Məhkəmə qərarları › İş №2-1(102)-296/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-296/2023

22.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-296/2023 22.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ (Açar sözlər: Çernobıl əlili kimi pensiya təyin edilərkən əmək haqqının 4 qat məbləğinin nəzərə alınmaması; iddianın dəyişdirilməsi və yekun məhkəmə qərarının forma və məzmununa dair prosessual qanunun tələblərinin təmin olunmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1952-ci il təvəllüdlü; FİN: xxxxxxx ) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyası məbləğinin yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 sentyabr 2022-ci il tarixli, 2-1(103)-1042/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 22 fevral 1988-ci il tarixdən 8 avqust 1988-ci il tarixədək Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etmiş və bununla əlaqədar ona Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar ikinci dərəcəli əlillik təyin edilmişdir.

2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək əmək pensiyası məb ləğinin yenidən hesablanmasını xahiş etmişdir.

3. Cavabdeh 27 avqust 2021-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, iddiaçıya əlilliyə görə əmək pensiyasının təqdim etdiyi əmək haqqı və digər sənədlər əsasında qanunvericiliyin tələblərinə uyğun olaraq düzgün hesablanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

4. İddiaçı 24 fevral 2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək İddiaçı “Çernobıl AES-də 30 kilometrlik zona (köçürülmə zonası) daxilində qəza nəticələrini aradan qaldırmaq işində iştirak etmiş şəxslərə bəzi əlavə güzəştlər haqqında Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1990-cı il tarixli, 577 saylı qərarına əsasən 22 fevral 1988-ci il tarixdən 8 avqu st 1988-ci il tarixədək (166 gün) Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması ilə bağlı işə görə ödənilmiş 2992,00 rublun 4 qat məbləği 25.4-ə vurulmaqla Çernobıl AES-də olduğu dövrün qiymətlər indeksi ilə indeksasiya edilməklə əmək pensiyası məbləğinin yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.

5. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı “Çernobıl AES-də 30 kilometrlik zona (köçürülmə zonası) daxilində qəza nəticələrini aradan qaldırmaq işində iştirak etmiş şəxslərə bəzi əlavə güzəştlər haqqında Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1990-cı il tarixli, 577 saylı qərarına əsasən 22 fevral 1988-ci il tarixdən 8 avqust 1988-ci il tarixədək (166 gün) Ç ernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması ilə bağlı işə görə ödənilmiş 8.611,51 rublun 4 qat məbləği 25.4-ə vurulmaqla Çernobıl AES-də olduğu dövrün qiymətlər indeksi ilə indeksasiya edilməklə əmək pensiyası məbləğinin yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.

6. Bakı İnzibati Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli, 2-1(112)-4597/2021 nömrəli protokol qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 22 fevral 1988-ci il tarixdən 8 avqust 1988-ci il tarixədək Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etmişdir. xx.xx.1991-ci il tarixdən İddiaçı 2-ci qrup əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Lakin İddiaçı əmək pensiyası təyin edilərkən orta əmək haqqının üçqat məbləğindən artıq olmayan orta aylıq əmək haqqı nəzərə alınmamışdır. İnzibati orqana pensiyanın yenidən hesablanması üçün müraciət etmiş, lakin inzibati orqan müraciətinə imtina etmişdir. Qanunvericilik normalarından göründüyü kimi, pensiyanın orta aylıq əmək haqqından faiz nisbi ilə hesablanması müəyyən edilmişdir. Orta aylıq əmək haqqının hesablanması zamanı nəzərə alınan ödənclərə sığorta haqları hesablanan bütün gəlirlər aid edilmişdir. Xüsusi qayda kimi isə gəlirlərə birdəfəlik ödənclərin aid edilməməsi və pensiya hesablanması üçün təsdiq olunan orta əmək haqqının üçqat məbləğindən artıq olmayan orta aylıq əmək haqqının nəzərə alınması qeyd edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası Əmək v ə Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın imtinası əsassız hesab olunmalı və İddiaçı “Çernobıl AES-də 30 kilometrlik zona (köçürülmə zonası) daxilində qəza nəticələrini aradan qaldırmaq işində iştirak etmiş şəxslərə bəzi əlavə güzəştlər haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin 20 dekabr 1990-cı il tarixli, 577 saylı qərarına əsasən, 22 fevral 1988-ci il tarixdən 8 avqust 1988-ci il tarixədək (166 gün) Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması ilə bağlı işə görə ödənilmiş 2992.00 rublun 4 qat məbləğ 25,4-ə vurulmaqla Çernobıl AES-də olduğu dövrün qiymətlər indeksi ilə indeksasiya edilməklə əmək pensiyası məbləği yenidən hesablanmalıdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməs ini xahiş etmişdir.

8. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, İddiaçı 22 fevral 1988-ci il tarixdən 8 avqust 1988-ci il tarixədək Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etməklə ciddi şüalanmaya məruz qalmış və bununla əlaqədar ona Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar ikinci dərəcəli əlillik təyin edilmişdir. İddiaçı daha sonra DSMF yerli şöbəsinə müraciət edərək ona əlilliyə görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş və xx.xx.1993cü il tarixdən ona əlilliyə görə pensiya təyin olunmuşdur. Hazırda vətəndaşın əmək pensiyasının məbləği 388 manat 80 qəpik təşkil edir. İddiaçı Çernobıl AES-də qəzanın nəticələrinin ləğvi ilə əlaqədar işə görə ona ödənilmiş pulun 4 qat məbləğ 25,4-ə vurulmaqla Çernobıl A ES-də olduğu dövrün qiymətləri ilə indeksasiya edilərək əmək pensiyası məbləğinin yenidən hesablanması və yaranmış fərqin ona birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Lakin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1993- cü il 10 sentyabr tarixli məktubunda ifadə olunduğu kimi əmək pensiyasının dörd qat əmək haqqı məbləğində müəyyən edilmiş mükafat əsasında hesablanması qeyrimümkündür və bu səlahiyyət “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi barədə Azərbaycan Respublikası Milli Məclisinin Qərarının 5-ci bəndində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilmişdir. İddiaçının Çernobil AES-də qəzanın nəticələrinin aradan qaldırılması ilə bağlı fəaliyyəti döv ründə almış olduğu mükafatın pensiya hesablanarkən hansı şəkildə nəzərə alınmasını müəyyən etmək üçün aşağıdakı xüsusatlara nəzər yetirmək lazımdır: pensiya hesablanarkən nəzərə alınan əmək haqqı məbləği, pensiya təyin edilərkən nəzərə alınan dövrlər və pensiya hesablanarkən hansı məbləğdə əmək haqqının nəzərə alınmasını müəyyən etmək üçün sözügedən Qanunun 80 və 83-cü maddələri birlikdə şərh olunaraq hazırkı işə tətbiq edilməlidir. Pensiya təyin edilərkən əmək haqqı nəzərə alınan dövrlərin müəyyən edilməsi isə sözügedən Qanunun 71 və 83.1-ci maddələrinin tələbləri qaydasında həyata keçirilir. Sözügedən Qanunun 71-ci maddəsinə əsasən “pensiya üçün müraciət edənin arzusuna əsasən orta aylıq əmək haqqı onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyy ətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktiki orta aylıq əmək haqqından hesablanır”. Həmin Qanunun 83.1-ci maddəsinə əsasən “pensiya səhhətə zərər vurulandan, əlillik və ya ölüm baş verəndən əvvəlki 12 ayın əmək haqqından, yaxud Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi Qaydalara uyğun olaraq müəyyənləşdirilmiş əmək haqqından hesablanır. Qeyd olunanlardan aydın olduğu kimi iddiaçının iddia etdiyi 3396 rubl məbləğin 4 qat məbləğ 25,4-ə vurulmaqla Çernobıl AES-də olduğu dövrün qiymətləri ilə indeksasiya edilərək əmək pensiyası məbləğinin yenidən hesablanması qaydası qanunvericilikdə müəyyən olunmamışdır, belə ki, hazırkı iddia tamamilə, əsassızdır.

9. Bakı İnzibati Məhkəməsinin 5 noyabr 2021-ci il tarixli, 2-1(112)-4597/2 021 nömrəli qərarı (hakim X5) ilə iddia rədd edilmişdir.

10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının iddia etdiyi məbləğin 4 qat məbləğ 25,4-ə vurulmaqla Çernobıl AES-də olduğu dövrün qiymətləri ilə indeksasiya edilərək əmək pensiyası məbləğinin yenidən hesablanması qaydası qanunvericilikdə nəzərdə tutulmamışdır.

11. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

12. İddiaçı 12 avqust 2022-ci il tarixli iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı “Çernobıl AES-dəki işə görə alınan, əsas iş yerində saxlanılan əmək haqqı ilə birləşdirilməklə və ödənilmiş 4 qat məbləğin (3396,93 rubl) nəzərə alaraq pensiyanın yenidən hesablanaraq xx.xx.2008-ci il tarixdən bugünədək yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyini cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 sentyabr 2022-ci il tarixli, 2-1(103)-1042/2022 nömrəli qərarı (hakimlər X1 - sədrlik edən və məruzəçi, X3 və X9) ilə Bakı İnzibati Məhkəməsinin 5 noyabr 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia təmin edilmişdir.

14. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Çernobil AES qəzasının nəticələrini aradan qaldırmaq üçün çalışanlara Azərbaycan SSR Nazirlər Sovetinin 20 dekabr 1990-cı il tarixli 577 saylı qərarına əsasən əmək haqqının 4 qat məbləğində mükafat ödənilmişdir. Həmin əmək haqqından pensiya hesablanması qaydası qeyd olunan Qa nunun 83-cü maddəsində nəzərdə tutulmuşdur. Bu halda ödənilmiş dörd qat məbləğ Çernobil AES-də olduğu günlərin sayına bölünüb 25,4 vurulmalıdır. Alınan məbləğ pensiyanın orta aylıq əmək haqqını təşkil edir. iddiaçı X2 Çernobil AES-in 30km-lik zonasında 166 gün çalışaraq aldığı (8611.51 rubl) maaş həmin günlərə görə əsas iş yerində saxlanılan (2474.80 rubl) maaşla birləşdirilməsindən alınan (1696 rubl) orta aylıq əmək haqqının üzərinə Azərbaycan SSR Nazirlər Sovetinin 577 saylı Qərarına əsasən, həm də əsas iş yerində Rafail Abbasova verilən bir ayın 4 qat məbləğində (3396.99 rubl) olan mükafat da əlavə edilməklə onun pensiyasının yenidən hesablanması və fərqin birdəfəlik olaraq ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarı n ləğv edilməsini və işin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

16. Kassasiya şikayətində işin halları, imtina məktubunun və iddia tələbinə etirazın dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1993-cü il 10 sentyabr tarixli məktubunda ifadə olunduğu kimi əmək pensiyasının dörd qat əmək haqqı məbləğində müəyyən edilmiş mükafat əsasında hesablanması qeyri-mümkündür və bu səlahiyyət “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi barədə Azərbaycan Respublikası Milli Məclisinin Qərarının 5-ci bəndində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həv alə edilmişdir. Həmçinin vətəndaşın pensiya məbləği müəyyən olunarkən onun Çernobıl AES-də aldığı 3396 rubl məbləğin nəzərə alınması mümkündür, lakin həmin məbləğin 25.4-ə vurulmaqla hesablanması qaydası müəyyən edilməmişdir.

17. İddiaçıya 1 yanvar 2006-cı il tarixindən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununu qəbul edilmədən əvvəl pensiya təyin edilmişdirsə, həmin vaxtdan əvvəl qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiyalar respublika üzrə müəyyən edilmiş şərti maliyyə vahidi və müraciət edənin orta aylıq əmək haqqından faiz əsas götürülməklə hesablanır. Pensiya üçün müraciət edənin arzusuna əsasən orta aylıq əmək haqqı onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ay ına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktiki orta aylıq əmək haqqından hesablanır, mövcud qaydalara görə sığorta haqları hesablanan əmək haqqının və mükafatın bütün növləri, o cümlədən əvəzçiliyə, istirahət və bayram günlərində işə, iş vaxtından əlavə işə görə və mülki hüquq müqavilələri üzrə verilən əmək haqqı pensiya hesablanarkən gəlirin ümumi məbləğinə daxil edilir. Bu zaman birdəfəlik ödənclər (istifadə edilməyən məzuniyyətə görə pul əvəzi, işdənçıxma müavinəti və s.) nəzərə alınmır. Pensiya hesablanarkən müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən respublika üzrə pensiya hesablanması üçün təsdiq olunan orta əmək haqqının üçqat məbləğindən artıq olmayan orta aylıq ə mək haqqı nəzərə alınır. Pensiya almaq hüququ olan şəxslərə iş stajından asılı olmayaraq Çernobıl qəzası nəticəsində zərər çəkmiş vətəndaşlar aid edilmişdir: Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə tutulmuş şəxslər, Çernobıl qəzası nəticəsində əlil olduğu müəyyən edilmiş digər şəxslər. Sadalanmış müddəaların tələblərindən göründüyü kimi, pensiyanın orta aylıq əmək haqqından faiz nisbi ilə hesablanması qanunda nəzərdə tutulmuşdur. Orta aylıq əmək haqqının hesablanması zamanı nəzərə alınan ödənclərə sığorta haqları hesablanan bütün gəlirlər aid edilmişdir. 01 yanvar 2006-cı ildə qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsində əmək pensiyasının baza, sığorta və yığım hissələrindən ibarət olduğu müəyyən edilmişdir.

18. Həmin Qanunda “Qan unun qüvvəyə mindiyi günədək təyin edilmiş əmək pensiyasının yenidən hesablanması” qaydalarında göstərilmişdir ki, Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş əmək pensiyasının (bütün əlavələr, müxtəlif güzəştlərin ləğvi ilə bağlı kompensasiyalar və digər ödəmələrlə birlikdə) ümumi məbləği dəyişdirilmədən bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu məqsədlə Qanun qüvvəyə mindiyi günədək təyin olunmuş əmək pensiyasının (bütün əlavələr, müxtəlif güzəştlərin ləğvi ilə bağlı kompensasiyalar və digər ödəmələrlə birlikdə) ümumi məbləğindən əmək pensiyasının qanunvericiliklə müəyyən edilmiş baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. Bu Qanun qüvvəyə mindiyi günədək təyin olunmuş əmək pensiyasının (bütün əlavələr, m üxtəlif güzəştlərin ləğvi ilə bağlı kompensasiyalar və digər ödəmələrlə birlikdə) ümumi məbləği əmək pensiyasının qanunvericiliklə müəyyən edilmiş baza hissəsinin məbləğindən aşağı olduqda, əmək pensiyasının yeni məbləği əmək pensiyasının qanunvericiliklə müəyyən edilmiş baza hissəsinin məbləğinə bərabər tutulur. “Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 6 noyabr 2007-ci il tarixli Qanunu ilə dəyişiklik edilərək bu qanunun qüvvəyə mindiyi günədək müvafiq orta aylıq əməkhaqqına məhdudiyyət (ölkə üzrə pensiya hesablanması üçün təsdiq olunmuş orta aylıq əməkhaqqının üçqat məbləğində) tətbiq edilməklə hesablanmış əmək pensiyası, həmin əməkhaqqının tam məbləği əsas götürülməklə yenidən hesablanır. Həmin dəyişiklik 2008-ci il yanvarın 1-dən tətbiq edilir və bu tarixədək olan dövr üzrə pensiyaların hesablanmasına, indeksləşdirilməsinə və ödənilməsinə şamil edilmir. Beləliklə bu işlər üzrə məhkəmələrin gəldiyi qənaət «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 27-ci maddəsi 01 iyul 2017-ci il tarixinədək olan redaksiyasında “Qanunun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması qaydalarını” tənzimlənməsidir. b. kassasiya şikayətinə etirazın dəlilləri

19. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək ilkin təqdim edilən və indiki arxiv arayışları əsasında ÇAES-in 30 km-lik zonasında 133 gün çalışaraq alınan 8611.51 rublla, əsas iş yerində saxlanılan 2474.8 rublun, birləşməsindən (8611.51+2474.8/133 Ü;25.4=211 7.23 rubl) alınan 2117.23 rubl orta aylıq əmək haqqı üzərinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 577 saylı qərarına əsasən iddiaçıya verilən bir ayın 4 qatı məbləğində olan 3396.99 rubl mükafatı da orta aylıq əmək haqqının üzərinə əlavə etməklə (2117.23+3396.99=5514.22rubl) alınan 5514.22 rubl orta aylıq əmək haqqından Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş 80, 80.2, 81 və 83-cü maddələrin tələblərini rəhbər tutaraq iddiaçının pensiyasının yenidən hesablanması və xx.xx.2008-ci ildən bu günə yaranmış fərqin də birdəfəlik ödənilməsi öhdəliyini cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

20. İnzibati Prosessual Məcəllə: Maddə

54. İddianın dəyişdirilməsi 54.1. İnzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın də yişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. 54.2. Cavabdehin iddianın dəyişdirilməsinə etiraz etmədiyi və yazılı sənəddə (ərizədə, vəsatətdə və s.) və ya şifahi məhkəmə baxışında artıq dəyişdirilmiş iddia barədə mövqeyini bildirdiyi hallarda, məhkəmə cavabdehin iddianın dəyişdirilməsi ilə razılaşdığını hesab edir. 54.3. İddianın dəyişdirilməsinin qəbul edilməsi və ya onun qəbulundan imtina edilməsi barədə məhkəmə qərardadından müstəqil şəkildə şikayət verilə bilməz. Maddə

69. Məhkəmə qərarının forması və məzmunu... 69.5. Məhkəmə qərarının nəticəvi hissəsində məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrində n istifadə qaydası və müddəti göstərilməlidir. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin göstərilməlidir. əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi Maddə

96. Ali Məhkəmədə icraat... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona gö rə də, şikayət mümkün hesab edilmişdir.

22. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

24. İPM-in 54-cü maddəsinin tələbindən göründüyü kimi, inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. Cavabdehin iddianın dəyişdirilməsinə etiraz etmədiyi və yazılı sənəddə (ərizədə, vəsatətdə və s.) və ya şifahi məhkəmə baxışında artıq dəyişdirilmiş iddia barədə mövqeyini bildirdiyi hallarda, məhkəmə cavabdehin iddianın dəyişdirilməsi ilə razılaşdığını hesab edir. İddianın dəyişdirilməsinin qəbul edilməsi və ya onun qəbulundan imtina edilməsi barədə məhkəmə qərardadından müstəqil şəkildə şikayət verilə bilməz.

25. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim etmiş, lakin məhkəmə tərəfindən həmin ərizəyə hər hansı münasibət bildirilməmişdir.

26. İPM-in 69.5-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir.

27. İş mater iallarından göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin qərarın nəticəsi hissəsində Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2597/2021 saylı, 5 noyabr 2021-ci il tarixli qərarının ləğv edildiyi, iş üzrə yeni qərar qəbul olunduğu və iddianın təmin edildiyi qeyd olunsa da, hansı məzmunda iddianın təmin edildiyi, cavabdehin üzərinə hansı məzmunda öhdəlik qoyulduğu göstərilməmişdir. Başqa sözlə, iddiaçının ilkin və sonrakı tələbləri mahiyyəti üzrə həll edilməmişdir.

28. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı İPM-in 54 və 69-cu maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş təkrar baxılması həmin məhkəməyə göndərilməlidir.

29. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilir. Bakı Ape llyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 sentyabr 2022-ci il tarixli, 2-1(103)-1042/2022 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar