Məhkəmə qərarları › İş №2-1(102)-2958/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2958/2019

20.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2958/2019 20.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şəxslərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-2958/2019) Bakı şəhəri xxxx 2019-cu il (açar sözlər: əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinə şamil edilir). GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, İddiaçı iştirakı, İ.Muradovun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şəxslərlə Təyinat İdarəsinə qarşı cavabdehin imtinasının qanunsuz hesab edilməsi, ailə başçısını itirməyə görə əmək pensiyası ilə bağlı yığılmış borcun ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, pensiyanın yenidən hesablanması tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-1562/2019 saylı qərarından cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şəxslərlə Təyinat İdarəsi və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şəxslərlə Təyinat İdarəsi qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, əri X1 xxxx 2010-cu il tarixdə ölümündən sonra onun aldığı pensiyanın 35 faiz miqdarında ona ailə başçısının itirməyə görə 359 manat pensiyanın təyin edildiyini, dəfələrlə cavabdehə müraciət edərək, ona ailə başçısının itirilməsinə görə aldığı pensiyanın 80% miqdarında təyin edilməsini və yığılmış borcun ödənilməsini xahiş etdiyini, sonuncu, xxxx 2018-ci il tarixli məktubla ona 2010-cu il xxxx tarixində İdarə tərəfindən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edildiyinə, Ədliyyə Nazirliyi tərəfindən İdarəyə daxil olmuş məlumat vərəqəsinə əsasən mərhum həyat yoldaşı K.A.Kərimovun 1025,70 manat təminat xərcliyi nin 35 faizi, yəni 359,00 manat məbləğində pensiya qanunvericiliyə uyğun olaraq hesablanaraq müvafiq kart hesabına köçürüldüyünə istinad etməklə, müraciətdən imtina etdiyini bildirərək, cavabdehin imtinasının qanunsuz hesab edilməsi, ailə başçısının itirilməsinə görə mərhum X1 aldığı pensiyanın 80% miqdarında təyin edilməsi və ailə başçısını itirməyə görə əmək pensiyası ilə bağlı yığılmış borcun ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2019-cu il tarixli, 2-1(81)-1352/2019 saylı qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı cavabdehin cavabı qanunsuz hesab edilməklə ailə başçısının itirməsinə görə mərhum X1 aldığı pensiyanın 80% miqdarında təyin edilməsi və ailə başçısını itirməyə gö rə əmək pensiyası ilə bağlı yığılmış borcun ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir (hakim - M.T.Hacıbəyova). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-1562/2019 saylı qərarı ilə (sədrlik edən A.B.Nuriyeva, hakimlər V.M.Ağayev və C.A.Yusifov) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şəxslərlə Təyinat İdarəsinin apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli qərarından cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şəxslərlə Təyinat İdarəsi və onun vəkili Vəkil kassasiya şikayəti verərək məhkəmə qərarının ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa xxxx 2017ci il tarixli dəyişikliyə əsasən ailə başçısını itirməyə görə Qanunun 20.17.2-ci maddəsinə edilmiş dəyişikliklər xxxx 2017-ci il tarixdən qüvvədədir, iddiaçının pensiya hüququ Qanunun qeyd edilən maddəsinin qüvvəyə mindiyi tarixdən əvvəl yarandığından, iddiaçıya həmin dövrdə qüvvədə olmuş Qanunun 20.17.2-ci maddəsi ilə ailə başçısını itirməyə görə düzgün olaraq əmək pensiyası təyin edilmiş, məhz adı çəkilən dəyişikliklər xxxx 2017-ci il tarixdən qüvv əyə mindiyindən iddiaçıya tətbiq edilə bilməz, hərbi qulluqçuların ailə başçısını itirməyə görə pensiya təminatı həmin Qanunun 20.17.1-ci və 20.17.2-ci maddələri ilə tənzimlənir, hesablanır və ödənilir, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Tərəflərin izahatları İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq izahatı dinlənilmədi. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şəxslərlə Təyinat İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şəxslərlə Təyinat İdarəsinin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyini nəzərə alaraq işə kassasiya şikayətinin dəli lləri əsasında onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması k imi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-1562/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı, xx.xx.1954-cü il tarixdə anadan olmuş, iddiaçının əri X3 ədliyyə orqanlarında xidmət etmiş, X1 xxxx 2010cu ildə vəfat etmiş, iddiaçıya xxxx 2010-cu ildən ailə başçısının itirməyə görə mərhum X1 təminat xərcliyinin 35 faizi miqdarında pensiya hesablanmış, iddiaçı, cavabdeh inzibati orqana müraciət edərək, ona ailə başçısının itirilməsinə görə 80% miqdarında pensiya təyin edilməsi və yığılmı ş borcun ödənilməsini xahiş etmiş, sonuncu, xxxx 2018-ci il tarixli məktubla iddiaçıya xxxx 2010-cu il tarixində ailə başçısının itirməyə görə əmək pensiyasının təyin edildiyinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən İdarəyə daxil olmuş məlumat vərəqəsinə əsasən xxxx 2018-ci il tarixindən mərhum X1 sonuncu vəzifəsinə uyğun vəzifə maaşı 450.00 manat, rütbə maaşı 134,00 manat, xidmət ilinə görə 30 faiz əlavəsi 175,20 manat, rejimə görə 10 faiz əlavəsi-45.00 manat, məharət dərəcəsinə görə 35 faiz əlavə -157,50 manat və ərzaq payı əvəzinə verilən 64,00 manat məbləğində pul kompensasiyası olmaqla cəmi təminat xərcliyinin 1025,70 manat təşkil etdiyinə, təminat xərcliyinin 35 faizi, yəni 359,00 manat məbləğində əmək pensiyasının təyin edildiyinə istinad etməklə, müraciətin təmin edilməsindən imtina etmiş, həmçinin cavabdehin iddiaçıya ünvanlanmış xxxx 2018-ci il tarixli məktubunda bildirilmişdir ki,iddiaçının əri X2 xxxx 2003-cü il tarixində AR Ədliyyə Nazirliyindən hərbi qulluqçu kimi tərxis olunması ilə əlaqədar yaşa görə əmək pensiyası təyin edilmiş, “Əmək pensiyaları haqqında” AR Qanununun 20.1.15-ci və 20.20-ci maddələri isə hərbi qulluqçu kimi tərxis olunanlara deyil, xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan ədliyyə işçisi, yaxud ədliyyə işçisi kimi bu qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinə şamil edilir, “Əmək pensiyaları haqqında” AR Qanununun 20.20-ci maddəsinə əsasən əmək pensiyasının 80 faiz miqdarında təyin edilməsi məsələsi qanunvericiliyin tələblərinə uyğun olmadığından, iddiaçıya tətbiq edilməsi mümkün deyildir. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, cavabdeh tərəfindən ailə başçısını itirməyə görə əmək pensiyası iddiaçıya xxxx 2017-ci il tarixdən əvvəl təyin edildiyindən,“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.17.2-ci maddəsinə edilmiş və xxxx 2017-ci il tarixdən qüvvəyə minmiş dəyişikliyin tətbiq edilməməsi, iddiaçının sosial təminat almaq hüququnun məhdudlaşdırılmasına, onun konstitusion hüququnun pozulmasına səbəb olmuşdur. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1 -ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Qanunun 18.2-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyəti olmayan ailə üzvlərinin hər birinə düşən məbləği bu Qanunun 13.3-cü və 13.3-1-ci maddələrində nəzərdə tutulmuş əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin hesablanması mexanizminə uyğun olaraq hesablanmış məbləğin əmək qabiliyyəti olmayan ailə üzvlərinin sayına bö lünməsi yolu ilə müəyyənləşdirilir. Əmək qabiliyyəti olmayan ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyalarının ailəyə düşən ümumi məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Qanunun 20.17-ci maddəsində göstərilmişdir ki, bu qanunun 20.1.13-cü maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.17.1. Azərbaycan Respublikasının müdafiəsi zamanı, habelə başqa hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla, Azərbaycan Respublikasının müdafiəsi ilə və ya döyüş əməliyyatları aparan ölkələrdə beynəlmiləlçilik borcunu yerinə yetirməkl ə bağlı xəstəlik nəticəsində vəfat etmiş hərbi qulluqçuların və hərbi qulluqçular sırasından olan pensiyaçıların ailələrinəailənin əmək qabiliyyəti olmayan hər bir üzvünə ailə başçısının təminat xərcliyinin 50 faizi (ailə başçısının ölümünün səbəbindən asılı olmayaraq müharibə əlilləri sırasından olan vəfat etmiş pensiyaçıların ailələrinə və tərkibində hər iki valideynini itirmiş uşaqların (ataanadan yetimlərin) olduğu ailə üzvlərinə də əlavə bu məbləğdə müəyyən edilir) məbləğində (ailəyə düşən ümumi məbləğ ailə başçısının təminat xərcliyinin 80 faizindən az olduqda həmin məbləğə çatdırılmaqla); 20.17.2. hərbi xidmət vəzifələrinin (xidmət vəzifələrinin) yerinə yetirilməsi ilə bağlı olmayan bədbəxt hadisə zamanı alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya cəbhədə olmaqla, Azərbay can Respublikasının müdafiəsi ilə və ya döyüş əməliyyatları aparan ölkələrdə beynəlmiləlçilik borcunu yerinə yetirməklə bağlı olmayan xəstəlik nəticəsində vəfat etmiş hərbi qulluqçuların və hərbi qulluqçular sırasından olan pensiyaçıların ailə üzvlərinə—ailənin əmək qabiliyyəti olmayan hər bir üzvünə ailə başçısının təminat xərcliyinin 35 faizi miqdarı ilə (ailəyə düşən ümumi məbləğ ailə başçısının təminat xərcliyinin 80 faizindən az olduqda həmin məbləğə çatdırılmaqla) müəyyənləşdirilən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər. Qanunun 20.1-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.13. bu qanunun 17.2-ci maddəsinə əsasən əmək pensiyaçısı olan şəxslər (müddətli həqiqi hərbi xid mət hərbi qulluqçuları istisna olmaqla); Qanunun 17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur, 17.2-ci maddəsinə əsasən hərbi qulluqçuların, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından İ qrup müharibə əlili olan şəxslərin (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular və digər müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) ailə üzvlərinə ailə başçısını itirməyə görə əmək pensiyaları hərbi qulluqçunun xidmət müddətindən asılı olmayaraq təyin edilir. Bu zaman ailə başçısını itirməyə görə əmək pensiyası ailə başçısı xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra, amma xidmət etdiyi dövrdə aldığı xəstəlik və yaxud xəsarət (yaralanma, travma, kontuziya) nəticəsində vəfat edibsə təyin olunur. Həmin hərbi qulluqçular sırasından olan pensiyaçıların ailələrinə isə ailə başçısı pensiya aldığı dövrdə və ya pensiya ödənilməsinin kəsilməsindən 5 il keçənədək vəfat edibsə təyin olunur. Hərbi əməliyyatlar zamanı itkin düşmüş hərbi qulluqçuların ailə üzvləri cəbhədə həlak olanların ailə üzvlərinə bərabər tutulur. Qanunun 1.0.3-cü maddəsinə əsasən hərbi qulluqçular- Azərbaycan Respublikası Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında və Azərbaycan Respublikasının qanunvericiliyi ilə yaradılmış digər silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxs lərdir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Konstitusiyanın 71-ci maddəsinin 2-ci hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktları n qüvvəsi geriyə şamil edilmir. Məhkəmələr iş materiallarına istinad etməklə iddia tələbinin təmin edilməsi barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası cavabdeh tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.17.2-ci maddəsinə edilmiş və xxxx 2017-ci il tarixdən qüvvəyə minmiş dəyişikliyin ailə başçısının itirilməsinə görə əmək pensiyası alan iddiaçıya xxxx 2017-ci il tarixdən əvvəl təyin edildiyinə görə tətbiq edilməməsinin, iddiaçının sosial təminat almaq hüququnun məhdudlaşdırılmasına səbəb olduğunu, onun konstitusion hüququnu pozduğunu nəzərə alaraq kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-1562/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 91, 96.8 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-1562/2019 saylı qərarı dəyişdirilməd ən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar