Məhkəmə qərarları › İş №2-1(102)-2955/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2955/2019

23.10.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2955/2019 23.10.2019 ALİ MƏHKƏMƏ İddiaçı oğlunun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon Şöbəsinə qarşı iş üzrə (Açar söz: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçının vəkili X1 iştirakı ilə İddiаçı İddiaçı oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon Şöbəsinə qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı Apellyasiya Məh kəməsinin İnzibati-İqtisadi Kollegiyasının 12 iyun 2019-cu il tarixli 21(103)-1233/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 23.10.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ xx.xx.1959-cu il təvəllüdlü İddiaçı oğlu 01.09.1974-20.07.1976-cı il tarixləri arasında təhsil almış, 23.07.1976-cı il tarixdən əmək fəaliyyətinə başlamış, 25.10.1978-14.12.1980ci il tarixləri arasında hərbi xidmətdə olmuş, hərbi xidmətdən qayıtdıqdan sonra əmək fəaliyyətini davam etdirmiş, o cümlədən 03.03.1982-ci il tarixdən Bakı Metropolitenində təmir üzrə çilingər peşəsinə qəbul edilmiş, 09.06.1982-ci ildən 3-cü dərəcəli çilingər elektrik peşəsinə keçirilmiş, 01.07.1982-ci il tarixdən Nərimanov elek trik deposunun istismar sahəsinə hərəkət qatarlarının maşinisti köməkçisi peşəsinə keçirilmiş, 24.02.1986cı il tarixdən Nərimanov elektrik deposunun istismar sahəsində hərəkət qatarlarının maşinisti peşəsində çalışmış, 12.07.2014-cü il tarixdən depolar üzrə İş Departamentinin istismar sahəsinə hərəkət qatarlarının maşinisti peşəsinə keçirilmiş, 01.11.2017-ci il tarixdən isə Hərəkət Qatarlarının istismarı üzrə iş Departamentinin istismar sahəsində hərəkət qatarlarının maşinisti peşəsinə keçirilmiş və hal-hazırda da həmin peşədə işləyir. İddiaçı ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdehin 12 oktyabr 2018-ci il tarixli, 18/5806 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən a xırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007ci il tarixli 12 saylı qərarı ilə təsdiq olunan siyahı üzrə) çalışan sığortaolunanların: kişilər 60 yaşına çatdıqda azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ay işlərdə çalışmışdırsa əmək şəraitinə görə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası” hüququ vardır. Tələb olunan güzəştli iş stajı olmadığından güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi mümkün olmamışdır. İddiaçı oğlu cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Ba kı şəhəri Suraxanı rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək və daha sonra iddia tələbini dəqiqləşdirərək iddiaçının əmək kitabçasında qeyd olunan illərin güzəştli iş stajı kimi nəzərə alınıb sosial sığorta stajına daxil edilməklə 57 yaşının tamam olduğu 16.03.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması və ödənilməyən məbləğlər üzrə yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmələrrin mövqeyi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05 mart 2019-cu il tarixli, 2-1(82)1089/2019 saylı qərarı ilə iddia tələbi təmin edilərək, iddiaçının əmək kitabçasında qeyd olunan illərin güzəştli iş stajı kimi nəzərə alınıb sosial sığorta stajına daxil edilməklə 57 yaşının tamam olduğu 16.03.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması və ödənilməyən məbləğlər üzrə yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 12 iyun 2019-cu il tarixli 2-1(103)-1233/2019 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05 mart 2019-cu il tarixli, 2-1(82)1089/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçıya AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa gö rə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın “Nəqliyyat” bölməsinin “21.4. Dəmiryolu nəqliyyatı.” bəndini düzgün olaraq tətbiq etmişdir, çünki elektrik qatarlarından həm dəmir yolunda, həm də metropolitendə istifadə olunur. Həmin bənddə “elektrik qatarlarının (seksiyalarının) maşinist köməkçiləri” və “elektrik qatarlarının (seksiyalarının) maşinistləri” güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququna malikdir. İddiaçı çalışdığı həmin peşələr “Siyahı”da göstərilən peşə növlərinə uyğun gələn peşələr hesab edilməlidir. Göründüyü kimi iddiaçının güzəştli işlərdə əmək fəaliyyəti ilə məşğul olması əmək kitabçası ilə təsdiq olunduğundan, iddiaçıya əmək pensiyasının hesablanmasından cavabdeh tərəfindən imtina olunması qanuna zid dir və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Beləliklə, işin sübutlarla və qanunvericiliyin tələbləri müəyyən edilən halları ilə təsdiq olunur ki, 57 yaşının tamam olduğu 16.03.2016-ci il tarixinə iddiaçının 25 ildən çox ümumi və 12 il 6 aydan çox ağır iş şəraitində sosial sığorta stajı mövcuddur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 12 iyun 2019-cu il tarixli 2-1(103)-1233/2019 nömrəli qərarından cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə iddiaçının qanunla tələb olunan güzəştli iş stajı olmadığından iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunaziddir. Kassator “Əmək pensiyaları haqqında” Qanunun 3.1, 9.1-ci maddələrinə, İPM-nin 90,96.5, 96. 9-cu maddələrinə, MPM-nin 416, 417.1.5, 418. 419-cu maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 12 iyun 2019-cu il tarixli 2-1(103)-1233/2019 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili X2 Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 12 iyun 2019-cu il tarixli 2-1(103)-1233/2019 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Ali Məhk əmənin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 12 iyun 2019-cu il tarixli 2-1(103)-1233/2019 nömrəli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, xx.xx.1959-cu il təvəllüdlü İddiaçı oğlu 01.09.1974-20.07.1976-cı il tarixləri arasında təhsil almış, 23.07.1976-cı il tarixdən əmək fəaliyyətinə başlamış, 25.10.197814.12.1980-ci il tarixləri arasında hərbi xidmətdə olmuş, hərbi xidmətdən qayıtdıqdan sonra əmək fəaliyyətini davam etdirmiş, o cümlədən 03.03.1982-ci il tarixdən Bakı Metropolitenində təmir üzrə çilingər peşəsinə qəbul edilmiş, 09.06.1982-ci ildən 3-cü dərəcəli çilingər elektrik peşəsinə keçiril miş, 01.07.1982-ci il tarixdən Nərimanov elektrik deposunun istismar sahəsinə hərəkət qatarlarının maşinisti köməkçisi peşəsinə keçirilmiş, 24.02.1986-cı il tarixdən Nərimanov elektrik deposunun istismar sahəsində hərəkət qatarlarının maşinisti peşəsində çalışmış, 12.07.2014-cü il tarixdən depolar üzrə İş Departamentinin istismar sahəsinə hərəkət qatarlarının maşinisti peşəsinə keçirilmiş, 01.11.2017-ci il tarixdən isə Hərəkət Qatarlarının istismarı üzrə iş Departamentinin istismar sahəsində hərəkət qatarlarının maşinisti peşəsinə keçirilmiş və hal-hazırda da həmin peşədə işləyir. Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 01.07.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin ə mək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 06 ayını həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Hazırkı iş üzrə cavabdehin imtinasının əsasını iddiaçının güzəştli iş stajının olmaması təşkil edir. İşə baxan apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçıya AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricil ərin Siyahısı”nın “Nəqliyyat” bölməsinin “21.4. Dəmiryolu nəqliyyatı.” bəndini düzgün olaraq tətbiq etmişdir, çünki elektrik qatarlarından həm dəmir yolunda, həm də metropolitendə istifadə olunur. Həmin bənddə “elektrik qatarlarının (seksiyalarının) maşinist köməkçiləri” və “elektrik qatarlarının (seksiyalarının) maşinistləri” güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququna malikdir. İddiaçı çalışdığı həmin peşələr “Siyahı”da göstərilən peşə növlərinə uyğun gələn peşələr hesab edilməlidir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın “Nəqliyyat” bölməsi “21.4. Dəm iryolu nəqliyyatı”, 21.5-ci bölməsi isə “Metropolitenlər” adlanır. Göründüyü kimi qanunverici “Dəmiryolu nəqliyyatı” və “Metropoliten”i bir-birindən ayırmış, elektrik qatarlarının maşinisti peşəsini 21.4-cü bölmədə nəzərdə tutsa da, 21.5-ci bölmədə nəzərdə tutmamışdır. Apellyasiya instansiyası məhkəməsi iddiaçının çalışdığı peşələrin “Siyahı”nın 21.4cü bölməsində göstərilən peşə növlərinə uyğun gələn peşələr hesab edilməli olması nəticəsinə gəlsə də, istinad etdiyi 21.4-cü bölmə üzrə peşədə çalışanlara iddiaçını aid etmək əsaslarını məhkəmə müəyyən etməmişdir. Belə ki, əgər iddiaçı inzibati orqanın imtinası ilə razılaşmayaraq işlədiyi hər hansı işin, peşənin və ya vəzifənin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinə əsas verdiyini iddia edirsə, bu halda, məhkəmə iddiaçını n gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. İPM-nin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər mater iallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelly asiya instansiya məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 12 iyun 2019-cu il tarixli 2-1(103)-1233/2019 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar