Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-2956/2025 19.03.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: “mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi”) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinə qarşı “mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il ## ##### tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI
1. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 4 yerləşən ümumi sahəsi 50.40 kv.m. olan mənzilə dair iddiaçı İddiaçı xüsusi mülkiyyət hüququ ##.##.2020ci il tarixdə qeydə alınmışdı.
2. ünvan 4 ünvanında yerləşən mənzilə dair texniki pasport, torpaq sahəsinin və tikilinin planı iş materiallarına əlavə edilmişdir.
3. Bakı şəhərində Ticarət, ictimai iaşə və xidmət obyektlərinin yerləşdirilməsinin “Qeydiyyat Şəhadətnaməsi” verilmişdir.
4. İddiaçının müraciətinə cavab olaraq cavabdeh Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən ##.##.2022-ci il tarixli məktubla bildirilmişdir ki, mənzilin qeyri-yaşayış sahəsinə çevrilməsi ilə bağlı təqdim etdiyiniz texniki pasportu ilə mövcud mənzilin planlarında uyğunsuzluq olduğundan xahişinizin yerinə yetirilməsi imkan xaricindədir.
5. Məhkəmənin sorğusuna cavab olaraq AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi İdarəsinin ##.##.2024-cü il tarixli məktubu ilə bildirilmişdir: Ümumi sahəsi 57.8 kv.m olan ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsi **** nömrəli ##.##.2018- ci il tarixli “Müəssisənin (obyektin) alqı-satqı müqaviləsi”nə əsasən dövlət reyestrində ##.##.2018-ci il tarixdə X1 adına qeydiyyata alınmışdır. Ümumi sahəsi 188.7 kv.m olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi **** nömrəli ##.##.2017- ci il tarixli “Müəssisənin (obyektin) alqı-satqı müqaviləsi”nə əsasən dövlət reyestrində ##.##.2017-ci il tarixdə X2 adına qeydiyyata alınmışdır.
6. ünvan 3 ünvanı ##.##.2014-cü il tarixdə X4 adına qeydiyyata alınmışdır. Sonradan Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının *** nömrəli ##.##.2014- cü il tarixli sərəncamına və RX seriyalı ******* nömrəli çıxarışa əsasən həmin mənzilin təyinatı dəyişdirilərək qeyri-yaşayış sahəsi kimi yeni poçt ünvanı alaraq ünvan 1 ünvanı altında ##.##.2014- cü il tarixdə X4 adına qeydiyyata alınmışdır, lakin Bakı şəhəri ** saylı notariat kontorunun 4Ə-*** reyestr nömrəli ##.##.2019-cu il tarixli alqısatqı müqaviləsinə əsasən X3 adına özgəninkiləşdirilmişdir.
7. ünvan 2 ünvanı ##.##.2018-ci il tarixdə X5 adına qeydiyyata alınmışdır. Sonradan Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının *** nömrəli ##.##.2018-ci il tarixli sərəncamına və RX seriyalı ******* nömrəli çıxarışa əsasən həmin mənzilin təyinatı dəyişdirilərək qeyri-yaşayış sahəsi kimi yeni poçt ünvanı alaraq ünvan 1 ünvanı altında ##.##.2020-ci il tarixdə X5 adına qeydiyyata alınmışdır.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI
a. birinci instansiya məhkəməsində icraat
8. İddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 4-nin yaşayış sahəsindən qeyriyaşayış sahəsinə keçirilməsi barədə sərəncam verilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
İddiaçının əsaslandırması:
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən ********** saylı, ##.##.2020-ci il tarixli Çıxarışa əsasən ünvan 4 onun xüsusi mülkiyyətindədir. Həmin əmlakı uzun illərdir ki, qeyri-yaşayış sahəsi kimi istifadə edir. Sözügedən əmlakın qeyri-yaşayış sahəsi kimi istifadə edilməsinə icazə verilməsi üçün Bakı şəhəri İcra Hakimiyyəti Bakı şəhəri İstehlak Bazarı və Xidmət Departamentinə müraciət edilmişdir. Bakı şəhərində Ticarət, ictimai iaşə və xidmət obyektlərinin yerləşdirilməsinin “Qeydiyyat Şəhadətnaməsi” verilmişdir. ünvan 4-nin qeyri-yaşayış sahəsi kimi istifadə olunmasını nəzərə alaraq həmin amlakın sənəd üzərində də qeyriyaşayış sahəsi kimi qeydə alınması üçün AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi İdarəsinin ## ###### 2021-ci il tarixli məktubunda bildirildi ki, yaşayış sahəsinin qeyriyaşayış sahəsinə keçirilməsi icra hakimiyyəti orqanının qərarı əsasında həyata keçirilir. Bundan sonra o, ünvan 4-nin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi barədə ərizə ilə Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinə müraciət etdi. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətindən aldığı ## ##### 2022-ci il tarixli imtina məktubunda mənzilin texniki pasportu ilə mövcud mənzilin planlarında uyğunsuzluq olduğuna görə xahişi yerinə yetirilməsinin imkan xaricində olduğu bildirildi. Mövcud mənzilin planında olan dəyişikliyə görə mənzilimin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsindən imtinanı əsassız hesab edir. Belə ki, Mənzil Məcəlləsinin 10-cu maddəsinə əsasən Mənzil münasibətləri sahəsində dövlətin vəzifələrinə aşağıdakılar aiddir: 10.0.18. müəyyən edilmiş qaydada yaşayış sahələrinin qeyri-yaşayış və qeyri- yaşayış sahələrinin yaşayış sahələrinə keçirilməsi barədə qərar qəbul etmək. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının məyyən etdiyi qurumun (bundan sonra - keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir. 22.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyriyaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsindən imtinaya aşağıdakı hallarda yol verilir: 22.1.3. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması lahiyəsi tikinti norma və qaydalarına uyğun olmadıqda. Onun mənzilində tikinti norma və qaydalarına uyğun olmayan heç bir planlaşdırma işi aparılmamışdır. Qeyd olunanlara əsasən hesab edir ki, ünvan 4-nin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi barədə sərəncam verilməsi öhdəliyi məhkəmə qərarı ilə cavabdeh Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin üzərinə qoyulmalıdır.
birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
10. Bakı İnzibati Məhkəməsinin (Hakim: L.S.Musayeva) 2024-cü il ## #### tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddia təmin edilmişdir.
11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Eldar Xəlilov küçəsi, ev 2 ünvanında yerləşən qeyri-yaşayış sahələrinə dair müvafiq sənədlərin surətləri təqdim edilmişdir. Məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Eldar Xəlilov küçəsi, ev 2 ünvanında 1-ci mərtəbədə yerləşən mənzillər analoji sənədlər əsasında Sabunçu Rayon İcra Hakimiyyətinin sərəncamları ilə qeyri-yaşayış sahələrinə keçirilmişdir. Lakin iddiaçıya münasibətdə cavabdeh qurum fərqli mövqe ifadə etmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçı ilə bərabər və ya müəyyən meyarlara əsasən oxşar vəziyyətdə olan, mənzillərin qeyri-yaşayış sahəsinə keçirən şəxslərin hüquqi vəziyyətinin qiymətləndirilməsi bərabərlik prinsipinin pozulması nöqteyi-nəzərindən əhəmiyyətlidir, iddiaçıya münasibətdə fərqli rəftar bərabərlik prinsipinin pozulması ilə nəticələnə bilər və bu səbəbdən yolverilən hesab edilməməlidir.
12. Cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)- ***/**** nömrəli, ##.##.2024-cü il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
b. apellyasiya instansiyası məhkəməsində icraat
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: E.Ə.Əliyev /sədrlik edən və məruzəçi/, R.Ə.Səmədov və X.A.Cəmilova) 2025-ci il ## ##### tarixli, *- *(***)-***/**** nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2024-cü il ## #### tarixli, *- *(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, imtinanın əsası olan mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi ilə bağlı təqdim edilmiş texniki pasport ilə mənzilin mövcud planlarında uyğunsuzluq olması əsası ilə qeyd edilənlər müvafiq qanunvericilikdə imtina əsası kimi nəzərdə tutulmamışdır. Həmçinin, cavabdeh inzibati orqan uyğunsuzluğun nədən ibarət olması ilə bağlı hər hansı bir sübut təqdim edə bilməmişdir. Eyni zamanda icra hakimiyyətinin möhürü ilə təsdiq edilmiş ##.##.1999-cu il tarixli Aktın surətindən görünür ki, ##.##.1999-cu il tarixdə sözügedən ünvanda yerləşən mənzilin arxa fasadına /2x2,5m/ ölçüdə olan eyvandan küçəyə qapının açılması mümkün hesab edilmişdir. İş materiallarına əsasən müəyyən edilir ki, iddiaçı tərəfindən ona xüsusi mülkiyyət hüququ üzrə məxsus mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi üçün mənzil qanunvericiliyində nəzərdə tutulmuş sənədləri təqdim edilmiş, lakin cavabdeh qurum buna dair ağlabatan əsaslandırma təqdim etmədən iddiaçının tələbini təmin etməkdən imtina etmişdir. Həmçinin, uyğunsuzluğun nədən ibarət olması ilə bağlı cavabdeh inzibati orqan nə inzibati icraat zamanı, nə də birinci instansiyada icraat zamanı hər hansı sübut təqdim etməmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2024-cü il tarixli *-**- **/*-**/**** saylı rəyində qeyd edilmişdir ki, ünvan 4 ünvanında yerləşən mənzilin daxilində yenidənqurma işlərinin aparılmadığı, yəni əsas daşıyıcı divar və dirəklərə, mərtəbələrarası arakəsmələrə, eyni zamanda binanın pilləkən meydançası və pilləkənlərinə, çoxmənzilli binada birdən artıq yaşayış və ya qeyri-yaşayış sahəsinə xidmət edən kommunikasiya qurğularına dəyişiklik edilmədiyi müəyyən edilmişdir. Yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi tələb olunan sahəyə, yəni ünvan 4 ünvanında yerləşən İddiaçı məxsus daşınmaz əmlaka gediş-gəliş faktiki olaraq həmin ünvanda yerləşən digər yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən birbaşa Eldar Xəlilov küçəsi istiqamətdə giriş-çıxış qapısı quraşdırılmaq yolu ilə təmin edilmişdir, (tədqiqat hissəsində göstərilmişdir). ünvan 4 ünvanında yerləşən mənzilin birinci mərtəbədə yerləşməsini, mənzilin giriş-çıxışının həmin ünvanda yerləşən digər yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən birbaşa Eldar Xəlilov küçəsi istiqamətdə giriş-çıxış qapısı quraşdırılmaq yolu ilə təmin edildiyini nəzərə alaraq, həmin yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinin Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin III fəslinin 20-ci maddəsində göstərilən şərtlərə uyğun olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinə əsasən, yaşayış sahəsinin qeyriyaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsindən imtinaya bu Məcəllə ilə müəyyən edilmiş sənədlər təqdim edilmədikdə, sahənin keçirilməsi şərtlərinə riayət edilmədikdə, yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi tikinti norma və qaydalarına uyğun olmadıqda yol verilir. Hazırkı mübahisə ilə bağlı araşdırma zamanı qeyri-yaşayış sahəsin keçirilməsi mübahisəli mənzilin çoxmənzilli binanın birinci mərtəbəsində yerləşməsi, iddiaçı tərəfindən qanunvericiliklə müəyyən edilmiş sənədlərin cavabdeh inzibati orqana təqdim edilməsi, həmçinin Mənzil Məcəlləsinin 20-ci maddəsinin tələbləri ödənildiyi müəyyən edilmişdir.
15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi şərtləri və qaydası, bu zaman tələb olunan sənədlərin siyahısı Mənzil Məcəlləsinin 20-22-ci maddələrində əks olunmuşdur. Həmin normaların məzmunundan görünür ki, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi üçün cavabdeh inzibati orqana müvafiq sahənin mülkiyyətçisi və ya onun tərəfindən səlahiyyət verilmiş şəxs tərəfindən aşağıdakı sənədlər təqdim edilməlidir: sahənin keçirilməsi haqqında ərizə (ərizədə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinin məqsədləri göstərilməlidir); keçirilən sahə üzərinə hüquqları müəyyənləşdirən sənədlər (əsli və ya notariat qaydasında təsdiqlənmiş surəti); keçirilən sahənin texniki təsviri göstərilməklə planı (keçirilən sahə yaşayış sahəsi olduqda onun texniki pasportu); keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planı. İş materialları ilə müəyyən olunmuşdur ki, müvafiq ərizə, keçirilən sahə üzərində hüquqlarını müəyyənləşdirən sənəd (********** qeydiyyat nömrəli çıxarış) və yaşayış sahəsinin texniki pasportu, iş materiallarının 16-20-ci səhifələrinə əsasən keçirilən sahənin yerləşdiyi binanın mərtəbli planın təqdim edildiyi müəyyən olunur. Eyni zamanda Bakı şəhərində Ticarət ictimai iaşə və xidmət obyektlərinin yerləşdirilməsinin Qeydiyyat Şəhadətnaməsinə və iddiaçı tərəfindən təqdim edilmiş “xxxx” ASC və “xxxx” ASC abunə siyahısına əsasən qeyd edilən ünvanın 25 ildən artıq müddətdir ki, qeyri-yaşayış sahəsi kimi istifadə olunduğu müəyyən olunur. Göründüyü kimi, mənzil qanunvericiliyində nəzərdə tutulmuş bütün sənədlərin təqdim edilməsi və tələblərə əməl edilməsi iş materialları ilə öz təsdiqini tapmışdır.
16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ
a. kassasiya şikayətinin dəlilləri
17. Cavabdeh tərəfindən təqdim edilən kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin apellyasiya icraatı zamanı Baki Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının ##.##.2024-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir, lakin ekspertin rəyində faktiki olaraq mübahisəli yaşayış sahəsinə digər yaşayış sahələrə maneə törətmədən birbaşa gediş-gəliş barədə mümkün olmasını qeyd edilmişdir, lakin texniki olaraq gələcəkdə mübahisəli yaşayış sahəsini qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi digər qonşu sahələrə problemlər İddiaçının iddia tələbinin əsaslı olub-olmamasını tam və ətraflı araşdırıması məqsədilə Fövqəladə Hallar Nazirliyindən mütəxəssis rəyinin alınması zəruridir, lakin qeyd olunan rəy əldə edilməmişdir.
b. kassasiya şikayətinə etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri mahiyyətcə iddia ərizəsində qeyd olunan dəlillər ilə eynilik təşkil edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
19. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Maddə 12.2. Yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə (bundan sonra – tələblərə) cavab verən) ayrıca sahə başa düşülür. Maddə 13.1. Yaşayış sahələrinə aşağıdakılar aiddir: 13.1.1. yaşayış evi, yaşayış evinin hissəsi; 13.1.2. mənzil, mənzilin hissəsi; 13.1.3. otaq; 13.1.4. bu Məcəllənin 13.5ci maddəsində nəzərdə tutulmuş yerləşmə vasitələri 20.1. Yaşayış sahəsinin qeyriyaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. Maddə 20.2. Yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gedişgəliş yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olmadıqda və ya belə gediş-gəlişi qurmağa texniki imkan olmadıqda, keçirilən sahə eyni zamanda, mənzilin tərkib hissəsi kimi qaldıqda, yaxud həmin sahənin mülkiyyətçisi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edildikdə, habelə keçirilən sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edilmiş olduqda (xeyrinə yüklülük qeydə alınmış şəxslərin yazılı razılığı olduğu hallar istisna olmaqla), yaşayış sahəsinin qeyriyaşayış sahəsinə keçirilməsinə yol verilmir. Maddə 20.3. Çoxmənzilli binalarda mənzillərin qeyri-yaşayış sahələrinə keçirilməsinə o halda yol verilir ki, belə mənzil həmin binanın birinci mərtəbəsində yerləşsin. Digər mərtəbədə yerləşən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə qeyriyaşayış sahəsinə keçirilən mənzilin bilavasitə altında yerləşən sahələrin yaşayış sahələri olmadığı hallarda yol verilir. Maddə 22.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsindən imtinaya aşağıdakı hallarda yol verilir: 22.1.1. bu Məcəllənin 21.2-ci maddəsi ilə müəyyən edilmiş sənədlər təqdim edilmədikdə (bu Məcəllənin 21.2-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla); 22.1.2. bu Məcəllənin 20-ci maddəsində nəzərdə tutulmuş sahənin keçirilməsi şərtlərinə riayət edilmədikdə; 22.1.3. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi tikinti norma və qaydalarına uyğun olmadıqda. Maddə 22.2. Sahənin keçirilməsindən imtina haqqında qərar bu Məcəllənin 22.1-ci maddəsində nəzərdə tutulmuş pozuntulara mütləq istinad edilməklə və həmin pozuntuların mahiyyətinin nədən ibarət olduğunu göstərməklə əsaslandırılmalıdır. Maddə 22.3. Sahənin keçirilməsindən imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində ərizəçiyə təqdim edilir və ya göndərilir və həmin qərardan ərizəçi tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər. Maddə 23. Yaşayış sahəsinin yenidən qurulmasının və yenidən planlaşdırılmasının növləri 23.1. Yaşayış sahəsinin yenidən qurulması yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində konstruktiv elementlərin (o cümlədən, yaşayış sahəsinin daşıyıcı divar və dirəklər, mərtəbələrarası arakəsmələr, pilləkən meydançaları və pilləkənlərin), çoxmənzilli binada birdən artıq yaşayış və ya qeyri-yaşayış sahəsinə xidmət edən kommunikasiya qurğularının (o cümlədən, lift şaxtası və ya digər şaxtalar, bacalar, sanitar-texniki və digər avadanlıqların) quraşdırılması, əvəz edilməsi və yerinin dəyişdirilməsindən ibarətdir. 23.2. Yaşayış sahəsinin yenidən planlaşdırılması bu Məcəllənin 23.1-ci maddəsində göstərilənlər istisna olmaqla, yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində arakəsmələrin sökülməsi (ləğv edilməsi), yerinin dəyişdirilməsi və ya yenilərinin quraşdırılması, qapı yerlərinin dəyişdirilməsi və yenilərinin quraşdırılması, mənzildəki yardımçı sahələr hesabına otaqların sahəsinin genişləndirilməsi, əlavə mətbəxin və ya sanitar qovşaqların quraşdırılması və ya onların yerinin dəyişdirilməsi kimi yaşayış sahəsinin konfiqurasiyasının dəyişdirilməsindən, habelə istilik sisteminin quraşdırılması və ya yenidən quraşdırılmasından ibarətdir.
20. İnzibati Prosessual Məcəllə: Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
24. Yuxarıda istinad olunan prosessual normalarda təsbit olunmuş işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, məhkəmənin xidməti vəzifəsindən irəli gəlir.
25. Hazırki iş üzrə iddiaçının hüquqi marağı ünvan 4-nin yaşayış sahəsindən qeyriyaşayış sahəsinə keçirilməsi barədə sərəncam verilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin üzərinə qoyulmasıdan ibarətdir.
26. Kollegiya qeyd edir ki, Mənzil Məcəlləsinin 22-ci maddəsində yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsindən hansı hallarda imtina oldunduğu qeyd edilmişdir. Həmin imtina əsaslarından biri də yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsinin tikinti norma və qaydalarına uyğun olmaması ilə bağlıdır. Sözügedən Məcəllənin 23.2-ci maddəsində isə bildirirlir ki, yaşayış sahəsinin yenidən planlaşdırılması bu Məcəllənin 23.1-ci maddəsində göstərilənlər istisna olmaqla, yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində arakəsmələrin sökülməsi (ləğv edilməsi), yerinin dəyişdirilməsi və ya yenilərinin quraşdırılması, qapı yerlərinin dəyişdirilməsi və yenilərinin quraşdırılması, mənzildəki yardımçı sahələr hesabına otaqların sahəsinin genişləndirilməsi, əlavə mətbəxin və ya sanitar qovşaqların quraşdırılması və ya onların yerinin dəyişdirilməsi kimi yaşayış sahəsinin konfiqurasiyasının dəyişdirilməsindən, habelə istilik sisteminin quraşdırılması və ya yenidən quraşdırılmasından ibarətdir.
27. İşin hallarından, eləcə də Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2024-cü il tarixli *-**-**/*-**/**** saylı rəyindən görünür ki, yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi tələb olunan sahəyə, yəni ünvan 4 ünvanında yerləşən İddiaçı məxsus daşınmaz əmlaka gediş-gəliş faktiki olaraq həmin ünvanda yerləşən digər yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən birbaşa Eldar Xəlilov küçəsi istiqamətdə giriş-çıxış qapısı quraşdırılmaq yolu ilə təmin edilmişdir.
28. Kollegiya Mənzil Məcəlləsinin 23.2-ci maddəsinə istinadən bildirir ki, qapı yerlərinin dəyişdirilməsi və yenilərinin quraşdırılması yaşayış sahəsinin yenidən planlaşdırılması elementlərindən biridir.
29. Apellyasiya instansiya məhkəməsi tərəfindən iddiaçıya məxsus ünvanda yenidən qurulma işlərinin aparılıb-aparılmaması ilə bağlı araşdırma aparılsa da, yaşayış sahəsinin yenidən planlaşdırılmasının həyata keçirilib-keçirilmədiyi, keçirildiyi təqdirdə bunun tikinti norma və qaydalarına uyğun olması müəyyənləşdirilməmişdir.
30. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, yuxarıda qeyd olunan xüsusatların araşdırılması və qiymətləndirilməsi üçün iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir.
31. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il ## ##### tarixli, 2 *(***)-***/**** nömrəli qərarı ləğv edilsin. Həmin iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.