Məhkəmə qərarları › İş №2-1(102)-2960/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2960/2023

22.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2960/2023 22.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əlilliyin təyin edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Məmmədov Vidadi Məmməd oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə İddiaçı cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsə qarşı əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 21( 103)-2192/2023 nömrəli iş üzrə 03 avqust 2023-cü il tarixli qərarından cavabdehin kassasiya şikayətinə əsasən inzibati işə yazılı məhkəmə icraatı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi.r İŞİN HALLARİ

1. İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə xx.xx.1993-cü ildə odlu silahdan sağ ayaq baldır oynağından yaralanmışdır.

2. O, hərbi-həkim komissiyasının xx.xx.2011-ci il tarixli qərarı ilə «Hərbi travmadır, Azərbaycan Respublikasının müdfaiəsi zamanı alınmışdır» kimi şəhadətləndirilmişdir. 3. 2013-cü ildə ona TSEK-in qərarı ilə üçüncü dərəcə əlillik təyin edilmiş, 8 il ərzində fasiləsiz olaraq tibbi müayinələrdən kemiş, 2021-ci ilə kimi əlilliyi təsdiq olunmuşdur.

4. X1 və Ortopediya İnstitunda xx.xx.2021-ci il tarixdə müayinədən keçmiş və əlilliyi tə sdiqini tapmışdır.

5. İddiaçı Sabirabad rayon Mərkəzi Xəstəxanasının 0311003AAQ8Z №-li forma 088 elektron göndərişi əsasında 2021-ci il tarixdə TTSEK-ə müraciət etmiş, lakin sonuncu tərəfindən onun əlillik vəziyət qiymətləndirilərək, əlillik dərəcəsi verilməsindən imtina olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 26 fevral 2021-ci il tarixli göndəriş əsasında üçüncü dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.

7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-271/2023 nömrəli iş üzrə 23 yanvar 2023-cü il tarixli qərarı ilə (hakim O.Həsənov) iddia təmin edilmişir.

8. Birinci instansiya məhkəməsinin qərarının əsaslarına görə, “İddiaçıya əlilliyin əvvəlki təyinatları aşağıdakı xəstəliklərlə əlaqədar olmuşdur: Sağ qalça nahiyyəsinin daxilə keçən qəlpə yaralanmasına görə ə/s geniş kelloid dəri çapığı və bitişmə xəstəliyi, sağ iç topuğun və qamış sümüyünün ön kənarının q/d bitişmiş sınığı səbəbi ilə (15 fevral 2013-cü il tarixli göndəriş əsasında), Sağ qalça nahiyyəsinin daxilə keçən qəlpə yaralanmasına görə ə/s geniş kelloid dəri çapığı və bitişmə xəstəliyi, sağ iç topuğun və qamış sümüyünün ön kənarının q/d bitişmiş sınığı səbəbi ilə (24 fevral 2014-cü il tarixli göndəriş əsasında), Sağ qalça nahiyyəsinin daxilə keçən qəlpə yaralanmasına görə ə/s geniş kelloid dəri çapığı və bitişmə xəstəliyi, sağ iç topuğun və qamış sümüyünün ön kənarının q/d bitişmiş sınığı, sağ baldır aşıq daban oynağının artrioatrozu və kotrakturası y/p ozulması və qarın boşluğu orqanlarının travması səbəbi ilə (13 fevral 2015-ci il tarixli göndərişi əsasında), qarın boşluğu orqanlarının travması səbəbi ilə (15 fevral 2016-cı il tarixli göndərişi əsasında), Sağ qalça nahiyyəsinin daxilə keçən qəlpə yaralanmasına görə ə/s geniş kelloid dəri çapığı və bitişmə xəstəliyui, sağ iç topuğun və qamış sümüyünün ön kənarının q/d bitişmiş sınığı, sağ baldır aşıq daban oynağının artrioatrozu və kotrakturası y/pozulması səbəbi ilə (03 mart 2016-cı il tarixli göndərişi əsasında). İş materiallarında olan 26 fevral 2021-ci il tarixli göndərişdən görünür ki, iddiaçının əsas diaqnozu Y36.4 kodu altında olan hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, odlu silahla yaralanma, hər iki topuq nahiyyəsinin travmasından sonrakı davamlı qalıqlarla bağlı xəstəliklə əlaqədardır. Ağırlaşmala isə aşağıdakılardır: R26.8 - Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozmaları dayaq-hərəkət aparatının funksiyasının pozulması, M24.5 - Oynaqların kontrakturası hər iki aşıq-baldır oynağının açıcı-bükücü kəskin kontrakturası (solda açma 115 dərəcə, bükmə 105 dərəcəs, sağda açma 110 dərəcəs, bükmə 100 dərəcə), S93.0 - Aşıq-baldır oynağının çıxığı, sol pəncənin yarımçıxığı, L91.0 Hipertrofik çapıq, sağ aşıq-baldır oynağının ön və arxa-tış səthinin kobud dartıcı çapıq toxumaları, S82.5 - İçəri (medial) topuğun sınığı, sol iç topuğun qoymaqla bitişməyən sınığı, yalançı oynağı. M19.1. Digər oynaqların posttravmatik artrozu, hər iki aşıq-baldır oynağının travmadan sonrakı artrozu, R52.2 - Digər daimi ağ rı, Neyropatik ağrılar, daimi ağrı sindromu, M62.5 - Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi. Hər iki baldır əzələlərini atrofiyası. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər nə qədər iddiaçıda əlilliyin təyininə əvvəllər əsas vermiş və hal hazırda əlilliyin təyinatına əsas vermiş göndərişdə qeyd olunan xəstəliklər arasında uyğunluğun olub-olmaması müvafiq ixtisaslı bilik tələb etsə də, hazırda əlilliyin təyin edilib-edilməməsi məsələsinə münasibətdə səlahiyyətli məhkəmə həmin uyğunluğun mövcudluğunu istisna etmir. Ən azından ilkin tibbi biliklər əvvəllər əlilliyin təyinatına əsas vermiş xəstəliklərlə, hazırda iddiaçıda mövcud olan xəstəliklərlər arasında uyğunluğun mövcudluğunu təsdiq etmək üçün kifayət edir....... hər üç ekspert rəyinin yuxarıda qeyd olu nan səbəblərdən iş üzrə sübut əhəmiyyəti daşıması şübhəlidir. 25 may 2021-ci il tarixdən məhkəmənin icraatında olan iş üzrə yekun nəticəyə gəlinməsi üçün mötəbər ekspert rəyinin yenidən qərardadla qəbul etməklə tələb edilməsi isə bu dəfə məhkəmə hesab edir ki, məhkəmənin obyektivliyinə qarşı tərəfin əsaslı şübhələrin yaranmasına səbəb ola bilər. Həmçinin o da nəzərə alınmalıdır ki, iş üzrə xüsusi bilik tələb edən sahə olmasına baxmayaraq xüsusi bilik tələb edən mübahisə ilə bağlı xüsusi biliyə malik olan şəxslərin də mövqeyi öz əksini tapmışdır ki, qeyd olunan hallar ekspert rəyi olmadan da ən azından hazırkı iş üzrə yekun nəticəyə gəlinməsinə əsas verir. Belə ki, iddiaçının istər əvvəlki göndərişlərinin, istərsə də hazırkı göndərişlərinin tərtibatında və Agentliyə göndərilməsində verilmiş rəylər həkim rəyləridir. Yəni müvafiq ixtisaslı biliyə malik olan və reallıqda əlilliyin təyini üçün göndərişlərin göndərilməsi ilə daha böyük təcrübəyə malik olan həkim rəyləri onu deməyə əsas verir ki, iddiaçıda mövcud olan diaqnozlar əlilliyin təyini üçün əsasdır. Qeyd edilməlidir ki, iddiaçıda mövcud olan əsas diaqnozla əvvəlki göndərişlərdə əlilliyin təyininə əsas olan diaqnoz uyğun olmuşdur. Lakin, göndərişin göndərildiyi dövrdə qüvvədə olan Əsasnamədə isə əsas diaqnoz kimi S36.4 diaqnozu birbaşa öz əksini tapmasa da, ən azından onun ağırlaşması kimi M24.5 diaqnozunda olan xəstəlik, yəni oynaqların kontrakturası, hər iki aşıq-baldır oynağının açıcı-bükücü kəskin kontrakturası Əsasnamədə öz əksini birbaşa tapmışdır. Məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, həmin dövrdə qü vvədə olan “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə əlilliyin müddətsiz təyin olunması üçün tibbi göndərişdə olan xəstəliyin əsas və ya yanaşı xəstəlik və ya ağırlaşma olmasından asılı olmamışdır. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”-nda isə həmin məsələ konkret olaraq öz həllini tapmışdır ki, istər əsas diaqnoz və ağırlaşmalar nəzərə alınmaqla əlilliyin təyini mexanizmi müəyyənləşdirilmişdir. Lakin, xüsusi olaraq qeyd edilir ki, iddiaçıya əlilliyin təyinatından imtina verilərkən qüvvədə olan qanunvericilikdə də ağırlaşmanın nəzərə alınmamalı olmaması, məhz əsas diaqnozla əlilliyin təyin edilməsi barədə x üsusi norma mövcud deyil. Beləliklə, istər əsas diaqnoz, istərsə də ağırlaşmalar əlilliyin təyinatı üçün əsas verir Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məh kəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarını əsas gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1012/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarında oxşar mövqedən yanaşılmış, ağırlaşma əsas götürülməklə əlillik təyinatı müddətsiz formada təyin edilmişdir. Həmin işdən də müəyyən edilir ki, iddiaçının əsas diaqnozu müddətli əlillik dərəcəsinə əsas versə də, ağırlaşmada olan xəstəlik isə müddətsiz əlilliyə əsas olmuş, məhkəmə də həmin halı əsas götürməklə iddiaçıya mü ddətsiz əlilliik dərəcəsi təyin etmişdir. Məhkəmə məhz 26 fevral 2021-ci il tarixli göndəriş əsasında əlilliyin təyin edilməli olması qənaətinə gələrkən də onun qeyd edilməsini zəruri hesab edir ki, iddiaçı tərəfindən hər nə qədər 14 iyun 2021-ci il tarixdə də göndəriş verilməsinə baxmayaraq, məhkəməyə iddia verilərkən əsas olmuş göndəriş 26 fevral 2021-ci il tarixli göndərişi olmuş, iddiaçı həmin göndərişin nəzərə alınmamasından şikayət etmişdir. Növbəti dəfə qeyd edilmiş göndəriş də 26 fevral 2021-ci il tarixli göndərişi kimi eyni əsas diaqnoz, ağırlaşma və yanakı xəstəliklərlə bağlı olmuşdur ki, cavabdehin hər iki göndərişə münasibətdə birində natamam doldurulma, ikincisində isə əlilliyin təyin edilməməsi barədə fərqli nəticəyə gəlinməsi hazırkı halda iddianın məhz birinci göndəriş əsas ında təyininə mane olmur. Bu səbəbdəndir ki, iddiaçının hüquqi marağına, həmçinin əlilliyin fasiləsiz davam etdirilməsinə hüquqi marağına uyğun olaraq əlillik məhz 26 fevral 2021-ci il tarixli göndəriş əsasında təyin edilməlidir. Belə ki, hər iki göndəriş üçün fərqli əsaslandırma ilə imtina verilsə də, istər 26 fevral 2021-ci il tarixli göndərişə imtinanın, yəni natamam doldurulmanın, istərsə də 14 iyun 2021-ci il tarixli göndərişə imtinanın təsdiqinin iş materialları ilə öz təsdiqini tapmaması müəyyən edilmişdir. Halbuki, iş materiallarında olan göndərişlər və iddiaçı tərəfindən təqdim edilmiş tibbi sənədlərdən görünür ki, iddiaçıda mövcud olan xəstəliklər əlilliyin növbəti dəfə təyinatı üçün əsas vermişdir.” b) Apellyasiya instansiyası məhkəməsində icraat

9. Birinci instansiya məhkəməsin in qərarı ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti vermişdir.

10. Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(103)-2192/2023 nömrəli iş üzrə 03 avqust 2023-cü il tarixli qərarı ilə (hakimlər C.Yusifov (sədrlik edən və məruzəçi), P.Hüseynov və K.Əkbərov) ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiya məhkəməsinin qərarının əsaslarına görə, “Cavabdehin iddiaçının əyani müayinəsi üzrə qəbul etdiyi 27 sentyabr 2022-ci il tarixli digər qərarında, iddiaçının diaqnostik müayinələrini aparmadan, onu adi müşahiədə ilə X1 və Ortopediya İnstitunda xx.xx.2021-ci il tarixli 724/751 saylı arayışında iddiaçıya qoyulan - «Odlu silah yaralanmasından sonra aşıq baldır o ynağının ön və arxa səthində dartıcıçapıq toxumaları, sol topuğun qopmasıyla bitişməyən sınığı, yalançı oynağın, pəncənin yarımçıxığı,hər iki aşıq baldır oynağının travmadan sonrakı artrozu, açıcı-bükücü kəskin kontrakturası (solda açma 115 dərəcə, bükmə 105, sağda açma 110, bükmə 100) əzələlərin artrofiyası, neyropatik ağrılarhissiyat zəifliyi daimi ağrı sondromu və dayaq hərəkət funksiyasının pozulması» diaqnozun obyektiv müayinə zamanı öz təsdiqini tapmadığını qeyd etməsi də çox bəsit və inandırıcı görünmür. Belə çıxır ki, İnstitut səviyyəsində iddiaçının keçdiyi müayənələri cavabdehin qiymətləndirmə komissiyası adi gözlə müşahidə aparmaqla, bircə «öz təsdiqini tapmamışdır» kəlməsi ilə iddiaçıda əlillik meyarının mövcudluğunu istisna etmişdir. Başqa sözlə, burada da komissiya tərfində n «öz təsdiqini tapmayan» halın nədə ifadə olunduğu, özünün tapdığı halın isə nədən ibarət olduğuna aydınlıq gətirilməmişdir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsində işə baxılarkən iki dəfə məhkəmə-tibb ekspertizası aparılmış, AR Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2”nin (PHŞ) ekspert rəyləri alınmışdır. xx.xx.2021-ci il tarixli ilkin ekspert rəyində ekspertlər tərəfindən qeyd olunmuşdur ki, əsas diaqnoz və əlilliyə əsas verə biləcək patofunskional dəyişikliklər arasında bəzi uyğunsuzluqlar vardır. Belə ki, sağ aşıq oynağında artroz olduğu halda kəskin kontraktura qeyd edilmişdir. Həmçinin qeyd edilir ki, iddiaçıda göndərişdə olan xəstəliklərin reabilitasiyası mümkün dür. Reabilitasiya müalicəsi vaxtaşırı olaraq uzun müddət aparıla bilər. Dəqiq müddət yoxdur. Hazırda onda əlilliyin təyininə əsas verə biləcək xəstəlik yoxdur. Göründüyü kimi, iddiaçıda ekspertlər tərəfindən müvafiq xəstəliyin mövcudluğu inkar olunmur,lakin bildirilir ki, müalicəsinin mümkün olduğu, daha sonra isə, bu müalicənin uzun müddət aparıla biləcyi vurğulanır. Ekspertlərin qeyd olunan mövqeyi ifadə tərzi baxımından, əgər iddiaçının sağlamlığının reabilitasiyası üçün uzun müddət müalicə tələb olunursa, deməli, iddiaçının əllik təyini üçün əsas olan əvvəlki xəstəliyi hal-hazırda da davam edir. Birliyin ekspertləri tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli əlavə ekspert rəyində isə qeyd olunur ki, əsas diaqnoz və əlilliyə əsas verə biləcək patofunskional dəyişikliklər arasında bəzi uyğunsuzluqlar vardır. Belə ki, sağ aşıq oynağında artroz olduğu halda, kəskin kont raktura qeyd edilmiş, eyni zamanda, qeyd olunmuşdur ki, göndərişdə olan xəstəliklərin reabilitasiyası mümkündür. Reabilitasiya müalicəsi vaxtaşırı olaraq uzun müddət aparıla bilər. Dəqiq müddət yoxdur. Hazırda onda əlilliyin təyininə əsas verə biləcək xəstəlik yoxdur. Göründüyü kimi, burada da eksperlər tərəfindən iddiaçının vaxtaşırı olaraq uzun müddət müalicəsi aparılarsa, reabilitasiyasının mümkün olacağı bildirilməklə, dolyısı ilə əslində, onun ələliyinə əsasən verən əvvəlki xəstəliyinin (diaqnozunun) davam etdiyi təsdiq olunur.... İşin tədqiq olunan sübutlarla müəyyən olunan hallarından göründüyü kimi, iddiaçıda 2011-ci ildən rəsmiləşdirilməsinə başlanılan və ona əlllik dərəcəsi verilməsinə əsas olan xəstəlik göstəriciləri, o cümlədən, sonuncu 26 fevral 2021-ci il tarixli 0311003AAQ8 Z №-li göndərişdə təsbit olunan əsas diaqnozu üzrə xəstəliyi, onun vaxtaşırı müalicələrinə baxmayaraq, hal-hazıradək öz kəskinliyi ilə davam etməkdədir. “Əlilliyin qiymətləndirilməsi” Qaydasının qeyd olunan 1.5.3-cü bəndindən isə göründüyü kimi, əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi əllik təyinatı üçün göndəriş verilməsi üçün əsas sayılır. 2021-ci ildə cavabdehin əlilliyi qiymətləndirilərkən, qüvvədə olmuş - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin ikinci hissəsinin 2.5.5-ci bəndi isə nəzərdə tuturdu ki, topuq oynağının ankilozu və ya kəskin kontrakturası nəticəsində pəncənin qüsurlu vəziyyəti, aşağı ətraf funksiyasının pozulması ilə (M21.3, M21.6, M24.6, Q72-Q72.7) -3-cü dərəcəli əlillik təyini üçün əsasdır. İşin tədqiq olunan sübutlarla müəyən olunan hallarından isə göründüyü kimi, iddiaçıda həmin xəstəlik diaqnozu bütün əllik dövrü mövcud olmuş və hazırda da davam edir. Qeyd olunanlardan göründüyü kimi, sonuncu göndəriş üzrə qiymətləndirilmənin aparıldığı vxt qüvvədə olan “Meyarlar”a görə - iddiaçıının xəstəlik vəziyyətinin 3-cü dərəcəli əlilliyə uyğun gəldiyi sübuta yetrilir. Cavabdeh isə iddiaçının xeyrinə olan həmin halların nəzərə alınmasından və inzibati hüquq normaları ilə üzərinə düşən öhdəliyinin yerinə yetirilməsindən yayınmışdır.” KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİ LLƏRİ

12. Apellyasiya instansiyası məhkəməsinin qərarı ilə razılaşmayan cavabdeh ondan kassasiya şikayəti verərək, qərarın ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. a) Kassasiya şikayətinin dəlilləri

13. Kassasiya şikayətinin dəlillərinə görə, həm birinci instansiya məhkəməsi, həm apellyasiya instansiyası məhkəməsi iddiaçıda əlilliyin təyininə əsas verə biləcək xəstəlik olmaması barədə ekspert rəylərini düzgün qiymətləndirməmiş, əlilliyin təyini barədə doğru olmayan qərar qəbul etmişlər. Cavabdeh Agentlik yalnız göndərişdə əlillik üçün əsaslar olduqda əlillik təyin etmək səlahiyyətinə malikdir. Buna baxmayaraq, həm birinci instansiya, həm apellyasiya məhkəməsi tərəfindən məhkəməyə bildirilən hallar, o cümlədən ekspert rəyləri diqqətə alınmamış və əhəmiyyət verilməmiş, hərtərəfl i, obyektiv və şəffaf araşdırma aparılmamış, yekunda iş üzrə düzgün hüquqi nəticəyə gəlinməyərək qanunsuz və əsassız qərar qəbul edilmişdir. Habelə, məhkəmə səlahiyyətləri daxilində olmadan tibbi əsaslandırma apararaq iddianın təmini ilə bağlı qərar qəbul etmişdir. Agentlik əlilliyin qiymətləndirilməsi və təyini barədə tam səlahiyyətli qurumdur. Məhkəmə heç bir qanuni əsas olmadan Agentliyin bu səlahiyyəti ilə bağlı əsassız qərar etmişdir. Məhkəmə faktiki olaraq dövlət orqanının əvəzinə və hər hansı hüquqi və tibbi əsaslandırma olmadan şəxsə qarşı əlilliyi təyin etmişdir. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskres ion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Əlilliyin təyini və ya bərpa olunması özündə hüquqi və tibbi əsasları ehtiva edən qanunvericiliklə tənzimlənmiş prosedurlar əsasında aparıla bilər. Bu prosedurların heç biri məhkəmə tərəfindən icra oluna bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı iddiaçının etirazının dəlilləri onun iddiasının və apellyasiya instansiyası məhkəməsinin qərarının əsaslarına uyğun olmuşdur. TƏTBİQ EDİLƏN HÜQUQ

15. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır; İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir; Maddə

60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; Maddə

125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; Maddə

129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. 16. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə

6. Ədalətli məhkəmə araşdırması hüququ

1. Hər kəs, onun mülki h üquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. 17. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.0.7. diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; Maddə 1

7. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır; Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 18. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tə rəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müd afiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra TSEK) tərəfindən həyata keçirilir; Bənd 1.5. Göndəriş verilməsi üçün əsas olaraq aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması; Bənd

2. TSEK-də əlilliyin qiymətləndirilməsi qaydaları 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabi netinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır; 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər; 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSE K altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: Bənd 1.2. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkimməsləhət komissi yaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən verilir; Bənd 1.3. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir; Bənd 1.4. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir; Bənd 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlə rində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması.

21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi (İPM): Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur; Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; Maddə 68.1. Məhkəmə mübahisə ilə bağl ı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır; Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir; Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır; Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir; Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır; Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir; Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir; Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər; Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ VƏ İŞƏ BAXİLMASİ QAYDASİ a) Kassasiyanın mümkünlüyü

22. Kassasiya şikayəti vaxtında verildiyi, şikayət formal baxımdan lazımi qaydada əsaslandırıldığı və şikayətçinin tələbləri göstərildiyi üçün mümkün hesab edilmişdir. b) Kassasiya baxışının hədləri

23. Kassasiya şikayətində qər arın ləğvi xahiş edildiyi instansiyasının yekun məhkəmə aktı şikayət həddində tam yoxlanılır. üçün, apellyasiya c) İşə baxılması qaydası

24. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmçinin, iş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellylasiya instansiyası məhkəməsinin qərarının tam yaxud qismən ləğv olun ması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. İlk olaraq, şikayətdə fundamental vacib hüquqi məsələlər qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

27. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları və apellyasiya şikayətinin dəlilləri üzrə lazımi araşdırma aparılmış, məhkəmə istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, işin faktiki halları ilə bağlı apel lyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur və həmin məhkəmənin qərarında şərh olunmuş məsələləri yenidən müzakirə etməyə lüzum qalmır.

28. Kassasiya şikayətinə münasibətdə qeyd edilməlidir ki, şikayətin dəlilləri əsassızdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edildiyi kimi, Sabiraabad rayon xəstəxanasının 088 formalı göndərişinə görə, iddiaçının odlu silahdan aldığı travma nəticəsində yaranmış xəstəliyi üzrə əsas diaqnozu öz təsdiqini tapmışdır: Əsas diaqnoz: Y36.4. hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, odlu silahla yaralanma, hər iki topuq nahiyyəsinin travmasından sonrakı davamlı qalıqlar; Ağırlaşmalar: R26.8. Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozmaları dayaq-hərəkət apar atının funksiyasının pozulması; M24.5. Oynaqların kontrakturası hər iki aşıq-baldır oynağının açıcı-bükücü kəskin kontrakturası (solda açma 115 dərəcə, bükmə 105 dərəcə, sağda açma 110 dərəcə, bükmə 100 dərəcə), S93.0. Aşıq-baldır oynağının çıxığı, sol pəncənin yarımçıxığı, L91.0. Hipertrofik çapıq, sağ aşıq-baldır oynağının ön və arxa-tış səthinin kobud dartıcı çapıq toxumaları, S82.5. İçəri (medial) topuğun sınığı, sol iç topuğun qoymaqla bitişməyən sınığı, yalançı oynağı. M19.1. Digər oynaqların posttravmatik artrozu, hər iki aşıq-baldır oynağının travmadan sonrakı artrozu, R52.2. Digər daimi ağrı, Neyropatik ağrılar, daimi ağrı sindromu, M62.5. Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi. Hər iki baldır əzələlərini atrofiyası.

29. Apellyasiya instansiyası məhkəm əsi, həmçinin, müəyyən etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci ildə iddiaçının əlilliyi qiymətləndirilərkən qüvvədə olmuş 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin ikinci hissəsinin 2.5.5-ci bəndi ilə nəzərdə tutulurdu ki, topuq oynağının ankilozu və ya kəskin kontrakturası nəticəsində pəncənin qüsurlu vəziyyəti, aşağı ətraf funksiyasının pozulması ilə (M21.3, M21.6, M24.6, Q72-Q72.7) - üçüncü dərəcəli əlillik təyini üçün əsasdır.

30. Şikayətin diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilməsinin cavabdehin diskresion səlahiyyəti olması və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməməsi barədə dəlili ilə bağlı isə məhkəmə ko llegiyası qeyd edir ki, əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi ilə qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunması fərqləndirilməlidir. Buradakı fərq şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə kollegiyası tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələrinin qiymətl əndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlər mövcud olduğu halda, əlilliyin təyin edilməsi qanunla cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur.

31. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.

32. Bu mənada kassasiya şikayətinin cavabdehin diskresion səlahiyyətə malik olması ilə bağlı dəlilləri də əsassız sayılmalı və onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir.

33. Həmçinin, qeyd edilməlidir ki, məcburetmə haqqında iddialar üzrə məhkəmə inzibati orqanın əvəzinə qərar qəbul etmir, əksinə, inzibati orqanın üzərinə be lə qərarın qəbul edilməsinə dair öhdəlik qoyur və bu yanaşma hakimiyyətlər bölgüsü prinsipinə əsaslanır.

34. Beləliklə, işin müəyyən olunmuş hallarından görünür ki, hazırkı mübahisəyə münasibətdə əlilliyin təyin edilməsindən imtina edilərkən bu Qərarda qeyd olunan qaydada inzibati icraat aparılmamış, iddiaçının xeyrinə olan və onun üçün əlverişli inzibati aktın qəbulunu şərtləndirən hallar nəzərə alınmamış (§17), nəticədə iddiaçının hüquqlarının əsassız məhdudlaşdırılmasına səbəb olan qərar qəbul edilmişdir.

35. Beləliklə, inzibati işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

36. Göstərilən lərə əsasən və İPM-in 96 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(103)-2192/2023 nömrəli iş üzrə 03 avqust 2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin kassasiya şikayəti təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar