Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2960/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Yasamal rayon şöbəsinə qarşı iş üzrə QƏRARDAD (prosessual müddətin bərpasına dair ərizəyə baxılması barədə) iş № 2-1(102)-2960/19 Bakı şəhəri 20 noyabr 2019-cu il 20.11.2019 Açar sözlər: müddətin bərpasına dair ərizə və kassasiya mümükünlüyü Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, İddiaçı vəkili XXXin, cavabdeh Azərbaycan R espublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun vəkili XXXun iştirakları ilə, İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21 may 2019-cu il tarixli, 2-1(103)-998/2019 saylı qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəyə baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Yasamal rayon şöbəsinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 52 yaşının tamam olduğu tarixdən, yəni 28 yanvar 2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və haz ırkı dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 20 fevral 2019-cu il tarixli, 2-1(81)-1295/2019 saylı qərarı ilə (hakim Tahirə Əsədova) iddia təmin edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21 may 2019-cu il tarixli, 21(103)-998/2019 saylı qərarı ilə (sədrlik edən İlham Əhmədov, hakimlər Səriyyə Seyidova və Vidadi Məmmədov) birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul olunmaqla iddia təmin edilməmişdir. Sonuncu qərardan iddiaçı kassasiya şikayəti verərək onu n ləğv, iddia tələbinin təmin olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı məhkəməyə həmçinin, prosessual müddətin bərpası barədə ərizə də təqdim etmişdir. Ərizədə bildirilmişdir ki, iddia ərizəsində göstərilmiş ünvanda qeydiyyatda olsa da həmin ünvanda yaşamır və bu səbəbdən onun keçirilmiş məhkəmə iclasları barədə məlumatı olmamış, habelə yekun məhkəmə aktı ona çatdırılmamışdır. İddiaçı kassasiya şikayətinin verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş müddətin ötürülmədiyini qeyd etmiş və müddətin bərpa olunmasını xahiş etmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətinin verilməsi üçün müddətin bərpasına dair ərizəni müdafiə edərək, onun təmin olunmasını edilməsini xahiş etmişdir. Məhkəm ə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətininin verilməsi üçün müddətin bərpasına dair iddiaçı tərəfindən verilmiş ərizəyə etiraz etmiş və məhkəmə kollegiyasından ərizənin təmin olunmamasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə kollegiyası buraxılmış müddətin bərpasına dair ərizəni nəzərdən keçirərək hesab edir ki, buraxılmış müddətin bərpasına dair ərizə təmin edilməməli, kassasiya şikayəti mümkün hesab edilməməli və onun qəbuludan imtina edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM): - 23.1-ci maddəsinə əsasən, məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və mü ddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır; - 89-cu maddəsinə əsasən, bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir; - 94.1-ci maddəsinə əsasən, kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir; - 96.2.-ci maddəsinə əsasən, Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslar ını yoxlayır; - 96.3-ci maddəsinə əsasən, kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. Maddələrdən göründüyü kimi, kassasiya icraatı zamanı şikayətin mümkünlüyü məsələsi həll olunmalı və kassasiya şikayətinin verilməsinə dair tələblərə riayət edilibedilməməsi yoxlanılmalıdır. Bu tələblərə həmçinin kassasiya şikayətinin apellyasiya məhkəməsinin qərarının təqdim edildiyi gündən 1 ay - 30 gün müddətində verilməsi aiddir. Bu müddət ötürüldükdə isə, pros es iştirakçısı onun bərpasını xahiş edə bilər. İş materiallarından müəyyən olunur ki, kassasiya şikayəti prosessual müddət buraxılmaqla verilmişdir. Belə ki, apellyasiya məhkəməsinin iddiaçı tərəfindən mübahisələndirilən qərarında ondan şikayət verilmə müddəti və qaydası barədə məlumatlar öz əksini tapmış və işin 62ci vərəqində olan sifarişli məktubun çatdırılmasına dair xəbərnaməyə əsasən, məhkəmənin qərarı iddiaçıya 20 iyun 2019-cu il tarixdə təqdim olunmuşdur. İşin 68-ci vərəqində olan, iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin ilk vərəqində olan apellyasiya məhkəməsinin ştampından göründüyü kimi, şikayət məhkəməyə 09 avqust 2019-cu il tarixdə, yəni qanunvericiliklə apellyasiya məhkəmələrinin qərarlarından şikayətin verilməsi üçün nəzərdə tutulmuş 30 günlük prosessual müddət ötü rülməklə verilmişdir. Prosessual müddətin bərpasına dair Azərbaycan Respublikası İPM-nin müddəalarında aşağıdakılar müəyyən olunmuşdur: - 24.1-ci maddəsinə əsasən, müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; - 24.2-ci maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır; - 24.3-ci maddəsinə əsasən, ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. Müddəaların tələblərindən göründüyü kimi, müddətin bərp ası barədə ərizə o halda verilə bilər ki, əgər belə halların mövcudluğu proses iştirakçısının təqsiri olmadan yaranmışdır. Bu hallar aradan qaldıqdan sonra ərizənin 15 gün müddətində verilməsi müəyyən edilmişdir. İddiaçı məhkəməyə təqdim etdiyi prosessual müddətin bərpasına dair ərizəsində qeyd etmişdir ki, o, iddia ərizəsində göstərilmiş ünvanda qeydiyyatda olsa da həmin ünvanda yaşamır və bu səbəbdən onun keçirilmiş məhkəmə iclasları barədə məlumatı olmamış, habelə yekun məhkəmə aktı ona rəsmi qaydada təqdim olunmamışdır. İddiaçı kassasasiya şikayətinin verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş müddətin ötürülmədiyini qeyd etmiş və müddətin bərpa olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası aşağıdakılara əsasən müddətin bərpası barədə ərizədə göstərilmiş səbəbin iddiaçının təq siri olmadan yarandığı kimi qiymətləndirmir. Azərbaycan Respublikası İPM-nin: - 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər; - 20.3-ci maddəsinə əsasən, məhkəmə aktları və sənədləri bu Məcəllənin 20.1-ci və 20.2-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir. Maddələrin tələblərindən göründüyü kimi, inzibati prosessual qnaunvericiliyin tələblərinə zidd olmadığı halda inzibati məhkəmə icraat ında mülki prosessual qanunveriliyin müddəalarının tətbiqi müəyyən edilmişdir. Məhkəmə sənədlərinin təqdim edilməsinə münasibətdə isə xüsusi olaraq onların mülki prosessual qanunvericiliyə uyğun olaraq təqdim olunması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası MPM-nin: - 135.3-ci maddəsinə əsasən, məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyü ndə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Maddənin tələbi belə izah olunur ki, məhkəmə sənədləri ünvan sahibinə çatdırılmalı olduqda, lakin həmin şəxs yaşadığı yer üzrə tapılmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan ailə üzvlərindən birinə verilməlidir ki, sonuncular tərəfindən imkan olan kimi məhkəmə sənədi prosess iştirakçısına çatdırılsın. Müddəada nəzərdə tutulmuş qaydaya uyğun olaraq iddiaçının iddia ərizəsində göstərildiyi ünvan üzrə məhkəmə qərarının surəti göndərilmiş, onun alınmasına dair imzalanmış “Xəbərnamə” məhkəməyə çatdırılmışdır. Lakin əgər həmin qərar iddiaçı özü tərəfindən deyil, həmin ünvanda yaşayan şəxs tərəfindən alınmışdırsa, m əhkəmə qərarının iddiaçıya çatdırılması vəzifəsini sonuncu daşımışdır. Qeyd edilən halda iddiaçının faktiki olaraq iddia ərizəsində göstərdiyi ünvanda yaşamaması bu müddəanın tətbiqini istisna etmir, çünki işdə olan sənədlərdə iddiaçı tərəfindən ünvanının dəyişdirilməsi barədə məhkəməyə hər hansı bir məlumatın verilməsi müəyyən edilməmişdir. Belə ki, ünvanın dəyişdirilməsi və iddiaçının iddia ərizəsində qeyd etdiyi ünvan üzrə onun özünün və ya ailə üzvlərinin yaşamaması barədə məhkəməyə məlumat verilmədiyi halda, məhkəmə iddiaçının qeyd edilmiş ünvan üzrə məhkəmə sənədlərini qəbul etmiş şəxsin imzası ilə daxil olmuş “Xəbərnamələri” məhkəmə sənədlərinin rəsmi qaydada təqdim edilməsi kimi qiymətlədirməlidir. Yuxarıda verilmiş qanunvericiliyin tələblərindən göründüyü kimi, müddətin ötürülmə sində şəxsin təqsirinin olmaması onun iradəsindən asılı olmayan səbəblərlə əlaqəlidir. İddiaçının bildirdiklərindən isə belə qənaət əldə olunur ki, o, göstərdiyi ünvan üzrə yaşamadığı halda, digər ünvanı barədə məlumatı verməmiş, sonuncu hal isə onun iradəsindən birbaşa asılı olmuşdur. Məhkəmə kollegiyası həmçinin məsələ ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinin göstərilməsini zəruri hesab edir. Həmin qərarda bildirilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq h ərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpası barədə iddiaçının ərizəsində istinad edilmiş hal qanunvericiliklə müəyyən edilmiş proses iştirakçısının təqsiri olmadan buraxılması kimi qiymətləndirilmir və bu səbəbdən ərizə təmin edilməməli, kassasiya şikayətinin verilmə müddəti buraxıldığından, kassasiya mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İPM-nin 96.2-ci və 96.3-cü maddələrinə əsasən, Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu bar ədə əsaslandırılmış qərardad qəbul edir. Bu səbəbdən şikayətin qəbulundan imtina edilməlidir, apellyasiya instansiyası məhkəməsinin qərarı isə iddiaçıya münasibətdə qanuni qüvvəyə minməlidir. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İPM-nin 24 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21 may 2019-cu il tarixli, 2-1(103)-998/2019 saylı qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin olunmasın, kassasiya şikayəti mümkün sayılmasın və onun qəbulundan imtina edilsin. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova
Məhkəmə qərarları › İş №2-1(102)-2960/2019
Ali Məhkəmə Qərardad — İş №2-1(102)-2960/2019
20.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver