Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2968/2019 30.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı x1-nin cavabdeh Vergilər Nazirliyi yanında Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qərarların ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçının vəkili Bağırova Janna Mirzə qızının, Cavabdehin nümayəndəsi x1, Cavabdehin vəkili Əhməd İsmayıl Əhməd oğlunun iştirakları ilə, İddiaçı x1-nin cavabdeh Vergilər Nazirliyi yanında Bakı şəhər Lokal Gəlirlər Baş İdarəs inə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 25 iyun tarixli 2-1(103)-1247/2019 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı 2017-ci il 13 noyabr tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdeh tərəfindən ona hesablanmış 30.421,36 manat vergi borcunun və 7.354,86 manat məbləğində faiz borcunun silinməsini xahiş etmişdir. İddiaçı 2018-ci il 30 yanvar tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən qəbul edilmiş 2017-ci il 6 fevral tarixli, **********120000 nömrəl i və 2017-ci il 14 iyun tarixli, **********424800 nömrəli “Vergilərin hesablanması barədə” qərarların ləğv edilməsini və həmin qərarlara əsasən hesablanmış vergi borcunun silinməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 29 may tarixli 2-1(81)-359/2018 nömrəli qərarı ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh tərəfindən qəbul edilmiş 2017-ci il 14 iyun tarixli **********424800 nömrəli “Vergilərin hesablanması barədə” qərar ləğv edilmiş və həmin qərara əsasən hesablanmış vergi borcu silinmiş, iddia qalan hissədə rədd edilmişdir. İddiaçı həmin qərarı mübahisələndirməmişdir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın qismən – iddia tələbinin təmin olunan hissəsində ləğv edilməsini və iddian ın tam rədd olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 7 noyabr tarixli 2-1(103)-2322/18 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın qismən – iddia tələbinin təmin olunan hissəsində ləğv edilməsini və iddianın tam rədd olunmasını xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 19 mart tarixli 2-1(102)-722/2019 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 7 noyabr tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması ü çün həmin məhkəməyə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 25 iyun tarixli 2-1(103)-1247/2019 nömrəli qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı iddia tələbinin təmin olunan hissəsində ləğv olunmuş, iddia həmin hissədə mümkün sayılmamışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, tərəflər arasında bağlanılmış 2015-ci il 26 may tarixli “Elektron sənəd mübadiləsi haqqında” müqaviləyə əsasən 2017-ci il 14 iyun tarixli **********424800 nömrəli “Vergilərin hesablanması barədə” qərar 2017-ci il 16 iyun tarixdə iddiaçının elektron ünvanına göndərilmiş və 2017-ci il 22 iyun tarixdə iddiaçı tərəfindən oxunulmuş və qəbul edilmişdir. Buna baxmayaraq, vergi ödəyi cisi 2017ci ilin noyabr ayında məhkəməyə müraciət edərək iddia vermək üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 38.1-ci maddəsində nəzərdə tutulmuş prosessual müddəti 4 ay ötürmüşdür. Məhkəmənin qərardadı iddiaçıya 2019-cu il 23 iyul tarixdə təqdim edilmişdir. İddiaçı həmin qərardaddan 2019-cu il 1 avqust tarixdə kassasiya şikayəti vermişdir. O, qərardadın ləğv edilməsini və iddianın mümkün sayılmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, 2017-ci il 14 iyun tarixli **********424800 nömrəli “Vergilərin hesablanması barədə” qərarının surəti iddiaçıya verilmə tarixini təsdiq edən üsulla təqdim edilməmişdir. Hətta, tərəflər arasında “Elektron sənəd mübadiləsi haqqında müqavilə” imzalansa belə bu müq avilə cavabdehə qanunla nəzərdə tutulmuş vəzifəsini yerinə yetirməkdən azad etmir. “İnzibati icraat haqqında” Qanunun 62.2-ci maddəsinə əsasən, poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Həmin Qanunun 62.3-cü maddəsinə əsasən, bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. Vergi Məcəlləsinin 49.3-cü maddəsinə əsasən, vergi ödəyici sinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə çıxarılmış qərar əsasında 10 gündən gec olmayaraq vergi ödəyicisinə vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə tələbnamə göndərilir. Həmin Məcəllənin 49.4-cü maddəsinə əsasən, vergi orqanının qərarının surəti və tələbnamə vergi ödəyicisinə və ya onun nümayəndəsinə verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. Vergi ödəyicisi və ya onun nümayəndəsinin bilərəkdən hərəkətləri nəticəsində vergi orqanının qərarının surəti və (və ya) tələbnaməsi ona təqdim oluna bilinmirsə, bu sənədlər (sənəd) onların (onun) sifarişli məktubla alınması günündən təqdim edilmiş hesab edilir. Həmin Məcəllənin 49.5-ci maddəsi nə əsasən, vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Vergi ödəyicisi ilə vergi orqanı arasında yaranmış münasibətlər yalnız vergi məcəlləsi ilə tənzimləndiyindən, apellyasiya instansiyası məhkəməsinin qərarı əsassızdır. Çünki, cavabdeh inzibati orqan kimi bəzi məsələlərdə “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq hərəkət etməli olmasına baxmayaraq, Vergi Məcəlləsi vergi ödəyicisi ilə vergi orqanı arasında xüsusi tənzimləməni yerinə yetirdiyinə görə qərarın təqdim edilməsi üsulu yalnız Vergi Məcəlləsinə əsasən həyata keçirilməli idi. Vergi Məcəlləsinin 2.3-cü maddəsinə əsasən, vergi qanunvericiliyi aktları ilə digər sahə qanunvericilik aktları arasında bu Məcəllənin 2.7-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, vergitutma və vergi nəzarəti məsələləri üzrə ziddiyyət yarandıqda, vergi qanunvericiliyinin aktları tətbiq edilir. Qanunvericiliyin tələblərindən də göründüyü kimi, vergi qanunvericiliyi aktları ilə digər sahə qanunvericilik aktları arasında ziddiyyət yarandıqda vergi qanunvericiliyinin aktları tətbiq edilir. Vergi qanunvericiliyinə əsasən sənədlər vergi ödəyicisinə təsdiq etmə üsulu ilə təqdim edilməlidir. Yəni artıq bu tələbə əməl edilməməsi cavabdehin daha bir qanun pozuntusudur ki, bu pozuntunu da qanunverici vergi ödəyicisinin xeyrinə həll edilməsi kimi nəzərdə tutmuşdur. Həmin Məcəllənin özündə xüsusi ilə göstərilmişdir ki, qərarın surəti vergi ödəyicisinə və ya onun nümayəndəsinə verilmə tarixin i təsdiq edən üsulla təqdim edilmədiyi təqdirdə, vergi orqanının qərarının məhkəmə tərəfindən ləğv edilməsi üçün əsas yaranır. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçının vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçı cavabdehin qeyd olunan qərarlarını mübahisələndirmə müddətini ötürmüşdür. Bununla bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə vəsatət verilmiş, lakin təmin edilməmişdir. Belə ki, vergi ödəyicisi və vergi orqanı arasında bağlanmış 2015ci il 26 may tarixli “Elektron sənəd mübadiləsi haqqında” müqaviləyə əsasən iddia tələbinin əsasını təşkil edən 2017-ci il 6 fevral tarixli, **********120000 nömrəli “Verg ilərin hesablanması barədə” qərar 2017-ci il 7 fevral tarixdə və 2017-ci il 14 iyun tarixli, **********424800 nömrəli “Vergilərin hesablanması barədə” qərar 2017-ci il 16 iyun tarixdə iddiaçının elektron ünvanına göndərilmiş və həmin qərarlar müvafiq olaraq 2017-ci il 11 aprel və 2017-ci il 22 iyun tarixdə iddiaçı tərəfindən oxunulmuş və qəbul edilmişdir. Buna baxmayaraq, vergi ödəyicisi həmin qərarları 2017-ci il 14 may tarixdə mübahisələndirmiş, bununla da prosessual müddəti ötürmüşdür. Cavabdeh göstərilənlərə əsasən şikayətin təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında etirazda göstərilənləri müdafiə edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəmə sinin qərardadının dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Əsaslandırma hissəsi: Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2ci və 94.4-cü maddələri). Lakin şikayət əsaslı deyil. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İşdən göründüyü kimi, iddiaçı ilkin olaraq 2017-ci il 13 noyabr tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdeh tərəfindən ona hesablanmış 30.421,36 manat vergi borcunun və 7.354,86 manat məbləğində faiz borcunun silinməsini xahiş etmişdir. Beləliklə, iddiaçı vergilərin hesablanmasına dair qərarların mübahisələndiril məsinə dair iddia ilə deyil, hesablanmış vergi borclarının silinməsinə dair öhdəliyin icrası haqqında iddia ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsinə qoşulan sənədlər sırasında silinməsi tələb olunan borcların hesablanmasına dair qərarlar da olmuşdur. Başqa sözlə, iddiaçının sonradan məhkəməyə təqdim etdiyi 2018-ci il 30 yanvar tarixli iddia ərizəsində mübahisələndirdiyi (hal-hazırda məhkəmə baxışının predmeti olan) 2017-ci il 14 iyun tarixli, **********424800 nömrəli “Vergilərin hesablanması barədə” qərar ən azından 2017ci il 13 noyabr tarixdə iddiaçının sərəncamında idi (İ cild, iş v.13). İddiaçı həmin qərarın ləğvinə dair iddianı 2018-ci il 30 yanvar tarixdə, yəni İPM-in 38.1-ci maddəsində nəzərdə tutulmuş prosessual müddət keçdikdən sonra irəli sürmüşdür. İPM-in 38.1-ci maddəsin ə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddianın mümkünsüzlüyünə dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsas yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 25 iyun tarixli 2-1(103)-1247/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-2968/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2968/2019
30.10.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver