Məhkəmə qərarları › İş №2-1(102)-297/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-297/2020

21.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-297/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: güzəştli şərtlərləyaşa görə əmək pensiyasının əmək haqqına əsasən hesablanması. GİRİŞ HİSSƏ 21.01.2020 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Nəbizadə Rahib Sahib oğlundan, Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, İddiaçı, cavabdehin vəkili Vəkil iştirakı ilə İdd iaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon Şöbəsinə qarşı əmək haqqı nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1863/2019 saylı iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsinin xx xxxxxx 2019-cu il tarixli, ********** saylı məktubu ilə İddiaçı tələb olunan güzəştli iş stajı yaranmadığından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. Bununla razılaşmayan iddiaçı isə hazırkı tələblə məhkəməyə müraciət edərək ona xx.xx.2015-ci ildən və əmək haqqı nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması, ödənilməyən məbləğin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1386/2019 saylı, xx xxx 2019-cu il tarixli qərarı ilə (hakim – E.M.Mustafayev) iddia təmin edilmiş, İddiaçı xx.xx.2015-ci ildən və əmək haqqı nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması, ödənilməyən məbləğin birdəfəlik ödənilməsi vəzifəsinin Azərbaycan Respublikasının Ə mək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon Şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1863/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qərarı (sədrlik edən və məruzəçi hakim – Ü.A.Mayılov, hakimlər – M.N.Tağızadə və K.N.Abiyeva) ilə cavabdehin apellyasiya şikayəti təmin edilməyərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarını ləğv edib, iddianın rədd edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya məhkəməsi tərəfindən maddi və proses sual hüquq normaları mübahisəyə düzgün tətbiq edilməmişdir. Belə ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatlarm, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajma malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabm sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məb ləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi qanunun tələbinə görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ 57 yaşdan yaranır, iddiaçı isə 1963-cü il tarixdə doğulmuşdur. Bununla da, apellyasiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Tərəflərin izahatları Cavabdehin vəkili məhkəmə iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasına vəkilsiz gəldiyi üçün MPM-in 67-ci maddəsinə əsasən işə onun izahatı dinlənilmədən baxılmışdır. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində b axır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kollegiya hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı iddia tələbinin təmin edilmiş əmək haqqı nəzərə alınmaqla pensiyanın təyin olunması hissəsində ləğv edilməklə həmin hissədə iddia rədd edilməli, qərar qalan hissələrdə isə dəyişdirilmədən saxlanılmalıdır. İddiaçının birinci tələbi ona 52 yaşdan güzəştli şərtlərə yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarət olmuşdur. Aşağıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, məhk əmələr iddiaçıya 52 yaşdan, yəni xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməli olduğu ilə bağlı düzgün nəticəyə gəlmişlər. Belə ki, iddiaçıya pensiyanın hansı yaşdan təyin edilməsi məsələsinə münasibətdə nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində qeyd edilir ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun xx xxxxxx 1997-ci il tarixədək qüvvədə olmuş 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarına 2 nömrəli əlavə kimi «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Vətəndaşların pensiya təminatı haqqında Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan R espublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci maddəsi ilə Vətəndaşların pensiya təminatı haqqında AR Qanununun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddənin üçüncü, dördüncü, beşinci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, qadın cinsindən şəxsin 52 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 3 şərtə birlikdə əməl olunmalıdır: 1) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə işləməli; 2) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 10 il, ümumi iş stajı minimum 20 il olmalı; 3) 10 il xüsusi və 20 il ümumi iş stajı xx.xx.2006-cı il tar ixədək mövcud olmalıdır. «Əmək pensiyaları haqqında» AR Qanununun 9.1-ci maddəsi də xx xxxx 2017-ci ildən qüvvəyə minmiş son dəyişikliklərə kimi oxşar məzmunda olmuşdur. Həmin normaya görə axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiy ası hüququ vardır. İş materiallarından görünür ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının ümumi iş stajının 20 ildən artıq olması mübahisə edilmir və cavabdeh yalnız iddiaçının 10 il xüsusi staja malik olmadığını bildirir ki, bu fakt da işdə olan əmək kitabçasının məlumatları ilə təkzib olunur. Belə ki, iddiaçının işlədiyi peşə əmək şəraitinə görə güzəştli şərtlərlə AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarına 2 nömrəli əlavənin «XXİV. Səhiyyə və sosial təminat idarələri» hissəsinin 2260000a şifrinə - infeksion idarələrində, bölmələrində, kabinetlərində orta tibb heyəti peşəsinə uyğun gəlir, iddiaçının xx.xx.1984-cü ildən başlayaraq işləmiş olduğu peşələr əmək şəraitinə görə güzəştli şərtlərlə pensiya hüququ verən peşələrə aiddir və iddiaçı xx.xx.2006-cı ilə dək qanunvericiliklə nəzərdə tutulmuş 10 il xüsusi iş stajına malik olmuşdur. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nda da 19-cu bəndinin a) yarımbəndində “vərəm və infeksion idarələrində, bölmələrində kabinetlərində: orta tibb heyəti və kiçik tibb heyəti" güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrə aid edilmişdir. Beliləklə iş materiallarından göründüyü kimi, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq üçün zəruri staja malik olmaqla yanaşı, həm də buna əsas verən peşədə işləmişdir. Aşağıda göstərilənlərə əsasən isə kollegiya he sab edir ki, məhkəmələr əmək haqqı nəzərə alınmaqla pensiyanın təyin olunması ilə bağlı olaraq səhv nəticəyə gəlmişlər. Belə ki, 2006-cı il 1 yanvar tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun (2017-ci il 1 iyul tarixədək qüvvədə olan redaksiyada) 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. 2006-cı il 1 yanvar tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun (2017-ci il 1 iyul tarixədək qüvvədə olan redaksiyada) 9.8-ci maddəsinin məzmunundan göründüyü kimi həmin Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunveri ciliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Başqa sözlə, qanunverici güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajını toplamış şəxslərin həmin stajın tam toplandığı vaxtda qüvvədə olan qanuna əsasən müəyyən edilmiş stajı və yaşı nəzərə alır. “Əmək pensiyaları haqqında” Qanunun 10.2-ci maddəsinə və 27-ci maddəsinə Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanununa dəyişiklik və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının 2009-cu il 27 oktyabr tarixli 904-İİİ QD №-li Qanununa müvafiq olaraq edilmiş dəyişiklik xx xxxxxx 2010-cu il tarixindən qüvvəyə minmişdir. Bu dəyişikliklərlə xx.xx.2010-cu il tarixdən etibarən qazanılmış hüquqlara münasibətdə pensiyaların hesablanmasının başqa qaydası tətbiq edilməyə başlanılmışdır. Hazırkı mübahisənin halla rı baxımından müəyyən olunur ki, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu 52 yaşdan əldə etmiş və buna görə də, ona xx.xx.2015-ci il tarixdən həmin pensiya təyin edilməlidir. Beləliklə, iddiaçının güzəştli şərtlərlə yaşa görə pensiya hüququnu əldə etməsi xx xxxxxx 2010-cu il tarixdən sonrakı dövrə təsadüf edir, eləcə də iddiaçı Qanunda dəyişikliyin edildiyi xx xxxxxx 2010-cu il tarixədək qazanılmış pensiya hüququ əldə etməmişdir. Ona görə də, iddiaçının pensiyanın məbləği də hüququnun yarandığı xx xxxxxxxx 2015-ci il tarixdə qüvvədə olmuş qanunun müəyyən etdiyi qaydaya uyğun olaraq hesablanmalıdır. Kassasiya şikayətinin dəlilləri bu hissədə əsaslı olduğundan apellyasiya məhkəməsinin qərarı sözügedən hissədə ləğv edilməklə iddia həmin hissədə rədd edilməli, qalan hissə lərdə isə qərar dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1863/2019 saylı iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qərarı qismən, əmək haqqı nəzərə alınmaqla pensiya təyin olunması hissəsində ləğv edilsin. Həmin hissədə iddia rədd edilsin. Qərar qalan hissələrdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar