Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-297/2021 16.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: (kassasiyanın mümkünsüzlüyü, iddianın mümkün sayılması). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı c avabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filialına qarşı əmək pensiyasının yenidən hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1748/2020 nömrəli, xx xxxxxxx 2020-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət edərək onun təqaüdünün yenidən hesablanmasını xahi ş etmişdir.
2. Cavabdeh xx xxxxxxxx 2019-cu il tarixli, **********5 saylı məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, “Ədliyyə orqanlarında qulluqkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən, ədliyyə orqanlarının işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla) və onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Ədliyyə orqanları işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əməkhaqqı həcmində birdəfəlik müavinət verilir. Həmin Qanunun 23.3-cü maddəsində isə qeyd olunub ki, ədliyyə orqanlarının işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı həcmində müavinət ödənilir. Göründüyü kimi, ədliyyə orqanlarının pensiyaya çıxmış işçilərinə yalnız pulsuz dövlət tibb xidməti göstərilməsi nəzərdə tutulub. Qeyd edilən müavinətin və vəzifə maaşına əlavənin verilməsi isə ədliyyə orqanlarında xidmətdə olan əməkdaşlar üçün nəzərdə tutulduğundan müraciətin təmin edilməsi qanunvericilik baxımından mümkün deyil. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Ədliyyə orqanlarında qulluqkeçmə haqqında” xx.xx.2006-cı il tarixli Qanuna müvafiq olaraq pensiyasının yenidən hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.
4. Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-319/2020 saylı qərardadı ilə (hakim: F.İ.Mədətli) iddia mümkün sayılmamışdır.
5. Məhkəmə qeyd etmişdir ki, iddiaçı ilkin iddia tələbi ilə bağlı cavab v erməli olan inzibati orqana qarşı iddia irəli sürmədiyindən, o cümlədən sonradan dəyişdirdiyi iddia tələbi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmədiyindən və cavabdeh inzibati orqan tərəfindən ərizənin təmin edilməsindən imtina edilmədiyindən hazırkı iddianın mümkünlük şərtləri mövcud deyil. Məhkəmənin qənaətinə görə, hazırkı iş üzrə cavabdeh inzibati orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən İddiaçı hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmır. Odur ki, iddia mümkün sayılmamalıdır.
6. Məhkəmənin həmin qərardadından iddiaçı apelyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-319/2020 saylı qərardadının ləğv edilməsini və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
7. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1748/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə (sədrlik edən: V.M.Məmmədov, hakimlər: E.E.Nağıyeva və R.Ə.Qurbanov) iddiaçının apelyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-319/2020 saylı qərardadı ləğv edilmiş, iş həmin məhkəməyə göndərilmişdir.
8. Apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi hazırkı iddiaya “ədliyyə işçisi hər il məzuniyyətə çıxarkən ona ödənilən iki aylıq əmək haqqı həcmində müavinət nəzə rə alınaraq, təqaüdün yenidən hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsi” hissədə mahiyyəti üzrə baxmalı olduğu halda, bunu etməmişdir.
9. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddia tələbinin mümkün sayılmaması haqqında yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
10. Cavabdeh hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə İnzibati Prosessual Məcəllənin tələblərinə cavab vermir. Belə ki, iddiaçı inzibati orqana müraciət etdiyi eyni məzmunlu iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi qərardadında əsaslı olaraq bildirmişdir ki, iddiaçı ilkin iddia tələbi i lə bağlı cavab verməli olan inzibati orqana qarşı iddia irəli sürməmişdir. Belə ki, ilkin iddia tələbində qeyd olunan müavinətin və vəzifə maaşına əlavənin verilməsi iddiaçının qulluq keçdiyi ədliyyə orqanının səlahiyyətinə aiddir.
11. Sonradan iddiaçı xx.xx.2019-cu ildə İPM-nin 54.1-ci maddəsinə istinad etməklə məhkəməyə müraciət edərək, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim etmiş, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” xx.xx.2006-cı il tarixli qanuna müvafiq olaraq pensiyanın yenidən hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Bu hissə ilə bağlı da birinci instansiya məhkəməsi düzgün nəticəyə gələrək qeyd etmişdir ki, sonradan dəyişdirdiyi iddia tələbi ilə bağlı cavabdeh inzibati orqana müraciət etməsi və cavabdeh inzibati orqa n tərəfindən ərizənin təmin edilməsindən imtina olunması iş materialları ilə müəyyən edilmir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları:
13. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.
14. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, iddiaçıya təqdim edilmiş məhkəmə bildirişində onun iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdu r (İPM-nin 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ
15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 81.1 İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məc əllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati tərəfindən baxılır. Maddə 83.1. Şikayət inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və müstəqil mübahisələndirilməsi bu Məcəllə ilə nəzərdə tutulmuş qərardadlardan verilə bilər. Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
16. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya icraatı mümkün sayılmamalı və kassasiya şikayətinin qəbulundan imtina edilməlidir.
17. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1 və 35.3cü maddələrinin məzmununa əsasən, iddianın mümkün sayılmaması barədə qərardaddan şikayət verilə bilər.
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 81.1 və 83.1-ci maddələrinin əlaqəli təhlilindən göründüyü kimi, məhkəmə qərardadlarından o halda şikayət verilə bilər ki, onların müstəqil mübahisələndirilməsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş olsun.
19. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddianın mümkün sayıl mamasına dair qərardadını ləğv edərək işi mahiyyəti üzrə baxılması üçün göndərməklə, əslində iddianı mümkün hesab etmişdir. İddianın mümkün sayılmasına dair qərardaddan şikayət verilməsi isə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulmamışdır.
20. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya icraatı mümkün sayıla bilməz.
21. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası Qərara aldı: Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1748/2020 nömrəli, xx xxxxxxx 2020-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya icraatı mümkün sayılmasın və kassasiya şikayətinin qəbulundan imtina edilsin.