Məhkəmə qərarları › İş №2-1(102)-296/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-296/2020

19.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-296/2020 19.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Yasamal rayon Şöbəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: (əmək pensiyasının yenidən hesablayaraq yaranmış fərqin birdəfəlik ödənilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Yasamal rayon Şöbəsinə qarşı əmək pensiyasının yenidən hesablayar aq yaranmış fərqin birdəfəlik ödənilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2396/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1957-ci il tarixdə Gürcüstanın Bolnisi rayonunda anadan olmuşdur. Cavabdeh dövlət sosial fondu olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Yasamal rayon Şöbəsinə qarşı xx.xx.2017-ci il tarixdə pensiyanın yenidən hesablanması barədə müraciə ti əsasında xx.xx.2006-cı ildən xx.xx.2017-ci il tarixədək fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalını xx.xx.2017-ci il tarixdən 72-yə bölməklə hesablanması və pensiyasının üzərinə əlavə edilərək xx.xx.2017-ci il tarixdən yenidən hesablayaraq yaranmış fərqin birdəfəlik ödənilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxx 2019-cu il tarixdə ərizə ilə Dövlət Sosial Fondunun Bakı şəhəri Yasamal rayon Şöbəsinə müraciət edərək, xx xxxxxx 2017-ci il tarixdə pensiyasının yenidən hesablanması barədə müraciəti əsasında xx.xx.2006-cı il tarixdən - xx.xx.2017-ci il tarixədək fərdi hesabının sığorta hissəsində toplanmış pensiy a kapitalını 72-yə bölməklə 2017-ci il sentyabr ayının 1-dən pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Lakin, DSMF-nin Bakı şəhəri Yasamal rayon Şöbəsi ona yazmış olduğu xx.xx.2019-cu il tarixli, **********7 saylı cavab məktubunda bildirilmişdir ki, ona 2006-cı ilin 1 yanvarından qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən “yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun 320 saylı qərarı ilə təsdiq olunmuş 1 nömrəli Siyahısı üzrə xx xxxxxx 2007-ci ildən 50 yaşında güzəştli şərtlərlə yaşa gör ə əmək pensiyası təyin olunmuşdur. xx xxxxxx 2017-ci il tarixdə pensiyasının yenidən hesablanması barədə müraciəti əsasında xx.xx.2006-cı ildən - xx.xx.2017-ci il tarixədək fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalını əldə etmək məqsədilə Fondun İri Sığortaedənlərlə İş İdarəsinə sorğu göndərilmiş və həmin İdarənin arayışına əsasən fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı müəyyən olunmuşdur. Pensiyasının sığorta hissəsi 2017-ci il sentyabr ayının 1dən aşağı qaydada hesablanmalıdır: ilk növbədə yenidən hesablama zamanı gözlənilən pensiya ödənişi aylarının sayı müəyyənləşdirilir: 42 ay (63.5-60=3.5) 63.5 yaşında pensiya təyin edilmiş şəxsin pensiyasının ödənilməsində gözlənilən pensiya ödənişi müddəti 144 ay olduğundan, onun gözənilən pensiya ödənişi ay larının sayı 144+42=186 ay təşkil edəcəkdir. Onun qeydə alınmış pensiya kapitalı işləmiş olduğu ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılaraq 112-yə (186-72) bölünür və alınan məbləğ pensiyasının üzərinə əlavə olunur. Sonda bildirmişlər ki, xx xxxxxx 2017-ci il tarixdə pensiyasının yenidən hesablanması barədə müraciəti əsasında xx.xx.2006-cı ildən - xx.xx.2017-ci il tarixədək fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalını 72-yə bölməklə 2017-ci il sentyabr ayının 1-dən pensiyasının yenidən hesablanması qanunvericiliyə uyğun olmadığı üçün ərizəsini təmin etmək mümkün olmamışdır. Bununla da, DSMF-nin Bakı şəhəri Yasamal rayon şöbəsi əsaslı səbəb olmadan pensiya hüquqlarını tapdalamış və ona xx.xx.2006-cı ildən - xx.xx.2017-ci il tarixədək fərdi hesabının sığ orta hissəsində toplanmış pensiya kapitalını 72-yə bölməklə 2017-ci il sentyabr ayının 1-dən pensiyasının yenidən hesablanmasından imtina etmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, o, xx.xx.1957-ci il tarixdə anadan olmuşdur. 1974-cü ildən 1983-cü ilə kimi müxtəlif sahələrdə və 1983-cü ildən hal-hazırkı vaxta qədər fasiləsiz olaraq zərərli şəraitdə əmək fəaliyyəti ilə məşğul olur. DSMF-nin Yasamal rayon şöbəsi tərəfindən ona xx xxxxxx 2007-ci ildə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur. Pensiya aldığı müddətdə də əmək fəaliyyətini davam etdirmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 5.3-cü müddəasına əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Yaşa görə pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Həmin Qaydaların 47-ci misalında işləyən şəxsin pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanması nümunə kimi şərh edilmişdir. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 37.3.1-ci maddəsini və “Qaydaların” 47-ci misalını analiz etdikdə görünür ki, onun xx.xx.2017-ci il tarixdə pensiyasının yenidən hesablanması barədə müraciəti əsasında xx.xx.2006-cı ildən xx.xx.2017-ci ilədək fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalını 72-yə bölməklə hesablamalı və xx.xx.2017-ci il tarixdən pensiyasının üzərinə əlavə o lunmalıdır. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)-2130/2019 nömrəli (sədrlik edən hakim Aygün Abdullayeva) qərarı ilə İddiaçı xx.xx.2006-cı ildən - xx.xx.2017ci il tarixədək fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalının xx.xx.2017ci il tarixdən 72-yə bölməklə hesablanması və pensiyasının üzərinə əlavə edilərək xx.xx.2017-ci il tarixdən pensiyasının yenidən hesablanaraq yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət SosialMüdafiə Fondunun Bakı şəhəri Yasamal rayon şöbəsinə həvalə edilməsi barədə iddiasının təmin edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərar ının ləğv edilməsini, iddia tələblərinin isə təmin edilməməsi barədə yeni qərarın çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2019-cu il tarixli, 2-1(103)-2396/2019 nömrəli (hakimlər Vidadi Məmmədov - sədrlik edən və məruzəçi, Səriyyə Seyidova və İlham Əhmədov) qərarı iləcavabdehin apelyasiya şikayətinin təmin edilməsi,birinci instansiya məhkəməsinin2-1(81)-2130/2019 nömrəli iş üzrə xx xxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi, iş üzrə yeni qərarın qəbul edilməsi, iddiaçınıniddiasının təmin edilməməsi, qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,birinci dəfə 45 yaşında güzəştli şərtlərlə yaşa gö rə pensiya təyin olunan təyyarəçi, güya ona ikinci dəfə 51 yaşında güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi zamanı xüsusi norma qismində çıxış edən Qanunnn 45-ci maddəsinin xx.xx.2017-ci il tarixədəkqüvvədə olan redaksiyasının tələblərini tətbiq etməklə gözlənilən pensiya ödənişi aylarının sayınının hesablanmasını xahiş edir. Bu hesablamada istifadə olunan 51 rəqəmi təyyarəçinin xx xxxxxx 2017-ci il tarixdə 51 yaşında Qanunn 37.3.1-ci maddəsinə əsasən pensiyasının yenidən hesablanınası zamanı 51 yaşını göstərir. (halbuki, "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. Deməli bu norma artıq pozulur. Qaydaların49-cu misalı Qanunun 37.4-cimaddəsinin tələblər inə uyğun tərtib edilməmişdir və səhvdir. Ona görə də həminmisala istinad etmək olmaz.Bununla da sübut olunur ki, Qaydaların 5.3-cü bəndindəki 48 və 49-cu misallar “Əmək pensiyaları haqqında” Qanununun norma və tələblərinə zidd olaraq tərtib edilmişdir və Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun olaraq sığortaolunanın pensiyasınınfərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalına əsasən əmək pensiyasının yenidən hesablanması zamanı Qaydaların 48 və 49-cu misallarından nümunə kimi istifadə etmək olmaz. Apelyasiya məhkəməsi Qaydalardakı 49-cu misalın qanunauyğunluğunu yoxlamaq üçün bu deyilənləri nəzərə alaraq araşdırma aparsaydı o zaman Qaydalardakı 49-cu misalının Qanunun 37.3.1-ci maddəsinin norma şərtlərinə ziddir tərtib olunduğunu müəyyən edərdi və özü də Qaydalard akı 49-cu misalına istinad etməklə hesablama aparmazdı və səhv qərar qəbul etməzdi. Apelyasiya məhkəməsi Qaydalardakı 49-cu misalı: qanunauyğunluğunu öz səlahiyyətli daxilində araşdırıb hüquqi qiymət verməmiş "Əmək pensiyaları haqqında" Qanununun 37.3.1 və 45-ci maddələrini yanlış təfsir edib, maddi hüquq normalarını pozaraq, birinci instansiya məhkəməsinin qərarını ləğv etməklə səhv qərar qəbul etmişdir. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsininxx.xx.2019-cu il tarixli, 2-1(103)-2396/2019 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədikləri üçün işə onların iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixliqərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnz ibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91- ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. İddiaçı kasasiya şikayətində qeyd etmişdir ki, birinci dəfə 45 yaşında güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunan təyyarəçi, güya ona ikinci dəfə 51 yaşında güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi zamanı xüsusi norma qismində çıxış edən Qanunnn 45-ci maddəsinin xx.xx.2017-ci il tarixədəkqüvvədə olan redaksiyasının tələblərini tətbiq etməklə gözlənilən pensiya ödənişi aylarının sayınının hesablanmasını xahiş edir. Bu hesablamada istifadə olunan 51 rəqəmi təyyarəçinin xx xxxxxx 2017-ci il tarixdə 51 yaşında Qanunn 37.3.1-ci maddəsinə əsasən pensiyasının yenidən hesablanınası zamanı 51 yaşını göstərir. (halbuki, "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. Deməli bu norma artıq pozulur. Qaydaların 49-cu misalı Qanunun 37.4-cimaddəsinin tələblərinə uyğun tərtib edilməmişdir və səhvdir. Ona görə də həminmisala istinad etmək olmaz.Bununla da sübut olunur ki, Qaydaların 5.3-cü bəndindəki 48 və 49-cu misallar “Əmək pensiyaları haqqında” Qanu nunun norma və tələblərinə zidd olaraq tərtib edilmişdir və Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun olaraq sığortaolunanın pensiyasınınfərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalına əsasən əmək pensiyasının yenidən hesablanması zamanı Qaydaların 48 və 49-cu misallarından nümunə kimi istifadə etmək olmaz. Apelyasiya məhkəməsi Qaydalardakı 49-cu misalın qanunauyğunluğunu yoxlamaq üçün bu deyilənləri nəzərə alaraq araşdırma aparsaydı o zaman Qaydalardakı 49-cu misalının Qanunun 37.3.1-ci maddəsinin norma şərtlərinə ziddir tərtib olunduğunu müəyyən edərdi və özü də Qaydalardakı 49-cu misalına istinad etməklə hesablama aparmazdı və səhv qərar qəbul etməzdi. Apelyasiya məhkəməsi Qaydalardakı 49-cu misalı: qanunauyğunluğunu öz səlahiyyətli daxilində araşdırıb hüquqi qiy mət verməmiş "Əmək pensiyaları haqqında" Qanununun 37.3.1 və 45-ci maddələrini yanlış təfsir edib, maddi hüquq normalarını pozaraq, birinci instansiya məhkəməsinin qərarını ləğv etməklə səhv qərar qəbul etmişdir. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, kasasiya şikayətində qeyd olunan dəlillər əsassızdır. Belə ki, Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər is tisna olmaqla) yaşa görə əmək pensiyası hüququvardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdəhəmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti ayları nın sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Həmin Qanunun 45-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. Azərbaycan Respublikası Prezidentinin “ Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə xx.xx.2006-cı il tarixli 377 nömrəli Fərmanının 2.11-ci bəndi ilə müəyyən edilmişdir ki, həmin Qanunun 45-ci maddəsinin birinci cümləsinə uyğun olaraq həmin Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti 144 ay (12 il) nəzərdə tutulur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın 5.3ci bəndinə əsasən misal 49. xx xxxxxx 2011-ci il tarixdə 45 yaşlı təyyarəçiyə 540 manat güzəştli şərtlərlə yaşa görə pensiya təy in edilmişdir. Pensiya təyin edildikdən sonra o, işləməkdə davam edir və xx xxxxxx 2017-ci il tarixdə pensiyasının fərdi hesabının sığorta hissəsində qeydə alınmış 65420 manat pensiya kapitalına əsasən pensiyasının yenidən hesablanması barədə müraciət etmişdir. Onun pensiyası aşağıdakı qaydada yenidən hesablanır: 51 yaşlı təyyarəçinin pensiya ödənişi müddəti 150 ay (63,5 - 51 = 12 il 6 ay x 12 ay) artırılaraq 294 ay (150 + 144) hesablanır və sonra onun pensiya ödənişi müddəti aylarının sayı 72 ay azaldılaraq 222 ay (294 - 72) müəyyənləşdirilir. Beləliklə, pensiya xx xxxxxxxx 2017-ci il tarixdən 294,69 manat (65420: 222) məbləğində yenidən hesablanaraq artırılır və pensiyanın ümumi məbləği 834,69 manat təşkil edir. Göründüyü kimi, xx.xx.1957-ci il tarixdə anadan olmuş iddiaçı güzəştli şərt lərlə yaşa görə təyin edilmiş əmək pensiyasının onun arzuladığı kimi yenidən hesablanmasını tələb etdiyi xx.xx.2017-ci il tarixə 60 yaşında olmuşdur. Bu baxımdan, 60 yaşlı iddiaçının pensiya ödənişi müddəti 42 ay (xx.xx.2017-xx.xx.2018-ci tarixləri arasında kişilərin pensiya yaşı 63 il 6 ay - 60 = 3 il 6-ay) artırılaraq 186 ay (42 ay + gözlənilən pensiya ödənişi müddəti 144 ay) hesablanır və sonra onun pensiya ödənişi müddəti aylarının sayı 72 ay azaldılaraq 114 ay (185 ay - 72 ay) müəyyənləşdirilir. İddiaçının pensiyası (cavabdehə müraciət.etdiyi tarixə pensiyasının, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının məbləği: 114 ay) məbləğdə yenidən hesablanaraq artırılmalı, yəni pensiya kapitalı 72-yə deyil, 114-ə bölünməli idi. Bu səbəbdən də Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, iddiaçının əmək pensiyası xx.xx.2017-ci il tarixdən sonra yenidən hesablandığından, «Əmək pensiyaları haqqında» Qanununun 37.3.1-ci maddəsinə istinadən aparılan bu hesablama sözügedən maddədə təsbit olunan şərtlərlə, amma bu dəfə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması zamanı xüsusi norma qismində çıxış edən «Əmək pensiyaları haqqında» Qanununun 45-ci maddəsinin xx.xx.2017-ci il tarixdən qüvvədə olan redaksiyasının tələbləri nəzərə alınmaqla həyata keçirilə bilərdi. Cavabdehin iddiaçının tələbinin təmin edilməsindən imtinası əsaslı olmuşdur. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçının kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2019-cu il tarixli,21(103)-2396/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar