Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-2952/2025 22.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar iddiaçı2 və iddiaçı1 İsabala oğlunun cavabdeh Səbail Rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (“sərəncamın etibarsız hesab edilməsi”) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçılar iddiaçı2 və iddiaçı1 İsabala oğlunun cavabdeh Səbail Rayon İcra Hakimiyyətinə (üçüncü şəxslər üçüncü şəxs2, Quluzadə İlahə Qəhrəman qızı, üçüncü şəxs3, üçüncü şəxs1) qarşı “sərəncamın etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının 2025-ci il ## #### tarixli, *-*(***)- ***/**** nömrəli qərarından iddiaçı iddiaçı2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI
1. Səbail Rayon İcra Hakimiyyətinin Başçısının “Fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsinin ayrılması barədə” ## ###### 1998-ci il tarixli, **** nömrəli sərəncamına əsasən: 1. Badamdar qəsəbəsində fərdi evin tikintisi üçün X14, X9, X1, üçüncü şəxs2, İmamverdiyeva Gülşən Muradağa qızına 600 (altı yüz) kv.m. torpaq sahəsinin ayrılması; 2. Tikinti işlərinin ciddi olaraq təsdiq edilmiş tipləşdirilmiş layihə əsasında aparılması; 3. Tikinti işlərinin başa çatdırılması müddətinin sərəncam qəbul olunduğu gündən iki il hesab edilməsi; 4. Qeyd olunan müddətdə tikinti işlərinə başlanmazsa və ya layihədəki ölçülərə əməl olunmazsa verilmiş torpaq sahəsinin İcra Hakimiyyəti tərəfindən geri alınaraq müvafiq qayda üzrə başqa vətəndaşa verilməsi qərara alınmışdır.
2. Səbail Rayon İcra Hakimiyyəti Başçısının ##.##.2011-ci il tarixli, *-** nömrəli məktubu ilə göndərilmiş Səbail Rayon İcra Hakimiyyəti Başçısının Badamdar qəsəbə bələdiyyəsi tərəfindən tərtib olunmuş ## ###### 2011-ci il tarixli, ** nömrəli Səbail Rayon İcra Hakimiyyəti Başçısının **** nömrəli ## ###### 1998-ci il tarixli sərəncamı ilə vətəndaş Quluyeva Yeganə Ərzuman qızına ayrılmış, Badamdar qəsəbəsi 1 yaşayış massivi 9 döngə *** nömrəli 600.0 kv.m torpaq sahəsinin yerləşmə cizgisi Səbail RİHBnın müavini Y.Allahverdiyev tərəfindən “təsdiq edirəm” yazısı və imzası ilə, RİHB-nın Badamdar qəsəbə nümayəndəsi N.Abbasovun imzası və nümayəndəliyin möhürü ilə təsdiqlənmişdir.
3. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ##.##.2013-cü il tarixli torpaq sahəsinin plan və ölçüsünə əsasən Səbail RİH-nin ##.##.1998-ci il tarixli, **** saylı sərəncamı ilə 600 kv.m torpaq sahəsi ilə bağlı üçüncü şəxs2 adına tərtib edilmiş və X4 Kitabında ##.##.2013-cü il tarixdə 36581 nömrə ilə uçota alınmışdır.
4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 9-cü döngə, *** saylı sahədə yerləşən 0,03 ha torpaq sahəsi X6 adına ##.##.2014-cü il tarixdə 1114022850 qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır.
5. AN – İ №******* nömrəli ##.##.2014-cü il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı X6 adından Bakı şəhəri ** saylı NK tərəfindən ##.##.2014-cü il tarixdə verilmiş 7E-03-2200 reyestrli etibarnamə əsasında çıxış edən nümayəndə2 Bakı şəhəri, ünvan 1 *** saylı ünvanda yerləşən 0.03 ha torpaq sahəsindən 0.01 ha torpaq sahəsini alıcı Quluzadə İlahə Qəhrəman qızının mülkiyyətinə verir.
6. AN – İ №******* nömrəli ##.##.2014-cü il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı X6 adından Bakı şəhəri ** saylı NK tərəfindən ##.##.2014-cü il tarixdə verilmiş 7E-03-2200 reyestrli etibarnamə əsasında çıxış edən nümayəndə2 Bakı şəhəri, ünvan 1 *** saylı ünvanda yerləşən 0.03 ha torpaq sahəsindən 0.02 ha torpaq sahəsini alıcı üçüncü şəxs3 mülkiyyətinə verir.
7. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, ünvan 1 *** saylı sahənin bir hissəsi 0.01 ha torpaq sahəsi Quluzadə İlahə Qəhrəman qızının adına ##.##.2014-cü il tarixdə 1114032812 qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır.
8. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, ünvan 1 *** saylı sahənin bir hissəsi 0.02 ha torpaq sahəsi üçüncü şəxs3 adına ##.##.2014-cü il tarixdə 1114031718 qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır.
9. Səbail RİH başçısının ##.##.1994-cü il tarixli, **** saylı sərəncamı ilə, fərdi ev tikmək üçün iddiaçı1 İsabala oğluna Badamdar qəsəbəsində 600 kv.m. (20 yanvar küçəsi, ev 13) torpaq sahəsi ayrılmışdır. Tikinti işlərinin ciddi olaraq təsdiq edilmiş layihə əsasında aparılması, tikinti işlərinin başa çatdırılması müddəti sərəncamın qəbul olunduğu gündən 2 il hesab edilməsi, qeyd olunan müddətdə tikinti işlərinin başlanmazsa və ya layihədən ölçülərə əməl olunmazsa, verilmiş torpaq sahəsinin RİH tərəfindən geri alınaraq müvafiq qayda üzrə başqa vətəndaşa verilməsi qərara alınmışdır.
10. ##.##.2004-cü il tarixli JN-13094H, KOD ******** nömrəli Şəhadətnaməyə əsasən iddiaçı1 İsabala oğluna Səbail Rayon İcra Hakimiyyəti Başçısının ## ###### 1994-cü il tarixli **** saylı Sərəncamı ilə 0.06 hektar fərdi yaşayış evinin tikintisi üçün Badamdar qəsəbəsində yerləşən torpaq sahəsi mülkiyyətinə verilmişdir.
11. AN–İ №******* nömrəli ##.##.2004-cü il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı iddiaçı1 İsabala oğlu Bakı şəhəri, Badamdar qəsəbəsində yerləşən ümumi sahəsi 0.06 hektar olan torpaq sahəsindən 0.03 hektar hissəsini alıcı üçüncü şəxs1 mülkiyyətinə verir.
12. JN *****D saylı, ##.##.2004-cü il tarixli Şəhadətnaməyə əsasən üçüncü şəxs1 Bakı şəhəri ** saylı Notariat Kontorunun ## ####### 2004-cü il tarixli 4- Ə**-*** saylı müqaviləsi ilə satılmış 0.03 hektar fərdi yaşayış evinin tikintisi üçün Badamdar qəsəbəsində yerləşən torpaq sahəsi mülkiyyətinə verilmişdir.
13. JN *****D saylı ##.##.2004-cü il tarixli nömrəli Şəhadətnaməyə əsasən iddiaçı1 İsabala oğluna 0.03 hektar fərdi yaşayış evinin tikintisi üçün Badamdar qəsəbəsində yerləşən torpaq sahəsi mülkiyyətinə verilmişdir.
14. AN - İ № ******* nömrəli ##.##.2005-ci il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı üçüncü şəxs1 Bakı şəhəri, Badamdar qəsəbəsində yerləşən ümumi sahəsi 0.03 hektar torpağı alıcı iddiaçı2 mülkiyyətinə verir.
15. ##.##.2005-ci il tarixli JN-24079D, KOD ******** nömrəli Şəhadətnaməyə əsasən iddiaçı2 Bakı şəhəri ** saylı Notariat Kontorunun ##.##.2005-ci il tarixli *Ə/*** saylı müqaviləsi ilə satılmış 0.03 hektar fərdi yaşayış evinin tikintisi üçün Badamdar qəsəbəsində yerləşən torpaq sahəsi mülkiyyətinə verilmişdir.
16. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı ******* nömrəli çıxarışından görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən sahəsi 0.03 ha. olan torpaq sahəsi mülkiyyət hüququ ilə iddiaçı2 adına ##.##.2008-ci il tarixdə 1107111708 qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır.
17. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının *(***)-***/**** nömrəli iş üzrə ## ###### 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı2, Xasiyev Ariz Bayram oğlu və Nağıyev Rafiq İsabala oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin ## ##### 2016-cı il tarixli və ## #### 2016-cı il tarixli qətnamələri ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq iddiaçı2 “çıxarışların, alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, qanunsuz tikililərin sökülməsi və maddi zərərin ödənilməsi” barədə ilkin iddia tələbləri qismən təmin olunmuş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən üçüncü şəxs2 ##.##.2014-cü il tarixdə verilən çıxarış, ##.##.2008-ci il tarixli çıxarış əsasında iddiaçı2 mülkiyyətinə verilmiş 0,03 ha torpaq sahəsi ilə üst-üstə düşən 57 kvadrat metr hissədə, X6 və Quluzadə İlahə Qəhrəman qızı arasında bağlanan ## #### 2014-cü il tarixli alqı-satqı müqaviləsi və bu müqavilə əsasında Quluzadə İlahə Qəhrəman qızına dövlət reyestrindən ##.##.2014-cü il tarixdə verilmiş çıxarış, ##.##.2008-ci il tarixli çıxarış əsasında iddiaçı2 mülkiyyətinə verilmiş 0,03 ha torpaq sahəsi ilə üstüstə düşən 54 kvadrat metr hissədə; X6 və üçüncü şəxs3 arasında bağlanan ## #### 2014-cü il tarixli alqı-satqı müqaviləsi və bu müqavilə əsasında üçüncü şəxs3 dövlət reyestrindən ##.##.2014-cü il tarixdə verilmiş çıxarış, ##.##.2008-ci il tarixli çıxarış əsasında iddiaçı2 mülkiyyətinə verilmiş 0,03 ha torpaq sahəsi ilə üst-üstə düşən 3 kvadrat metr hissədə etibarsız hesab edilməsi, ##.##.2008-ci il tarixli çıxarış əsasında iddiaçı2 mülkiyyətinə verilmiş 0,03 ha torpaq sahəsinin Nağıyev Rafiq İsabala oğlu tərəfindən zəbt edilmiş 243 kvadrat metr hissəsində Rafiq Nağıyev tərəfindən aparılmış tikililərin onun öz vəsaiti hesabına sökülərək adıçəkilən şəxsin oradan çıxarılması qət olunmuş, ilkin iddia tələbləri qalan hissələrdə, habelə qarşılıqlı iddia tələbi rədd olunmuşdur.
18. Bakı Apellyasiya Məhkəməsinin *(***)-***/**** nömrəli iş üzrə ## ###### 2020ci il tarixli qətnaməsi ilə iddiaçı2, Xasiyev Ariz Bayram oğlu və Nağıyev Rafiq İsabala oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin ## #### 2016-cı il tarixli qətnaməsi “Nağıyev Rafiq İsabala oğlunun 243 kvadrat metr torpaq sahəsindən çıxarılması və həmin sahədə aparılmış tikililərin onun özünün vəsaiti hesabına sökülməsi hissəsində” ləğv edilmiş və həmin hissədə yeni qətnamə qəbul edilərək ##.##.2008-ci il tarixli MH seriyalı ******* nömrəli çıxarış əsasında iddiaçı2 mülkiyyətinə verilmiş 0,03 ha torpaq sahəsinin Nağıyev Rafiq İsabala oğlu tərəfindən zəbt edilmiş 243 kvadrat metr hissəsində Nağıyev Rafiq İsabala oğlu tərəfindən aparılmış həyət tikilisinin onun öz vəsaiti hesabına sökülərək adı çəkilən şəxsin oradan çıxarılması qət olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının *(***)-***/**** nömrəli iş üzrə ## ###### 2021-ci il tarixli qərarı ilə cavabdeh Nağıyev Rafiq İsabala oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının *(***)-***/**** nömrəli iş üzrə ## ###### 2020-ci il tarixli qətnaməsi baxılan hissədə - “iddiaçı2 mülkiyyətinə verilmiş 0,03 ha torpaq sahəsinin Nağıyev Rafiq İsabala oğlu tərəfindən zəbt edilmiş 243 kvadrat metr hissəsində sonuncu tərəfindən aparılmış həyət tikilisinin onun öz vəsaiti hesabına sökülərək adıçəkilən şəxsin oradan çıxarılması” hissəsində dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
19. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2024-cü il tarixli qanuni qüvvəyə minmiş (Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır) qərarı ilə iddiaçı iddiaçı1 İsabala oğlunun cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin * saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X6, üçüncü şəxs3, Quluzadə İlahə Qəhrəman qızı, iddiaçı2, üçüncü şəxs1) “koordinatların uyğunlaşdırılması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin *- *(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli qərarından iddiaçı və üçüncü şəxs iddiaçı2 tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI
a. birinci instansiya məhkəməsində icraat
20. İddiaçılar iddiaçı2 və iddiaçı1 İsabala oğlu cavabdeh Səbail Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh Səbail Rayon İcra Hakimiyyətinin ##.##.1998-ci il tarixli, **** saylı sərəncamının etibarsız hesab olunması barədə qərar qəbul edilməsini xahiş etmişlər.
21. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhər İH başçısının “Fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsinin ayrılması barədə” ##.##.1994-cü il tarixli, **** saylı sərəncamı əsasında iddiaçı iddiaçı1 İsabala oğluna Badamdar qəsəbəsində 600 kv.m torpaq sahəsi ayrılmış, tikinti işlərinin başa çatdırılması barədə 2 illik müddət müəyyən edilmiş, qeyd edilən müddətdə tikinti işləri başlanmazsa, RİH tərəfindən torpaq sahəsinin geri alınması nəzərdə tutulmuşdur. Torpaq sahəsinin mülkiyyətinə verilməsinə dair JN-****** saylı (kod 00400016) şəhadətnamə tərtib olunaraq bir nüsxəsi iddiaçıya verilmişdir. Torpaq sahəsinin hüdudları aidiyyəti dövlət orqanı tərəfindən ona göstərilərək tanıdılmış cizgi sxemi də tərtib edilmişdir. Cizgi sxemində qeyd olunur ki, iddiaçıya ayrılmış torpaq sahəsi “400” nömrəlidir. İddiaçı iddiaçı1 İsabala oğlu orada 1995-ci ildən ev inşa etmiş və ailə üzvləri ilə birgə orada yaşayır. Həmin ev və onun qarşısındakı torpaq sahəsi 26 ildir ki, iddiaçının istifadəsi və sahibliyindədir. Torpaq sahəsinin ətrafı bütövlükdə hasarlanmışdır. Daha sonra iddiaçı evinin sağ tərəfində yerləşən və torpaq sahəsinin yarısını təşkil edən, yəni 300 kv.m. hissəsini ##.##.2004-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən göstərilən torpaq sahəsinin 300 kv.m. hissəsini üçüncü şəxs1 satmışdır. İddiaçı iddiaçı2 cavabdehlər (hazırki iş üzrə iddiaçı) iddiaçı1, Y.Quluyevaya, üçüncü şəxs3, İ.Quluzadəyə, A.Xasiyevə və DƏDRX-ə qarşı "çıxarışların, alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, qanunsuz tikililərin sökülməsi və maddi zərərin ödənilməsi tələbi barədə" iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət etdikdən sonra iddiaçıya məlum olmuşdur ki, üçüncü şəxs1 ##.##.2005-ci il tarixli alqı-satqı müqaviləsi əsasında 0.03 ha torpaq sahəsini iddiaçı2 satmışdır. Cavabdeh Y.Quluyeva isə iddiaçının iddiaçı2 satdığı torpaq sahəsinə son bir neçə ildə daş tökərək bildirmişdir ki, bura onundur. Bunu onunla əsaslandırır ki, torpağı Səbail RİH başçısının ##.##.1998-ci il tarixli, **** saylı sərəncamı ilə əldə etmişdir. Həmin sərəncamın əlavəsi olan sxemində qeyd olunur ki, iddiaçıya ayrılmış torpaq sahəsi *** nömrəlidir. Arxiv sənədləri ilə maraqlananda məlum olmuşdur ki, Səbail RİH Aparatı işçiləri tərəfindən tərtib olunmuş sənədlərin həqiqiliyinə şübhə var və Səbail RİH başçısının ##.##.1998-ci il tarixli, **** nömrəli sərəncamının məzmunu üçüncü şəxs2 torpaq sahəsinin ayrılmamasını ifadə edir. Heç həmin torpaq sahəsinin ilkin cizgi sxemi ilə sonradan verilən plan və ölçüdə qeyd edilən koordinatları üst-üstə düşmür. Ümumiyyətlə, Y.Quluyevaya torpaq sahəsinin ayrılması barədə həmin sərəncam mövcud deyildirsə, hansı plan və ölçüdən, koordinatlardan söz gedə bilər? Bundan əlavə, onun sərəncamında torpaq sahəsi 600 kv.m. göstərilsə də, plan və ölçüdə 300 kv.m. göstərilmişdir. Sərəncamda qeyd olunur ki, 2 il müddətinə tikinti işləri aparılmasa, torpaq sahəsi geri alınmalıdır. Əgər Y.Quluyeva 1998- ci ildə torpaq sahəsini almışdırsa 2014cü ildə tikintiyə başlamaq üçün daş tökürsə, bu o deməkdir ki, "ona ayrılmış torpaq sahəsi" artıq başqa vətəndaşa verilmişdir. Hansı yol ilə ona məxsus olmuş və sonradan satdığı torpaq sahəsinə koordinatları vuraraq nəticədə süni şəkildə torpaq sahələrinin koordinatlarının sürüşməsini yaratmışlar. Bundan sonra isə Y.Quluyeva 300 kv.m. torpaq sahəsinin 200 kv.m. hissəsini üçüncü şəxs3, 100 kv.m. sahəsini İ.Quluzadəyə satmışdır. Nəticədə iddiaçının evinin qarşısı və hasarının içərisi olan 1994-cü ildən istifadəsində olan torpaq sahəsi digər şəxslərin torpaq sahəsinin koordinatları kimi müəyyən edilmişdir. Halbuki, o, evinin altını başqa şəxsə necə sata bilərdi? Bu absurddur. Yaranan vəziyyət olduqca acınacaqlıdır. Bu problem uzun illər zəncirvari şəkildə məhkəmə çəkişmələrinə gətirib çıxarır. Əslində problemin kökündə saxta əldə edilmiş sərəncam və səhlənkarlıq edib yerli baxış keçirmədən torpaq sahəsinin plan və ölçüsünün koordinatlarını elə kabinetində müəyyən edən mütəxəssislərin hərəkətləri dayanır. Torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi zamanı yerində yoxlanmaqla verilməməsi nəticəsində daşınmaz əmlakın dövlət reyestrində düzgün olmayan qeyd aparılmışdır. Həmin qeydlərə düzəlişin edilməsi zəruridir. Bundan başqa, qeyd edilənlərə əsasən Y.Quluyevanın adına verilmiş ilkin sənəd mövcud olmadığından onunla "mövcud olmayan sənəd" əsasında İ.Quluzadə və üçüncü şəxs3 arasında bağlanmış müqavilələr etibarsız hesab edilməlidir. Onların "mövcud olmayan sənəd" əsasında plan və ölçüsünü aldıqları yerin koordinatlarını da səhv olaraq əslində ilkin olaraq ona məxsus olmuş, sonra üçüncü şəxs1 satdığı, sonuncunun da iddiaçı2 satdığı 300 kv.m. torpaq sahəsinin koordinatlarının yerinə işlənmişdir. Nəticə etibarı ilə daşınmaz əmlakın dövlət reyestrindəki həmin qeydlər də düzgün aparılmamışdır. Mübahisəli 0.06 ha torpaq sahəsinin şəhadətnaməsi ilkin cizgi plana uyğun tərtib edilməmişdir. Nəticədə hazırda istifadəsində olan 0.03 ha torpaq sahəsi K.Nağıyevin ilkin torpaq ayırma sənədinə uyğun olduğu halda, satdığı 0.03 ha torpaq sahəsinin koordinatları ilkin torpaq ayırma sənədlərinə uyğun olmamışdır. Həmçinin mütəxəssis rəyi ilə məlum olmuşdur ki, Y.Quluyevanın adına verilmiş ilkin torpaqayırma sənədlərində torpaq sahəsinin koordinatları qeyd edilməmişdir. 2013-cü ildə kadastr planını hazırlayan mütəxəssisin “koordinatları” necə müəyyən etməsi çox maraqlıdır. Çünki 400 və *** nömrəli torpaq sahələrinin hər ikisinin ilkin nömrəli torpaq sahəsinin yeri sxemdə qeyd edilmişdir. Həmin torpaq sahəsinin torpaq ayırma sənədlərində "415" nömrəli torpaq sahəsinin yeri göstərilməmişdir. "400" nömrəli torpaq sahəsinin yeri sxemdə qeyd edilmişdir. Həmin torpaq sahəsinin qonşuluğunda *** nömrəli torpaq sahəsinin qeyd edilməsi müəyyən olunmur. Bundan başqa, Səbail RİH-nə verilmiş sorğuya cavab olaraq ##.##.2020-ci il tarixli */**-*** saylı məktubu ilə Y.Quluyevanın adına torpaq sahəsinin ayrılmasına dair ##.##.1998-ci tarixli 1975 sayIı sərəncamın və sxemin Səbail RİH-nin arxivində aşkar edilmədiyi bildirilmişdir. Müəyyən olunur ki, həqiqətən də üçüncü şəxs2 adına hər hansı sərəncam verilməmiş, qeyri-qanuni sənəd əsasında torpaq sahəsi əldə etmişlər. Ən əsası isə iddiaçı1 ilkin sxem əsasında satdığı sahəsi hasarın içərisində olduğu halda yüklü yerə kadastr işlənmiş, torpaq sahəsinin plan və ölçüsü alınmışdır. Yuxarıdakılara əsasən görünür ki, iddiaçı1 və iddiaçı2 hüquqlarının kobud şəkildə pozulması aşkardır. İşin faktiki halları ilə təsdiq olunur ki, Y.Quluyevanın adına verilmiş sənədlər qanunsuz verilmiş, DƏDRX-nın mütəxəssisləri vəzifə səhlənkarlığına yol verərək torpaq sahəsinə plan və ölçü verərkən yerli baxış keçirməli olduğu halda yüklü yerə sanədlər vermiş, qeyri-dəqiq ölçmə işləri apararaq səhv koordinatlar müəyyən etmişlər. Sənədlər verilən zaman "Google earth" proqramı ilə baxanda da həmin yerlərin yüklü, hasara alınmış olduğu aydın görünür. Lakin DƏDRX-in mütəxəssislərinin yol verdiyi qanunsuzluq nəticəsində iddiaçıların hüquqları pozulmuşdur. İddiaçı iddiaçı1 İsabala oğlunun cavabdehlər (indiki iş üzrə üçüncü şəxslər) X6, üçüncü şəxs3, Quluzadə İlahə Qəhraman qızına, iddiaçı2 (indiki iş üzrə iddiaçı) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi, daşınmaz əmlakın dövlət reyestrində düzəliş edilməsi və verilmiş sənədlərin etibarsız hesab edilməsi tələblərinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-**/**** saylı ##.##.2021- ci il tarixli qətnamə qəbul edilmiş, iddia tələbi təmin edilmişdir. Cavabdehlər üçüncü şəxs3, İlahə Quluzadə tərəfindən apellyasiya şikayətləri verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2021-ci il tarixli *(***)- ****/**** saylı qərardadı ilə həmin iddia tələbi üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ## ###### 2021-ci il tarixli qətnaməsinin qismən, yəni Badamdar qəsəbəsi ərazisində yerləşən və iddiaçı iddiaçı1 mülkiyyətində olan 0.03 ha torpaq sahəsi, Badamdar qəsəbəsi ərazisində yerləşən və iddiaçı2 mülkiyyətində olan 0.03 ha torpaq sahəsi koordinatlarının ilkin torpaqayırma sənədi olan Səbail RİH başçısının ##.##.1994cü il tarixli, **** saylı sərəncamına və ona əlavə edilmiş “Plan-cizgi sxeminə uyğunlaşdırılması barədə” tələbin təmin edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə iş üzrə icraata xitam verilmişdir. Həmin tarixli qətnamə ilə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ###### 2021-ci il tarixli qətnamə apellyasiya baxışında qalmış hissədə, yəni "X6 ##.##.2014-cü il tarixdə verilən RX seriyalı ******* saylı çıxarış, onun əsasında X6 və Quluzadə İlahə Qəhrəman qızı arasında bağlanılmış ##.##.2014-cü il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi“ və bu müqavilə əsasında Quluzadə İlahə Qəhrəman qızının adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən "dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən" ##.##.2014-cü il tarixdə verilmiş ************ reyestr nömrəli çıxarışı X6 və üçüncü şəxs3 Bövükkişi oğlu arasında bağlanılmış” ##.##.2014-cü il tarixli "Daşınmaz əmlakın alqı-satqı müqaviləsi" və bu müqavilə əsasında üçüncü şəxs3 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən "dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dovlət reyestrindən" ##.##.2014-cü il tarixdə verilmiş ************ reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsi və bunun əsasında aparılmış düzgün olmayan qeydlərin daşınmaz əmlakın dövlət reyestrindən çıxarılması barədə tələblərin təmin edilməsi hissəsində” ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək həmin tələblər təmin edilməmişdir. Ali Məhkəmənin *(***)-***/**** saylı, ##.##.2022-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının *(***)-****/**** nömrəli iş üzrə ## #### 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin *(***)-***/**** saylı, ##.##.2022-ci il tarixli qərarı ilə qətnamədən verilmiş kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının *(***)- ****/**** nömrəli iş üzrə ## #### 2021-ci il tarixli qətnaməsi X6 ##.##.2014-cü il tarixdə verilən RX seriyalı ******* saylı çıxarışın etibarsız hesab edilməsinin rədd edilməsi hissəsində ləğv edilmişdir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin sorğuya cavab olaraq ##.##.2013-cü il tarixli məktubunda bildirilmişdir ki, Səbail RİH-in ##.##.1998-ci il tarixli, **** saylı sərəncamı Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin qeyd olunan sərəncamın həqiqiliyinə şübhə vardır. Belə ki, Səbail RİH-nin ##.##.1998-ci il tarixli, **** saylı sərəncamı saxlama vahidində bir neçə şəxslə yanaşı üçüncü şəxs2 da torpaq sahəsi ayrılması barədə olsa da, sərəncamların qeydiyyatı kitabında X14 torpaq sahəsi ayrılması kimi qeyd edilmişdir. Səbail RİH-in qanunsuz şəkildə tərtib olunmuş ##.##.1998- ci il tarixli, **** saylı sərəncamı üçüncü şəxs2 torpaq ayrılması barədə olsa da, onun adına torpaq ayrılması göstərilmədiyinə görə sərəncamın həqiqiliyinə dair müəyyən şübhələr yaranır. Sərəncamın kimə ünvanlandığı aydın deyildir. Saxta əldə edilmiş sərəncam nəticəsində iddiaçıların hüquqları kobud şəkildə pozulur. Həmçinin, sərəncamın forması baxımından düzgün tərtib olunmamışdır.
22. Bakı İnzibati Məhkəməsinin ##.##.2022-ci il tarixli qərardadı ilə X6, Quluzadə İlahə Qəhrəman qızı, üçüncü şəxs3, üçüncü şəxs1 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər.
23. İddiaçı tərəf ##.##.2022-ci il tarixdə iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək ##.##.1998-ci il tarixli, **** saylı Səbail Rayon İcra Hakimiyyəti başçısının Yeganə Quluyevaya münasibətdə qəbul etdiyi sərəncamın qüvvədən düşərək hüquqi nəticələrinin etibarsız sayılması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir.
24. İddia tələbinin dəqiqləşdirilməsi ərizəsi onunla əsaslandırılmışdır ki, son bir neçə ildə üçüncü şəxs2 iddiaçı2 məxsus torpaq sahəsinə daş tökərək bildirmişdir ki, bura Səbail rayon İcra Hakimiyyəti başçısının ##.##.1998-ci il tarixli, **** saylı sərəncamı ilə ona verilmişdir. Eyni zamanda sözügedən sərəncamda qeyd olunur ki, 2 il müddətində tikinti işləri aparılmasa torpaq sahəsi geri alınmalıdır. üçüncü şəxs2 iddia etdiyi sərəncamın tarixi 1998-ci il olsa da, o, tikinti işlərini həyata keçirmək üçün daşı həmin torpaq sahəsinə 2014-cü ildə tökmüşdür. Buna görə də müvafiq sərəncam etibarsız hesab olunmalıdır.
25. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
26. Etiraz onunla əsaslandırılmışdır ki, hazırkı iddia tələbləri subyektiv hüquqları olmayan şəxslər tərəfindən irəli sürüldüyü üçün iddia ərizəsi mümkünsüz hesab edilməli, iddia tələbi təmin edilməməlidir. Əvvəllər də tərəflər arasında üçüncü şəxs2, sonradan isə Quluzadə İlahə Qəhrəman qızı, iddiaçı2 və X7 mülkiyyət hüququ ilə məxsus olan torpaq sahələrinə dair alqısatqı müqavilələrinin etibarsız hesab edilməsi, qanuni əsaslarla onların mülkiyyətində olmaları və torpaq sahələrinin yerləşdiyi koordinatlarına dair Bakı şəhəri Səbail Rayon Məhkəməsində məhkəmə mübahisələri olmuş, 2016-cı ildə Səbail Rayon Məhkəməsinin 2(009)-****/**** №-li və 2(009)-***/**** №-li Bakı şəhəri Səbail rayon məhkəməsində baxılmış mülki işlər, sonradan bir icraatda Bakı Apellyasiya Məhkəməsində birləşdirilərək bir icraatda baxılmış, ##.##.2021-ci ildə (iş № *(102)-156/2021) Ali Məhkəmədə isə başa çatmışdır. Belə ki, iddiaçı iddiaçı1 İsabala oğlu cavabdehlər X6, üçüncü şəxs3, iddiaçı2, Quluzadə İlahə Qəhrəman qızına, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi, daşınmaz əmlakın dövlət reyestrində düzəliş edilməsi və verilmiş sənədlərin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunan mülki işlərdə iddiaçı1 tələbini onunla əsaslandırır ki, Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyəti Başçısının ##.##.1994-cü il tarixli, **** saylı sərəncamı ilə fərdi evin tikintisi üçün ona Badamdar qəsəbəsi 20 yanvar küçəsi ünvanında 600 kv.metr torpaq sahəsi ayrılmış, torpaq sahəsinin hüdudlarında “torpaq sahəsinin mülkiyyətinə dair” JN-****H saylı (kod 00400016) şəhadətnamə tərtib edilmişdir. O, orada 1995-ci ildə ev inşa etmiş və ailəsi ilə birlikdə həmin vaxtdan bu günə kimi orada yaşayır. Sonra da mülkiyyətində olan torpaq sahəsinin yarısını, 300 kv.metr sahəni ##.##.2004-cü il tarixdə üçüncü şəxs1 satmışdır. Axırıncı isə həmin torpağı başqa şəxsə satmışdır. iddiaçı2 cavabdehlər üçüncü şəxs2, üçüncü şəxs3, Quluzadə İlahə Qəhrəman qızına, Xasayev Ariz Bayram oğluna və onun özü iddiaçı1 İsabala oğluna qarşı digər mülki işdə (2(009)-2601/2016) “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, qanunsuz tikililərin sökülməsi və maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Səbail rayon məhkəməsinə müraciət etdikdən sonra ona məlum olmuşdur ki, üçüncü şəxs1 həmin torpaq sahəsini ##.##.2008-ci il tarixli alqı-satqı müqaviləsi ilə Cəmilə Zəkaryayevaya satmışdır. X8 2005-ci ildə aldığı torpaq sahəsinə 2008-ci ildə çıxarış, plan və ölçünü alarkən onun 300 kv.m torpaq sahəsinin koordinatları onun özünə məxsus həyətinə, hasarın içində olan və 1994-cü ildən onun qanuni istifadəsində olan torpaq sahəsinə işlənmişdir. O, torpaq sahəsinin sağ hissəsini bölərək satmışdır. Aidiyyəti orqanların əməkdaşı kadastr, ölçü işləri apararkən yüklü sahəyə heç bir zaman torpaq döngə nöqtələrinin, koordinatlarının vura bilmədiyi halda, onun hasarının daxilində 26 illik istifadəsində olan sahəni koordinatlar vuraraq, sənədləşdirib həmin şəxsə təqdim etmişdir. Cavabdeh üçüncü şəxs2 isə Cəmilə Zakarayevaya satılmış torpaq sahəsinə Səbail rayon İcra Hakimiyyəti başçısının ##.##.1998ci il tarixli **** saylı sərəncamını almışdır. Sərəncama əlavə edilmiş cizgi sxemində qeyd olunur ki, ona ayrılmış torpaq sahəsi “415” nömrəlidir. Arxiv sənədləri ilə maraqlananda məlum olur ki, Səbail RİH Aparatı işçiləri tərəfindən tərtib olunan sənədlərin həqiqiliyinə şübhə vardır və Səbail RİH-nin ##.##.1988-ci il tarixli **** nömrəli Sərəncamının məzmunu üçüncü şəxs2 torpaq sahəsinin ayrılmasını ifadə edir. Belə ki, Arxiv İdarəsinin ##.##.2013cü il tarixli məktubunda göstərilmişdir ki, Səbail RİH-nin ##.##.1998-ci il tarixli **** nömrəli Sərəncamı saxlama vahidində bir neçə şəxslə yanaşı üçüncü şəxs2 da torpaq sahəsi ayrılması barədə sərəncamların qeydiyyatı kitabında X14 torpaq sahəsi ayrılması kimi qeyd olunmuşdur. Bu fakt bir daha həmin sərəncamın həqiqiliyinə şübhə yaradır. Heç həmin sərəncamın ilkin cizgi sxemi ilə sonradan verilən plan və ölçü qeyd edilən koordinatlar ilə üstüstə düşmür. Səbail rayon İcra Hakimiyyəti başçısının ##.##.1998-ci il tarixli **** saylı sərəncamı ilə fərdi evin tikintisi üçün ayrılmış 300 kv.metr torpaq sahəsinin 200 kv.metrəsini üçüncü şəxs2 üçüncü şəxs3, 100 kv.metr hissəsini isə İlahə Quluzadəyə satmışdır. Nəticədə onun evinin qarşısı və hasarının içərisi olan torpaq sahəsi digər şəxslərin torpaq sahəsinin koordinatları kimi müəyyən edilmişdir. İddiaçı bu problemin yaranma səbəbinin kökündə saxta əldə edilmiş sərəncam (Səbail RİH-nin ##.##.1988-ci il tarixli **** nömrəli Sərəncamı) və səhlənkarlıq edib yeni baxış keçirmədən torpaq sahəsinin plan və ölçüsünün koordinatlarını, elə kabinetində də müəyyən edilən mütəxəssislərin hərəkəti dayanır. Yuxarıda qeyd olunan iki mülki işi birləşdirib bir icraatda baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- ***/**** nömrəli, ## ###### 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı2 Xasiyev Ariz Bayram oğlu və iddiaçı1 İsabala oğlu tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin ##.##.2016-cı il tarixli və ## #### 2016-cı il tarixli qətnamələri ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq iddiaçı2 “çıxarışların, alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, qanunsuz tikililərin sökülməsi və maddi zərərin ödənilməsi” barədə ilkin iddia tələbləri qismən təmin olunmuş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən X6 ##.##.2014-cü il tarixdə verilən çıxarış, ##.##.2008-ci tarixli çıxarış əsasında iddiaçı2 mülkiyyətinə verilmiş 0.03 ha torpaq sahəsi ilə üstüstə düşən 57 kv.m hissədə, X6 ilə Quluzadə İlahə Qəhrəman qızı arasında bağlanan ## #### 2014-cü il tarixli alqı-satqı müqaviləsi və bu müqavilə əsasında Quluzadə İlahə Qəhrəman qızına dövlət reyestrindən ##.##.2014-cü il tarixdə verilmiş çıxarış, ##.##.2008-ci il tarixli çıxarış əsasında iddiaçı2 mülkiyyətinə verilmiş 0.03 ha torpaq sahəsi ilə üst-üstə düşən 54 kv.m hissədə, üçüncü şəxs2 ilə üçüncü şəxs3 arasında bağlanan ## #### 2014-cü il tarixli alqı-satqı müqaviləsi və bu müqavilə əsasında üçüncü şəxs3 dövlət reyestrindən ##.##.2014-cü il tarixdə verilmiş çıxarış, ##.##.2008-ci il tarixli çıxarış əsasında iddiaçı2 mülkiyyətinə verilmiş 0.03 ha torpaq sahəsi ilə üst-üstə düşən 3 kv.m hissədə etibarsız hesab edilməsi, ##.##.2008-ci il tarixli çıxarış əsasında iddiaçı2 mülkiyyətinə verilmiş 0.03 ha torpaq sahəsinin iddiaçı1 İsabala oğlu tərəfindən zəbt edilmiş 243 kv.m hissəsində iddiaçı1 tərəfindən aparılmış tikililərin onun öz vəsaiti hesabına sökülərək adıçəkilən şəxsin oradan çıxarılması qət olunmuş, ilkin iddia tələbləri qalan hissələrdə, habelə qarşılıqlı iddia tələbi rədd edilmişdir. Bundan sonra, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)- ****/**** nömrəli iş üzrə ## ####### 2018-ci il tarixli qərarı ilə iddiaçı iddiaçı2 kassasiya şikayəti qismən təmin edilmiş, cavabdeh iddiaçı1 İsabala oğlunun kassasiya şikayəti tam təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının *(***)-***/**** nömrəli iş üzrə ## ###### 2018-ci il tarixli qətnaməsi qismən ləğv edilmiş, X6 ilə Quluzadə İlahə Qəhrəman qızı arasında bağlanan ## #### 2014cü il tarixli alqı-satqı müqaviləsi və bu müqavilə əsasında Quluzadə İlahə Qəhrəman qızına dövlət reyestrindən ##.##.2014-cü il tarixdə verilmiş çıxarış, ##.##.2008-ci il tarixli çıxarış əsasında iddiaçı2 mülkiyyətinə verilmiş 0.03 ha torpaq sahəsi ilə üst-üstə düşən 54 kv.m hissədə, üçüncü şəxs2 ilə üçüncü şəxs3 arasında bağlanan ## #### 2014- cü il tarixli alqısatqı müqaviləsi və bu müqavilə əsasında üçüncü şəxs3 dövlət reyestrindən ##.##.2014-cü il tarixdə verilmiş çıxarış, ##.##.2008-ci il tarixli çıxarış əsasında X32 mülkiyyətinə verilmiş 0.03 ha torpaq sahəsi ilə üst-üstə düşən 3 kv.m hissədə etibarsız hesab edilməsi hissəsində qüvvədə saxlanılmış, cavabdeh iddiaçı1 İsabala oğlunun 243 kv.m torpaq sahəsindən çıxarılması və həmin sahədə aparılmış tikililərin onun özünün vəsaiti hesabına sökülməsi hissəsində qətnamə ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasında yuxarıda qeyd olunan 2(103)-***/**** №-li işə baxılarkən əlavə məhkəmə-texniki ekspertizası təyin olunmuşdur. Məhkəmə-texniki ekspertizasının ##.##.2017-ci il tarixli, ***** saylı rəyi ilə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəis müavini Məmməd Həsənovun imzası ilə təsdiq edilmiş ##.##.2017-ci il tarixli mütəxəssis məktubunun göstəricilərini nəzərə alaraq mülki iş materiallarının 2-ci cild, 19-cu və 20-ci səhifəsinə əlavə edilmiş “daşınmaz əmlakın alqı-satqı müqaviləsinə (AN-1 0014427) əsasən JN*****H nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə 0.03 hektar torpaq sahəsinin üçüncü şəxs1 satdıqdan sonra Nağıyev Rafiq İsabala oğlunun faktiki istifadəsində olan 0.0542 hektar torpaq sahəsinin mövcudluğu, iddiaçı2mn xüsusi mülkiyyətində (reyestr nömrəsi 004013001298) olan 300 kv.metr torpaq sahəsinin 243 kv.metr hissəsinin Nağıyev Rafiq İsabala oğlunun faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Həmin ekspertiza rəyi ilə iddiaçı1 İsabala oğluna Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyəti Başçısının ##.##.1994-cü il tarixli, **** saylı sərəncamı ilə fərdi evin tikintisi üçün Badamdar qəsəbəsi 20 yanvar küçəsi ünvanında ayrılmış 600 kv. metr torpaq sahəsinin (həmin əraziyə iddiaçı1 sonradan iddiaçı X28 satdığı 0.03 ha torpaq sahəsi də daxildir) torpaq sahəsinin ölçüsü və hüdudları da müəyyən edilmişdir ki, iddiaçılar iddiaçı1 İsabala oğluna və iddiaçı2 həmin hüdudlardan kənar Səbail Rayon İcra Hakimiyyəti Başçısının ##.##.1998-ci il tarixli, **/** saylı sərəncamı ilə üçüncü şəxs2 ayrılmış 0.06 ha torpaq sahəsinə (həmin sahədən 0.03 ha yüksək gərginlikli elektrik xəttinin altına düşdüyünə görə onun adına 0.03 ha torpaq sahəsi mülkiyyət hüququ ilə qeydə alınmışdır) heç bir aidiyyəti yoxdur. Qeyd olunan dövrdə torpaq sahəsi Bakı şəhəri Səbail rayonu İH- nin balansında olduğuna görə Səbail rayonu İH üçüncü şəxs2 torpaq sahəsinin ayrılmasında səlahiyyətli olmuşdur. Hazırda iddiaçılar iddiaçı1 İsabala oğluna, Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyəti Başçısının ##.##.1994-cü il tarixli, **** saylı sərəncamı ilə fərdi evin tikintisi üçün ona ayrılmış torpaq sahəsindən kənarda yerləşən ərazinin başqa şəxsə, üçüncü şəxs2 ayrılması barədə olan ##.##.1998-ci il tarixli, **/** saylı sərəncamı mübahisələndirirlər ki, buna onların subyektiv hüququ yoxdur. İddiaçı iddiaçı1 İsabala oğlu Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-***/**** №-li ##.##.2020-ci il tarixli qərarının icrası ilə bağlı ona Səbail rayon İcra Hakimiyyəti Başçısının ##.##.1994-cü il tarixli, **** saylı sərəncamı ilə ayrılmış torpaq sahəsinin satdığı və hazırda iddiaçı2 mülkiyyətində olan 0.03 ha sahəsindəki 243 kv.metrdə tikdiyi fərdi evin sökülməsindən yayınmaq üçün əsassız olaraq subyektiv hüququ olmadığı halda Səbail rayon İcra Hakimiyyəti Başçısının ##.##.1998-ci il tarixli, **/** saylı sərəncamını mübahisələndirir. Göründüyü kimi iddiaçılar arasında olan mübahisə ilə bağlı yaranmış problem üçüncü şəxslərin, o cümlədən Quluzadə İlahə Qəhrəman qızının mülkiyyət hüquqları pozulmaqla həll etməyə cəhd olunur. Konstitusiya Məhkəməsinin qərarından da müəyyən olunur ki, iddiaçılara aid olmayan torpaq sahəsinin digər şəxslərə verilməsinə səbəb olan Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyəti Başçısının ##.##.1998-ci il tarixli, **/** saylı sərəncamını mübahisələndirməyə iddiaçıların subyektiv hüququ yoxdur. Digər tərəfdən, iddia ərizəsində Arxiv İdarəsinin ##.##.2013-cü il tarixli məktubuna istinad olunaraq göstərilmişdir ki, Səbail RİH-nin ##.##.1998-ci il tarixli **** nömrəli Sərəncamı saxlama vahidində bir neçə şəxslə yanaşı üçüncü şəxs2 da torpaq sahəsi ayrılması barədə sərəncamların qeydiyyatı kitabında X14 torpaq sahəsi ayrılması kimi qeyd olunduğu, bu faktın özü isə sərəncamın həqiqiliyinə şübhə yarandığı qeyd olunur. Bu məsələ ilə bağlı qeyd olunmalıdır ki, arxiv idarəsi sərəncamın mövcud olduğunu özü təsdiqləyir. Lakin sərəncamda adı çəkilən şəxslərdən yalnız birinin arxivdə sərəncamlarının qeydiyyat kitabında keçməsinə istinad olunaraq sərəncamın həqiqiliyinə şübhə yaranması kimi mülahizə tamamilə əsassızdır, bu mülahizəni irəli sürmək Arxiv İdarəsinin səlahiyyətinə aid deyil.
27. Bakı İnzibati Məhkəməsinin (hakim: A.Ə.Əhədova) 2023-cü il ## ###### tarixli, *-*(***)-****/**** saylı qərarı ilə iddiaçılar iddiaçı2 və iddiaçı1 İsabala oğlunun cavabdeh Səbail Rayon İcra Hakimiyyətinə qarşı “sərəncamın etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir.
28. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçı tərəf sərəncamın həqiqiliyinə şübhənin olması, sərəncamın saxta olması baxımından o hala istinad edir ki, Səbail RİH-nın ##.##.1998-ci il tarixli, **** saylı sərəncamında X6 topaq sahəsi ayrılması barədə olsa da, sərəncamların qeydiyyatı kitabında X14 torpaq sahəsi ayrılması kimi qeyd edilmişdir. Bu barədə Dövlət Arxivindən əldə edilmiş məlumatda da həmin sərəncamın həqiqiliyinə şübhə olduğu bildirilmişdir. Bununla əlaqədar iddiaçı tərəfin istinad etdiyi Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin ##.##.2013-cü il tarixli, **** nömrəli məktubudur ki, həmin məktubda sərəncamın həqiqliyinə şübhə onunla əsaslandırılır ki, X5 torpaq sahəsi ayrılması barədə Səbail RİH-nin ##.##.1998-ci il tarixli, **** saylı sərəncamının olmasına baxmayaraq, sərəncamların qeydiyyatı kitabında həmin şəxsin soyadının, adının və atasının adının qeyd olunmaması X5 torpaq sahəsinin ayrılmaması məzmununu ifadə edir. Təqdim olunmuş arxiv sənədlərindən müəyyən olunur ki, Səbail RİH-nin ##.##.1998-ci il tarixli, **** saylı sərəncamı Dövlət Arxivinin Bakı Filialında mövcuddur. Dövlət Arxiv fondu həmin sərəncamı əlaqəli sənədlərlə birlikdə mühafizə etmək üçün təhvil almış və təhvil alarkən eləcə də mühafizə etdiyi müddətdə həmin sərəncamın saxta olması və ya həqiqliyinə şübhənin müəyyən olunması məqsədilə nə sərəncamı təqdim edən qurumun (müvafiq icra hakimiyyəti orqanının), nə də öz təşəbbüsü ilə hüquq mühafizə orqanlarına məlumat verməmiş və ya həmin sərəncamın saxta olması barədə hüquqpozma ilə əlaqədar cinayət prosesini həyata keçirən orqanın qərarı müəyyən olunmamışdır. Başqa sözlə, dövlət arxivi bir tərəfdən etibarlı hüquqi sənədi - sərəncamı dövlət mühafizəsinə qəbul etmiş, digər tərəfdən iddiaçı tərəfə mühafizə altına aldığı torpaqayırma barədə sərəncamın həqiqiliyinə şübhə olması barədə məlumat vermişdir. Qeyd edildiyi kimi inzibati aktın bu və ya digər səbəbdən etibarsız sayılması barədə qərar qəbul etmək səlahiyyətinə yalnız həmin inzibati aktı qəbul etmiş inzibati orqan (və ya yuxarı inzibati orqan və ya hüquqi varisi olan qurum) və ya məhkəmə hesab olunduğu və mübahisəli sərəncamın ləğvi ilə bağlı səlahiyyətli qurumun qərarı barədə məlumat olmadığı halda Dövlət Arxivinin mövcud sərəncamın həqiqiliyini şübhə altına almaq və yaxud sərəncamla nəzərdə tutulmuş üçüncü şəxsə torpaq ayrılmadığını ifadə edən məlumat təqdim etmək səlahiyyəti qanunla nəzərdə tutulmamışdır. Odur ki, məhkəmə iddiaçı tərəfin istinad etdiyi Dövlət Arxivinin müvafiq məktubunu hazırkı sərəncamın etibarsızlığını ifadə edən mötəbər sənəd qismində qəbul etməmişdir. Bundan əlavə, iddiaçı tərəfin mövqeyini mahiyyəti üzrə dəyərləndirdikdə müəyyən olunur ki, Y.Quluyevaya torpaq sahəsinin ayrılması barədə mübahisəli sərəncamla həmin sərənamın qeydiyyat kitabında işləndiyi ad və məzmun hissəsində uyğunsuzluq mövcuddur. Lakin bu uyğunsuzluq yenə də sözügedən sərəncamın etibarsızlığına dəlalət etmir. Belə ki, təqdim edilmiş Səbail Rayon İcra Hakimiyyətinin ##.##.1998-ci il tarixli, **** nömrəli sərəncamının tam mətnindən müəyyən olunur ki, Badamdar qəsəbəsi ərazisində fərdi evin tikintisi üçün bir sərəncamla eyni vaxtda bir neçə vətəndaşa X14, X9, X1, üçüncü şəxs2 və İmamverdiyeva Gülşən Muradağa qızına hər birinə ayrı-ayrılıqda 600 kv.m. ölçüdə torpaq sahəsi ayrılmışdır. Həmin sərəncamın işlənildiyi 1998-ci il üçün Səbail rayonu İcra Hakimiyyəti Başçısının **-**** nömrəli sərəncamlarının qeydiyyat kitabında 99-cu vərəqdə ##.##.1998-ci il tarixli, **** nömrəli sərəncamının adı və qısa məzmunu qrafasında “Məhərrəmova....” adı qeyd olunmuşdur. Göründüyü kimi mübahisəli sərəncam eyni vaxtda 5 nəfərə (o cümlədən sıra üzrə 4-cü Yeganə Quluyevaya) torpaq sahəsinin ayrılması barədə olduğundan, həmin sərəncamla sadalanan vətəndaşlardan birinci sırada vətəndaş X14 torpaq ayrılması göstərildiyindən sərəncamların qeydiyyat kitabında da bütün vətəndaşların deyil, məhz birinci sırada gələn vətəndaş- Məhərrəmovanın soyadının qeyd edilməsi mümkündür və bu halda sərəncamın məzmununun qısa şəkildə qeyd edilməsi ağlabatandır. Başqa sözlə, qeydiyyat jurnalında qısa olaraq sərəncamla torpaq ayrılanlardan yalnız bir vətəndaşın, eləcə də sıra üzrə birinci şəxsin adının qeyd edilməsi digər 4 vətəndaşa, eləcə də üçüncü şəxsə torpaq ayrılmadığını deməyə hüquqi əsas vermir.
29. Mübahisəli sərəncamın kimə ünvanlandığının aydın olmaması, sərəncamın formasının düzgün tərtib olunmaması, əlavə olaraq iddiaçının məhkəmə iclasında verdiyi vəsatətə əsasən sərəncamdakı imzaların saxta olmasına dair dəlilləri ilə də məhkəmə razılaşmamışdır. Mübahisəli sərəncamla 5 vətəndaşa, o cümlədən Yeganə Quluyevaya 600 kv.m ölçüdə torpaq sahəsinin ayrılması qərara alınmışdır. Sərəncamın arxivdən əldə edilmiş nüsxəsində sərəcamın adı - “Fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsinin ayrılması barədə” olduğu, sərəncamı qəbul edən inzibati orqan-Bakı şəhər Səbail rayon İcra Hakimiyyəti Başçısı, sərəncamın qəbul edildiyi tarix-## ###### 1998-ci il, nömrəsi **** saylı, sərəncamı imzalayan-icra hakimiyyəti başçısı R.Məmmədov imzalı, sərəncamı qəbul edən icra hakimiyyətinin möhürü öz əksini tapmışdır. Başqa sözlə, sərəncam yuxarıda qeyd edilən yazılı inzibati aktın zəruri olan bütün rekvizitlərinə malikdir. Qeyd edilməlidir ki, iş materiallarına əlavə edilmiş iddiaçı iddiaçı1 İsabala oğluna torpaq sahəsinin ayrılması barədə ##.##.1994-cü il tarxli **** nömrəli sərəncamı, eləcə də həmin ərazidə qonşu torpaq sahələrinin ayrılmasına dair sərəcamlar məsələn, N.Babaxanov, H.İsmayılzadə, S.Əliyeva, İ.İsmayılova torpaq sahəsinin ayrılması barədə ##.##.1995-ci il tarixli *** nömrəli sərəncam, X2 torpaq sahəsinin ayrılması barədə ##.##.1994-cü il tarixli **** nömrəli sərəncamlar) məzmun və forma baxımından mübahisələndirilən ## ###### 1998-ci il, nömrəsi **** saylı, sərəncamının rekvizitləri ilə oxşar(eynilik) təşkil etdiyi müəyyən olunur. Həmçinin, üçüncü şəxsə aid sərəncamdakı Səbail rayon İcra Hakimiyyəti başçısı R.Məmmədovun qarşısındakı imza ilə iddiaçı1 İsabala oğluna torpaq sahəsinin ayrılması barədə ##.##.1994-cü il tarxli **** nömrəli sərəncamında R.Məmmədovun qarşısındakı imzaların eyni olduğunu adi gözlə müşahidə etmək mümkündür.
30. Bundan əlavə, məhkəmə iddiaçı tərəfin etibarsızlıqla bağlı qeyd etdiyi sərəncamla icazə verilən tikinti işlərinin aparılması müddətinin üçüncü şəxs tərəfindən ötürülməsi bununla da sərəncamın qüvvədən düşmüş olmasına münasibətdə qeyd etmişdir ki, iddiaçı tərəfin qeyd etdiyi bu dəlil İİQ-nun 65-ci maddəsində nəzərdə tutulmuş etibarsızlıq əsaslarına uyğun deyildir. Belə ki, iddiaçının mövqeyinə əsasən sözügedən sərəncamda qeyd olunur ki, 2 il müddətinə tikinti işləri aparılmasa, torpaq sahəsi geri alınmalıdır. Əgər üçüncü şəxs2 1998-ci ildə torpaq sahəsini almışdısa 2014-cü ildə tikintiyə başlamaq üçün həmin ərazidə daş tökərək tikinti işlərinə başlayırsa, bu o deməkdir ki, sərəncamla verilmiş tikinti müddəti bitmiş və nəticə etibarı ilə üçüncü şəxsə ayrılmış torpaq sahəsi artıq başqa vətəndaşa verilmiş hesab edilməlidir. Məhkəmə bu dəlillə bağlı ilk növbədə qeyd edir ki, iddiaçının sərəncamla nəzərdə tutulmuş 2 illik müddətin keçməsinə istinad etməsi iddiaçı tərəfin irəli sürdüyü sərəncamın həqiqiliyinə şübhənin olması barədə etibarsızılıq əsası ilə ziddiyyət təşkil edir və ya iddiaçı tərəfin irəli sürdüyü etibarsızlıq halını aradan qaldırır. Belə ki, iddiaçı tərəfin sərəncamla inşaat müddətinin keçdiyini, bununla da həmin torpağın başqasına verilməsinə əsas verməsini qeyd etməsi bilavasitə iddiaçıların həmin sərəncamın mövcudluğunu, belə bir inzibati aktın yuxarıda qeyd edilən etibarsızlıqla bağlı dəlillərinin əksinə olaraq onun əvvəlcədən mötəbəliyini qəbul etdiyini, yalnız sərəncamın nəzərdə tutulmuş inşaat müddətinin keçməsi səbəbi ilə hüquqi nəticə yaratmadığını irəli sürdüyünə dəlalət edir. Başqa sözlə, iddiaçı tərəf sözügedən sərəncamın etibarsız hesab edilməsi ilə bağlı konkret əsaslara sahib deyil. Digər tərəfdən, sərəncamdakı inşaat müddətinə gəlincə ## ###### 1998-ci il tarixli, **** nömrəli sərəncamın məzmununda tikinti işlərinin başa çatdırılması müddəti sərəncam qəbul olunduğu gündən 2 il hesab edilməsi, qeyd olunan müddətdə tikinti işlərinə başlanmazsa torpaq sahəsinin İcra Hakimiyyəti tərəfindən geri alınaraq müvafiq qayda üzrə başqa vətəndaşa verilməsi barədə müddəa olmuş və sözügedən sərəncamda qeyd edilən müddətdə tikinti işləri aparılmamış olsa da rayon icra hakimiyyəti tərəfindən həmin torpaq sahəsi üçüncü şəxsdən geri alınmamışdır. Əksinə, sərəncam 1998-ci il olmaqla həmin sərəncamın üzərindən 13 ilə yaxın müddət keçdikdən sonra hüquqi varis olan hazırkı Səbail rayon İcra Hakimiyyətinin başçısının müavininin imzası ilə ##.##.2011ci il tarixli, *-** nömrəli məktubu ilə sözügedən sərəncamla Quluyeva Yeganə Ərzuman qızına ayrılmış, Badamdar qəsəbəsi 1-ci yaşayış massivi 9 döngə *** nömrəli 600.0 kv.m torpaq sahəsinin yerləşmə cizgisi tərtib edilmiş və yerləşmə cizgisi Səbail RİHB-nın müavini Y.Allahverdiyev tərəfindən “təsdiq edirəm” yazısı və imzası ilə, RİHB-nın Badamdar qəsəbə nümayəndəsi N.Abbasovun imzası və nümayəndəliyin möhürü ilə təsdiqlənmişdir. Dolayısı ilə Səbail rayon İcra Hakimiyyəti Quluyeva Yeganə Ərzuman qızına ayrılmış torpaq sahəsinin yerləşmə cizgisini tərtib etməklə nəinki torpaq sahəsini geri almamış, həm də həmin cizginin verilməsinin əsasında dayanan ilkin torpaqayırma sənədi olan ## ###### 1998-ci il tarixli, **** nömrəli sərəncamın həqiqiliyi, mötəbərliliyini və hüquqi qüvvəsini qəbul etmiş və təsdiq etmişdir. Başqa sözlə, mübahisələndirilən sərəncam ləğv edilmədiyi, geri çağırılmadığı halda və ya sərəncamın qeyd edilən 2 illik müddət keçdikdən sonra torpaq sahəsi geri alınmadığı, bu barədə yerli icra hakimiyyəti müvafiq inzibai akt qəbul etmədiyi və yaxud faktiki xarakterli hərəkəti ilə torpaqdan məhrumetmə baş vermədiyindən, əksinə həmin sərəncamla ayrılmış torpaq sahəsinin 2011-ci ildə yerləşmə cizgisini tərtib edilməsi onu deməyə əsas verir ki, mübahisəli sərəncam qüvvədədir və sərəncamın qüvvədən düşmüş hesab edilməsi üçün faktiki və hüquqi əsaslar mövcud deyildir. Beləliklə, hazırkı mübahisəyə münasibətdə “İnzibati icraat haqqında” Qanunun 65.1-ci maddəsində təsbit edilmiş və cavabdehin sərəncamının etibarsızlığını şərtləndirən əsasların mövcudluğu öz təsdiqini tapmamışdır.
31. Bakı İnzibati Məhkəməsinin qərarından narazı qalan iş üzrə iddiaçı iddiaçı2 nümayəndəsi və vəkili vəkil1 tərəfindən apelyasiya şikayəti verilərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılması xahiş edilmişdir.
b) apellyasiya instansiyası məhkəməsində icraat
32. İşə apellyasiya instansiyası məhkəməsində baxılması zamanı iddiaçının vəkili tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edilərək, cavabdeh Səbail Rayon İcra Hakimiyyətinin başçısının üçüncü şəxs2 münasibətdə qəbul etdiyi ##.##.1998-ci il tarixli, **** saylı sərəncamının qüvvədən düşərək hüquqi nəticələrinin etibarsız sayılması, sərəncam əsasında üçüncü şəxs üçüncü şəxs2 adına verilmiş torpaq sahəsinin cizgisinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir.
33. Bakı Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının (hakimlər R.Ə.Səmədov /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və O.N.İsmayılov) 2025-ci il ## #### tarixli, *- *(***)-***/**** nömrəli qərarı ilə apelyasiya şikayəti təmin edilməyərək, Bakı İnzibati Məhkəməsinin 2023-cü il ## ###### tarixli, *-*(***)-****/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
34. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq isə məhkəmə kollegiyası tərəfindən əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın nəticəsi olaraq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ## ##### 2025-ci il tarixli ekspert rəyində qeyd edilmişdir ki, iddiaçı2 faktiki istifadəsində olan 0,03 ha torpaq sahəsi Səbail Rayon İcra Hakimiyyəti başçısının ## ###### 1994-cü il tarixli **** saylı Sərəncamı ilə Nağıyev Rafiq İsabala oğluna ayrılmış torpaq sahəsinin ilkin torpaqayırma cizgisinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir. Səbail Rayon İcra Hakimiyyəti Başçısının ## ###### 1998ci il tarixli **** nömrəli sərəncamı ilə vətəndaş Quluyeva Yeganə Ərzuman qızına ayrılmış, Badamdar qəsəbəsində yerləşən 600.0 kv.m torpaq sahəsinin ilkin torpaqayırma cizgisində qeyd olunan məlumatları (yolları, döngələri və digər tərpənməz nöqtələri) müqayisəli şəkildə təhlil edərkən məlum olur ki, iddiaçı2 ayrılmış torpaq sahəsi ilə üçüncü şəxs2 ayrılmış torpaq sahəsinin yerləşmə mövqelərində fərq mövcuddur. Belə ki, ilkin torpaqayırma cizgilərində qeyd olunan məlumatlara əsasən, üçüncü şəxs2 ayrılmış torpaq sahəsi iddiaçı1 İsabala oğluna ayrılan (sonradan 0,03 ha hissəsi iddiaçı2 ayrılmışdır) torpaq sahəsindən aralıda qərb istiqamətdə ayrılmışdır. İlkin torpaqayırma sxemləri sxematik olaraq tərtib olunduğundan koordinatları dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. üçüncü şəxs2 Ərzuman qızına ayrılmış 600 kv.metr torpaq sahəsinin yerini ilkin torpaqayırma sxeminə əsasən dəqiq müəyyən etmək mümkün olmadığından, həmin torpaq sahəsinin Quluzadə İlahə Qəhrəman qızının, üçüncü şəxs3 və üçüncü şəxs1 naturada istifadə etdikləri torpaq sahəsi ilə eynilik təşkil edib-etməməsini müəyyən etmək mümkün olmamışdır. iddiaçı2 ayrılmış torpaq sahəsinin əvvəllər iddiaçı1 İsabala oğluna Səbail Rayon İcra Hakimiyyəti Başçısının ## ###### 1994-cü il tarixli **** saylı Sərəncamı ilə ayrılan 0,06 ha torpaq sahəsinin bir hissəsi olmasını və bölgü eskizində həmin 0,06 ha torpaq sahəsinin ortadan iki hissəyə bölünməsini, ilkin cizgilərdə qeyd olunan situasiya planına əsasən iddiaçı2 ayrılmış torpaq sahəsinin 0,03 hektarlıq hissəsinin iddiaçı1 faktiki istifadəsində olan torpaq sahəsinin hasarının cənub istiqamətində yerləşdiyini və ilkin cizgilərə əsasən iddiaçı2 ayrılmış 0,03 torpaq sahəsi ilə iddiaçı1 istifadəsində olan torpaq sahəsinin (bölgüdən sonra qalan 0,03 ha torpaq sahəsi) üst-üstə düşmədiyi müəyyən edilmişdir. üçüncü şəxs2 Arzuman qızına Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti Başçısının ## ###### 1998-ci il tarixli, **** saylı Sərəncamı ilə ayrılmış torpaq sahəsinin torpaqayırma sxemində seçim yeri (torpaq sahəsinin planda və naturada yeri) göstərilmədiyi üçün naturadakı yerini müəyyən etmək mümkün olmadığına görə onun torpaq sahəsinin iddiaçı2 faktiki istifadəsində olan torpaq sahəsinin koordinantlarının üst-üstə düşüb düşməməsini müəyən etmək mümkün olmamışdır.
35. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, təqdim edilmiş hər iki rəydən görünür ki, iddiaçı2 ayrılmış torpaq sahəsi ilə üçüncü şəxs2 ayrılmış torpaq sahəsinin yerləşmə mövqelərində fərq mövcuddur. Belə ki, ilkin torpaqayırma cizgilərində qeyd olunan məlumatlara əsasən, üçüncü şəxs2 ayrılmış torpaq sahəsi iddiaçı1 İsabala oğluna ayrılan (sonradan 0,03 ha hissəsi iddiaçı2 ayrılmışdır) torpaq sahəsindən aralıda qərb istiqamətdə ayrılmışdır. Bundan əlavə, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2024-cü il tarixli qanuni qüvvəyə minmiş (Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2025- ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır) qərarı ilə iddiaçı iddiaçı1 İsabala oğlunun cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin * saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X6, üçüncü şəxs3, Quluzadə İlahə Qəhrəman qızı, iddiaçı2, üçüncü şəxs1) “koordinatların uyğunlaşdırılması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli qərarından iddiaçı və üçüncü şəxs iddiaçı2 tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Həmin Qərarda qeyd olunmuşdur ki, “iddiaçı2 adına ##.##.2005-ci il tarixdə JN *****D nömrəli 0.03 ha torpaq sahəsinə dair DTXK tərəfindən verilmiş şəhadətnamədə torpaq sahəsinin yerləşmə planında C.Zakayayevanın mülkiyyətində olan 0.03 ha JN *****D nömrəli şəhadətnamənin aid olduğu torpaq sahəsinin sənəd üzrə solunda *****D nömrəli şəhadətnamənin aid olduğu yəni iddiaçı1 mülkiyyətində olan 0.03 ha torpaq sahəsinin, yenə də sənəd üzrə sağ tərəfində qonşu ****D nömrəli şəhadətnamənin aid olduğu qonşu torpaq sahəsinin yerləşdiyi görünür. Göründüyü kimi, iddiaçı1 məxsus olmuş 0.06 torpaq sahəsinə dair ilkin sənədlər-DTXK tərəfindən tərtib edilmiş yerquruluşu planında iddiaçının adına olan 0.06 ha torpaq sahəsininin yola paralel uzununa 30 m, eninə 20 m trapesiya formasında olduğu əks olunmuş, həmin torpaq sahəsinin cənubunda hər hansı torpaq sahəsi öz əksini tapmamış, yerquruluşu planında torpaq sahəsinin sağ və solunda qonşu torpaq sahələrinin yerləşdiyi, eyni zamanda həmin 0.06 ha torpaq sahəsinə dair ilkin şəhadətnamədə və iddiaçı1, A.Xasiyev və C.Zakayayevanın adına tərtib edilmiş sonrakı şəhadətnamələrdə torpaq sahəsinin yerləşmə vəziyyətinin yerquruluşu planına uyğun olduğu, həmin şəhadətnamələrdə 0.06 ha torpaq sahəsindən satılmış 0.03 ha torpaq sahəsinin cənub hissədə deyil, sənəd üzrə iddiaçının mülkiyyətində qalan 0.03 ha torpaq sahəsindən sağda (naturada yol hissədən qərbdə) yerləşdiyi müəyyən olunur.
36. İddiaçı yerquruluşu planının və sonrakı hüquqmüəyyənedici sənədlərin faktiki vəziyyətə uyğun tərtib edilməməsini iddia etsə də, Kollegiya iddiaçının qeyd edilən dəlili ilə razılaşmayaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən sözügedən torpaq sahəsinin ətrafında yerləşən daşınmaz əmlaklara dair ilkin hüquqmüəyyənedici sənədlər əldə edilərək təhlil edilmiş və haqlı olaraq aşağıdakı nəticəyə gəlinmişdir. İddiaçının adına 2004-cü ildə tərtib edilmiş JN *****H nömrəli şəhadətnamədə torpaq sahəsinin planında həmin sahənin qərbində qonşu sahədə ****H nömrəli şəhadətnamənin aid olduğu torpaq sahəsinin yerləşdiyi, sonrakı şəhadətnamələrdə- həm A.Xasiyevin adına olan JN *****D nömrəli şəhadətnamə, C.Zakayayevanın mülkiyyətində olan 0.03 ha JN *****D nömrəli şəhadətnamə, həm də iddiaçı1 adına olan JN *****D nömrəli şəhadətnamədə qonşuluqda yerləşən həmin ****H nömrəli şəhadətnamənin aid olduğu torpaq sahəsinin yerləşmə vəziyyətinin dəyişmədiyi, həmin sahənin yenə də sənəd üzrə mübahisəli torpaq sahələrindən sağda (naturada yol tərəfdən qərbdə) eyni vəziyyətdə, eyni konfiqurasiyada yerləşdiyi görünür. JN ****H nömrəli şəhadətnaməyə aid 0.06 ha torpaq sahəsinin ilkin olaraq İsmayılzadə Həsən İbrahim oğlunun adına ##.##.2003-cü il tarixdə tərtib edilmiş şəhadətnamədə (JN 8687D), sonradan isə ##.##.2003-cü il X12 adına tərtib edilmiş JN ****H nömrəli şəhadətnamədə yerləşmə istiqaməti yola paralel düzbucaqlı formasında olduğu müşahidə olunur. İş materiallarında olan iddia olunan ərazinin hazırkı halda ortofoto görüntüsündə də sözügedən JN ****H nömrəli şəhadətnamənin aid olduğu qonşu torpaq sahəsinin yerləşmə vəziyyətinin dəyişmədiyi, mübahisəli torpaq sahəsinin qərb hissəsində, eyni konfiqurasiya, eyni ölçü və eyni formada faktiki yerləşdiyi aydın şəkildə adi gözlə görünür.
37. İddiaçı iddiaçı2 həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və işin araşdırılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ
a) kassasiya şikayətinin dəlilləri
38. Kassasiya şikayəti iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğun şəkildə əsaslandırılmışdır.
b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
39. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
40. Azərbaycan Respublikasının “İnzibati icraat haqqında” Qanunu: Maddə 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir.
Maddə 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
Maddə 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: Maddə 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; Maddə 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; Maddə 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; Maddə 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; Maddə 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; Maddə 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. Maddə 65.2. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Maddə 65.3. İnzibati aktı qəbul etmiş inzibati orqan bu Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Bu barədə maraqlı şəxslərə həmin Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.
Maddə 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Maddə 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Maddə 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: Maddə 67.6.2-ci maddəsinə əsasən səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; Maddə 67.7-ci maddəsinə əsasən bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır.
41. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: Maddə 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ
42. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.
43. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
44. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
45. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
46. Avropa İnsan Hüquqları Məhkəməsinin həmin mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
47. Hazırki iş üzrə iddiaçının hüquqi marağı cavabdeh Səbail Rayon İcra Hakimiyyətinin başçısının üçüncü şəxs2 münasibətdə qəbul etdiyi ##.##.1998-ci il tarixli, **** saylı sərəncamının qüvvədən düşərək hüquqi nəticələrinin etibarsız sayılması, sərəncam əsasında üçüncü şəxs üçüncü şəxs2 adına verilmiş torpaq sahəsinin cizgisinin ləğv edilməsi barədə qərar qəbul edilməsindən ibarətdir.
48. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından, sözügedən sərəncamın etibarsızlığının müəyyən edilməsi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
49. Hazırkı qərarın 40-cı bəndində qeyd edilən normaların məzmunundan göründüyü kimi, qanunverici inzibati aktın etibarsızlığı və qanunsuzluğu institutlarını biribirindən fərqləndirir. “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi anlamında etibarsız sayılmayan inzibati aktlar, hətta qanunsuz olsalar belə, qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Bu baxımdan inzibati aktın, o cümlədən qanunsuz inzibati aktın hüquqi qüvvəsi onun etibarlılığına bağlıdır və yalnız etibarlı inzibati aktlar hüquqi qüvvəyə malik olur. Etibarsız inzibati aktlara münasibətdə isə qeyd olunmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi anlamında etibarsız sayılan inzibati aktlar qəbul edildiyi andan hüquqi qüvvəyə malik olmur və bu mənada hər hansı hüquqi nəticə yaratmır. Başqa sözlə, istinad olunan norma anlamında etibarsız inzibati akt mövcud olmamış, yarasız və əhəmiyyətsiz inzibati akt kimi qiymətləndirilir.
50. Bununla bağlı nəzərə almaq lazımdır ki, hazırkı qərarın 40-cı bəndində istinad olunan normada etibarsız inzibati aktların dairəsi konkret olaraq müəyyən edilmişdir. Başqa sözlə, qanunverici tərəfindən inzibati aktın qəbul edildiyi andan etibarsız sayılmasını şərtləndirən hallar və bunun üzərindən qəbul edildiyi andan etibarsız sayılan inzibati aktlar əvvəlcədən həmin normada təsbit edilmişdir. İstinad olunan həmin normaya görə, hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati aktlar, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş, qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən, maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən, faktiki səbəblər üzündən icrası mümkün olmayan, kimə ünvanlandığı aydın olmayan inzibati aktlar etibarsız sayılır. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır.
51. İnzibati icraat haqqında” Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri mövcud olduqda, inzibati orqan öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. İnzibati orqan bundan imtina etdiyi hallarda, şəxs Azərbaycan Respublikasının İnzibati prosessual Məcəlləsinin 36-cı maddəsinə əsasən həmin aktın etibarsızlığının tanınmasına dair müəyyən etmə və ya tanınma haqqında iddia növündə iddia ilə məhkəməyə müraciət edə bilər. Bununla bağlı qeyd olunmalıdır ki, belə iddianın qaldırılmasında şəxsin xüsusi hüquqi marağı qısa müddətdə etibarsızlığın müəyyən olunmasına və etibarsızlıq faktının konstatasiyasına yönəlmiş olur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, etibarsızlığın tanınması haqqında iddialar üzrə məhkəmə araşdırmasının predmeti “İnzibati icraat haqqında” Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması ilə məhdudlaşır və həmin halların müəyyən edilmədiyi təqdirdə, tanınma haqqında iddianın təmin olunmasından imtina olunur. Başqa sözlə, həmin iddia yalnız “İnzibati icraat haqqında” Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğu hallarda əsaslı sayıla bilər.
52. Hazırkı mübahisəyə münasibətdə “İnzibati icraat haqqında” Qanunun normalarına uyğun olaraq mübahisələndirilən sərəncamının etibarsızlığını şərtləndirən əsasların mövcud olmaması işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş halları ilə təsdiq olunur. Bu baxımdan həmin sərəncamın etibarsız hesab olunmasını tələb etməkdə iddiaçı sayıla bilməz.
53. Bundan başqa iddia tələbinin “cizginin ləğv edilməsi” bağlı hissəsinə münasibətdə apellyasiya instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, mübahisə predmeti olan sərəncamın etibarsız sayılması üçün əsaslar müəyyən edilmədiyi üçün onun hüquqi nəticələrinin etibarsız sayılması mümkün deyildir.
54. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları da düzgün tətbiq edilmişdir. Odur ki, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
55. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin mübahisəyə dair iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir.
56. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
57. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının 2025-ci il ## #### tarixli, *- *(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.