Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2963/2019 29.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRAR Açar sözlər: inzibati iş üzrə icraatın dayandırılması, mülki və inzibati məhkəmə icraatı qaydasında baxılan işlərin bir-birindən asılılığı. GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Hüseynov Azər Soltanhəmid oğlu, Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, cavabdehin nümayəndəsi X4 və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə və üçüncü şəxs Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatının Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrufatı Birliyinə qarşı mənzilin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi və pəncərə boşluğunda qapının quraşdırılmasının rəsmiləşdirilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1741/2019 nömrəli, 31 iyul 2019-cu il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 29 noyabr 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə m üraciət edərək Bakı şəhəri, Binəqədi rayonu, B.Atakişiyev küçəsi, 5 mərtəbəli 64 saylı binanın 1-ci mərtəbəsində yerləşən 48 nömrəli mənzilin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi və pəncərə boşluğunda qapının quraşdırılmasının rəsmiləşdirilməsi barədə öhdəliyin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 07 mart 2019-cu il tarixli qərardadı ilə Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatının Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı MənzilKommunal Təsərrüfatı Birliyi üçüncü şəxs qismində işə cəlb edilmişdir. Birinci instansiya məhkəməsindəki icraatın gedişində cavabdehin nümayəndəsi məhkəməyə vəsatətlə müraciət edərək Binəqədi Rayon Məhkəməsində qapı boşluğunun bərpa olunmasına dair iddia tələbinə baxıldığ ından hazırkı işin icraatının dayandırılması barədə qərardad qəbul olunmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 20 may 2019-cu il tarixli, 2-1(81)-1512/2019 saylı qərardadı (hakim – E.Q.Məmmədov) ilə hazırkı iş üzrə icraat iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatının Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin cavabdeh İddiaçı, üçüncü tərəf X5 qarşı cavabdeh tərəfindən pəncərə boşluğunun öz vəsaiti hesabına bərpa edilib əvvəlki vəziyyətinə qaytarılması tələbinə dair Binəqədi rayon Məhkəməsinin icraatında olan 2(001)-3671/2019 saylı iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılmışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Bak ı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1741/2019 saylı, 31 iyul 2019-cu il tarixli qərardadı ilə (sədrlik edən və məruzəçi hakim – A.B.Nuriyeva, hakimlər –V.M.Ağayev və C.A.Yusifov) apellyasiya şikayəti təmin edilməyərək, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 20 may 2019-cu il tarixli, 2-1(81)-1512/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya instansiyası məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamış, qərar maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, İddiaçı Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən gözəllik salonu kimi fəaliyyət göstərən obyekti əv vəlki mülkiyyətçisi X2 alqı-satqı müqaviləsinə əsasən alaraq 22.06.2018-ci il tarixdə ******* nömrəli çıxarış ilə adına rəsmiləşdırilmişdir. İddiaçı həmin ünvanda qanuni əsaslarla qeydiyyatdan keçərək fəaliyyət göstərir. Belə ki, 5 mərtəbəli daş binanın həmin qeyri-yaşayış sahəsi 1-ci mərtəbədə yerləşməklə və ayrıca giriş qapısı mövcuddur. Həmin giriş qapısı sakinlərin gediş-gəlişinə heç bir mane yaratmır. İaşə obyekti qeyri-yaşayış sahəsi üçün nəzərdə tutulmuş qaydada bütün komunikasiya xəttlərinə qanuvericiliyin tələblərinə uyğun olaraq qoşulmaqla, müvafiq normalara cavab verir. Lakin məhkəmə subyektiv hüququ olmayan iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatının Mənzil Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfind ən qaldırılmış və Binəqədi rayon Məhkəməsində baxılan “pəncərə boşluğununun bərpa edilib əvvəlki vəziyyətinə qaytarılması”na dair işi əsas götürərək Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 7.2-ci maddəsinə əsaslanaraq hazırkı inzibati işi dayandırmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası isə birinci instansiya məhkəməsinin həmin qərardadını heç bir hüquqi əsas olmadan qüvvədə saxlayaraq inzibati işin dayandırılmasını təmin etmişdir. İş materiallarından görünür ki, Binəqədi rayon Məhkəməsində baxılan mülki işdə tərəf Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatının Mənzil Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyi müəyyən edilmişdir. Eyni zamanda, hər iki işdə tələblər və tərəflər fərqlidir. B undan başqa, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-3671/2019 saylı, 13.06.2019-cu il tarixli qərardadı ilə Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin cavabdeh X3 müstəqil tələb irəli sürməyən 3-cü şəxs X5 və Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı pəncərənin bərpa edilməsi və əvvəlki vəziyyətə qaytarılması tələbinə dair mülki iş üzrə icraat 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin 2-1(81)-1512/2019 saylı inzibati iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılmışdır. Bakı Apellyasiya Məhkəməsində apellyasiya şikayəti əsasında işə baxılarkən yuxarıda göstərilən hal nəzərə alınaraq İddiaçı tərəfindən verilmiş iddia ərizəsi əsasında baxılan inzibati işin icraatı yenidən bərp a edilməli olduğu halda, məhkəmə heç bir əsaslandırma aparmadan, öz mövqeyini bildirmədən apellyasiya şikayətini təmin etməmişdir. Tərəflərin izahatları Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətinin təmin edilmədən, qanuni və əsaslı olduğu üçün apellyasiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq digər tərəflər məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq o lunmuşdur (İPM-in 62.3-cü maddəsi). ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilərək apellyasiya məhkəməsinin qərardadı ləğv edilməklə iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 7.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının gedişində mübahisənin predmeti və ya mübahisə edilən hüquq münasibəti ilə bağlı cinayətin törədilməsi ilə əlaqədar cinayət təqibinin mübahisənin həllinə təsir edə biləcəyi hallarda, habelə məhkəmənin qərarının cinayət və ya mülki işlər üzrə məsələnin həllindən asılı olduğu hallarda məhkəmə cinayət işi və ya mülki iş üzrə icraat başa çatana kimi məhkəmə baxışını dayandırmalıdır. Apellyasiya məhkəməsi qeyd edilən prosessual normaya əsaslanmaqla özünün mövqeyini belə əsaslandırmışdır ki, iş materiallarına əlavə edilmiş iddia ərizəsinin surətindən və Binəqədi rayon Məhkəməsinin 14 mart 2019-cu il tarixli 2(001)-3671/2019 saylı qərardadı ilə müəyyən edilir ki, iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatının Mənzil Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrufatı Birliyi cavab deh İddiaçı, 3-cü tərəf X5 qarşı cavabdeh İddiaçı tərəfindən Binəqədi rayonu, C.Hacıbəyli küçəsindəki 5 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 48 saylı mənzildə binanın əsas yük daşıyıcı divarları dağıdılaraq genişləndirilmiş olan pəncərə boşluğunun öz vəsaiti hesabına bərpa edib əvvəlki vəziyyətinə qaytarılmasına dair iddia ərizəsi ilə Binəqədi rayon Məhkəməsinə müraciət etmişdir. Tərəflərin nümayəndələrinin izahatları ilə müəyyən olunur ki, Binəqədi rayon Məhkəməsi tərəfindən baxılan mülki iş üzrə hazırda qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcud deyildir. Qeyd edilən iddiaya Binəqədi rayon Məhkəməsində baxılır. Hazırkı iddianın bir hissəsi “pəncərə boşluğunda qapının quraşdırılmasının rəsmiləşdirilməsi”ndən ibarətdir. Binəqədi rayon Məhkəməsində baxılan iddia tələbi isə “pənc ərə boşluğunun bərpa edilib əvvəlki vəziyyətinə qaytarılması”ndan ibarətdir. Göründüyü kimi hazırkı işin həlli Binəqədi rayon Məhkəməsində baxılan mülki işin nəticəsindən asılıdır. Ona görə də, Binəqədi rayon Məhkəməsində baxılan həmin iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək hazırkı işin icraatı dayandırılmalıdır. Kollegiya aşağıda göstərilənlərə əsasən apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, İPM-in yuxarıda istinad olunan 7.2-ci maddəsinin mənasına görə inzibati iş üzrə icraatın dayandırılması üçün məhkəmənin qərarının mülki məhkəmə icraatı qaydasında baxılan iş üzrə məsələnin həllindən asılılığı müəyyən olunmalıdır. Bu mənada, iddiaçının inzibati məhkəmə icraatı qaydasında qaldırdığı iddiasının predmetini mənzilin yaşayış sahəsindən qeyri-yaşayış sahə sinə keçirilməsi və pəncərə boşluğunda qapının quraşdırılmasının rəsmiləşdirilməsi barədə öhdəliyin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi təşkil edir. Mülki məhkəmə icraatı qaydasında baxılan iddianın predmeti isə genişləndirilmiş olan pəncərə boşluğunun iddiaçının öz vəsaiti hesabına bərpa edilib əvvəlki vəziyyətinə qaytarılmasından ibarətdir. Bu halda, mülki məhkəmə icraatı qaydasında baxılan işin inzibati məhkəmə icraatı qaydasında baxılan işdən asılılığı vardır. Çünki inzibati məhkəmə icraatı qaydasında iddiaçının tələbinin uğurlu olması, ona qarşı qaldırılmış mülki icraatdakı iddianın rədd edilməsinə gətirib çıxara bilər. Apellyasiya məhkəməsi isə hər iki icraat qaydasında baxılan işlərin asılılığını düzgün müəyyənləşdirə bilməmiş, nəticədə prosessual hüquq normasını m übahisəyə səhv tətbiq etmişdir. Bundan başqa, iddiaçı tərəfindən məhkəmə ünvanlanmış ərizəyə əlavə edilmiş Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 10 oktyabr 2019-cu il tarixli, 2(001)-3671/2019 nömrəli qərardadından görünür ki, iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatının MənzilKommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal- Təsərrufatı Birliyinin cavabdehlər İddiaçı və X5 qarşı pəncərə boşluğunun bərpa edilib əvvəlki vəziyyətinə qaytarılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Kollegiya bununla bağlı qeyd edir ki, təkrar apellyasiya baxışı zamanı sözügedən qərardadın qanuni qüvvəyə minib-minməməsi məsələsi də dəqiqləşdirilməlidir. Çünki qərardadın qanuni qüvvəyə minməsi müəyyən olunarsa bu halda ümumiyyətlə, hazırkı inzibati işin icraatının dayandırılması üçün mülki məhkəmə icraatında baxılan hər hansı bir işin olmadığı anlamına gələcəkdir. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1741/2019 saylı iş üzrə 31 iyul 2019-cu il tarixli qərardadı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2-1(102)-2963/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2963/2019
29.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver