Məhkəmə qərarları › İş №2-1(102)-296/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-296/2019

29.01.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-296/2019 29.01.2019 ALİ MƏHKƏMƏ GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Hüseynov Azər Soltanhəmid oğlu, Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, İddiaçı, cavabdehin vəkili Vəkil qızının iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinə qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2214/2018 saylı iş üzrə 14 sentyabr 2018-ci il tarixli qərarından cavabdeh t ərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 29 yanvar 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinin 10 aprel 2018-ci il tarixli, 16/01-1986 nömrəli məktubu ilə İddiaçı təqdim etdiyi sənədlər əsasında əmək pensiyasının təyin edilməsi üçün tələb olunan sığorta stajının yaranmadığına istinadla yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Bununla razılaşmayan iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək 05 mart 1993-cü il tarixdən 25 oktyabr 1996-cı ilə qədər “Tomris” kiçik müəssisəsində gözətçi vəzifəsində işlədiyi illəri sığorta stajına daxil etmək lə ona əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddiaya qarşı təqdim etdiyi etirazında müraciəti təmin etməkdən imtina edərkən əsaslandığı eyni dəlillərə istinadla iddianın rədd edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2133/2018 saylı, 22 may 2018-ci il tarixli qərarı (hakim – X.X.İmanov) ilə iddia təmin edilərək İddiaçı 05 mart 1993-cü il tarixdən 25 oktyabr 1996-cı ilə qədər “Tomris” kiçik müəssisəsində gözətçi vəzifəsində işlədiyi illərinin ümumi sığorta stajına daxil edilərək ona hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunu n Bakı şəhəri Sabunçu rayon şöbəsinə həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı 05 mart 1993-cü il tarixdən 25 oktyabr 1996-cı ilə qədər “Tomris” kiçik müəssisəsində işlədiyi dövrün qarşılıqlı yoxlanılması mümkün olmadığına görə onun əmək haqqından sosial sığorta ödəmələrini araşdırmaq mümkün olmamışdır. Məhkəmə isə bunları nəzərə almayaraq iddiaçının əmək stajını təsdiq etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)2214/2018 saylı, 14 sentyabr 2018-ci il tarixli qərarı (sədrlik edən və məruzəçi hakim – S.SSeyidova, hakimlər – A.B.Nuriyeva və V.M.Məmmədov)ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2133/2018 saylı, 22 may 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(103)-2214/2018 saylı, 14 sentyabr 2018-ci il tarixli qərarını ləğv edərək iddianın təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarıldığından ləğv edilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən 01.07.2017-ci il tarixdən kişilər 63 yaş 06 ay tamam olduqda fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmaya n pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatı imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ qazanırlar. İddiaçı 05 mart 1993-cü il tarixdən 25 oktyabr 1996-cı ilə qədər olan iş stajının tam yoxlanılması mümkün olmamışdır. Məhkəmələr isə bunları nəzərə almayaraq iddiaçının əmək stajını təsdiq etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasında cavabdehin vəkili kassasiya şikayətində göstərilən məzmunlu izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasına vəkilsiz gəldiyi üçün MPM-in 67-ci maddəsinə əsasən işə onun izahatı dinlənilmədən baxılmışdır. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şik ayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti qismən təmin edilərək apellyasiya məhkəməsinin qərarı ləğv edilməklə iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 82-ci maddəsində təsbit edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Kollegiya hesab edir ki, mübahisəyə baxılması ilə əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd olunan prosessual hüquq normalarının tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamışdır. İş in hallarından göründüyü kimi cavabdehin iddiaya qarşı əsas etirazı ondan ibarətdir ki, iddiaçının əmək kitabçasında qeyd olunan 05 mart 1993-cü il tarixdən 25 oktyabr 1996cı ilə qədər “Tomris” kiçik müəssisəsində işlədiyi dövrün qarşılıqlı yoxlanılması mümkün olmadığından onun əmək haqqından sosial sığorta ödəmələrini araşdırmaq mümkün olmamışdır və müvafiq olaraq qeyd olunan əmək pensiyasına hüquq verən dövrlər sosial sığorta stajına daxil edilə bilməz. Apellyasiya məhkəməsi iddiaçının sözügedən müəssisələrdə işləməsinin ona məxsus əmək kitabçasında aparılmış qeydlərlə təsdiqləndiyinə istinadla iddianı təmin etmiş, cavabdehin bildirdiyi halları iddiaçının təqsiri ilə əlaqələndirməyin mümkün olmadığını göstərmişdir. Kollegiya hesab edir ki, məhkəmə cavabdehin dəlillərindən irəli gələn zər uri araşdırmanın aparılmasını təmin etməli idi. Başqa sözlə, “Tomris” kiçik müəssisəsinin iddiaçının əmək kitabçasında göstərilən dövrlərdə həqiqətən fəaliyyətdə olan müəssisə olub-olmadığı müəyyənləşdirilməli, eləcə də sözügedən müəssisənin hal-hazırda fəaliyyət göstərib-göstərmədiyi dəqiq aydınlaşdırılmalıdır. Bu məqsədlə əlaqədar təşkilatlara və arxivə müvafiq sorğular verməklə ilk növbədə müəssisənin özünün mövcudluğunu təsdiq edən sübutlar toplanmalı, eləcə də iddiaçının orada əmək fəaliyyəti göstərdiyini təsdiq edən digər sənədlərin saxlanılıb-saxlanılmadığı müəyyənləşdirilməlidir. Bu hal, iddiaçının həqiqətən həmin müəssisələrdə işləməsini aydınlaşdırmağın mümkün olmadığı ilə bağlı cavabdehin dəlillərinin təkzib edilməsi üçün zəruridir. Yalnız bu qaydada araşdırma aparmaqla sözügedə n müəssisənin həqiqətən də əmək kitabçasında göstərilən dövrlərdə fəaliyyət göstərmiş müəssisə olduğu dəqiqləşdirildikdən sonra həmin müəssisənin sənədlərinin iddiaçının təqsiri ilə bağlı olmayan bu və ya digər səbəblərdən saxlanılmadığı, yaxud da arxivə təhvil verilmədiyi üçün iddiaçının orada işləməsini əmək kitabçasındakı qeydlərə istinadla müəyyən etmək olar. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2214/2018 saylı iş üzrə 14 sentyabr 2018-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar