Məhkəmə qərarları › İş №2-1(102)-296/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-296/2022

06.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-296/2022 06.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: Azərbaycan Respublikasının vətəndaşlığına mənsub olmaması barədə arayışın verilməsi Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə (bundan sonra cavabdeh) qarşı “Azərbaycan Respublikası vətəndaşlığına mənsub olmaması barədə arayışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-116/2021 saylı, 8 iyun 2021-ci il tarixli qərarından iddiaçının verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirilmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx xxxx 1973-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur.

2. İddiaçı 15 fevral 1991-ildən etibarən daimi əsaslarla Rusiya Federasiyası, Xabarovsk vilayəti, Amursk şəhəri, Komsomolski küçəsi, ev 67, mənzil 179 ünvanında qeydiyyatda olmaqla yaşayır və Rusiya Federasiyasının vətəndaşıdır.

3. İddiaçının müraciətinə cavab olaraq Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 12.12.2018-ci il tarixli qərarına əsasən xx xxxx 1973-cü il təvəllüdlü iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır.

4. Azərbaycan R espublikası Dövlət Miqrasiya Xidmətinin 26.04.2019-cu il tarixli inzibati şikayətin təmin edilməməsi haqqında qərarına əsasən iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında cavabdehin 12.12.2018-ci il tarixli qərarından verilmiş inzibati şikayət əsassız olduğuna görə təmin edilməyərək qərar dəyişdirilmədən saxlanılmışdır.

5. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin arayışına əsasən iddiaçı 28.03.1989-cu ildə, Bakı şəhəri, Xətai rayonu, Tusi küçəsi, ev 24, mənzil 54-də qeydiyyatdadır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

6. İddiаçı 25.06.2019-cu il tarixdə cаvаbdеhə qаrşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək inzibati şikayətin təmin edilməməsi barədə Azər baycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 26.04.2019-cu il tarixli, 136 nömrəli qərarının və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 12.12.2018-ci il tarixli qərarının ləğv edilməsi, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin üzərinə xx.xx.1973-cü il təvəllüdlü iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsub olmaması barədə arayışın verilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddiа оnunlа əsаslаndırılmışdır ki, cavabdehin 12.12.2018-ci il tarixli qərarı ilə xx.xx.1973-cü il təvəllüdlü iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır. İddiaçı bununla razı olmadığına görə həmin qərardan cavabdehə şikayət vermiş, 13.05.2019-cu il tarixdə onun elektron ünvanına 26.04.2019-cu il tarixli i nzibati şikayətin təmin edilməməsi haqqında qərarın qəbul edilməsi barədə məlumat daxil olmuşdur. Halbuki o, xx.xx.1973-cü ildə Azərbaycan SSR-in Bakı şəhərində anadan olsa da 15.02.1991-ci ildən etibarən Rusiya Federasiyası, Xabarovsk diyarı, Amursk şəhəri, Komsomolski prospekti, ev 67, mənzil 179 ünvanında yaşayır və orada daimi yaşayış yeri üzrə qeydiyyata alınmışdır. O, Azərbaycan Respublikasının vətəndaşlığını qəbul etməmişdir və almamışdır. O Rusiya Federasiyasının vətəndaşıdır və onun mübahisə edilən qərarla Azərbaycan Respublikasının vətəndaşı kimi tanınması onda ikili vətəndaşlığın olması deməkdir ki, bu da onun hüquqlarını pozur, çünki Rusiya Federasiyasının qüvvədə olan qanunlarına görə o ikili vətəndaşlıq ilə dövlət qulluğu vəzifəsini tutmaq hüququna malik deyildir. İddiaçı g östərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. 8. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X2, 2-1(81)-2901/2019 saylı iş) 7 noyabr 2019-cu il tarixli qərarı ilə iddia rədd edilmişdir.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, təqdim olunmuş sənədlərlə iddiaçının “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun qüvvəyə minməsinədək (1998-ci ilə qədər) Azərbaycan Respublikası ərazisində yaşayış yeri üzrə qeydiyyatda olması müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin arayışına əsasən iddiaçı 28.03.1989-cu ildə Bakı şəhəri, Xətai rayonu, Tusi küçəsi, ev 24, mənzil 54-də qeydiyyatdadır. İş materiallarından iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığından imtina etməsi halı müəyyən edilməmi şdir.

10. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

11. İşin apellyasiya icraatı zamanı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəməyə göndərilmiş 19.05.2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, xx.xx.1973-cü il təvəllüdlü İddiaçı, atası XX.XX.1939-cu il təvəllüdlü X3 və anası 24.10.1941-ci il təvəllüdlü X1 adına şəxsiyyət vəsiqəsi və ümumvətəndaş pasportu sənədləşdirilməmişdir. Əlavə olaraq bildirilmişdir ki, DİN-nin BPQMİ-nin Milli Avtomatlaşdırılmış Pasport Sistemi (MAPS) üzrə Məlumat şöbəsinin məlumatına əsasən 28.03.1989-cu il tarixdə verilmiş keçmiş SSRİ nümunəli XXİİİ-JQ 619695 nömrəli pas portla İddiaçı, 30.06.1983-cü il tarixdə verilmiş keçmiş SSRİ nümunəli Vİ-JQ 599620 nömrəli pasportla Yekaterina Dudina, ünvan 1 ünvanında qeydiyyatdadırlar. XX.XX.1939-cu il təvəllüdlü Aleksandr Dudin barəsində DİN-nin BPQMİnin Milli Avtomatlaşdırılmış Pasport Sistemi (MAPS) üzrə Məlumat Şöbəsində heç bir məlumat yoxdur. 12. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin mövqeyi ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyası (hakimlər X4-məruzəçi, X6 və X5, 2-1(103)116/2021 saylı iş) 8 iyun 2021-ci il tarixli qərarla iddiaçının apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin 7 noyabr 2019-cu il tarixli qərarını dəyişdirmədən saxlamışdır.

13. İddiaçı kasasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməs ini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kasasiya şikayətinin dəlilləri

14. İddiaçı 6 fevral 1991-cu il tarixdə Azərbaycan Respublikasını tərk etmiş və 15 fevral 1991- ildən etibarən daimi əsaslarla Rusiya Federasiyası, Xabarovsk vilayəti, Amursk şəhəri, Komsomolska küçəsi, ev 67, mənzil 179 ünvanında qeydiyyatda olmaqla yaşayır. Həmin müddətdən sonra Azərbaycan Respublikası hüdudlarına daxil olmamışdır.

15. SSRİ Konstitusiyasına (05.12.1936-cı il tarixdə qəbul olunmuş, əlavələr və düzəlişlə 10.12.1970 ilin) görə SSRİ respublikalarında doğulmuş hər bir vətəndaş SSRİ vətəndaşı hesab olunur. Azərbaycan SSR-də həmin an SSR-in tərkibinə daxil idi (13-cü maddə). Azərbaycan SSR-in iddiaçının doğum ilində (1973-cü il) qüvvədə olan Konstitusiyasına əsasən Azərbay can SSR-də doğulan hər bir şəxs SSR-i vətəndaşı hesab olunurdu.

16. SSRİ Beynəlxalq hüquq subyekti kimi 08.12.1991-ci il tarixdə süquta uğramışdır. 18.10.1991-ci tarixdə Azərbaycan Respublikasının Müstəqilliyinin bərpası haqqında Konstitusiya aktı qəbul olunanda iddiaçı artıq Rusiyada (RSFSR) daimi əsaslarla yaşayırdı, yəni Azərbaycan Respublikasına heç bir aidiyyəti yox idi. Həmin Konstitusiya aktı ilə Azərbaycan Respublikasının vahid vətəndaşlığı müəyyən edilmişdir hansı ki, həmin müddətdə iddiaçının pasportunda Azərbaycan SSR aid heç bir bənd mövcud olmamışdır. Bununla da nəticəyə gəlmək olar ki, iddiaçı Azərbaycan Respublikası vətəndaşlığını əldə etməmişdir, hal-hazırda Rusiya Federasiyası vətəndaşıdır. 17. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 5-ci maddəsi ilə A zərbaycan Respublikasının vətəndaşları sayıla bilən kateqoriya şəxslər müəyyən edilmişdir. Həmin kateqoriyaların heç biri iddiaçıya aid deyil. Həmin maddədə qeyd olunan kateqoriya şəxslər vətəndaşlıq əldə olunması üçün yazılı ərizə ilə müraciət etməlidirlər, halbuki iddiaçı vətəndaşlığın əldə olunması üçün heç bir müraciət etməmişdir.

18. İddiaçı Rusiya Federasiyasının Ədliyyə Nazirliyinə müraciət edərək Azərbaycan Respublikasının vətəndaşı olmaması barədə arayışın verilməsini xahiş etmişdir. Dövlət Miqrasiya Xidməti tərəfindən Azərbaycan Respublikası vətəndaşlığına mənsub olması barədə arayışın verilməsi ilə iddiaçının hüquqlarını pozmuş olur (ikili vətəndaşlığı olan şəxslər Dövlət orqanlarında vəzifə tutmaq hüququndan məhrumdurlar), çünki iddiaçının ikili vətəndaşlıq almaq niyyəti olmamı şdır. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq 20. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanun: Maddə

5. Aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar: 1) bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər, o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun; 2) 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər; 3) 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış q açqınlar; 4) bu qanuna müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər... Bu maddənin birinci hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş şəxslər o halda Azərbaycan Respublikasının vətəndaşlığını əldə edirlər ki, bu qanunun qüvvəyə mindiyi gündən bir il müddətində Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmək haqqında ərizə ilə müraciət etsinlər. Bu maddənin birinci hissəsinin 3-cü bəndi əsasında Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş qaçqınlar tərk etdikləri dövlətlərə qayıtmaq hüququnu itirmirlər. Həmin şəxslərə Azərbaycan Respublikasının qanunvericiliyində məcburi köçkünlər üçün nəzərdə tutulmuş güzəştlər şamil edilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Ş əxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Maddə

18. Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, aşağıdakılar Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir: 1) Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi; 2) Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi; (-) 21. “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı: Maddə

4. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınan hallar (-) 4.4. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır.

22. İnzibati Prosessual Məcəllə (İPM): Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə

32. Mübahisələndirmə haqqında iddia (-) 32.2. Aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); (-) Maddə

48. Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyek tiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. (-). Maddə

58. Sübutların araşdırılması qaydası Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər (58.2-ci maddə). Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (58.7-ci maddə). Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat (-). 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilə n qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apelyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apelyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apelyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. (-). Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhk əmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

23. İddiaçının kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

24. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.

26. İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsub olmaması barədə arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini istəyir.

27. İddiaçı xx.xx.1973-cü ildə Azərbaycan SSR-in Bakı şəhərində anadan olmuş, 15.02.1991-ci ildən etibarən Rusiya Federasiyası, Xabarovsk diyarı, Amursk şəhəri, Komsomolski prospekti, ev 67, mənzil 179 ünvanında yaşayır və orada daimi yaşayış yeri üzrə qeydiyyata alınmışdır, həmçinin Rusiya Federasiyasının vətəndaşıdır.

28. Cavabdehin 12.12.2018-ci il tarixli qərarı ilə xx.xx.1973-cü il təvəllüdlü iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır.

29. Apelyasiya instansiyası məhkəməsi iddianın rədd edilməsi ba rədə birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlayarkən qeyd etmişdir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin arayışına əsasən iddiaçı 28.03.1989-cu ildə, yəni “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsinədək (1998-ci ilə qədər) Bakı şəhəri, Xətai rayonu, Tusi küçəsi, ev 24, mənzil 54-də qeydiyyatda olmuşdur. Belə olan halda cavabdehin 12.12.2018-ci il tarixli, ******* nömrəli qərarı və həmin qərarın qüvvədə saxlanılması barədə şikayət instansiyasının 26.04.2019-cu il tarixli, 136 nömrəli qərarı iddiaçının hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz.

30. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iddiaçının 28.03.1989-cu ildə Bakı şəhəri, Xətai rayonu, Tusi küçəsi, ev 24, m ənzil 54-də qeydiyyatda olmasına əsaslanmaqla onu Azərbaycan Respublikasının vətəndaşı hesab etməkdə yanlış nəticəyə gəlmişdir. 31. “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının 4.4-cü bəndinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır. 32. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 18-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi, Azərbaycan Respublikası vətənd aşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir.

33. Məhkəmə kollegiyası işin hallarına göstərilən normaların işığında münasibət bildirərək qeyd edir ki, iddiaçı 15 fevral 1991- ildən etibarən daimi əsaslarla Rusiya Federasiyası, Xabarovsk vilayəti, Amursk şəhəri, Komsomolska küçəsi, ev 67, mənzil 179 ünvanında qeydiyyatda olmaqla yaşayır. Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməklə bağlı hər hansı müraciəti olmamış, digər dövlətin vətəndaşlığını könüllü əldə etməklə hazırda Rusiya Federasiyasının vətəndaşıdır. Belə olan halda onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamalıdır. Başqa sözlə iddiaçının Rusiya Federasiyasının vətəndaşlığını könüllü əldə etməsi onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması üçün əsasdır.

34. Odur ki, iddiaçı cavabdehin 12.12.2018-ci il tarixli qərarının ləğv edilməsi, Azərbaycan Respublikasının vətəndaşlığına mənsub olmaması barədə arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbində haqlıdır, bu hissədə kasasiya şikayəti təmin edilərək apelyasiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın təmin edilməsi barədə qərar qəbul edilməlidir.

35. İddia inzibati şikayətin təmin edilməməsi barədə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 26.04.2019-cu il tarixli, 136 nömrəli qərarının ləğv edilməsi hissəsində mümkün sayılmamalıdır. Belə ki, İPM-in 32.2.2-ci maddəsinə əsasən barəsi ndə şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt) mübahisələndirmə haqqında iddia üzrə iddia predmeti ola bilər. Cavabdehin 26.04.2019cu il tarixli, 136 nömrəli qərarı ilə 12.12.2018-ci il tarixli ilkin qərarı dəyişdirilmədən saxlanıldığı üçün 26.04.2019-cu il tarixli, 136 nömrəli qərar hazırkı iş üzrə iddia predmeti ola bilməz.

36. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-116/2021 saylı, 8 iyun 2021-ci il tarixli qərarı ləğv edilsin. İdd ia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 12.12.2018-ci il tarixli qərarı ləğv edilsin. İddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsub olmaması barədə arayışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə həvalə edilsin. İddia cavabdehin 26.04.2019-cu il tarixli, 136 nömrəli qərarının ləğv edilməsi hissəsində mümkün sayılmasın Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar