Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2961/2019 09.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı, İddiaçının vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 17 aprel tarixli 2-1(103)1010/2019 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı q əbul etdi. Təsviri hissə: İşin halları: İddiaçıya 2000-ci il 29 fevral tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmişdir İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona təyin olunmuş əlilliyə görə əmək pensiyasının yenidən hesablanmasını xahiş etmiş, lakin cavabdeh müraciətə cavab verməmişdir. İddiaçı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehin onun təqaüdünün yenidən hesablanmasının təmin edilməməsi və ödənilməməsi üzrə mübahisəli hərəkətlərinin qanunsuz olması barədə qərar qəbul edilməsini, onun təqaüdünün yenidən hesablanmasının cavabdehin öhdəsinə qoyulmasını, habelə “Əmək pensiyaları haqqında” Qanunun 19.1.7.2-ci maddəsinə əsasən onun təqaüdünə əlavələrin hesablanması və ödənilməsini, gələcəkdə həmin əlavənin aylıq ödənişin davam etdiri lməsini, məhkəmə qərarının qanuni qüvvəyə minməsi üçün norma üzrə hesablanmış, onun İdarəsi tərəfindən ona vurulan zərərin birdəfəlik və tam kompensasiya ödənişi üzrə cavabdehə öhdəlik qoyulmasını, Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin və Mülki Məcəlləsinin 21.1, 1097.1, 1100 və 1115-ci maddələrinin tələblərinə əsasən, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin 2008-ci il 3 noyabr tarixli, 7 saylı Plenum Qərarına əsasən və ədalətlilik prinsipini rəhbər tutaraq, o cümlədən pensiya ödənişlərinin tam həcmdə ödənilməməsinə görə keçirdiyi mənəvi sarsıntı və məyusluğa, fiziki cəhətdən yorğun və xəstə 2-ci qrup müharibə əlilinə münasibətdə cavabdehin qanunsuz hərəkətləri səbəbi ilə mənəvi zərərin ödənilməsi üçün xeyrinə 1.000 manat dəyərində hesabladığı tutulmanın öd ənilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 19.1.7.2-ci maddəsinə əsasən İİ qrup əlilliyə görə 77 manat məbləğində əlavənin pensiya təyin olunduğu vaxtdan hesablanması nəzərə alınmaqla, pensiyanın yenidən hesablanaraq yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Qarabağ müharibəsində iştirak etmiş, döyüş əməliyyatlarında yaralanmış, ona İİ qrup müharibə əlili statusu verilmişdir. Təqaüdə “Hərbi qulluqçuların pensiya təminatı barədə” 1992-ci il 29 aprel tarixli, 109 saylı Qanun qüvvədə olduğu müd dətdə çıxmışdır. Cavabdeh qanunvericiliyin tələblərini pozaraq əsassız olaraq onu təqaüdə edilən əlavəni almaq hüququndan məhrum etmiş, öz mübahisəli hərəkətləri ilə 2002-ci il 24 dekabr tarixli, 404 saylı “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi barədə” Konstitusiya Qanununun tələblərini pozur. Cavabdehin etirazları: Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda bildirilmişdir ki, iddiaçıya Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xətti ilə “xəstəliyə görə” 2000-ci il 29 fevral tarixdən əmək pensiyası təyin olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 495 və 499 nömrəli Fərmanlarının 2.2-ci və 4-cü bəndlərinə əsasən 2007-ci il 1 yanvar tarixdən hərbi qulluqçular və xüsusi rüt bəli şəxslərin pensiya təminatı ilə bağlı funksiyaların yerinə yetirilməsi DSMF-ə həvalə edilmiş və həmin tarixdən iddiaçıya pensiya ödənişi həyata keçirilmişdir. İddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 19.1.7.2-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası alan müharibə əlillərinə və müharibə iştirakçıları sırasından olan əlillərə, İİ qrup əlillərə 77 manat məbləğin əlavə edilməsini tələb etmişdir. İddiaçıya qanunda qeyd edildiyi yaşa görə deyil, xəstəliyə görə əmək pensiyası təyin edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 18 yanvar tarixli 2-1(81)513/2019 nömrəli qərarı ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, istər hazırda qüvvədə olan, istərsə də iddiaçının pensiya hüququnun ya randığı dövrdə qüvvədə olan qanuna əsasən əlilliyə görə əlavənin verilməsi yalnız yaşa görə pensiyaya çıxan hərbçilər üçün nəzərdə tutulmuşdur. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və yeni qərar qəbul olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 17 aprel tarixli 2-1(103)-1010/2019 nömrəli qərarıilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. İddiaçı həmin qərardan kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya ş ikayətinin dəlillərinə görə, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.3, 12.1, 167.1.10, 218.3, 372, 377, 385, 386, 387-ci maddələrinin, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 58.3, 58.7, 63.3-ci maddələrinin, “Əmək pensiyaları haqqında” Qanunun 12.2, 19.1-ci maddələrinin tələblərinə əməl etməmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı və vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər. Cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır. Əsaslandırma hissəsi: Cavabdehin məhkəmə iclasında təmsil olunmadığına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təq dim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2ci və 94.4-cü maddələri). Lakin şikayət əsaslı deyil. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İşin materiallarına görə, Hərbi Həkim Komissiyasının 2000-ci il 11 fevral tarixli qərarı ilə iddiaçı müharibə dövründə hərbi xidmətə yararsız, sülh dövründə məhdud yararlı hesab edilmişdir. İddiaçıya 2000-ci il 29 fevral tarixdən, həmin vaxtda qüvvədə olan qanunvericil iyə uyğun olaraq İİ qrup əlilliyə görə pensiya təyin edilmişdir. İddiaçı hazırkı tələbində “Əmək pensiyaları haqqında” Qanunun 19.1.7.2-ci maddəsinin onun barəsində tətbiq olunmasını və həmin maddə ilə nəzərdə tutulmuş 77 manat məbləğində əlavə nəzərə alınmaqla pensiyasının yenidən hesablanmasını iddia edir. “Əmək pensiyaları haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, əmək pensiyasının sığorta hissəsinə aşağıdakı əlavələr hesablanır: (...) 19.1.7. yaşa görə əmək pensiyası alan müharibə əlillərinə (Böyük Vətən müharibəsi əlilləri istisna olmaqla) və müharibə iştirakçıları sırasından olan əlillərə: (...) 19.1.7.2. İİ qrup əlillərə 77 manat məbləğində;... Normanın məzmunundan göründüyü kimi, iddia olunan əlavə o şəxs barəsində tətbiq olunur ki, həmin şəxs: 1) müharibə əlilidir, lakin ona pen siya yaşa görə təyin edilmişdir; 2) müharibə iştirakçısıdır, lakin onun əlilliyi müharibədə iştirakla bağlı deyil. İddiaçıya isə əmək pensiyası onun müharibədə iştirakı ilə bağlı əlilliyə görə təyin edilmişdir. Həmin kateqoriyadan olan şəxslərə isə güzəştlər (əmək pensiyasına əlavələr), iddiaçıya pensiyanın təyin edildiyi vaxtda qüvvədə olan “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun 20-ci maddəsinin (a) bəndində və hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 20.16, 20.16.1-ci maddələrində nəzərdə tutulmuşdur. Belə ki, “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun (2007-ci il 19 oktyabr tarixli, 462-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 20-ci maddəsinin (a) bəndinə əsasən, hərbi qulluqçulara əlilliyə görə pensiyalar aşağıdakı məbləğlərdə təyin edilir: a) İ qrup müharibə əlillərinə (o cümlədən xidməti vəzifələri yerinə yetirərkən əlil olanlara) təminat xərcliyinin—100 faizi, İİ qrup müharibə əlillərinə—80 faizi, İİİ qrup müharibə əlillərinə—55 faizi;... “Əmək pensiyaları haqqında” Qanunun 20.16-cı maddəsinə əsasən, bu qanunun 20.1.12-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.16.1. İ qrup müharibə əlillərinə (o cümlədən xidməti vəzifələri yerinə yetirərkən əlil olanlara) müvafiq təminat xərcliyinin—100 faizi, İİ qrup müharibə əlillərinə—80 faizi, İİİ qrup müharibə əlillərinə—55 faizi;... Beləliklə, iddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 19.1.7.2-ci maddəsinin onun barəsində tətbiq olunmasını və həmin maddə i lə nəzərdə tutulmuş əlavə nəzərə alınmaqla pensiyasının yenidən hesablanmasını iddia etməkdə haqlı deyil. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 17 aprel tarixli 2-1(103)-1010/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova Z.M.Quliyev
Məhkəmə qərarları › İş №2-1(102)-2961/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2961/2019
09.10.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver