Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2967/2023 29.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: apellyasiya şikayətinin mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Zakir Quliyev (məruzəçi), Rahib Nəbizadə və Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma”” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3727/2023 nömrəli, 27 sentyabr 2023-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasə n işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
1. İddiaçılar cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin inzibati binasının yerləşdiyi ünvana qeydiyyata alınma öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər.
2. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9066/2023 nömrəli, 30 may 2023-cü il tarixli qərarı ilə (sədrlik edən hakim L.Musayeva) iddianın təmin edilərək, İddiaçı1 və İddiaçı2 Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin ünvanı (inzibati binası) üzrə qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
3. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin r ədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3727/2023 nömrəli, 27 sentyabr 2023-cü il tarixli qərardadı ilə (hakimlər: X.Cəmilova /sədrlik edən və məruzəçi/, A.Oruczadə və R.Səmədov) birinci instansiya məhkəməsinin 30 may 2023-cü il tarixli qərarından cavabdeh Bakı şəhəri Suraxanı rayon Polis İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş və şikayətin qəbulundan imtina edilmişdir.
5. Məhkəmə kollegiyası qeyd etmişdir ki, prosessual müddətin bərpasının şəxsin ərizəsi əsasında mümkünlüyünü, cavabdehin apellyasiya qaydasında mübahisələndirdiyi xx.xx.2023-cü il tarixli qərardan apellyasiya şikayətini qanunla müəyyən edilmiş 30 günlük mü ddət ərzində verdiyini təsdiq edən mötəbər sübutlarının olmadığını, prosessual müddətin üzrlü sayılması ilə bağlı müddətin bərpasına dair müvafiq ərizəni verməklə bağlı hüquqi yardım göstərilsə də, cavabdehin həmin prosessual hüquqi müdafiə vasitələrindən istifadə imkanını dəyərləndirmədiyini və bununla bağlı sübutları təqdim etmədiyini nəzərə alaraq hesab edir ki, şikayət qeyri-mümkün sayılmalı və onun qəbulundan imtina edilməlidır.
6. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini, müddətin buraxılmış hesab edilməməsi və apellyasiya şikayətinin baxılmasının mümkün hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
7. Cavabdehin kassasiya şikayəti onunla əsasl andırılmışdır ki, Suraxanı Rayon Polis İdarəsinin cavabdeh olduğu inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)9066/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(103)-3727/2023 saylı qərardadı ilə prosessual müddət ötürüldüyü üçün mümkün hesab edilməmiş və şikayətin qəbulundan imtina edilmişdir. Məhkəmənin gəldiyi qənaətə əsas Bakı İnzibati Məhkəməsinin 2-1(112)9066/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının işdə olan poçt xəbərnaməsindən göründüyü kimi, xx.xx.2023-cü il tarixdə cavabdeh orqanın əməkdaşı tərəfindən imza atılaraq götürüldüyü, apellyasiya şikayətinin isə müddət ötürülərək xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim edilməsidir.
8. Məhkəmə qərarı xx.xx.2023-cü il tarixdə poçt vasitəsilə təqdim edildiyi qeyd edilsə də, həmin məktub rəsmi olaraq qeydiyyata gec alınmışdır. Bildirir ki, Bakı İnzibati Məhkəmənin qərarı məsul şəxsin səhlənkarlığı nəticəsində gec qeydiyyata alınmış və cavabdehin hüquqi müdafiəsi üçün nəzərdə tutulan müddətin ötürülməsinə səbəb olmuşdur. TƏTBİQ EDİLƏN HÜQUQ
9. İnzibati Prosessual Məcəllə: Maddə
22. Müddətlər 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. 22.2. Müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Maddə
23. Hüquqi müdafiə vasitələri ilə bağlı prosessual müddətlərin hesablanmas ı 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə
24. Prosessual müddətlərin bərpa olunması 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə
85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu M əcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda, Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
10. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şika yətçinin tələbləri göstərilmişdir.
11. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
12. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
13. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti ya lnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
14. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
15. Bununla belə, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.
16. Hazırkı qərarın 8-ci bəndində qeyd olunan normalara əsasən, məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət ve rmənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır.
17. İş materiallarından görünür ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9066/2023 saylı 30 may 2023-cü il tarixli qərarı xx.xx.2023-cü il tarixli məktubla cavabdeh inzibati orqana göndərilmiş, cavabdeh inzibati orqan tərəfindən sifarişli poçt xəbərnaməsinin “şəxsən” qrafasının qarşısına imza edilməklə xx.xx.2023-cü il tarixdə qəbul edilmişdir. Belə olan halda, həmin məhkəmə qərarından şikayət verilməsi ilə bağlı müddətinin axımı 24 iyun 2023-cü il tarixindən başlayır və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsinə əsasən 30 gün təşkil edir.
18. Cava bdehin kassasiya şikayətinin dəlili ondan ibarətdir ki, məhkəmə qərarı xx.xx.2023-cü il tarixdə poçt vasitəsilə təqdim edildiyi qeyd edilsə də, həmin məktub rəsmi olaraq qeydiyyata gec alınmışdır. Bildirir ki, Bakı İnzibati Məhkəmənin qərarı məsul şəxsin səhlənkarlığı nəticəsində gec qeydiyyata alınmış və cavabdehin hüquqi müdafiəsi üçün nəzərdə tutulan müddətin ötürülməsinə səbəb olmuşdur.
19. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən cavabdehə göndərilmiş 15 sentyabr 2023-cü tarixli məhkəmə bildirişində Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsinə uyğun xidməti vəzifədən istifadə edilərək həmin Məcəllənin 13cü maddəsində nəzərdə tutulmuş hüquqi yardım göstərilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 9066/2023 saylı 30 may 2023-cü il tarixli qərarından apelly asiya şikayətinin qanunla müəyyən edilmiş müddətdə verildiyinə dair sübutları və ya həmin qərardan şikayət verilməsi üçün prosessual müddət ötürüldüyü təqdirdə həmin müddətin bərpa edilməsinə dair müvafiq ərizənin, həmçinin apellyasiya şikayətini imzalamaq səlahiyyətinin olmasını təsdiq edən sənədin (etibarnamənin) yuxarıda qeyd olunan tarixdə məhkəməyə təqdim edilməsi təklif edilmişdir. Lakin cavabdeh tərəfindən qərarı rəsmi aldığı xx.xx.2023cü il tarixdən 30 gün müddətində olmaqla, xx.xx.2023-cü il tarix hesab olunduğu halda, cavabdeh tərəfindən apellyasiya şikayəti prosessual müddət ötürülməklə məhkəməyə xx.xx.2023-cü il tarixdə daxil olmuşdur.
20. Bununla bağlı məhkəmə kollegiyası apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, cavabdehin apellyasiya qaydasında mübahisələndirdiyi xx.xx.2023-cü il tarixli qərardan apellyasiya şikayətini qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində verdiyini təsdiq edən mötəbər sübutlarının olmadığını, prosessual müddətin üzrlü sayılması ilə bağlı müddətin bərpasına dair müvafiq ərizəni verməklə bağlı hüquqi yardım göstərilsə də, cavabdehin həmin prosessual hüquqi müdafiə vasitələrindən istifadə imkanını dəyərləndirmədiyini və bununla bağlı sübutları təqdim edə bilməmişdir.
21. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya şikayətinin mümkün sayılmaması barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə mahiyyət etibarı ilə əsaslı və düzgün sayılmalıdır. Odur ki, cavabdehin kassasiya şikayəti təmin olunmamalı, apellyasiya məhkəməsinin qərardadı dəyişdiril mədən saxlanılmalıdır.
22. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 sentyabr 2023-cü il tarixli, 2-1(103)-3727/2023 qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir