Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-2958/2025 15.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: inzibati aktın mübahisələndirilməsinə dair iddianın qeyri-mümkünlüyü, iddia müddətinin üzrsüz səbəbdən ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “əmrin ləğvi, işə bərpa edilmə və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI
1. İddiaçı Dəniz limanlarında sərhəd nəzarəti şöbəsinin rəisinə ##.##.2024-cü il tarixli raportla müraciət edərək, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatına buraxılması üçün yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını, Silahlı Qüvvələrin ehtiyatına buraxıldığı təqdirdə sənədlərinin Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinə göndərilməsini xahiş etmiş, bununla əlaqədar olaraq Dövlət Sərhəd Xidmətinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilməsinə ehtiyacı olmadığını bildirmişdir.
2. Cavabdeh Sərhəd Nəzarəti rəisinin ##.##.2024-cü il tarixli, 196 ş/h nömrəli əmri ilə iddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Dəniz limanlarında sərhəd nəzarəti şöbəsinin 1-ci sərhəd nəzarəti bölməsinin zabit nəzarətçisi vəzifəsindən azad olunmaqla Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmış, hərbi qeydiyyata götürülməsi üçün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinə göndərilmişdir.
3. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin “N” saylı hərbi hissəsi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli, ** nömrəli təyinat vərəqəsindən görünür ki, həmin təyinat vərəqəsi iddiaçının Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinə hərbi qeydiyyata götürülməsi ilə əlaqədar verilmişdirŞ Təyinat vərəqəsində çıxma vaxtı: ##.##.2024-cü il tarixdən, çatma vaxtı: ##.##.2024-cü il tarixədək qeyd edilmiş, təyinat vərəqəsinin arxa hissəsində “Əlavə olunur” qeydində göstərilmişdir ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq iddiaçı Sərhəd Nəzarəti rəisinin ##.##.2024-cü il tarixli, 196 ş/h nömrəli əmrinə əsasən Sərhəd Nəzarəti rəisinin ##.##.2024cü il tarixli, **** nömrəli nizami hissə üzrə əmri ilə ##.##.2024-cü il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. “Əlavə olunur” qeydinin aşağı hissəsində yuxarıda qeyd edilənlər ilə tanış olması ilə bağlı iddiaçı “Tanış oldum. L-t. “İmza var”. İddiaçı, ##.##.2024” qeydlərini aparmışdır.
4. Cavabdeh Sərhəd Nəzarətinin ** nömrəli “Təyinatların qeydiyyat kitabı”nın 80-cı sırasında aparılmış qeydiyyatdan görünür ki, iddiaçının Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinə təyinatı üzrə göndərilməsi ilə bağlı qeydlər aparılmış və iddiaçı ##.##.2024-cü il tarixini qeyd edərək, imza etmişdir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən barəsində qəbul edilmiş ##.##.2024-cü il tarixli, 196 ş/h nömrəli əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı DSX-də ##.##.2019-cu il tarixdən ##.##.2022-ci il tarixədək R qismində, ##.##.2022-ci il tarixdən ##.##.2024-cü il tarixədək zabit qismində xidmət keçmişdir. ##.##.2024-cü il tarixli, 196 ş/h nömrəli əmrlə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluq) müvafiq olaraq Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. İddiaçı DSX-də xidmət etdiyi müddətdə bir dəfə də olsun pozuntuya yol verməmişdir. ##.##.2024-cü il tarixli əmrdə hansı hüquqazidd hərəkətləri nəticəsində iddiaçının xidmətinə xitam verməsi barədə heç bir məlumat qeyd edilməmişdir. İddiaçı barəsində inzibati (daxili) araşdırma aparılmamışdır və bu səbəbdən də mübahisələndirilən əmr qanunvericiliyə zidd olaraq qəbul edilmişdir. Dəfələrlə müraciət olunmasına baxmayaraq, həmin əmrin surəti iddiaçıya təqdim edilməmişdir. Eyni zamanda iddiaçı, ondan işdən çıxması barədə ərizə alınmasına baxmayaraq, məlumatı olmadan “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41.0.6cı maddəsinə (xidməti uyğunsuzluq) müvafiq olaraq işdən azad edilmiş, ehtiyata buraxılmışdır.
7. İddiaçı həmçinin iddia qaldırmaq üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.
8. Ərizə onunla əsaslandırılmışdır ki, ##.##.2024-cü il tarixli əmrin surəti dəfələrlə müraciət edilməsinə baxmayaraq iddiaçıya təqdim edilməmişdir. İddiaçı əmrin surətini almağa çalışmış, lakin məhkəməyə müraciət etdiyi anadək əmrin surətini ala bilməmişdir. Halbuki, inzibati orqan tərəfindən həmin əmrin surəti iddiaçıya təqdim edilməli idi. İPM-in 38ci maddəsinin qeyd olunan “elan” olunma institutu özündə onu ehtiva edir ki, inzibati akt “təfərrüatı ilə açıqlanmalı” və ya inzibati aktın hüquqi nəticəsi maraqlı şəxsə izah olunmalıdır. Elan olunma formal xarakter daşımamalıdır. Eyni zamanda, cavabdeh orqan qeyd edir ki, iddiaçı 2 aya yaxın iddia müddətini ötürmüşdür. İddia ərizəsi “Elektron-Məhkəmə” İnformasiya Sistemi vasitəsilə ##.##.2024-cü il tarixdə məhkəməyə təqdim edilmişdir. Yəni təkcə ##.##.2024-cü il tarixdən hesablama aparsaq, iddiaçı müddəti, inzibati orqanın dediyi kimi, 2 ay deyil, 11 gün ötürmüş hesab olunur.
9. Cavabdehin iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq könüllü qaydada raportla müraciət etmiş, həmin raport əsasında inzibati icraat materialları sənədləşdirilmişdir. İddiaçının xidməti uyğunsuzluğa görə yazdığı raportla əlaqədar onunla söhbətlər aparılmış, söhbətlərin sonunda iddiaçı müvafiq arayışların onunla aparılmış söhbətləri düzgün əks etdirdiyini, mətnləri ilə tanış olduğunu, tam razı olduğunu, hər hansı əlavə və şikayətinin olmadığını, onunla aparılmış söhbətlərə görə razılığını bildirmiş və həmin arayışları öz imzası ilə təsdiq etmişdir. Həmçinin qeyd edilməlidir ki, “N” saylı hərbi hissənin “Təyinatların qeydiyyatı kitabı”ndan göründüyü kimi, iddiaçıya ##.##.2024-cü il tarixdə təyinat vərəqəsi təqdim edilmiş və iddiaçı bunu öz imzası ilə təsdiq etmişdir. Belə ki, iddiaçı ##.##.2024-cü il tarixdə təyinat vərəqəsini almış, yəni Silahlı Qüvvələrin ehtiyatına buraxılması ona elan olunmuş və şəxsi işinin SHXÇDX-nin Beyləqan rayon şöbəsinə göndərilməsi barədə məlumatlı olmuşdur. Buna baxmayaraq, iddiaçı ##.##.2024-cü il tarixdə müvafiq iddianı qaldırmış və bununla da iddia müddətini 2 aya yaxın üzrsüz səbəbdən ötürmüş, ərizəsində isə müddətin üzrlü səbəblərdən ötürülməsini təsdiq edən əsasları göstərməmişdir. Qeyd edilənlərə əsasən iddianın mümkün sayılmaması məhkəmədən xahiş edilmişdir.
10. Şirvan İnzibati Məhkəməsinin (hakim: Hilal Nəcəfov) ## ### 2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərardadı ilə iddiaçının buraxılmış prosessual müddətin bərpasına dair ərizəsi təmin edilməmiş və iddia mümkün sayılmamışdır.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı mübahisə predmet olan ##.##.2024-cü il tarixli, 196 ş/h nömrəli əmri ##.##.2024-cü il tarixdə (məhkəməyə daxil olduğu vaxt), yəni əmrin qəbul olunduğu vaxtdan müvafiq olaraq 30 gündən çox müddət keçdikdən sonra mübahisələndirmişdir. Belə ki, “N” saylı hərbi hissənin “Təyinatların qeydiyyatı kitabı”na əsasən ##.##.2024-cü il tarixdə iddiaçıya təyinat vərəqəsi təqdim edilmiş, müvafiq əmr ona elan edilmiş və iddiaçı əmrlə tanış olduğunu öz imzası ilə təsdiq etmişdir. Göründüyü kimi, iddiaçı mübahisə predmeti olan əmrdən ən geci ##.##.2024cü il tarixdə xəbərdar olduğu halda, həmin əmrin mübahisələndirilməsi ilə bağlı 30 günlük müddəti ötürmüşdür. Qeyd olunanlarla bağlı iddiaçıya ##.##.2025-ci il tarixli məktubla hüquqi yardım göstərilərək münasibət bildirməsi üçün ona vaxt verilmiş, əks təqdirdə İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən iddianın mümkünlüyü məsələsinə hüquqi qiymət veriləcəyi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə buraxılmış müddətin üzrlü hesab edilməsinə dair ərizəyə münasibətdə qeyd edir ki, prosessual müddətin iddiaçının təqsiri olmadan buraxılması, iddiaçının əmrin surətini almaması, əmrin surətini almağa çalışması və “xidməti uyğunsuzluqla” xidmətdən buraxılması barədə məlumatının olmaması ilə əsaslandırılmışdır. Məhkəmə hesab edir ki, bu hal iddianın mümkün sayılmasına əsas vermir. Çünki iş materiallarından iddiaçının “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılması barədə hərbi hissə rəhbərliyinə ##.##.2024-cü il tarixdə raportla müraciət etdiyi, raportun “N” saylı hərbi hissədə ##.##.2024-ci il tarixdə 444 nömrəsi ilə qeydiyyata alındığı, həmin raport əsasında Sərhəd Nəzarəti rəisinin birinci müavini qərargah rəisi tərəfindən ##.##.2024-cü il tarixli təqdimat verildiyi müəyyən edilir. Raportdan görünür ki, iddiaçı sağlamlıq vəziyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar olaraq DSX-nin Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilməyə ehtiyacı olmadığını və ehtiyata buraxılacağı təqdirdə şəxsi işinin SHXÇDX-nin Beyləqan rayon şöbəsinə göndərilməsini xahiş etmişdir. Eləcə də, iddiaçının xidməti uyğunsuzluğa görə yazdığı raportla əlaqədar onunla söhbətlər aparıldığı, bununla bağlı ##.##.2024-cü il tarixli və ##.##.2024-cü il tarixli söhbət vərəqələri tərtib edildiyi, iddiaçının xidməti fəaliyyəti ətraflı təhlil edilərək şikayət və təkliflərinin dinlənildiyi, xidməti fəaliyyət zamanı üzləşdiyi problemlər və xidmətinə təsir edə biləcək problemlərin olub-olmamasının aydınlaşdırıldığı, iddiaçının tərxis olunaraq gələcək fəaliyyətinə mülki həyatda davam etmək istədiyini bildirdiyi və söhbət vərəqələrini öz imzası ilə təsdiq etdiyi müəyyən olunur. Məhkəmə hesab edir ki, iddiaçı artıq raport yazdığı zaman və onunla aparılan söhbətlər zamanı mübahisələndirilən əmrin məzmunundan xəbərdar idi. Eləcə də, qeyd edilən əmr iddiaçıya elan edilmiş və iddiaçı “Təyinatların qeydiyyatı kitabı”na tanış olması barədə imza etmişdir. Göründüyü kimi, müddətin buraxılmasının üzrlü hesab edilməsi üçün iddiaçı tərəfindən tutarlı sübutlar təqdim edilməmişdir. Beləliklə, iddiaçı qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür, iddiaçının nümayəndəsi özü bu halı bir daha izahatı ilə təsdiq etmişdir.
12. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və mahiyyəti üzrə baxılması üçün işin birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.
apellyasiya instansiyası məhkəməsində icraat
13. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Ceyhun Quliyev /sədrlik edən və məruzəçi/, İlham Əsədov və Mirlətif Sadıqov) ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçı mübahisələndirdiyi ##.##.2024-cü il tarixli, 196 ş/h nömrəli əmrlə ##.##.2024-cü il tarixdə tanış olmuş və həmin əmr ona elan olunmuşdur. İddiaçının əmrlə tanış olması “İnzibati icraat haqqında” Qanunun 62.1-ci maddəsinin tələbləri baxımından, əmrin qəbul olunması barədə inzibati orqan tərəfindən iddiaçıya rəsmi məlumat verilməsi anlamında qəbul edilməli və inzibati aktın ona elan edilməsi kimi qiymətləndirilməlidir. “İnzibati icraat haqqında” Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. Hazırkı mübahisəyə münasibətdə İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsində qeyd olunan müddətin axımı məhz həmin tarixdən, yəni ##.##.2024-cü il tarixdən başlayır. İddiaçı tərəfindən isə həmin əmrin mübahisələndirilməsi barədə iddia ərizəsi ##.##.2024-cü il tarixdə (“Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) məhkəməyə təqdim olunmuşdur. Nəticə etibarı ilə, iddiaçı tərəfindən inzibati aktın mübahisələndirilməsi haqqında iddia ərizəsi müddət buraxılmaqla (30 günə qarşı 41 gündən sonra) məhkəməyə təqdim olunduğu və iddia müddətinin ötürülməsinin üzrlü səbəbi ilə bağlı sübut təqdim edilmədiyi üçün iddianı mümkün saymamaqda birinci instansiya məhkəməsi haqlı sayılmalıdır.
15. İddiaçı kassasiya şikayəti verərək, həmin qərardadın ləğv olunmasını və iddianın mümkün sayılmasını xahiş etmişdir.
KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ
Kassasiya şikayətinin dəlilləri
16. İddiaçının kassasiya şikayətinin əsasını mahiyyətcə onun buraxılmış prosessual müddətin bərpasına dair ərizəsinin və apellyasiya şikayətinin dəlilləri təşkil edir.
Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
19. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, * nömrəli qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPMin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ
20. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən olunmamışdır. Mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
23. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
24. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin həmin mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.
25. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
26. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı və məqsədi cavabdeh tərəfindən qəbul edilmiş və onun barəsində əlverişsiz xarakter daşıyan inzibati aktın – onun Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasına dair ##.##.2024-cü il tarixli, 196 ş/h nömrəli əmrin ləğv edilməsinə və bunun üzərindən hərbi xidmətdəki işinə bərpa olunmasına yönəlmişdir. Bu baxımdan hazırkı iddia mübahisələndirmə haqqında iddia növünə aiddir. İddiaçı həmin əmrin mübahisələndirilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə vermişdir.
27. Nəzərə almaq lazımdır ki, prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir.
28. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.
29. İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddianın iddia müddətinə dair normalara əməl olunmaqla qaldırılması şərti də yerinə yetirilmiş olmalıdır.
30. Yuxarıda istinad olunan norma ilə mübahisələndirmə növündə iddiaların qaldırılması üçün də iddia müddəti nəzərdə tutulmuşdur. Mübahisələndirmə haqqında iddialara münasibətdə iddia müddəti, inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə, şikayətə dair qəbul edilmiş inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün olaraq müəyyən olunmuşdur.
31. Hazırkı mübahisəyə münasibətdə işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarına əsasən, iddiaçı sözügedən əmrə münasibətdə mübahisələndirmə haqqında iddia ilə məhkəməyə müraciət etmək üçün qanunda nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür.
32. Belə ki, iş üzrə materiallardan görünür ki, sözügedən əmr ##.##.2024-cü il tarixdə iddiaçıya elan edilmişdir. İddiaçı tərəfindən həmin əmrin ləğv edilməsinə dair iddia isə ##.##.2024-cü il tarixdə, yəni prosessual qanunvericiliklə müəyyən edilmiş 30 günlük müddət ötürüldükdən sonra qaldırılmışdır. İddiaçı tərəfindən buraxılmış prosessual müddətin bərpasına dair ərizə verilsə də, müddətin onun təqsiri olmadan buraxılmasını təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır. Nəzərə alınmalıdır ki, prosessual müddət yalnız proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda bərpa edilə bilər. İddiaçının ərizəsində istinad etdiyi hallar isə müddətin üzrlü səbəbdən buraxılmasına haqq qazandıra və buraxılmış müddətin bərpası üçün yetərli sayıla bilməz.
33. Göründüyü kimi, iddiaçı sözügedən əmrdən məlumatlı olduğu halda, qanunvericiliklə müəyyən olunmuş müddətdə həmin əmrə qarşı hüquqi müdafiə vasitələrindən istifadə etməmişdir.
34. Nəzərə almaq lazımdır ki, inzibati akt ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. Bu baxımdan iddiaçı mübahisələndirdiyi əmr barədə məlumat aldığı zaman kəsiyində iddia qaldırmaq imkanına malik olmasına rəğmən, həmin zaman kəsiyində iddia qaldırmamışdır. İddia müddətinə əməl olunması şəxsin iradəsinə bağlıdır və onun məsuliyyət sferasına aid edilməlidir. Bu baxımdan şəxs müddətin ötürülməsinin onun təqsirkar davranışına bağlı hüquqi nəticələrini qəbul etməyə borcludur.
35. Müddət məhdudiyyəti konsepsiyası inzibati idarəçilikdə hüquqi təhlükəsizliyin və sabitliyin, habelə mülki dövriyyənin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi məqsədlərinə xidmət edir. Belə ki, hüquqi müəyyənlik və hüquqi sabitlik prinsipləri mübahisəli hüquq münasibətlərinə müəyyən müddətlər çərçivəsində aydınlıq gətirilməsini və həmin münasibətlərin sabitləşməsini tələb edir.
36. Digər tərəfdən, müddət məhdudiyyətinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, həmin hüquq institutu hüquq münasibətləri iştirakçılarını məsuliyyətli olmağa, pozulmuş hüquqlarının müdafiəsi üçün hüquqi müdafiə vasitələrindən və imkanlarından müəyyən olunmuş zaman kəsiyində istifadə etməyə sövq edir. Həmin tələblərə əməl edilməməsinin riski və bununla bağlı nəticələr hüququnun pozulduğunu iddia edən şəxsin məsuliyyət sferasına aiddir. Qeyd olunmalıdır ki, belə şəxslər qanunla müəyyən olunmuş müddətləri üzrsüz səbəblərdən buraxaraq, uzun zaman kəsiyindən sonra iddia qaldırmaqda, nəticədə mülki dövriyyənin sabitliyini və təhlükəsizliyini təhdid altına almaqda haqlı sayıla bilməzlər.
37. Həmçinin qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.
38. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
39. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDI:
İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *- *(***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.