Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2954/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddiasına dair iş üzrə QƏRAR Açıq sözlər: xarici diplomun tanınması GİRİŞ HİSSƏ Hakimlər: 03.12.2019 Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), Rahib Sahib oğlu Nəbizadə və Xəqani Səyyad oğlu Məmmədovdan ibarət tərkibdə, Cavabdeh Nazirliyin nümayəndəsi X2 və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı xarici diplomun tanınması haqqında iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 25 iyun 2019-cu il tarixli qərarından cavabdeh Nazirlik tərəfindən verilmiş kassas iya şikayətinə əsasən inzibati işə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ukrayna Milli Aviasiya Universiteti tərəfindən iddiaçıya verilmiş 28 fevral 2017-ci il tarixli B17 012563 nömrəli bakalavr diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdeh Nazirliyə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23 noyabr 2018-ci il tarixli qərarı ilə (hakim X.İmanov; iş No 2-1(82)-4571/2018) iddianın təmin edilməsi; Ukrayna Milli Aviasiya Universiteti tərəfindən iddiaçıya verilmiş 28 fevral 2017-ci il tarixli B17 012563 nömrəli bakalavr diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdeh Nazirliyə həvalə edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 25 iyun 2019-cu il tarixli qərarı ilə (sədrlik edən İ.Əhmədov, hakimlər S.Seyidova və V.Məmmədov; iş № 2-1(103)-1132/2019) cavabdeh Nazirlik tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi; 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 23 noyabr 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan cavabdeh kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yekun qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlillər i Cavabdeh Nazirliyin kassasiya şikayətində qeyd edilənlərə görə, apellyasiya instansiya məhkəməsi tərəfindən işin bütün faktiki halları tam və hərtərəfli araşdırılmamış, maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla iş üzrə əsassız və qanunsuz yekun qərar qəbul edilmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında çıxış etmiş cavabdeh Nazirliyin vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin 25 iyun 2019-cu il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yekun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasında çıxış edən cavabdehin nümayəndəsi R.Hüseynov vəkilin dediklərinə uyğun izahat vermişdir. Məhkəmə kol legiyası iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmalarına baxmayaraq, hazırkı iş üzrə iddiaçının nümayəndəsi gəlmədiyindən və bunun səbəbi barədə məlumat vermədiyindən məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddələrinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdu r. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayətləri təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki, iddiaçı 2012-ci ildə Ukrayna Milli Aviasiya Universitetinə daxil olmuş və 2017-ci ildə həmin Universiteti tam kurs olaraq bitirərək “psixologiya” sahəsi üzrə bakalavr dərəcəsi almış və bu haqda ona B17 012563 saylı Bakalavr Diplomu və ******* nömrəli Əlavəverilmişdir. İşin materiallarında olan Əlavədə Universitetdə təhsilin Ukrayna dilində aparılması, qiyabi təhsil forması üzrə proqramın rəsmi müddətinin 4 il 6 ay müəyyən edilməsi göstərilmişdir. Həmin Əlavənin 4.3-cü bəndində təhsil komponentləri və təhsilin nəticələri haqqında ətraflı məlumatlar, o cümlədən qiymətlər, kreditlər, reytinqlər, milli şkala və avropa kredit transfer toplayıcı sistem üzrə ballar, diploma əlavənin 4-cü bəndində fənlərin adı, AKTS kreditləri, ballar, milli şkala üzrə qiymətlər və AKTS reytinqi üzrə göstəricilər ətraflı şərh edilmişdir. İşin materiallarında olan Ukrayna Milli Aviasiya Universitetinin 13.07.2018-ci il tarixli, 17.09/1609 nömrəli arayışına görə, Azərbaycan Respublikasının vətəndaşı 2017-ci ilin məzunu E.Nəsirova 01.09.2012-ci ildən 28.02.2017-ci ilədək 6.030102 psixologiya ixtisası üzrə qiyabi formada təhsil almışdır. Ukrayna Təhsil və Elm Nazirliyinin normativ sənədlərinə və Milli Aviasiya Universitetinin tədris prosesinin təşkili barədə əsasnaməyə uyğun olaraq qiyabi təhsil forması üzrə təhsil alan tələbələr sessiyaya ildə iki d əfə gəlirlər. Tədris prosesinin cədvəlinə əsasən istiqamətverici sessiya 15.10.2012-ci ildən 24.10.2012-ci ilədək olmuş, tələbə E.Nəsirovanın yazılı müraciəti və xahişi nəzərə alınaraq, ona 1-ci kurs sessiyasını verməsi üçün 15.04.2013-cü ildən 25.04.2013-cü ilədək fərdi tədris planı müəyyən edilmişdir. Sonradan təhsil sisteminin təsdiq edilmiş cədvəlinə uyğun olaraq, 28.10.2013-cü ildən 07.11.2013-cü ilədək və 12.05.2014-cü ildən 10.06.2014-cü ilədək 2-ci kurs sessiyasını vermək üçün, 13.10.2014-cü ildən 01.11.2014cü ilədək və 23.03.2015-ci ildən 11.04.2015-ci ilədək 3-cü kurs sessiyasını vermək üçün, 02.11.2015-ci ildən 21.11.2015-ci ilədək və 10.05.2016-cı ildən 29.05.2016-cı ilədək 4-cü kurs sessiyasını vermək üçün, 06.12.2016-cı ildən 25.12.2016-cı iədək 5-ci kurs sessiyasını vermək ü çün, 25.01 2017-ci ildən 28.02.2017-ci ilədək diplom layihəsi və bakalavr təhsil dərəcəsi diplom işinin müdafıəsi üçün müəyyən edilmiş müddətdə təhsilini başa vurmuşdur. E.Nəsirova 2017-ci ilin fevral ayında Universiteti bitirmiş, 28 fevral 2017ci ildə B17 012563 nömrəli bakalavr diplomu almışdır. İddiaçı xaricdə aldığı Diplomun təsdiq edilməsi üçün cavabdeh Nazirliyə müraciət etmişdir. Lakin həmin inzibati orqanın Akkreditasiya və Nostrifikasiya İdarəsinin iddiaçıya ünvanladığı 25 may 2018-ci il tarixli 23-04-372/ANİ nömrəli cavab məktubu ilə onun müraciətinin təmin edilməsindən imtina olunmuş və bu zaman göstərilmişdir ki, iddiaçının müraciəti araşdırılarkən onun 2012-2013-cü tədris ilində distant formada təhsil aldığı müəyyən edilmişdir. Azərbaycan Respublikasında distant təhsilalma for ması üzrə tədrisin təşkili və qiymətləndirilməsi mexanizmi qanunvericilikdə nəzərdə tutulmadığından, iddiaçının təhsil sənədinin ekvivalentliyinin müəyyən edilməsi mümkün sayılmamışdır. Azərbaycan Respublıkası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları"nın 3.6-cı bəndinə əsasən, ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblər uyğun olmalıdır. Qaydaların 3.7-ci bəndinə əsasən, 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəbdir. Göstərilənl əri nəzərə alaraq Qaydaların 3.7-ci bəndinə əsasən, Ukrayna Milli Avasiya Universiteti tərəfindən iddiaçının adına verilmiş B17 012563 nömrəli, 28.02.2017-ci il tarixli diplom üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilməmişdır. Araşdırılan qərardan göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək haqlı olaraq belə hesab etmişdir ki, Ukrayna dövlətinin səlahiyyətli orqanı tərəfindən iddiaçıya verilmiş diploma apostil möhürü vurulmaqla, diplomun qanuniliyini tanımışdır. Eyni zamanda həm Ukrayna, həm də Azərbaycan Respublikası "Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya"ya qoşulmuşdur Belə ki, Azərbaycan Respublikasının 5 mart 2004-cü il tarixli 595-İİQ saylı Qanunu ilə Azərbaycan Respubl ikası 1961-ci il oktyabrın 5-də Haaqa şəhərində imzalanmış adı çəkilən Konvensiyaya qoşulmuşdur. “Xarici rəsmi sənədlərin leqallaşdırıiması tələbini ləğv edən” 05 oktyabr 1961-ci il tarixli Haaqa Konvensiyasının 1-ci maddəsinə əsasən, bu Konvensiyanın məqsədləri üçün aşağıdakılar rəsmi sənəd hesab edilir: a) dövlət orqanından və ya dövlətin məhkəməsi və ya iqtisadi məhkəməsi ilə əlaqəsi olan vəzifəli şəxsdən alınan sənədlər, o cümlədən dövlət ittihamçısından (prokurordan), məhkəmə katibindən, məhkəmə icraçısından alınan sənədlər; b) inzibati sənədlər; c) notarial aktlar; d) özəl fiziki şəxs tərəfindən imzalanmış sənədlərə bərkidilən (əlavə edilən) rəsmi qeydlər, sənədin qeydiyyatını və ya müəyyən tarixdə baş vermiş faktı təsdiq edən və imzaların notarial və rəsmi təsdiqlənməsinə bərabər tu tulan rəsmi sənədlər (qeydlər). Həmin Konvensiyanın 2-ci maddəsinə müvafiq olaraq razılığa gələn hər bir dövlət bu Konvensiyanın tətbıq edildiyı və onun ərazisində təqdim olunmalı sənədləri leqallaşdırmadan azad edir. Bu Konvensıyanın məqsədləri üçün leqallaşdırma dedikdə, imzanın həqiqiliyini, sənədi imzalamış şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün sənədin təqdim ediləcəyi ölkənin diolomatik və konsullua idarələrinin istifadə etdiyi formallıqlar başa düşülür. Həmin Konvensiyanın 3-cü maddəsinə görə, imzanın həqiqiliyini, sənədi imza etmiş şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün tələb oluna biləcək yeganə formall ıq, həmin sənədin təqdim edildiyi dövlətin səlahiyyətli orqanı tərəfindən 4-cü maddədə nəzərdə tutulan şəhadətnamənin əlavə edilməsidir. Buna baxmayaraq, əgər sənədin təqdim edildiyi dövlətdə mövcud olan qanunlar, qaydalar və ya adətlər, yaxud da iki və ya bir neçə dövlət arasında razılaşma və ya Razılığa gələn bir neçə Dövlət arasında əldə olunmuş razılaşmalar əvvəlki abzasda göstərilən proseduru ləğv edirsə və ya sadələşdirirsə və ya sənədi leqallaşdırmadan azad edirsə, həmin funksiyaların yerinə yetirilməsi tələb edilə bilməz. Konvensiyanın 4-cü maddəsinə əsasən 3-cü maddənin birinci abzasında nəzərdə tutulan şəhadətnamə sənədin özündə və ya sənədə əlavə edilən ayrıca vərəqdə əks etdirilir, həmin şəhadətnamə bu Konvensiyaya əlavə edilmiş nümunəyə uyğun olmalıdır. Cavabdeh inzibati orqan imtina məktubunda və iddiaya dair etirazda iddiaçıya verilən diplomun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları"na uyğun olmamasına istinad etsə də, həmin uyğunsuzluğun nədən ibarət olmasını əsaslandırmamışdır. Eyni zamanda cavabdeh Nazirliyin imtinasının əsası ondan ibarət olmuşdur ki, iddiaçı distant formada təhsil almışdır və bu səbəbdən Azərbaycan Respublikasında distant təhsilalma forması üzrə tədrisin təşkili və qiymətləndirilməsi mexanizminin qanunvericilikdə nəzərdə tutulmadığından, iddiaçının təhsil sənədinin ekvivalentliyinin müəyyən edilməsi mümkün sayılmamışdır. Halbuki, apellyasiya instansiya məhkəməsində baxış zamanı iddiaçı təhsilini qiyabi formada almasına dair sənədlər təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Nazirliyin nümayəndəsi təqdim edilmiş sənədlərin Nazirlik tərəfindən ərizəyə baxılan zaman əlavə edilmədiyini bildirmişdir. Bu məsələ ilə əlaqədar cavabdeh Nazirliyin mövqeyinin öyrənilməsi üçün apellyasiya instansiya məhkəməsi işə baxılmasını təxirə salmış və növbəti məhkəmə iclasını 25 iyun 2019-cu il tarixə təyin etsə də, həmin iclasda Nazirliyin nümayəndəsi qeyd olunan məsələ ilə əlaqədar rəy bildirməmişdir. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi əsassız və qanunsuz olmuş, iddiaçının iddia tələbi əsaslı və qanuni olduğundan, həmn tələb 1-ci instansiya məhkəməsi tərəfindən düzgün olaraq təmin edilmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 151-ci maddəsinə görə Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ-hüquqi aktlar ilə (Azərbaycan Respublikası Konstitusiyası və referendumla qəbul edilən aktlar ıstisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar cıxdığı dövlətlərarası müqavilələr arasındakı ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgündür, cavabdehin kassasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qəbul edilməməlidir. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1 -ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinəəsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərarın ləğvi üçün əsas olan qanun pozuntusuna yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslı hesab edilmir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin 25 iyun 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 69, 96 və 98-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin 25 iyun 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-2954/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2954/2019
03.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver