Məhkəmə qərarları › İş №2-1(102)-2967/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2967/2019

19.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2967/2019 19.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X15 üzrə Dövlət Komitəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: məcburi köçkün kimi mənzillə təmin etmə, qeydiyyatda olduğu yerdə faktiki yaşama giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), X19, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı nümayəndəsi X3, vəkili Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Qaçqınlar və X15 üzrə Dövlət Komitəsinə (bundan sonra cavabdeh) qarşı “iddiaçının mənzillə təmin edilməsi ” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-410/19 saylı, 4 aprel 2019-cu il tarixli qərarından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 19 noyabr 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə Azərbaycan Dövlət Neft Akademiyası (ADNA) Tələbə Şəhərciyi tərəfindən verilmiş 27 avqust 2013-cü il tarixli arayışda qeyd edilir ki, iddiaçı Zəngilan rayonundan məcburi köçkün olmaqla ADNA-nın tələbə şəhərciyinin 5 saylı yataqxanasının, 303 saylı otağında müvəqqəti məskunlaşmışdır. ADNA-nın Tələbə Şəhərciyinin bir qrup sakini tərəfindən tərtib edilmiş 27.08.2013-cü il tarixli aktdan görünür ki, ADNA-nın tələbə şəhərciyinin 5 saylı yataqxanasının 317 saylı otağının saki ni X7, 319 saylı otağın sakini X8, 314 saylı otağın sakini X1 Asiya İsa qızının həqiqətən 2009-cu ilin dekabr ayından 5-ci korpusun 303-cü otağında yaşamasının həqiqiliyini imzaları ilə təsdiq etmişlər. Azərbaycan Respublikası Qaçqınların və X15 üzrə Dövlət Komitəsi Repatriasiya Departamenti tərəfindən iddiaçıya ünvanlanmış 11.07.2016-cı il tarixli məktubda qeyd olunur ki, İddiaçı müraciətinə baxılmış, Azərbaycan X18 tələbə şəhərciyində faktiki yaşayan məcburi köçkün ailələri Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində yeni salınmış yaşayış kompleksinə köçürülmüşlər. O, faktiki olaraq köçürülmə obyektində yaşamadığına görə Qaçqınların və X15 üzrə Dövlət Komitəsi tərəfindən yaradılmış Köçürmə Komissiyası onu mənzillə təmin etməmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə 27.07.2016-cı il tarixdə məhkəməyə müraciət edərək, onun hüquqlarını bərpa edərək ya məcburi köçkünlər üçün Abşeron rayonu Masazır qəsəbəsi ərazisində yeni salınmış yaşayış kompleksində, yaxud başqa mənzillə təmin edilmə vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Qəhrəman Ana, Əmək veteranı, Qarabağ Müharibəsi veteranı, Zəngilan rayonundan məcburi köçkündür. 1993-cü ildə məlum hadisələrə görə öz doğma ev-eşiyindən didərgin düşərək Bakı şəhər Suraxanı rayonunda oğlunun evində məskunlaşmışdır. Ev darısqal, həm də oğlu 2-ci qrup əlil olduğu üçün orada yaşaya bilməmişdir. Ona görə də 2 iyun 2009-cu ildə Suraxanı rayonundan qeydiyyatdan çıxmışdır. Bunu 10571 nömrəli arayışla təsdiq edir. ADNA tələbə şəhərciyinin direktoru tərə findən 5-ci korpus 303-cü otaqda yaşamağı 1221 nömrəli 27.08.2013-cü il tarixli arayışla təsdiq olunur. Bütün kommunal xərclərini də 2009-cu ilin 02 iyun tarixindən Nəsimi rayon Qaçqın və Məcburi Köçkünlərin şöbəsi tərəfindən ödənilmişdir. Yataqxanada yaşamağı bir qrup qonşular və 5 saylı korpusun komendantı tərəfindən aktla təsdiq olunmuşdur. Lakin köçürülmə komissiyasının sədri Elman İsmayılov iyul 2013-cü ildə köçürülmə vaxtı bildirdi ki, onun Suraxanı rayonunda kommunal ödənişi olmuşdur. O, Suraxanı rayon enerji satışı idarəsindən də arayış gətirərək, göstərmişdir ki, 2009-cu ilə qədər Suraxanıda yaşadığı vaxt ödəniş olub, 2009-cu ilin iyul ayından ödəniş dayandırılıb. Cavabdeh bu faktları ört-basdır edərək onun bu yaşda köməksiz vəziyyətdə olduğunu nəzərə almadan ömrünün qalan hissəsi ni normal şəkildə yaşamaqdan məhrum etmişdir. Bu barədə aidiyyəti orqanlara da müraciət etmiş, heç bir kömək olmamışdır. “xxxx” ASC-nin Suraxanı Rayon Enerji Təchizat və Satışı İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 30.12.2016-cı il tarixli, №5/9Ş-015 saylı məktubdan görünür ki, Qaraçuxur qəsəbəsi, 4042/60 məhəllə, ev 3, mənzil 8 ünvanında Suraxanı RETSİ-də abunə kodu **********30008 olan Məhərrəmov Nadirin adına qeydiyyat vardır. Araşdırma zamanı məlum oldu ki, 2002-2008-ci illər ərzində həmin ünvanda 1 nəfər Zəngilan rayonundan məcburi köçkün qeydiyyatda olmuş və onun adına Qaçqınlar Komitəsindən 20.12.2004-cü il tarixində 60 manat, 19.10.2007-ci il tarixində 125 manat, 07.08.2008-ci il tarixində 90 manat, 02.12.2009-cu il tarixində 108 manat, cəmi 383 manat vəsait daxil edilmişdir. Mənzilin digər ödənişləri abonent tərəfindən bank və ya poçt vasitəsi ilə aparılmışdır. Hal-hazırda borcu yoxdur. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti tərəfindən verilmiş 1 mart 2017-ci il tarixli məktubda qeyd olunur ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbə şəhərciyinin 5-ci korpus 2014-cü ildə Universitetin əvvəlki rəhbərliyi dövründə sökülmüşdür. Sorğuda göstərilən hallarla bağlı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin heç bir rəsmi məlumatı yoxdur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X4 2-1(81)-239/2017 saylı iş) 17 aprel 2017-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən ona istinad etmişdir ki, məcburi köçkünlərin yerləşdirilməsi fərdi qaydada deyil, bunun üçün qəbul edilmiş Dövlət Proqramı çərçivəsində, həmin proqrama uyğun olaraq həyata keçirilir. Məcburi köçkünlərin mənzillə təmin edilməsi məqsədi ilə yaşayış binasının inşası isə köçürülməsi nəzərdə tutulmuş binada yaşayan məcburi köçkünlərin sayına müvafiq olaraq həyata keçirilir. Azərbaycan X18 4 saylı yataqxanasında məskunlaşmış məcburi köçkünlər üçün siyahı üzrə onların sayına müvafiq olaraq mənzillər inşa edilmiş və Abşeron rayonu Masazır qəsəbəsi ərazisində yeni salınmış yaşayış kompleksində yerləşdirilmişlər. Hazırda boş mənzil sahəsi qalmamışdır. Odur ki, iddianın təmin edilməsi faktiki cəhətdən mümkün deyildir. Buna görə də iddiaçının cavabdeh tərəfindən mənzillə təmin edilməsinə dair tələbi əsassızdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17 aprel 2017-ci il tarixli qərarı ilə razılaşan Bakı Apel lyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X13məruzəçi, X9 və X14, 2-1(103)-1598/17 saylı iş) 11 iyul 2017-ci il tarixli qərarla iddiaçının apellyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X10-məruzəçi, X23 və X24, 2-1(102)-2095/2017 saylı iş) 29 noyabr 2017-ci iltarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 11 iyul 2017-ci tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 29 noyabr 2017-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Pre zidentinin 1346 nömrəli Sərəncamı iddiaçının Azərbaycan X18 4 saylı yataqxanasında məskunlaşmasından 2 il sonra verilmişdir. Belə olan halda apellyasiya instansiya məhkəməsi ictimai binalarda və digər obyektlərdə müvəqqəti məskunlaşmış və yaşayan məcburi köçkün ailələrinin siyahılarının nə zaman tərtib olunmasını və hansı əsasla iddiaçının həmin siyahıya daxil edilməməsi məsələsi aydınlaşdırılmalıdır. İşə apellyasiya qaydasında yenidən baxılarkən Ali Məhkəməsinin 29 noyabr 2017-ci il tarixli qərarında qeyd edilən göstərişləri nəzərə alaraq, Azərbaycan X18 4 saylı yataqxanasında müvəqqəti məskunlaşmış və yaşayan məcburi köçkün ailələrinin siyahılarının nə zaman tərtib olunmasını və hansı əsasla iddiaçının həmin siyahıya daxil edilməməsi məsələsini aydınlaşdırmaq məqsədilə Nəsimi rayon İcra Hakimiyyəti başçısının Aparatına və Azərbaycan Respublikası Qaçqınların və X15 üzrə Dövlət Komitəsinə sorğular göndərmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Qaçqınların və X15 üzrə Dövlət Komitəsi 02/364 saylı, 12 mart 2018-ci il tarixli məktubda bildirilmişdir ki, “Dövlətqaçqınkom”un təyin etdiyi komissiya tərəfindən X18 tələbə yataqxanasında məskunlaşan məcburi köçkün ailələri köçürülən zaman İddiaçı (iddiaçı) faktiki olaraq kommunal xərclərdən ünvan 4 ünvanında istifadə etməklə həmin ünvanda yaşadığına görə adı köçürülmə siyahısına salınmamış və mənzillə təmin olunmamışdır. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının Aparatının 6/220 saylı, 6 mart 2018-ci il tarixli məktubunda qeyd edilmişdir ki, ADNA-nın Tələbə şəhərciyində yaşamış məcburi köçkünlər in tərtib olunmuş siyahısına iddiaçının da adı daxil edilmiş, lakin “Dövlətqaçqınkom” tərəfindən mənzil paylanan zaman onun otaqda faktiki yaşamadığı məlum olmuş və eyni zamanda vətəndaşın adı kommunal siyahıda Suraxanı rayonunda olduğundan o, mənzillə təmin olunmamışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17 aprel 2017-ci il tarixli qərarı ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X25məruzəçi, X29 və X20, 2-1(103)-103/18 saylı iş) 4 aprel 2018-ci il tarixli qərarla iddiaçının apellyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X2-məruzəçi, Dadaşov İlqar Ağababaş oğlu və X26, 2-1(102)-1729/2018 saylı iş) 7 noyabr 2018-ci iltarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 4 aprel 2018-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 7 noyabr 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi kassasiya instansiyası məhkəməsinin göstərişlərinə uyğun olaraq, müvafiq sorğularla Azərbaycan Respublikası Qaçqınların və X15 üzrə Dövlət Komitəsinə və Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinə müraciət etsə də, sorğulara cavab olaraq məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Qaçqınların və X15 üzrə Dövlət Komitəsinin 02/364 saylı, 12 mart 2018-ci il tarixli məktubuna və Bakı şəhəri Nəsimi ray on İcra Hakimiyyəti başçısının Aparatının 66/220 saylı, 06 mart 2018-ci il tarixli məktubuna hüquqi qiymət verməmiş, qərarda həmin məktubların yalnız məzmununu sadalamaqla kifayətlənmiş, beləliklə də iş üçün mühüm əhəmiyyət kəsb edən hallar tam araşdırılmamışdır. Təkrar apellyasiya icraatı zamanı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X15 üzrə Dövlət Komitəsi tərəfindən Bakı Apellyasiya Məhkəməsinə ünvanlanmış, 04.04.2019-cu il tarixli, 02/581 nömrəli məktubda Azərbaycan Respublikası Qaçqınların və X15 üzrə Dövlət Komitəsi tərəfindən aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, İddiaçı dövlət tərəfindən məcburi köçkünlərə verilən kommunal xidmətlər üzrə güzəştlərdən 2014-cü ilə kimi ünvan 7 ünvanında istifadə etdiyi, köçürmə komissiyası tərəfindən İddiaçı Azərbaycan X18 yataqx anasında dövlət tərəfindən məcburi köçkünlərə verilən kommunal güzəştlərdən istifadə etməməsi və yaşamaması müəyyən edildiyindən mənzillə təmin edilmədiyi qeyd olunmuşdur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17 aprel 2017-ci il tarixli qərarı ilə razılaşan BakıApellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X21məruzəçi, X11 və X27, 2-1(103)-410/19 saylı iş) 4 aprel 2019-cu il tarixli qərarla iddiaçının apellyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır. İddiaçı 9 iyul 2019-cu il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Ali Məhkəmənin iki qərarı ilə iddiaçı 2009-cu il tarixindən Azərbaycan X18 4 saylı yataqxanasının 5 saylı korpusunun 303 saylı otağında qeydiyyatda olması, yaşaması faktının tanınmasına baxmayaraq Bakı Apellyasiya Məhkəməsi Ali Məhkəmənin göstərişlərinə məhəl qoymur və təkcə ADNA-nın tələbə şəhərciyinin bir qrup sakini tərəfindən tərtib edilmiş 27.08.2013-cü il tarixli aktın komendant tərəfindən notarial qaydada təsdiq edilməməsini əsas tutaraq iddiaçının 2009-cu ildən 5-ci korpusun 303-cü otağında yaşamasını təsdiq edən mötəbər sübut kimi qəbul etməmişdir, halbuki Ali Məhkəmənin həm 29 noyabr 2017-ci il tarixli, həm də ki 7 noyabr 2018-ci il tarixli qərarı ilə iddiaçının 2009-cu ildən ADNA-nın 4 saylı yataqxanasının 5 saylı korpusunun 303 saylı otağında qeydiyyatda olması, yaşaması heç mübahisə olunmur. Əgər iddiaçı ADNA-nın tələbə şəhərciyində yaşamasaydı onda ADNA-nın tələbə şəhərciyində yaşamış məcburi köçkünlərin tərtib olunmuş siyahısına iddiaçının adı daxil edilməzdi. Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Aparatı ADNA-nın tələbə şəhərciyində yaşamış məcburi köçkünlərin siyahısına iddiaçının da adının daxil edildiyini qeyd etmişdir. İddiaçının həqiqətən də ADNA-nın tələbə şəhərciyinin 5 saylı yataqxanasının 303 saylı otağında müvəqqəti məskunlaşması ADNA-nın Tələbə Şəhərciyi tərəfindən verilmiş 27 avqust 2013-cü il tarixli, 1221 nömrəli arayışla təsdiq olunur. İş materiallarına əlavə olunan 10571 nömrəli 23 oktyabr 2013-cü il tarixli arayışdan da görünür ki, iddiaçı ünvan 8 ünvanda 2009-cu ildən yaşamır və kommunal xərclərə olan güzəştlərdən istifadəsi dayandırılıb. Həmin vaxtdan Qaçqınların və X15 üzrə Dövlət Komitəsinin Nəsimi ray onu üzrə qeydiyyata düşüb və bütün kommunal xərcləri də Qaçqınların və X15 üzrə Dövlət Komitəsinin Nəsimi rayonu şöbəsi tərəfindən ödənilmişdir. Bu hal Şöbənin 280 saylı, 7 fevral 2017-ci il tarixli arayışı ilə təsdiq olunur. Sözü gedən arayışda da bir daha görünür ki, iddiaçı Zəngilan rayonundan məcburi köçkündür və 30 iyul 2009-cu il tarixdən ADNA-nın 5-ci korpus otaq 303 ünvanında qeydiyyatdadır. İddiaçı göstərilənlərə əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı əsasızdır. tərəflərin izahatları: İddiaçının nümayəndəsi və vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişlər. əsaslandırma hissəsi: Cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və i ş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, o, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onun iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). İddiaçının kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən h ərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) aiddir. İddiaçı məcburi köçkündür, o məskunlaşdığı yataqxananın sökülərək yataqxanada məskunlaşmış digər məcburi köçkünlərin mənzillə təmin olunduğunu bildirib onun da mənzillə təmin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh iddiaçının yataqxanada faktiki yaşamadığını bildirib bundan imtina etmişdir. İddiaçı məhkəməyə müraciət edərək onun pozulmuş hüquqlarını bərpa edərək ya məcburi köçkünlər üçün Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində yeni salınmış yaşayış kompleksində, yaxud başqa mənzillə təmin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmiş, mübahisə ilə bağlı yuxarıdakı məhkəmə qərarları qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəməsi iddiaçının qeydiyyatda ol duğu yataqxanada faktiki yaşamadığına əsaslanaraq iddianı rədd edən birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlamışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi işdə olan sübutlarla bağlı kifayət qədər ətraflı faktiki və hüquqi qiymətləndirmə aparmışdır. İddiaçının ADNA-nın tələbə şəhərciyinin 5-ci korpusun 303-cü otağında yaşadığını sübut etmək üçün iddiaçının nümayəndəsi apellyasiya məhkəməsinə N-101423422 saylı arayış və 07.05.2009-cu il tarixli müqavilənin surətini təqdim etmişdir. Apellyasiya instansiyası məhkəməsi həmin müqaviləyə nəzər salaraq müəyyən etmişdir ki, müqavilədə bir tərəfin iddiaçı olduğu qeyd edilmiş, digər tərəfin kim olduğu qeyd edilməmiş, həmçinin müqavilənin hansı tarixdən etibarlı olması və neçə il müddətinə bağlanılması q eyd edilməmişdir. Apellyasiya məhkəməsi iddiaçının nümayəndəsinin həm də arayış təqdim etməsini bildirmiş, işin 2-ci cild 4-cü səhifəsində olan 7 avqust 2013-cü il tarixli X28 arayışında ak. Mirəli Qaşqay adına ev 5, mənzil 303 ünvanda yaşayan iddiaçıya həqiqətən *** ** ** saylı telefonun abunəçisi olduğu və 7 avqust 2013-cü ildə telefonu qovşağa təhvil verildiyi qeyd edilmişdir. Apellyasiya məhkəməsinin qeyd etdiyi kimi 7 may 2009-cu il tarixli telekommunikasiya xidmətlərinin göstərilməsi barədə müqavilədə müqavilənin müddəti qeyd edilməsə də, onun digər tərəf olan X28 möhürü ilə təsdiq edildiyi müəyyən edilir. Hazırkı halda mübahisə telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı deyil, siyahı tərtib edilərkən iddiaçının qeydiyyatda olduğu yerdə faktiki yaşayıb-yaşamaması ilə bağl ı olduğundan xidmətlərə dair müqavilənin tərəfinin iddiaçı olması iddianın təmini üçün yetərli əsas sayıla bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 24 dekabr tarixli 200 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydalarının tələblərinə əsasən məcburi köçkünlər məskunlaşdırılması və başqa yaşayış sahəsinə köçürülməsi məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları şəhər və rayon icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Apellyasiya instansiyası məhkəməsi mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyinin apellyasiya instansiyası məhkəməsi üçün məcburi olması barədə İPMin 96.11-ci maddəsi ilə yanaşı, sübutların tam və hərtərəfli araşdırdıqdan sonra qiymətləndirilməsinə dair İPM-in 58.7-ci maddəsinin tələbinə əməl etmişdir. Cavabdeh 02/364 saylı, 12 ma rt 2018-ci il tarixli məktubunda apellyasiya instansiyası məhkəməsinə bildirmişdir ki, “Dövlətqaçqınkom”un təyin etdiyi komissiya tərəfindən X18 tələbə yataqxanasında məskunlaşan məcburi köçkün ailələri köçürülən zaman iddiaçı faktiki olaraq kommunal xərclərdən ünvan 4 ünvanında istifadə etməklə həmin ünvanda yaşadığına görə adı köçürülmə siyahısına salınmamış və mənzillə təmin olunmamışdır (1ci cild səh.208). Cavabdeh digər məktublarında da tələbə yataqxanasında məskunlaşan məcburi köçkün ailələri köçürülən zaman iddiaçının faktiki olaraq kommunal xərclərdən ünvan 4 ünvanında istifadə etməklə həmin ünvanda yaşadığına görə adı köçürülmə siyahısına salınmadığını bildirmişdir. Cavabdehin mövqeyinə görə faktiki köçürülmə zamanı iddiaçı kommunal xərclərdən ünvan 4 ünvanında istifadə etmişdir. Cavabdeh yenə 4 aprel 2019-cu il tarixli məktubunda iddiaçının dövlət tərəfindən məcburi köçkünlərə verilən kommunal xidmətlər üzrə güzəştlərdən 2014-cü ilə kimi ünvan 10 ünvanında istifadə etdiyi bildirilmişdir. Məktuba Azərenerji, Azərsu və Azəriqazla bağlı ayrı-ayrı illərin məlumatları əlavə edilmişdir (2-ci cild, səh 33,34). Əlavəyə görə iddiaçı ilə bağlı Azərenerji tərəfindən 2009, 2010, 2011 və 2-13-cü illər üçün, Azərsu tərəfindən 2010, 2011, 2012 və 2013-cü illər üçün, Azəriqaz tərəfindən 2009, 2010, 2011, 2012 və 2013-cü illər üçün kommunal xərclər Qaraçuxur 4042/60 ev 3/8 ünvanına köçürülmüşdür. İddiaçı üçün ödənilən kommunal xərclərin Qaraçuxur 4042/60 ev 3/8 ünvanına köçürülməsi onun həmin illərdə qeydiyyatda olduğu yerdə yaşamamasını təsdiq edir. Azərbaycan Respublikası Nazirl ər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi Fondunun yaşayış sahələrinin verilməsi” haqqında Qaydasının tələblərinə əsasən məcburi köçkünlərin müvəqqəti yaşayış sahələri ilə təmin edilməsi həyata keçirilir. Bu sahədə qəbul edilmiş Dövlət Proqramına və Dövlət Proqramına edilmiş sahələrə uyğun olaraq ölkə ərazisində salınmış yeni qəsəbələrə yalnız həmin Dövlət Proqramında və ona edilmiş Əlavələrdə göstərilən ictimai binalarda və digər obyektlərdə müvəqqəti məskunlaşmış daimi yaşayan məcburi köçkün ailələri köçürülür. Məcburi köçkünlərin yeni yaşayış sahələrində müvəqqəti yerləşdirilməsi Komitənin qərarı ilə yaradılmış Komissiya tərəfindən mərhələli və şəffaf şəkildə həyata keçirilir. Komissiya Komitənin, ai diyyəti yerli rayon (şəhər) və əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin, həmçinin məcburi köçkün icmalarının nümayəndələrindən ibarət təşkil olunur. Məcburi köçkünlərin mənzillə təmin edilməsi müvafiq yerli rayon (şəhər) icra hakimiyyətləri tərəfindən bu Qaydanın 1 nömrəli əlavəsində göstərilən formada tərtib və təsdiq edilmiş siyahı və bu Qaydanın 2 nömrəli əlavəsində göstərilən formada təqdim edilmiş ərizələr əsasında həyata keçirilir (2.1-ci bənd). Yeni yaşayış sahələrinə köçürüləcək məcburi köçkün ailələrinin siyahısının düzgünlüyünə və dəqiqliyinə görə həmin siyahını tərtib və təsdiq etmiş müvafiq yerli rayon (şəhər) icra hakimiyyətləri məsuliyyət daşıyırlar (2.2-ci bənd). Rayon (şəhər) icra hakimiyyətlərinin bu Qaydanın 1 nömrəli əlavəsində göstərilən formada tərtib və təsdiq edərək Komitəyə təqdim etdikləri siyahılar və məcburi köçkünlərin mənzillə təmin edilməsi barədə Komitəyə bu Qaydanın 2 nömrəli əlavəsində göstərilən formada təqdim etdikləri ərizələr Komissiya tərəfindən araşdırılaraq yekun qərar qəbul edilir (2.3-cü bənd). Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarında, sərəncamlarında və dövlət proqramlarında nəzərdə tutulan obyektlərdə və eyni zamanda, köçürülməsinə daha çox ehtiyac olan digər obyektlərdə yaşayan, müvafiq yerli rayon (şəhər) icra hakimiyyətləri tərəfindən bu Qaydanın 1 nömrəli əlavəsində göstərilən formada tərtib və təsdiq edilərək Komissiyaya təqdim olunmuş siyahıya daxil edilmiş “məcburi köçkün” statusu olan şəxslərə mənzil verilir (24.1-ci bənd). Yeni salınmış yaşayış kompleksinə köçürülənədək köçürülmə obyektində daimi yaşayan və həmin yer üzrə kommunal xidmətlərdən istifadə edən məcburi köçkün ailələrinə yaşayış sahəsi verilir (24.2-ci bənd). Müvəqqəti yaşayış sahəsinin verilməsi zamanı köçürülmə obyektində qeydiyyatda olub, lakin orada faktiki yaşamayan məcburi köçkünlərə mənzil verilmir (2.11.1-ci bənd). Digər şəhər və rayonlarda müvəqqəti məskunlaşmış, lakin məskunlaşma obyektində yaşayan məcburi köçkünlərin köçürüləcəyindən istifadə edərək son 3 (üç) ildə həmin obyektdə yerləşib yaşayanlara mənzil verilmir (2.11.3-cü bənd). İddiaçının Azərbaycan X18 4 saylı yataqxanasında 5-ci Korpusunun 303 saylı otağında qeydiyyatda olması mübahisə doğurmur. Yataqxana sökülərkən və orada məskunlaşmış məcburi köçkünlər mənzi llə təmin edilərkən iddiaçının sökülmədən əvvəlki illərdə yataqxanada faktiki yaşamaması barədə cavabdehin dəlilləri əsaslı olduğundan apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-410/2019 saylı, 4 aprel 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar