavab verilməmişdir.

5. Cavabdeh iddiaya dair yazılı etirazda göstərmişdir ki, aparılan araşdırmalar zamanı əldə edilmiş sənədlərdən müəyyən edilmişdir ki, ünvan 4 yataqxana binasının 33 saylı otağında 1993-cü ildən Ağdam rayonundan məcbu ri köçkün kimi X5, 34 saylı otağında isə 1993-cü ildən Füzuli rayonundan məcburi köçkün kimi X6 ailəsi ilə birgə məskunlaşmışlar. Həmin məcburi köçkün ailəsi Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin müvafiq qurumları tərəfindən 2018-ci ilin iyul ayında məcburi köçkünlər üçün salınmış şəhərciyə köçürülmüşdür. Bundan sonra İddiaçı "xxxx" zavodunun xx.xx.2004-cü il tarixli 0199 saylı müvəqqəti yaşamaq üçün verilmiş yataqxana orderi ilə 0199 saylı otağın onun istifadəsinə verilməsinə, xx.xx.2012-ci il tarixdə qeydiyyata alındığına və ona həmin ünvan üzrə şəxsiyyət vəsiqəsinin verildiyinə istinad edərək, həmin otağı tutmuşdur.

6. Bakı İnzibati Məhkəməsinin 17 fevral 2022-ci il tarixli, 2-1(112)-80/2022 nömrəli qərarı ilə iddia rədd edilmişdir. (hakim: N.İ.Abıyev).

7. Bi rinci instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı ilə mübahisəli mənzilə dair order verilmiş sonuncunun iş yeri olan Bakı "xxxx" zavodu arasında əmək münasibətlərinə xitam verildiyini, iddiaçı, "Üfüq" İB-yi tərəfindən həmin yaşayış sahəsi ilə bağlı heç bir orderin verilmədiyini və Mənzil Məcəlləsinin 108-ci maddəsinin tələblərinə əsasən müddətli əmək müqaviləsi əsasında işləmiş şəxslərin iş ilə əlaqədar yer aldıqları yataqxanadan digər yaşayış sahəsi verilmədən çıxarılmalı olduqlarını nəzərə alaraq, iddiaçının mübahisəli yaşayış sahəsinə dair kirayə müqaviləsinin bağlanmasının cavabdehə həvalə edilməsi barədə hazırki iddiası təmin oluna bilməz.

8. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmas ını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1778/2022 nömrəli iş üzrə 19 avqust 2022-ci il tarixli qərarı ilə (hakimlər: S.İ.Bəktaşi-sədrlik edən, A.S.Hüseynov və A.Ə.Hüseyni) Bakı İnzibati Məhkəməsinin 17 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

11. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, a) Kassasiya şikayətinin dəlilləri

12. İddiaçı kassasiya şikayətində qeyd et mişdir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edilmişdir. Belə ki, iş materiallarında olan siyahıya əsasən "xxxx" İB balansında olan yataqxanalardan mənzil növbəsində olan fəhlə və qulluqçuların 263 nəfərinə faktiki yaşadıqları və ya hüquqi cəhətdən boş olan otaqlara mənzil əsaslı olmaqla order verilmişdir. Həmin siyahıda iddiaçının adı 199-cu sıradadır. Bu səbəbdən də apellyasiya instansiyası məhkəməsinin mövqeyi qanuni sayıla bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

13. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

14. Azərbaycan Respublikasının Mənzili Məcəlləsi (01 oktyabr 2009-cu il tarixədək olan) Maddə

51. Yaşayış sahəsini icarə müqaviləsi. Yaşayış sahəsini icarə müqaviləsinin ba ğlanması Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla—mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Maddə

52. Yaşayış sahəsini icarə müqaviləsinin predmeti Dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. Maddə

106. Yataqxanalar Fəhlələrin, qulluqçuların, tələbələrin, məktəblilərin, habelə digər vətəndaşların iş və ya təhsil dövründə yaşaması üçün yataqxanalardan istifadə edilə bilər. Maddə

107. Yataqxanalarda mənzil sahəsi verilməsi və ondan istifadə qaydası Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada mənzil sahəsini tutmaq üçün müdiriyyət tərəfindən order verilir. Maddə

108. Yataqxanalardan çıxarma İşi dayandırmış mövsümi, müvəqqəti işçilər və müddətli əmək müqaviləsi əsasında işləmiş şəxslər, habelə məktəblərdə oxumuş və oradan getmiş şəxslər iş və ya təhsil ilə əlaqədar yer aldıqları yataqxanadan digər yaşayış sahəsi verilmədən çıxarılmalıdırlar.....

15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəll ənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Madd ə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

16. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

17. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

18. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmi ş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu səbəbdən şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.

19. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

20. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

21. Bununla belə, apellyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.

22. İddiaçı iddia ərizəsi ilə məhkəmə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu Cavanşir küçəsi, 4 saylı yataqxana binasının 33/34 saylı mənzilinə dair kirayə müqaviləsinin bağlanması barədə öhdəliyin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş, birinci instansiya məhkəməsi iddiaçının iddia tə ləbini əsaslı hesab etməmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

23. İddiaçı hazırda apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın qanuniliyi mübahisələndirir. Məhkəmə tərkibi hesab edir ki, şikayət aşağıdakı səbəblərə əsasən təmin edilə bilməz.

24. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Sosial Xidmətlər idarəsinin Bakı şəhəri, Xətai rayonunda yerləşən 4 nömrəli Mənzil İstismar Sahəsinin balansında olan mənzil fondunun (yataqxanaların) əmlakı ilə birlikdə Departamentin 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına qəbul edilməsi barədə xx.xx.2014-cü il tarixli Təhvil-Qəbul Aktının surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli,131 saylı sərəncamına, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2013-cü il tarixli, 294 saylı sərəncamına, Departamentinin xx.xx.2013-cü il tarixli, 122 saylı sərəncamına, 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2013-cü il tarixli, 16 saylı əmrinə, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin xx.xx.2013-cü il tarixli, 011/984 saylı məktubuna və Müdafiə Sənayesi Nazirliyi Sosial Xidmətlər idarəsinin xx.xx.2013-cü il tarixli, 15 saylı əmrinə əsasən Azərbaycan Respublikası Müdafıə Sənayesi Nazirliyinin "xxxx" MMC-nin balansında olan sosial-mədəni və məişətkommunal təyinatlı obyektlər, o cümlədən ünvan 4 ünvanda yerləşən yataqxana binası Departamentin 1 saylı Xüsusi Təyinatlı Mənzil -Kommunal Təsərrüfatı Birliyinin balansına qəbul edilmişdir.

25. Departament tərəfindən "Üfüq" İB "xxxx" zavodu MMC-yə ünvanlanmış məcburi köçkünlərin məskunlaşdığı yaşayış sahələrinə orderlərin verilməsinə əsas olan sənədlərin təqdim olunması barədə xx.xx.2019-cu il tarixli, 48 saylı müraciətinə cavab olaraq, "Üfüq" İB "xxxx" zavodu MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 02/47 məktubda ünvan 4 yataqxana binası xx.xx.2007-ci il tarixdən Müdafiə Sənayesi Nazirliyinin "xxxx" MMC-nin balansına verildiyindən həmin dövrdən məcburi köçkünlər məskunlaşdığı otaqlara müəssisə ilə əmək münasibətlərində olan işçilərinin heç birinə order verilmədiyi, əvvəlki dövrlərdə yataqxanada məskunlaşmaq üçün verilmiş orderlərlə bağlı məlumatın verilməsinin mümkün olmadığı bildirilmişdir.

26. İş mate riallarına əlavə edilmiş Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 133 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən Bakı şəhər Mənzil Kommunal Departamentinə ünvanlanmış 16 nömrəli, xx.xx.2022-ci il tarixli Məlumatdan müəyyən olunur ki, Bakı şəhəri, Xətai rayonu Cavanşir küçəsi, 4 saylı binasının 34 saylı mənzili faktiki olaraq bağlıdır və uzun illərdir yaşayış yoxdur. Cavanşir küçəsi 4 saylı binanın 33 saylı mənzilində isə 1993-cü ildən Ağdam rayonundan məcburi köçkün X7 məskunlaşmışdır və hal-hazırda həmin mənzildə yaşayır. İddiaçı həyat yoldaşı X4 ilə birgə Xətai rayonu, R.Quliyev küçəsindəki 6 saylı evin 18 saylı mənzilində Kəlbəcər rayonundan məcburi köçkün kimi 1993-cü ildən orada məskunlaşmışdır.

27. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhk əməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, İddiaçı ilə mübahisəli mənzilə dair order verilmiş sonuncunun iş yeri olan Bakı "xxxx" zavodu arasında əmək münasibətlərinə xitam verildiyini, iddiaçı, "Üfüq" İB-yi tərəfindən həmin yaşayış sahəsi ilə bağlı heç bir orderin verilmədiyini və Mənzil Məcəlləsinin 108-ci maddəsinin tələblərinə əsasən müddətli əmək müqaviləsi əsasında işləmiş şəxslərin iş ilə əlaqədar yer aldıqları yataqxanadan digər yaşayış sahəsi verilmədən çıxarılmalı olduqlarını nəzərə alaraq, hesab etmişdir ki, iddiaçının mübahisəli yaşayış sahəsinə dair kirayə müqaviləsinin bağlanmasının cavabdehə həvalə edilməsi barədə hazırki iddiasını qəbul etməməkdə apellyasiya instansiyası məhkəməsi haqlı olmuşdur.

28. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, bu cür iddialara baxılar kən nəzərə alınmalıdır ki, məhkəmələr cavabdehin imtinasında istinad edilən halların əsaslarına formal yanaşaraq inzibati orqanın üzərinə qanunsuz öhdəlik qoymalı deyillər. Nəzərə alınmalıdır ki, məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən məhkəmə cavabdeh inzibati orqanın imtinasının qanuni və ya əsaslı olub-olmadığının müəyyən edilməsindən daha çox, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsinə (arzuladığı inzibati aktın qəbul edilməsinə və ya öhdəliyin icrasına) nə dərəcədə haqqı çatdığını müəyyən etməlidir. Hazırkı işdə də ilk növbədə iddiaçı özünün belə bir tələb hüququna malik olduğunu, cavabdehin isə məhz tələb olunan məzmunda iddiaçı qarşısında öhdəlik daşıdığını əsaslandırmalıdır. Həmin halları təsdiq edən müvafıq sübutları təqdim etm ək vəzifəsi iddiaçının üzərinə düşür.

29. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmadığından həmin qərarın ləğv edilməsi və kassasiya şikayətinin təmin edilməsi üçün əsas yoxdur. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

30. Yuxarıda göstərilənərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1778/2022 nömrəli, 19 avqust 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar