Məhkəmə qərarları › İş №2-1(102)-2962/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2962/2019

03.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2962/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Binəqədi rayon şöbəsinə qarşı iddiasına dair iş üzrə QƏRAR Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi; iş illərinin sosial sığorta stajına daxil edilməsi; arxiv arayışı GİRİŞ HİSSƏ Hakimlər: 03.12.2019 Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi hakim), Rahib Sahib oğlu Nəbizadə və Xəqani Səyyad oğlu Məmmədovdan ibarət tərkibdə, Cavabdeh şöbənin vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazi rliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Binəqədi rayon şöbəsinə qarşı iş illəri sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi haqqında iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 11 iyun 2019-cu il tarixli qərarından iddiaçıtərəfindən verilmiş kassasiya şikayətinə əsasən inzibati işə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının 01.07.1973-cü il tarixdən 23.08.1993cü il tarixədək Füzuli rayonu Dilağarda kənd «Drujba» üzümçülük-maldarl ıq sovxozunda fəhlə, 14.10.1993-cü ildən 30.11.2004-cü il tarixədək Bakı Metal Plastik Hissələri zavodunda çeşidləyici peşələrində işlədiyi dövrün onun sosial sığorta stajına daxil etməklə yaşa görə pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh şöbənin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 sentyabr 2018-ci il tarixli qərarı ilə (hakim R.Rzayev; iş No 2-1(81)-3233/2018) iddianın təmin edilməsi; iddiaçıya 01.07.1973cü ildən 23.08.1993-cü ilə qədər Füzuli rayonu Dilağarda kənd «Drujba» üzümçülükmaldarlıq sovxozunda fəhlə, 14.10.1993-cü ildən 30.11.2004-cü ilə qədər Bakı Metal Plastik Hissələri zavodunda çeşidləyici vəzifələrində işlədiyi dövrün sosial sığorta stajına hesablanmaqla yaşa görə əmək pensiyasının təyin edi lməsi vəzifəsinin cavabdeh şöbənin üzərinə qoyulması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 06 dekabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən E.Nağıyeva, hakimlər H.Həmidov və V.Baxışova; iş No 2-1(103)-2734/2018) cavabdeh şöbənin apellyasiya şikayətinin təmin edilməməsi; 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 sentyabr 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 mart 2019-cu il tarixli qərarı ilə (sədrlik edən İ.Dadaşov, hakimlər K.Bədəlov və S.Hüseynova, iş No 2-1(102)-749/2019) Bakı Apellyasiya Məhkəməsinin 06 dekabr 2018-ci il tarixli qərarının ləğv edilməsi, işin yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməsi; cavabdehin kassasiya şikayətinin təmin olu nması qərara alınmışdır. Hazırki işə 2-ci dəfə baxan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 11 iyun 2019-cu il tarixli qərarı ilə (sədrlik edən İ.Əhmədov, hakimlər S.Seyidova və V.Məmmədov; iş № 2-1(103)-1241/2019) 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 sentyabr 2018-ci il tarixli qərarının ləğv edilməsi; iş üzrə yeni qərar çıxarılması; iddianın təmin edilməməsi; cavabdeh şöbənin apellyasiya şikyətinin təmin edilməsi qərara alınmışdır. Həmin qərardan iddiaçı kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri İddiaçının kassasiya şikayətində qeyd edilənlərə görə, işə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normalarının tətbiq edilməsində səhvə yol vermiş, nəticədə isə əsassız və qanunsuz qərar qəbul edilmişdir. İşin materiallarında olan Arayışlardan görünür ki, iddiaçı 01.07.1973-cü il tarixdən 23.08.1993-cü ilə qədər Füzuli rayonu Dilağarda kənd «Drujba» adına üzümçülükmaldarlıq sovxozunda fəhlə, 14.10.1993-cü ildən 30.11.2004-cü ilə qədər Bakı Metal Plastik Hissələri Zavodunda çeşidləyici vəzifələrində işləmişdir. Əmək kitabçasının mövcud olmaması və ya işlədiyi müddətdə əmək kitabçasının işəgötürən tərəfindən tərtib olunmaması onun günahı sayıla bilməz. Bu əsasdan həmin dövrün iddiaçının sosial sığorta stajına daxil edilməsi qanunamüvafiqdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 No-li Qərarı ilə təsdiq edilmiş “İşç ilərin əmək kitabçasının forması və onun tərtibi haqqında Qaydaları”n 1.3-cü bəndinin ikinci cümləsinə əsasən, ilk dəfə əmək müqaviləsi bağlanarkən əmək kitabçası tələb edilmir. Halbuki, kassasiya şikayətinə əlavə etdiyi sənədlərdən görünür ki, 14.10.1993-cü ildən 30.11.2004-cü ilə qədər işlədiyim Bakı Metal Plastik Hissələri Zavodu ********* VÖEN-ə malikdir və hazırda da vergi ödəycisi kimi qeydiyyatdadır. Tərəflərin izahatları Məhkəmə kollegiyası iclasında çıxış edən cavabdeh şöbənin vəkili R.Bədirli kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 11 iyun 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdi r. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmalarına baxmayaraq, hazırkı iş üzrə iddiaçının nümayəndələri gəlmədiklərindən və bunun səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddələrinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılma ması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti qismən təmin edilməklə, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməlidir. Qeyd olunmalıdır ki, iddiaçı yaşa görə əmək pensiyası hüququnu əldə etmək üçün stajında çatışmayan 2 müddətin nəzərə alınmasını xahiş etmişdir: 1) 01.07.197323.08.1993-cü ilərdi əhaətə edən Füzuli rayonu Dilağarda kənd «Drujba» üzümçülükmaldarlıq sovxozunda fəhlə və 14.10.1993-30.11.2004-cü illəri əhatə edən Bakı Metal Plastik Hissələri Zavodunda çeşidləyici peşələrində iş müddətlərini. Hazırki işə əvvəl baxmış Ali Məhkəmə hər 2 müddətlə bağlı öz mövqeyini bildirmiş, hesab etmişdir ki, işə baxmış apellyasiya instansiya məhkəməsi kifayət qədər araşdırma aparmamış, iddiaçının qeyd edilən müddətlərdə işləməsi faktını sübut edə bilməmişdir. İddiaçı 1-ci müddətlə əlaqədar sübut kimi, Füzuli rayon İcra Hakimiyyəti Başçısının Dilağarda kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndənin 43 saylı 04.06.2018-ci il tarixli arayışının surətini təqdim etmişdir ki, həmin sənədlə iddiaçının 01.07.1973-23.08.1993-cü ilərdi əhaətə edən Füzuli rayonu Dilağarda kənd «Drujba» üzümçülük-maldarlıq sovxozunda fəhlə işləməsi faktı təsdiq olunur. Həmin halla bağlı Ali Məhkəmə qərarında göstərmişdir ki, Füzuli rayonununmüvəqqəti olaraq işğal altında olduğu nəzərə alınarsa, iddiaçının Dilağarda kəndi «Drujba» üzümçülük-maldarlıq sovxozunda fəhlə işləməsi barədə əmək kitabçası olmasa da, qanunla nəzərdə tutulan digər əsaslarla (həmin sovxaza aid arxiv sənədləri, yaxud “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununu n 69-cu maddəsində sadalanan əsaslar) müəyyən edilə bilər. Araşdırılan apellyasiya instansiya məhkəməsinin qərarından görünür ki, məhkəmə Ali Məhkəmənin məcburi göstərişlərini icra etməmişdir, iddiaçının sovxozda fəhlə işləməsi müddəti ilə əlaqədar hər hansı araşdırma aparmamışdır, bu halın mövcud olmasını təsdiq və ya təqzib edən hər hansı sənəd-sübuta istinad etməmişdir, ümumiyyətlə qərarında bu müddətlə bağlı hər hansı fikir söyləmədən iddiaçının bu hissədə iddiasını da rədd etmişdir. Məhkəmə kolegiyası hesab edir ki, iddiaçının bu müddətlə bağlı hər hansı araşdırma aparılmadan qəbul olunmuş məhkəmə qərarı onun hüquqlarını pozmuşdur. Hazırki işə yenidən baxacaq apellyasiya instansiya məhkəməsi Ali Məhkəmənin yuxarıda qeyd edilən göstərişlərini nəzərə almaqla iş üzrə yeni araşdırma aparı lmalıdır, o cümlədən, yuxarıda qeyd edilən arayışı vermiş dövlət orqanından bu sənədi hansı əsaslar nəzərə alınmaqa verdiyini, qeyd edilən iş müddətinin hansı sənəd-sübutlara əsasən təsdiq olunduğunu öyrənməlivə araşdırmanın nəticələrinə dair obyektiv və qanuni qərar qəbul etməlidir. Araşdırılan qərardan görünür ki, apellyasiya instansiya məhkəməsi iddiaçının 2-ci müddətlə də bağlı tələbinə yarımçıq olana qiymət vermişdir. Qeyd olunmalıdır ki, iddiaçı bu müddətlə bağlı Bakı Metal Plastik Hissələri zavodunun 56/398 saylı 14.06.2005-ci il tarixli arayışının surətini təqdim etmişdir. Belə ki, həmin sənəddə iddiaçının 14.10.1993-cü il tarixdə bu zavoda 1-ci dərəcələi çeşidləyici vəzifəsinə işə qəbul olunması (əmr No 276/k); 16.04.1999-cu il tarixində 2-ci dərəcəli çeşidləyici vəzifəsinə keçiri lməsi (əmr No 128/k), 30.11.2004-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən işdən azad edilməsi (əmr No 166/k) göstərilmişdir. Həmin sənədlə təsdiq olunan iş müddəti ilə bağlı işə baxmış Ali Məhkəmə qərarında adı çəkilən zavodun həqiqətən mövcud olması ilə əlaqədar onun hüquqi şəxs kimi qeydiyyatdan keçib-keçmədiyini və bundan irəli gələn digər məsələlərin, o cümələdən zavod mövcud idi isə, nəyə görə iddiaçıya əmək kitabçası vermədiyini araşdırmaq göstərişini vermişdir. Apellyasiya instansiya məhkəməsi həmin göstərişi yerinə yetirərək, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında X2 Qeydiyyatı İdarəsinə sorğu verimişdir. Sorğuya 27.05.2019-cu il tarixli cavabda qeydiyyat orqanı qeyd etlmişdir ki, “Bakı Metal Plastik Hissələri Zavodu” adlı hüquqi şə xs barədə məlumatlar aşkar edilməmişdir. Bu cavaba əsaslanan apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının işlədyi zavod mövcud olmadığından onun 2-ci iş müddəti də təsdiq olunmur, ona görə də, iddia tələb tam olaraq rədd olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin 2-ci müddətlə bağlı gəldiyi nəticə düzgün deyil, iddiaçının kassasiya şikayətndə qeyd edlənlər əsaslı olduğundan qəbul edilməlidir. Əvvəla, apellyasiya instansiya məhkəməsinin əsas tutduğu qeydiyyat orqanının sorğuya cavab məktubunda qeyd edilənlər dəqiq olmamışdır. Bu cavabdan ayırd etmək olmurki, zavod ümumiyyətlə tarixdə olmamışdır, yaxud hal hazırda qeydiyyatda yoxdur. Halbuki, iddiaçının təqdim etdiyi iddia ərizəsi adlı sənədin surətindən görünür ki, iddiaçı qismind ə çıxış edən Azərbaycan Respublikası yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X5 Departamenti cavabdeh Bakı Metal Plastik Hissələri zavoduna qarşı 18.12.2008-ci il tarixli iddia ərizəsi ilə 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinə müraciət etmiş və zavaddan məcburi dövlət sosial sığorta haqqları üzrə qeyd edilən tarixə yaranmış 52.626,5 manat borcun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir etmişdir. İddiaçının təqdim etdiyi digər sənəddə isə (VHF-in surətidir) adı çəkilən zavodun VÖİN nömrəsi (**********) və onun ƏDV bidirişini vermiş (qeydiyyatda olduğu) vergi orqanının adı (X4 ilə İş üzrə Departamenti) və qeydiyyatın tarixi və nömrəsi (02.12.2004cü il; No **********78) qeyd olunmuşdur. Göründüyü kimi, Ali Məhkəmənin göstərişlərinə əsasən apellyasiya instansiy a məhkəməsinin apardığı araşırma obyektiv həqiqətin müəyyən edilməsi ilə nəticələnməmişdir. Ona görə də, yuxarıda qeyd edilən məsələlər yenidən lazımi qaydada araşdırılmalıdır. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamış, qərarın ləğvi üçün əsas ola bilən qanun pozuntularına yol verilmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslı hesab edilir. Odur ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 11 iyun 2019-cu il tarixli qərarı ləğv edilməli, iş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 69, 96 və 98-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayət i təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 11 iyun 2019-cu il tarixli qərarı ləğv edilsin. İş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar