Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2964/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRAR Açar sözlər: iddia müddəti 26.11.2019 giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Dadaşov İlqar Ağababaş oğlu, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi X5, üçüncü şəxs X2 vəkili X3 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə (bundan sonra cavabdeh) qarşı(üçüncü şəxslər Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti və X6) “sərəncamın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəm əsinin İnzibatiİqtisadi kollegiyasının 2-1(103)-1753/2019 saylı, 9 iyul 2019-cu il tarixli qərardadından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 26 noyabr 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə Bakı Şəhər Xəzər Məhkəməsinin 2(003)-533/2018 nömrəli 05.07.2018-ci il tarixli qərardadı ilə iddiaçı X2 cavabdeh İddiaçı qarşı “yüngül konstruksiyalı köşkün sökülməsi tələbi”nə dair iş üzrə iddiaçının nümayəndəsinin “iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilməsi” barədə vəsatəti təmin olunmuşdur. Həmin iş üzrə məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Samedov Tabriz iddiaçının iddia tələbini etiraf etməyərək, iddianın rədd edilməsini xahiş etmiş və iş üzrə əlavə məhkəmə tikintite xniki ekspertizasının keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmənin qərardadında hazırda mübahisə predmeti olan cavabdehin sərəncamının tarixinə və məzmununa da istinad edilmişdir. İddiaçı 28 dekabr 2018-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəmə müraciət edərək “Bakı şəhər İcra Hakimiyyəti başçısının Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyətinin 21.06.2016-cı il tarixli, 355 saylı sərəncamının ləğv edilməsinə dair verdiyi 13.06.2017-ci il tarixli 260 nömrəli sərəncamının ləğv edilməsi”ni xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X1 2-1(82)-971/2019 saylı iş) 22 may 2019-cu il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Birinci instansiya məhkəməsi iddianı mümkün saymamasını onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsind ə 2(003)-533/2018 nömrəli iş üzrə 05.07.2018ci il tarixli məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Təbriz Samedov Bakı şəhər İcra Hakimiyyəti Başçısının 13.06.2017-ci il tarixli, 260 saylı sərəncamı barədə məlumatlı olmuş, lakin sözügedən inzibati akt həmin dövrdən bir ildən artıq müddət keçdikdən sonra mübahisələndirmişdir. İddiaçı tərəfindən Bakı şəhər İcra Hakimiyyəti başçısının 13.06.2017-ci il tarixli, 260 saylı sərəncamını mübahisələndirmək üçün həm “İnzibati icraat haqqında” Qanunda həm də İPM-də müəyyən edilmiş müddətlər üzrsüz səbəbdən ötürüldüyündən iddia mümkün sayılmamalıdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22 may 2019-cu il tarixli qərardadı ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X11məruzəçi, X9 və X7, 2-1(103) -1753/2019 saylı iş) 9 iyul 2019-cu il tarixli qərardadla iddiaçının apellyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlamışdır. İddiaçı 6 avqust 2019-cu il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: X10 rayon Məhkəməsinə verdiyi iddia ərizəsinə iddiaçının iştirakı olmadan 12 fevral 2018-ci il tarixdə baxılmış, məhkəmə mühəndis-texniki ekspertizasının keçirilməsinə dair qərardad qəbul edilmişdir. Qərardadla bağlı 12 iyun 2018-ci il tarixli ekspert rəyi tərtib olunaraq Xəzər rayon məhkəməsinə göndərilmiş və məhkəmənin növbəti 05.07.2018-ci il tarixli baxış iclasında yenə də ekspertiza təyin edilmişdir. Hər iki dəfə ekspertizanın təy in edilməsi iddiaçı tərəfin (K.Babayevanın) vəsatətləri əsasında baş vermişdir. Ekspertiza təyin edilməsi ilə bağlı ikinci qərardadın icrasına dair 21 sentyabr 2018-ci il tarixində ekspert rəyi tərtib edilərək 2018-ci ilin oktyabr ayında Xəzər rayon məhkəməsinə göndərilmiş və bu rəy 17 oktyabr 2018-ci il tarixdə təyin edilmiş məhkəmə iclasında təqdim edilmişdir. Rəylə tanış olarkən məlum olmuşdur ki, ikinci dəfə verilən ekspert rəyi birinci ekspert rəyinin tam əksinədir. Səbəbi isə Xəzər rayon İcra Hakimiyyəti başçısının 21 iyun 2017-ci il tarixli 355 saylı sərəncamını ləğv edən Bakı şəhər İcra Hakimiyyəti başçısının 13 iyun 2017-ci il tarixli 260 saylı sərəncamın sonradan iş materiallarına əlavə edilməsidir. İlk vaxtlar belə bir sərəncam nə iddia ərizəsinə əlavə edilməmiş, nə də ki, bir inci dəfə ekspertiza təyin olunan zaman iş materiallarında olmamışdır. Belə bir sərəncamın mövcudluğu ikinci ekspert rəyi verildikdən və təqdim edildikdən sonra iddiaçıya məlum olmuşdur (2018-ci ilin oktyabr ayının 17-də). Sərəncamla bağlı 23 oktyabr 2018-ci il tarixdə vəkil sorğusu ilə Bakı şəhər İcra Hakimiyyətinə iddiaçı tərəfindən müraciət edilmiş, 17 dekabr 2018 ci il tarixdə sorğuya cavab verilmiş, lakin sərəncam iddiaçıya verilmədiyindən, həmin 260 saylı sərəncamın tərəflər arasındakı Xəzər rayon məhkəməsində iş materiallarındakı surətindən surət çıxararaq 2 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinə müraciət edilmişdir. İddiaçı hesab edir ki, iddia müddətini ötürməmişdir, müddətin axımı 17 dekabr 2018 ci il tarixdən-vəkil sorğusuna cavab verildiyi vaxtdan başlayır. Şikayət əsaslandır ılarkən İnzibati-Prosessual Məcəllənin 38.1-ci maddəsinə istinad edilmişdir. tərəflərin izahatı: İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verib şikayətin təmin olunmasını xahiş etmişdir. Üçüncü şəxsin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini qəbul etməmiş, şikayətin təmin edilməməsini xahiş etmişdir. əsaslandırma hissəsi: Cavabdeh və üçüncü şəxs Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onların iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllə nin (bundan sonra İPM) 62.3-cü maddəsi). İddiaçının kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İPM-in 2.2.1-ci maddəsinə görə hazırkı iddia növü mübahisələndirmə haqqında iddiadır. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti başçısının 21 iyun 2016-cı il tarixli sərəncamı ilə iddiaçının istifadə sində olan mövcud köşkün uzun illər istismar olunaraq yararsız vəziyyətə düşdüyündən sökülüb yenidən qurulmasına icazə verilmişdir. Cavabdeh 13 iyun 2017-ci il tarixli sərəncamı ilə Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti başçısının 21 iyun 2016-cı il tarixli sərəncamını ləğv etmişdir. İddiaçı cavabdehin 13 iyun 2017-ci il tarixli sərəncamının ləğvini arzu edir. İşdə olan sənədlərdən görünür ki, köşklə bağlı iddiaçı və üçüncü şəxs arasında mülki məhkəmə qaydasında iş mövcuddur. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-533/2018 nömrəli 05.07.2018-ci il tarixli qərardadında qeyd olunmuşdur ki, iddiaçı X6 cavabdeh İddiaçı qarşı “yüngül konstruksiyalı köşkün sökülməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh İddiaçı tərəfindən inşa edilmiş köşkün cavabdehin vəsai ti hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 12 fevral 2018-ci il tarixli qərardadı ilə iş üzrə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspert rəyi alınanadək iş üzrə icraat dayandırılmışdır. 20 iyun 2018-ci il tarixdə ekspert rəyi məhkəməyə təqdim edildiyindən iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X4 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və eyni zamanda vəsatətlə məhkəməyə müraciət edərək iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilməsini xahiş etdi. Vəsatət onunla əsaslandırılmışdır ki, cavabdehin köşkünün faktiki bir divarında, yəni iddiaçının sərhəd hasarında giriş-çıxış qapısının olmaması yalnız həmin sərhəd hasarının bütünlüklə üzlük a qlay materialla üzlənməsi əsas götürülərək bu hasarda giriş-çıxış qapısının olmaması müəyyən edilmiş, lakin digər amillərə istinad olunmamışdır. “xxxx” MMC tərəfindən 2016-cı ildə eskiz-layihə tərtib olunarkən sifarişçi ilə müqavilə bağlanmadığı, icra hakimiyyətinin tapşırıqları və göstərişləri əsasında hazırlanmadığı, həmin layihədə mübahisəli köşkün parametrləri tam göstərilmədiyi, köşkün tamamilə və ya müəyyən hissələrinin sökülərək yenidən quraşdırılması və hansı tikinti materiallardan istifadə olunması göstərilmədiyi, Xəzər rayon İcra Hakimiyyəti başçısının 21.06.2016-cı il tarixli, 355 saylı sərəncamının Bakı şəhər İcra Hakimiyyəti başçısının 13.06.2017-ci il tarixli, 260 saylı sərəncamı ilə ləğv edildiyi, həmin sərəncamda göstərilən əvvəlki və mövcud köşkün ilkin hüquqmüəyyənedici v ə tikinti quraşdırma işlərinin aparılmasına icazə sənədləri aşkar edilmədiyi, qanunsuz quraşdırılan köşkün eskiz layihəsi Bakı şəhər İcra Hakimiyyəti tərəfindən razılaşdırılmadığı, köşkün altında yerləşən torpaq sahəsinə istifadə hüququnu təsdiq edən hər hansı sənəd mövcud olmadığı və quraşdırılmasına icazə verilmədiyi, həmçinin də köşkün quraşdırılmasına dair mövcud obyektdə ediləcək dəyişikliklərin məzmunu və məqsədi barədə yerli icra hakimiyyəti orqanlarına müraciət olunmadığı, yerli icra hakimiyyəti tərəfindən mütəxəssislərdən ibarət komissiya yaradılmadığı, obyektə baxış keçirilmədiyi və buna müvafiq texniki rəy verilmədiyi kimi tələblər həyata keçirilmədiyi nəzərə alınmaqla həmin köşkün quraşdırılması tikinti norma və qaydalarına (160 saylı qərarının 4 1 və 4.2 bəndləri) uyğun olub-o lmaması müəyyən edilməlidir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Samedov Tabrız iddiaçının tələbinə etiraz etməyərək iddianın rədd edilməsini xahiş etdi və iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddiaçının nümayəndəsinin vəsatəti təmin olunmalı və iş üzrə əlavə məhkəmə tikintitexniki ekspertiza təyin edilməlidir. Göründüyü kimi Bakı Şəhəri Xəzər Rayon Məhkəməsində 2(003)-533/2018 nömrəli iş üzrə 05.07.2018-ci il tarixli məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Təbriz Samedov Bakı şəhər İcra Hakimiyyəti başçısının 13.06.2017-ci il tarixli, 260 saylı sərəncamı barədə məlumatlı olmuş, laki n sözügedən inzibati aktı inzibati məhkəmə icraatı qaydasında 6 aydan sonra, 28 dekabr 2018-ci il tarixdə mübahisələndirmişdir. Məhkəmə kollegiyası onu da vurğulayır ki, iddiaçı həm apellyasiya, həm də kassasiya şikayətində qeyd etmişdir ki, belə bir sərəncamın mövcudluğu ikinci ekspert rəyi verildikdən və bizə təqdim edildikdən sonra məlum olmuşdur (2018-ci ilin oktyabr ayının 17-də). İddiaçı həm Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən 2(003)-533/2018 nömrəli 05.07.2018-ci il tarixli qərardad qəbul edilərkən, sonra da özünün təsdiq etdiyi kimi 17 oktyabr 2018-ci il tarixdə mübahisə açdığı 13.06.2017-ci il tarixli, 260 saylı sərəncam barədə məlumatlı olmuşdur. İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instan siyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddiaçı 5 iyul 2018-ci il tarixdə, daha sonra 17 oktyabr 2018-ci il tarixdə mübahisə açdığı sərəncamdan məlumatlı olmuş, lakin qanunda nəzərdə tutulan 30 günlük iddia müddətində həmin sərəncamın ləğvi barədə iddia ilə məhkəməyə müraciət etməmişdir. İddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə isə belə şərtlər kimi müəyyən edilmişdir ki, publik hüquq sahəsinə aid olan məsələ ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt ünvanlandığı şəxs üçün hər hansı bir hüquqi nəticələr yaratsa, sonuncu tərəfindən onun ləğvi ( dəyişdirilməsi) ilə əlaqədar məlum olduğu vaxtdan 30 gün müddətində inzibati məhkəmədə mübahisələndirilə bilər. İddiaçı qanunvericiliyin müddəalarına əməl etməyərək qanunla müəyyən edilmiş müddətdə iddia ilə məhkəməyə müraciət etməmişdir. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin arada n qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında isə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qa ydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. İnzibаti Prosessuаl Məcəllənin 35.1-ci mаddəsinə görə bu Məcəllədə bаşqа qаydа nəzərdə tutulmаmışdırsа, iddiаçının iddiа ərizəsində inzibаti аktın qəbul edilməsi və yа qəbul edilməsindən imtinа olunmаsı, yаxud inzibаti orqаnın hərəkəti və yа hərəkətsizliyi nəticəsində onun hüquqlаrının və qаnunlа qorunаn mаrаqlаrının pozulduğunu əsаslаndırdığı hаllаrdа mübаhisələndirmə hаqqındа, məcburetmə hаqqındа, öhdəliklərin icrаsı hаqqındа və müəyyən hərəkətləri etməkdən çəkinməyə dаir iddiа mümkün sаyılır. İddiaçı hüququn pozulduğu bаrədə onа məlum olаn gündən sonra 30 gün müddətində məhkəmədə iddi a qaldırmadığından, iddia müddəti buraxıldığına görə iddianın mümkün sayılmamasına dair apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə doğrudur. İddia mümkünlük şərtlərinə cavab vermədiyindən iddianın əsaslılığının yoxlanılması istisna olunur. Bəhs olunanlara əsasən kassasiya şikayətinin dəlilləri əsaslı sayıla bilməz və təmin edilməsi üçün əsaslar yoxdur. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozulması müəyyən edilməmişdir. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şik ayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1753/2019 saylı, 9 iyul 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-2964/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2964/2019
26.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver