Məhkəmə qərarları › İş №2-1(102)-2966/2025

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-2966/2025

13.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(102)-2966/2025 13.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı iddiaçı2 cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiyanın qeyri-mümkünlüyü, şikayətin imzalanmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı iddiaçı2 cavabdeh Azərbaycan Respublikası Cavabdeh qarşı “Şəhid” statusunun verilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARI

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, mərhum əri X1 “Şəhid” statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir

2. Şirvan İnzibati Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

3. İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, həmin qərarın ləğv edilməsi və iddianın təmin olunması xahiş edilmişdir.

4. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

5. İddiaçı tərəfindən kassasiya şikayəti verilərək, həmin qərarın ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması xahiş edilmişdir.

KASSASİYANIN MÜMKÜNLÜYÜ

6. İş kassasiya instansiyası məhkəməsinə daxil olduqdan sonra iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyü yoxlanılmış və kassasiya şikayətinin iddiaçı (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) tərəfindən imzalanmadığı müəyyən olunmuşdur.

7. İddiaçıya məhkəmə bildirişi göndərilməklə qeyd olunan çatışmazlıq onun diqqətinə çatdırılmış, bildirişdə qeyd edilən tarixədək həmin çatışmazlığın aradan qaldırılmamasının hüquqi nəticələri izah edilmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

8. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 407.3 Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir.

9. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 90.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.2 Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir.

KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

10. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmamalı və kassasiya şikayətinin qəbulundan imtina edilməlidir. Bu aşağıdakı səbəblərdən irəli gəlir.

11. İnzibati Prosessual Məcəllənin 90.3-cü və Mülki Prosessual Məcəllənin 407.3cü maddəsinin tələblərinə görə, kassasiya şikayəti vəkil tərəfindən tərtib edilməli, vəkil tərəfindən imzalanmalı və şikayətə vəkilin orderi əlavə olunmalıdır. Həmçinin şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Kassasiya şikayəti yalnız həmin tələblərə riayət olunmaqla verildiyi hallarda icraata qəbul edilir.

12. Hazırkı mübahisəyə münasibətdə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti vəkil tərəfindən tərtib edilib imzalanmış, vəkilin orderi də kassasiya şikayətinə əlavə edilmişdir. Lakin şikayət iddiaçı (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) tərəfindən imzalanmamış, eyni zamanda, vəkilin adına verilmiş və şikayəti imzalama səlahiyyətini də nəzərdə tutan etibarnamə şikayətə əlavə edilməmişdir. Qeyd edilən hal isə, şikayət üzrə kassasiyanın mümkün sayılmaması üçün əsasdır.

13. Hüquqi yardım göstərilməsinə rəğmən, iddiaçı tərəfindən qeyd olunan çatışmazlığın aradan qaldırılması üçün hər hansı tədbir görülməmişdir.

14. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti iddiaçı (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) tərəfindən imzalanmadığından, şikayət üzrə kassasiya mümkün sayılmamalıdır.

15. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDI:

Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmır. Şikayətin qəbulundan imtina edilir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar