Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2959/2024 05.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Bakı X11 Məsuliyyətli Cəmiyyəti 1 saylı Rabitə Xidmətləri Mərkəzinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: istehsalat zədəsinə görə müvafiq ödəncin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Bakı X11 Məsuliyyətli Cəmiyyəti 1 saylı Ra bitə Xidmətləri Mərkəzinə qarşı “istehsalat zədəsinə görə müvafiq ödəncin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 iyun 2024-cü il tarixli, 2-1(103)-1763/2024 saylı qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ümumi xəstəlik səbəbi ilə üçüncü dərəcə əlildir.
2. İddiaçı ərizə ilə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Bakı X11 Məsuliyyətli Cəmiyyəti 1 saylı Rabitə Xidmətləri Mərkəzinə müraciət edərək istehsal zədəsi ilə əlaqədar olaraq ödənilməyən pulların ödənilməsini xahiş etmişdir.
3. Cavabdeh 17 yanvar 2023-cü il tarixli məktubla müraciətə cavab olaraq bildirmişdir ki, müraciətə əlavə edilmiş s ənədlərdə onun 1966-cı ildə X3 iş vaxtı ərzində istehsalat zədəsinin alınması barədə hüquqmüəyyənedici sənədlər aşkarlanmamışdır. İstehsalat zədəsinin alınması ilə bağlı hüquqmüəyyənedici sənədlər olduğu təqdirdə, ödənişin olunması məsələsinə baxıla bilər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Bakı X11 Məsuliyyətli Cəmiyyəti 1 saylı Rabitə Xidmətləri Mərkəzinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Sığorta və X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək istehsalat zədəsinə görə ödənilməyən pulların ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1962-ci ildən 2014-cü ilə kimi rabitə sahəsində işləməyə başlamışdır. Xidməti ilə rabitə sahəsinin zirvəsinə qalxmışdır. Əməkdar Rabitəçi, Əmək Veteranı, 2 orden, 20 medal qazanmışdır. Yeni Azərbaycan Partiyasının üzvüdür. Rabitə sahəsində gənc olarkən 1966-cı ildə, istehsalat zədəsi almışdır. İstehsalat zədəsinə görə, 1966-cı ildən, 1972-ci ilə qədər 2-ci qrup “X17 travması” ilə əlil olmuşdur. Yaşa görə pensiyaya çıxanda 2014-cü ildə, 1966-cı ildən 1972ci ilə qədər 6 il əlil olduğu illəri iş stajına əlavə edərək nəzərə alınmışdır. Bu da, istehsalat zədəsini bir daha əsaslandırır. İstehsalat zədəsi olmayan vətəndaşlara illər stajının üstünə hesablanmır. İşlədiyi dövrlər ərzində istehsalat zədəsini aldığına görə, ona idarə tərəfdən heç bir yardımlar və aylıq ödəmələr olunmamışdır. Rabit ə Nazirliyinin X3 (hal hazırda adı dəyişilərək Rəqəmsal inkişaf və Nəqliyyat Nazirliyi Yasamal Telefon Qovşağının 1 saylı Rabitə Xidmətləri Mərkəzi sayılır) “kabel lehimləyici” vəzifəsində çalışmışdır. İşlədiyi “kabel lehimləyici” vəzifəsi ağır iş olduğu üçün güzəştli şərtlərlə pensiyaya çıxaraq, yenidən öz işində işləyərək 2014-cü ildə pensiyaya çıxmışdır. Heç bir hallarda ona aldığı istehsalat zədəsinə görə hər ay üçün pul ödənilməyib. Bununla bağlı Dövlət Sosial Müdafiə Fonduna da, müraciət etmişdir. Müraciətinə cavab olaraq “Выписка ИЗ АКТА ОСВИДЕТЕЛЬСТВОВАНИЯ № 1116” əsas müayinə aktının Dövlət Sosial Müdafiə Fondunun 15 dekabr 2022-ci il tarixli **********3 nömrəli məktubu vasitəsi ilə təqdim etmişdir. Onun Dövlət Sosial Müdafiə Fonduna müraciətinə əsas xx.xx.2023-cü ildən xx.xx.2023 -cü ilədək X4 keçirilmiş “kəllə beyin travması” ilə bağlı müalicə və müayinə, 1966-cı ildə aldığı “istehsalat zədəsi” travması olmuşdur. Onun hər iki travmasının nəticəsində qulaqlarının süni yuxu altında testi, 33, 1 rate, 2000 sweep click şiddətində aparılan test zamanı sol qulaq 70 dBnHL intensivlikdə dalğa əldə edildi, sağ qulaqda 3-cü dərəcə neyrosensor tip ağır eşitmə qeyd edilmişdir. 1966-cı ildə aldığı travma nəticəsində gözündə katarakta xəstəliyi yaranaraq nəticədə sol gözü çıxarılmışdır. 3-cü qrup gözdən əlildir. Travması ağrılarını getdikcə göstərir, qulaqlarının hər ikisinin 3-4 ağır eşitmə nəticəsində, yoxlamadan keçərək dövlət tərəfindən iki eşitmə aparatı ona verilmişdir xx.xx.2022-ci ildə göndərişlər Tibb Universitetinin Tədris Cərrahiyə Klinikasının “Bera” testindən keç ərək bu faktlarda protezləşmə tövsiyə olunaraq əldə etmişdir. Bununla yanaşı, X13 müayinələr zamanı başının və ayaqlarının qan dövranının pozulması, dizdən aşağı ətraflarda keyləşmələr aşkarlanmışdır ki, epikrizdə xüsusi damar dopleri olunaraq rəy qeyd olunmuşdur.
6. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 2-ci qrup gözdən əlil olaraq hər ay işlədiyi müəssisə tərəfindən istehsalat zədəsinə görə aylıq 80 faiz ödəncin 2023-cü ildən etibarən verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8440/2023 saylı, 07 sentyabr 2023-cü il tarixli qərardadı ilə dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.
8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8440/2023 saylı, 26 oktyabr 2023-cü il qərardadı ilə (hakim X1) İddiaçı iddia tələbi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Sığorta və X7 münasibətdə mümkün sayılmamışdır.
9. Məhkəmə qeyd etmişdir ki, iddia tələbindən və iş materiallarından göründüyü kimi iddiaçının hazırkı tələbi 2-ci qrup gözdən əlil olaraq hər ay işlədiyi müəssisə tərəfindən istehsalat zədəsinə görə aylıq 80 faiz ödəncin 2023-cü ildən etibarən verilməsi barədədir. Göründüyü kimi iddiaçının tələbi birbaşa onun işlədiyi müəssisəyə qarşı yönəlmişdir. Bu halda həmin tələb üzrə digər cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Sığorta və X12 cavabdehlik daşıya bilməz.
10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8440/2023 saylı, 26 oktyabr 2023-cü il qərarı ilə (hakim X1) iddia tələbi təmin edil məmişdir.
11. Məhkəmə qeyd etmişdir ki, iddiaçının hazırki mərhələdə üçüncü dərəcəli əlilliyə (əlilliyin səbəb əlaqəsi istehsalat zədəsi deyil, ümumi səbəbdən qeyd edilmişdir) malik olması və istehsalatda baş vermiş bədbəxt hadisə barədə İZ aktının mövcudluğu, iddiaçıya əmək vəzifələrini yerinə yetirərkən xəsarət almağı səbəbi ilə ona dəymiş zərərə görə müvafiq ödəncin tələb edilməsi hüququnu vermir. Şəxsin bu ödənci tələb etmək hüququ yalnız o halda yarana bilər ki, əgər istehsalat qəzası nəticəsində işçinin səhhətinə vurulan zərər bilavasitə işəgötürənin təqsiri (tam və ya qismən) ilə bağlı olsun. Hazırki halda işəgötürənin təqsiri iş materialları ilə müəyyən edilir.
12. İddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. b) a pellyasiya instansiyası məhkəməsində icraat
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1763/2024 nömrəli, 13 iyun 2024-cü il tarixli qərarı ilə (hakimlər X5 /məruzəçi/, X9 və X6) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8440/2023 saylı, 26 oktyabr 2023-cü il qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
15. İddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
16. Kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin mövqeyi əsassız və qanunsuz hesab edilməklə qey d edilir ki, məhkəmə işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur.
17. Belə ki, iş materialları ilə iddiaçının istehsalat zamanı xəsarət alması təsdiq edilsə də, məhkəmələr bu materialları kifayət qədər araşdırmadan qərar qəbul etmişlər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
19. Azərbaycan Respublikası Əmək Məcəlləsi: Maddə
239. Əməyin mühafizəsi normalarının pozulması nəticəsində işçinin səhhətinə vurulan zərərə görə, yaxud onun həlak olması ilə əlaqədar maddi məsuliyyət
1. İstehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində də ymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir.
2. İşəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli, 27 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarının təsdiq edilməsi haqqında” Qaydaları
1. Ümumi qaydalar... 1.2. İşçilərin səhhətinin pozulması aşağıdakı hallarda təhqiq edilməlidir: əmək vəzifələrini yerinə yetirərkən (o cümlədən ezamiyyət zamanı), həmçinin müdiriyyətin tapşırığı olmadan belə müəssisənin mənafeyi üçün hər hansı fəaliyyət göstərərkən; müəssisəyə məxsus və müəssisənin müqaviləsi (sifarişi) əsasında kənar təşkilatlardan verilmiş nəqliyyatda işə gedərkən, yaxud işdən qayıdarkən; müəssisənin ərazisində, yaxud başqa iş yerində iş vaxtı müəyyən edilmiş fasilələr də daxil olmaqla, işçi işə başlamazdan əvvəlki və ya işi qurtarıb müəssisədən çıxan vaxt ərzində; keçirildiyi yerdən asılı olmayaraq, müəssisə tərəfindən iməclik tədbirləri keçirildiyi müddətdə; işçi qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada dövlət və ictimai vəzifələrin yerinə yetirilməsinə cəlb edildiyi müdd ətdə; istehsal avadanlıqları və obyektlərində qəza zamanı; növbə istirahətində olan işçilər (bələdçi, refrijator briqadasının işçisi, növbədə olan sürücü, dəniz, çay və hava nəqliyyatlarının ekipaj üzvləri, növbə ekspedisiya üsulu ilə işləyənlər və başqaları) növbə (vaxta) qəsəbəsinin ərazisində olduqları vaxt; işçilər xidmət obyektlərinin arasında hərəkət etməklə (iş vaxtı ümumi istifadədə olan nəqliyyatda, yaxud piyada gedərkən, həmçinin işəgötürənin (onun vəzifəli şəxslərinin tapşırığını yerinə yetirərkən) fəaliyyət göstərdikləri müddətdə; işəgötürənin yazılı sərəncamına əsasən, əmək vəzifələrini şəxsi minik maşınında yerinə yetirdiyi vaxt; əmək vəzifələrini yerinə yetirərkən işçiyə başqa şəxs tərəfindən bədən xəsarətləri yetirildikdə, yaxud o öldürüldükdə; əmək vəzifələrini yerinə yeti rərkən itkin düşmə, zədələnmələr, peşə xəstəlikləri və zəhərlənmələr, istivurma, yanma, donma, suda boğulma, ildırım vurma, fauna və flora növləri ilə təmas nəticəsində zədələnmələr, tibbi rəyə əsasən istehsalatda əmək şəraiti ilə əlaqəli infarkt, insult, həmçinin təbii fəlakətlər (zəlzələ, sürüşmə, daşqın, qasırğa və s.) zamanı 1.3. İstehsalatda bədbəxt hadisə nəticəsində işçilərin aldıqları xəsarət — əmək vəzifələrini yerinə yetirərkən işçinin bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin pozulması halıdır. İstehsalatda bədbəxt hadisə nəticəsində işçilərin aldıqları xəsarətlərin (zədələrin) ağırlıq dərəcələrini və yaxud ölümün başvermə səbəblərini müəyyən etmək məqsədi ilə təhqiqat komissiyasının sədri aidiyyəti müalicə-profilaktika müəssisəsinə və ya məhkəmətibb ekspertizasına bu barədə rəy vermələri üçün rəsmi olaraq müraciət edə bilər.... 1.6. İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında zərərçəkən, yaxud hadisənin şahidləri dərhal işəgötürənə (müəssisənin vəzifəli şəxslərinə) məlumat verməlidir. İşəgötürən (müəssisənin vəzifəli şəxslərinə) zərərçəkənə ilk tibbi yardım göstərilməsini, onun tibbi sanitar hissəsinə və ya digər müalicə idarəsinə çatdırılmasını təşkil etməyə, hadisə baş vermiş iş yerindəki şəraiti və avadanlıqların vəziyyətini hadisənin baş verdiyi anda olduğu kimi saxlamağa (əgər həmin şərait və vəziyyət ətrafdakı işçilərin həyatı və səhhəti üçün təhlükə törətmirsə, qəzaya səbəb olmursa) borcludur. 1.7. İşəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq, hadisənin təhqiqatını n aparılması üçün dərhal həmin hadisə baş verən günü X10 Xidmətinin yerli bölməsinə (və ya birbaşa X10 Xidmətinin aparatına), Fövqəladə Hallar Nazirliyinə (Bədbəxt hadisə təhlükə potensiallı obyektlərdə qəza nəticəsində baş vermişsə) məlumat verməyə borcludur. Eyni zamanda yuxarı mərkəzi icra hakimiyyəti orqanına və Respublika Həmkarlar İttifaqı Konfederasiyasına (əgər işçilər bu həmkarlar təşkilatının üzvüdürlərsə), bədbəxt hadisənin baş verməsi tarixindən 3 (üç) iş günü müddətində isə sığortaçıya məlumat verilməlidir. Məlumat telefonla, teleqrafla və ya elektron formada bu Qaydalarda göstərilən 3-cü əlavəyə uyğun verilir (əlavə 3). Tibbi-sanitar hissəsi, səhiyyə məntəqəsi, poliklinika, xəstəxana, təcili yardım və digər tibb müəssisələri onlara tibbi yardım üçün müraciət edən istehsalatda xəsarət almış işçilər (o cümlədən ezamiyyətdə olanlar) barədə X10 Xidmətinə məlumat verməlidirlər. 1.8. İstehsalatda bədbəxt hadisələrin təhqiqatının vaxtında aparılmasına müvafiq şəraitin yaradılmasına, İZ formalı aktın düzgün tərtib edilməsinə, bədbəxt hadisənin başvermə səbəblərinin aradan qaldırılması üzrə tədbirlərin yerinə yetirməsinə işəgötürən cavabdehdir.
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarını n tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya in stansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan za man prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
26. Məhkəmə kollegiyası xüsusilə qeyd edi r ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
27. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
28. İddiaçının hazırki mərhələdə üçüncü dərəcəli əlilliyə (əlillin səbəb əlaqəsi istehsalat zədəsi deyil, ümumi səbəbdən qeyd edilmişdir) malik olması və istehsalatda baş vermiş bədbəxt hadisə barədə İZ aktının mövcudluğu ona əmək vəzifələrini yerinə yetirərkən xəsarət almağı səbəbi ilə dəymiş zərərə görə müvafiq ödəncin tələb edilməsi hüququnu vermir.
29. Şəxsin bu ödənci tələb etmək hüququ yalnız o halda yarana bilər ki, əgər istehsalat qəzası nəticəsində işçinin səhhətinə vurulan zərər bilavasitə işəgötürənin təqsiri (tam və ya qismən) ilə bağlı olsun.
30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsində nəzərdə tutulan əməyin mühafizəsi normalarının pozulması nəticəsində işçinin səhhətinə vurulan zərərə görə, yaxud onun həlak olması ilə əlaqədar yaranan maddi məsuliyyət həmin Məcəllənin 191-ci maddəsinin tələbləri baxımından yalnız işəgötürən təqsirli olduqda yaranır. Əmək Məcəlləsinin 239-cu maddəsinin məzmunu na görə işəgötürənin təqsirinin tam və ya qismən olmasında asılı olmayaraq, həmin Məcəllənin 191-ci maddəsinə nəzərdə tutulan şərtlər olduğu halda işəgötürənin işçi qarşısında məsuliyyəti tam xarakter daşıyır.
31. Məhkəmə kollegiyası iş materiallarına əsaslanaraq bildirir ki, iddiaçıda olan xəsarətlər işəgötürənin təqsiri nəticəsində yaranması sübuta yetirilmədiyindən iddiaçının iddia tələbi əsaslı sayıla bilməz.
32. Belə olan halda məhkəmə kollegiyası bu qənaətə gəlir ki, iddiaçının iddia tələbi qanunun müddəaların uyğun olmadığından təmin edilə, apellyasiya instansiya məhkəməsinin qərarı isə ləğv edilə bilməz.
33. Odur ki, kassasiya şikayəti təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
34. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegi yası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 iyun 2024-cü il tarixli, 21(103)-1763/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.