Məhkəmə qərarları › İş №2-1(102)-2969/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2969/2019

12.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2969/2019 12.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı2, İddiaçı2 və İddiaçı3 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: məhkəmə qərarının icra edilməməsinə görə tətbiq edilən cərimə, əsaslandırılmış məhkəmə qərarı. GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Hüseynov Azər Soltanhəmid oğlu, Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı məhkəmə qərarının icra edilməməsinə görə cərimənin tətbiq edilməsi barədə iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)1780/2019 saylı, 16 iyul 2019-cu il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 12 noyabr 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ 2 saylı ünvan 47-ci il tarixli qərarı (hakim - E.M.Mustafayev) ilə iddia tələbi təmin edilərək, ünvan 1 ünvanda iddiaçıların faktiki torpaq sahələri paylı mülkiyyətlərində olan 0.0182 ha torpaq sahəsindən 0.0216 ha çox olduğu və texniki pasportlarda səhvən 0.0182 ha göstərildiyi səbəbindən həmin faktiki torpaq sahələrinin ölçüsünün dəqiqləşdirilərək texniki pasportlarda düzəliş edilməklə rəqəmlə düzgün göstərilməsi, ünvan 1 ünvanda iddiaçıların paylı mülkiyyətlərindəki 0.0182 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 61.4 m2 olan fərdi yaşayış evinin tikinti altı sahəsinin texniki pasportlarda səhv göstərilən 80 m2-dən 3.7 m2 çox olduğu səbəbindən həmin fərdi yaşayış evinin tikinti altı sahəsinin dəqiqləşdirilərək texniki pasportlarda düzəliş edilməklə rəqəmlə düzgün göstərilməsi, ünvan 1 ünvanda iddiaçıların paylı mülkiyyətlərindəki 0.0182 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 61.4 m2 olan fərdi yaşayış evinin tikinti həcminin texniki pasportlarda səhv göstərilən 256 m3 deyil 377.6 m3 olduğu səbəbindən həmin fərdi yaşayış evinin tikinti həcminin dəqiqləşdirilərək texniki pasportlarda düzəliş edilməklə rəqəmlə düzgün göstərilməsi, ünvan 1 ünvanda iddiaçıların paylı mülkiyyətlərindəki 0.0182 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 61.4 m2 olan fərdi yaşayış evinin yerin planlaşdırılan səviyyəsindən 1.22 metr yuxarıda olduğu texniki pasportlarda göstərilmədiyi səbəbindən həmin 1.22 metr səviyyə fərqinin dəqiqləşdirilərək texniki pasportlarda rəqəmlə düzgün göstərilməsi, ünvan 1 ünvanda iddiaçıların paylı mülkiyyətlərindəki 0.0182 ha torpaq sahəsi üzərində yerləşən tikinti altı sahəsinin 15.9 m2 olan tikilinin daxili sahəsinin 12.8 m2 və tikildiyi ilin 1970-ci il olduğu texniki pasportlarda göstərilmədiyi səbəbindən həmin tikilinin d axili sahəsi 12.8 m2 -in və tikildiyi il 1970-ci ilin texniki pasportlarda rəqəmlə düzgün göstərilməsi, ünvan 1 ünvanda iddiaçıların paylı mülkiyyətlərində olan 0.0182 ha torpaq sahəsinə bitişik əlavə istifadələrində olan 0.0216 ha torpaq sahəsinin cizgisinin və həmin əlavə istifadələrində olan torpaq sahəsi üzərindəki tikililərinin cizgisinin texniki pasportlarda göstərilmədiyi səbəbindən həmin əlavə istifadələrində olan 0.0216 ha torpaq sahələrinin və üzərindəki tikililərinin cizgisinin tərtib olunaraq texniki pasportlarda düzgün göstərilməsi vəzifələrinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Daha sonra cavabdeh tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri yuxarı instansiya məhkəmələri tərəfindən təmin edilməyərək qərar qanuni qüvvəyə minmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi 14 sentyabr 2018-ci il tarixli məktubla qərarı icraya yönəltmiş, 25 oktyabr 2018-ci il tarixli məktubla icra barədə məlumat verilməsini tələb etmiş, 10 dekabr 2018-ci il tarixli məktubunda isə icra üçün 14 yanvar 2019-cu il tarixədək müddət müəyyən edərək cavabdehə məsuliyyət tədbirləri barədə xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi 18 dekabr 2018-ci il tarixli məktubla məhkəməyə məlumat verərək qərarın icra olunduğunu bildirmiş, həmçinin icranın həyata keçirilməsinin sübutu kimi texniki pasportu məktuba əlavə etmişdi r. 07 yanvar 2019-cu il tarixdə iddiaçılar məhkəməyə müraciət edərək göstərmişlər ki, qərar cavabdeh tərəfindən icra olunmamışdır. Belə ki, 2 saylı ünvan 47-ci il tarixli qərarının nəticə hissəsindən görünür ki, faktiki torpaq sahəsinin ölçüsü 0,0398 ha təşkil edir və həmin qərarda torpaq sahəsi üzərində (10,3x9,0)m ölçüdə 93 kv.m tikinti altı sahəsi olan əlavə bir mərtəbəli yaşayış evinin olduğu göstərilir. Lakin cavabdeh tərəfindən təqdim edilmiş texniki pasportun nüsxəsindən görünür ki, faktiki torpaq sahəsi 0,0216 ha göstərilmiş, torpaq sahəsi üzərində (10,3x9,0)m ölçüdə 93 kv.m tikinti altı sahəsi olan əlavə bir mərtəbəli yaşayış evi isə göstərilməmişdir. Ona görə də, iddiaçılar məhkəmədən 2 saylı ünvan 47-ci il tarixli qərarının icrasının təmin edilməsini xahiş etmişlər. Azərbaycan R espublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 14 yanvar 2019-cu il tarixli məktubda göstərilmişdir ki, ünvan 3 ünvanda iddiaçıların paylı mülkiyyətlərində olan 0,0182 ha torpaq sahəsinə bitişik əlavə istifadələrində olan 0,0216 ha torpaq sahəsinin cizgisinin və həmin əlavə istifadələrində olan torpaq sahəsi üzərindəki yaşayış evi söküldüyündən yeni tərtib edilmiş texniki pasportda öz əksini tapmamışdır. Bundan sonra məhkəmə tərəfindən cavabdehə 12 fevral 2019-cu il tarixdə məktub ünvanlanaraq 2 saylı ünvan 47-ci il tarixli qərarı icra edilərkən yol verilmiş yanlışlıqların aradan qaldırılaraq qərarın tam və düzgün formada icra edilməsi, yeni texniki pasportun hazırlanaraq 14 mart 2 019-cu il tarixədək bu barədə məlumat verilməsi cavabdehdən tələb olunmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 25 fevral 2019-cu il tarixli məktubda yenidən göstərilmişdir ki, ünvan 3 ünvanda iddiaçıların paylı mülkiyyətlərində olan 0,0182 ha torpaq sahəsinə bitişik əlavə istifadələrində olan 0,0216 ha torpaq sahəsinin cizgisinin və həmin əlavə istifadələrində olan torpaq sahəsi üzərindəki yaşayış evi söküldüyündən yeni tərtib edilmiş texniki pasportda öz əksini tapmamışdır. Bundan sonra iddiaçılar 06 mart 2019-cu il tarixdə məhkəməyə müraciət edərək 2 saylı ünvan 47-ci il tarixli qərarının məhkəmənin müəyyən etdiyi 14 mart 2019-cu il tarixədək icra edilmə si üçün qanuna müvafiq tədbirlər görülməsini, həmin tarixədək icra edilmədikdə isə cavabdehin cərimə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişlər. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24 aprel 2019-cu il tarixli, 2-1(82)-4097/2017 saylı qərardadı (hakim – E.M.Mustafayev) ilə qüvvəyə minmiş məhkəmə qərarının icrasını lazımi qaydada təmin etmədiyinə görə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. Qərardaddan cavabdeh apellyasiya şikayəti vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi cavabdehin müvafiq məhkəmə qərarını lazımi qaydada icra etməməsinə istinad etsə də, bunu əsaslandıra bilməmişdir. Məhkəmən in qərarı İdarə tərəfindən düzgün icra olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1780/2019 saylı, 16 iyul 2019-cu il tarixli qərardadı (sədrlik edən və məruzəçi hakim – V.M.Ağayev, hakimlər – A.B.Nuriyeva və C.A.Yusifov) ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24 aprel 2019-cu il tarixli, 2-1(82)-4097/2017 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Belə ki, 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 15 dekabr 2017-ci il tarixli, 2-1 (82)4097/2017 nömrəli qərarı qanuni qüvvəyə minmiş və icra üçün İdarəyə göndərilmişdir. Sözügedən məhkəmə qərarı 04.01.2019-cu il tarixdə İdarə tərəfindən tam şəkildə icra olunaraq müvafiq fərdi yaşayış evinə dair texniki pasportlarda düzəliş edilmiş, iddiaçıların adına inventar nömrəsi 04/830 olan yeni texniki pasport verilmiş və bu barədə 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinə **********31 nömrəli, 25.02.2019-cu il tarixli məktubla rəsmi məlumat verilmişdir. Lakin birinci instansiya vəapellyasiya instansiyası məhkəməsi qeyd olunan halları və müvafiq qərarın İdarə tərəfindən icra olunmasını nəzərə almamış və qanunsuz olaraq idarənin cərimə edilməsi barədə qərardad qəbul etmişlər. Məhkəmələr qərarın lazımi qaydada icra olunmamasına istinad etsələr də, bunu əsaslandıra bilməmişlər. Tərəflərin izahatları M əhkəmə iclasında cavabdehin vəkili kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçılar məhkəmə iclasında iştirak etməmişlər. Onlar məhkəməyə ünvanladıqları müraciətlərində kassasiya şikayətinin təmin edilmədən, apellyasiya məhkəməsinin qərardadının isə dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Məhkəmə işə iddiaçıların iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Pr osessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kollegiya hesab edir ki, kassasiya şikayəti təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməklə iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, hazırkı iş qanuni qüvvəyə minmiş məhkəmə qərarının lazımi qaydada icra edilməməsinə görə inzibati orqanın (cavabdehin) cərimə edilməsi ilə bağlıdır. Bununla əlaqədar Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 120-ci maddəsində təsbit edilmişdir ki, bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edılmədıkdə, birinci instansiya məhkəməsı proses iştirakçısının ərizəsınə əsasən və ya xıdməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. Bu Məcəllənin 120-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzıbati orqan tərəfındən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir. Cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. Cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər. Birinci instansiya məhkəməsi özünün mövqeyini onunla əsaslandırmışdır ki, qüvvəyə minmiş 2 saylı ünvan 47-ci il tarixli qərarının icrası cavabdeh inzibati orqan tərəfindən lazımi qaydada təmin edilməmişdir. Apellyasiya məhkəməsi də birinci instansiya məhkəməsinin qərarında göstərilənləri olduğu kimi təkrarlamaqla, hər hansı yeni hala toxunmadan və yeni qiymətləndirmə aparmadan məhkəmənin maddi və prosessual hüquq normalarını mübahisəyə düzgün tətbiq etdiyi nəticəsinə gəlmişdir. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ə rizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 69.3-cü maddəsinə görə məhkəmə qərarının təsviri hissəsində proses iştirakçılarının mövqeləri nəzərə alınmaqla, mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti (iddiaçının tələbi, cavabdehin etirazları və ya mülahizələri və s.) yığcam şəkildə və mahiyyəti üzrə ifadə olunmalıdır. Bu zaman mübahisənin predmetini və mübahisə ilə bağlı işin faktiki vəziyyətini kifayət qədər əks etdirən müvafiq sənədlərə istinad etmək zəruridir. Həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Həmin Məcəllənin 82-ci maddəsində təsbit edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci ma ddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən isə apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Kollegiya hesab edir ki, mübahisəyə baxılması ilə əlaqədar olaraq məhkəmələr tərəfindən qeyd olunan prosessual hüquq normalarının tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamış, qəbul edilmiş qərardadlar lazımi qaydada əsaslandırılma mış, cavabdehin etirazının və apellyasiya şikayətinin dəlillərinə lazımi münasibət bildirilməmişdir. Belə ki, işin hallarından göründüyü kimi tərəflər arasında əsas mübahisə 2 saylı ünvan 47ci il tarixli qərarının icrasının tam başa çatıb-çatmaması ilə bağlıdır. İddiaçılar qərarın lazımi qaydada sonadək məhkəmə qərarında göstərildiyi kimi icra olunmadığını bildirirlər. Cavabdeh isə əksinə, qərarın onun tərəfindən tam icra edilərək müvafiq texniki pasportun tərtib edildiyini göstərir. Birinci instansiya məhkəməsi cərimə tətbiq edərkən, eləcə də apellyasiya instansiyası məhkəməsi həmin qərardadı dəyişdirmədən qüvvədə saxlayarakən yalnızca bir sıra sənədləri və qanunvericiliyin müəyyən normalarını sadalamaqla kifayətlənmişlər. Məhkəmələrin iş üzrə hansı faktiki halları, hansı sübutlar əsasınd a müəyyən etdikləri bəlli deyildir. Belə olan halda, məhkəmələrin qərarın icrasının cavabdeh inzibati orqan tərəfindən lazımi qaydada təmin edilmədiyinə dair gəldikləri nəticə əsaslandırılmamış olmuşdur. Halbuki, məhkəmələr ilk növbədə 2 saylı ünvan 47-ci il tarixli qərarından irəli gələn lazımi qaydada icranın nədən ibarət olduğunu müəyyən etməli idilər. Bundan sonra isə cavabdeh tərəfindən həyata keçirilmiş icra (texniki pasport) tədqiq olunmalı, əgər lazımi qaydada icra baş tutmayıbsa qərarın məhz hansı hissəsinin icra olunmadığı dəqiq müəyyən olunmalı, lazımi qaydada icranın məhz nədə ifadə olunmalı olduğu və bununla bağlı cavabdeh tərəfindən əlavə hansı hərəkətlərin edilməli olduğu aydın göstərilməli idi. Bu zaman cavabdehin bildirdiyi dəlillər də yoxlanılmaqla qiymətləndirilməli idi. Lakin məhkəmələr bu qaydada davranmamış, yalnızca işdəki bəzi sənədləri və bir sıra qanunvericilik normalarını sadalmaqla kifayətlənmişlər. Belə olan halda isə iş üzrə əhəmiyyətli olan hal – məhkəmə qərarının lazımi qaydada icra olunmamasının nədə ifadə olunduğu halı dəqiq və sonadək müəyyən olunmamış qalmışdır. Bu hal həm də ona görə vacibdir ki, cavabdehin əsas dəlili qərarın onun tərəfindən tam icra olunması ilə bağlıdır. Beləliklə, iş üzrə qanuni və əsaslı qərar qəbul etmək üçün zəruri olan bütün faktiki hallar müəyyən olunmamış qalmışdır. Kollegiya xüsusilə qeyd etməyi zəruri hesab edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icra edilməsi Azərbaycan Respublikasının Konstitusiyasında və digər sahəvi qanunvericilik aktlarında təsbit edilmiş məhkəmə müdafiəsi hüququnun ən vacib t əminatlarından biridir. Məhkəmə müdafiəsi hüququ real məna və məzmun qazana bilməsi üçün çıxarılmış qərarların məcburi qaydada icrası təmin olunmalıdır. Bunun təmin olunması üçün məhkəmə qərarının icra olunmamasına görə qanunvericilikdə cinayət məsuliyyətinə varanadək bir sıra məsuliyyət tədbirləri nəzərdə tutulmuşdur. İPM-in 120-ci maddəsində nəzərdə tutulmuş cərimə də məhz bu tədbirlərdən biridir. Lakin bu tədbirlərin tətbiqi üçün məhkəmə aktlarının borclular (hazırkı işdə cavabdeh inzibati orqan) tərəfindən təqsirli şəkildə icra olunmaması halı müəyyən edilmiş olmalıdır. Müvafiq olaraq bu hal müəyyən olunmadan tətbiq edilmiş məhkəmə qərarının icra edilməməsinə görə məsuliyyət tədbiri də hüquqa uyğun hərəkət kimi qəbul edilə bilməz. Kollegiya hesab edir ki, sadəcə bir sıra sənədlərin və qanunvericilik normalarının sadalanması ilə çıxarılmış hazırkı işdəki məhkəmə aktları, başqa sözlə, iş üzrə zəruri olan bütün faktiki hallar müəyyən olunmadan və həmin hallar tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymətləndirilmədən qəbul edilmiş hazırkı məhkəmə qərardadları əsaslandırılmış məhkəmə aktları kimi qəbul edilə bilməzlər. Məhkəmə aktlarının qanunvericiliyin tələblərinə əməl olunmadan əsaslandırılmamış qaydada çıxarılması həmin aktları ədalət mühakiməsinin lazımi qaydada qəbul edilmiş qanuna uyğun aktı kimi qəbul etməyə imkan vermir. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin əda lətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı). Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azə rbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də məhkəmələr tərəfindən məhkəmə aktlarına münasibətdə irəli sürülən əsaslılıq tələbinə əməl edilməməsini ədalətli məhkəmə araşdırması hüququnun pozulması kimi qəbul edir və özünün bir sıra qərarlarında bununla bağlı hüquqi mövqelərini ifadə etmişdir. Avropa Məhkəməsinin qərarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir (Kuznetsov və digərlərinin Rusiya Federasiyasına qarşı iş üzrə 21 yanvar 2007-ci il tarixli qərar). Qeyd edilənləri nəzərə almaqla kollegiya hesab edir ki, apellyasiya məhkəməsinin qərardadı qanunvericiliyin tələblərinə əməl olunmadan əsaslandırılmamış qaydada çıxarıldığı üçün ləğv edilməlidir. Təkrar apellyasiya baxışı zamanı mübahisə ilə bağlı işin faktiki vəziyyətinin əlaqəli və mötəbər sübutlar əsasında müəyyənləşdirilməsi təmin olunmalı, müəyyən olunmuş işin hallarına tətbiq edilməli olan hüquq normaları əsasında qiymət verilməklə əsaslandırılmış məhkəmə qərarının çıxarılması təmin olunmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1780/2019 saylı iş üzrə 16 iyul 2019-cu il t arixli qərardadı ləğv edilsin İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar