Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-297/2022 22.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı işi üzrə QƏRARİ Açar sözlər: işin hallarının hərtərəfli araşdırılmaması; Ali Məhkəmənin göstərişlərinin icra edilməməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 avqust 2021-ci il tarixli 2-1(103)-1475/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdehin 04.04.2019-cu il tarixli operativ vergi yoxlaması qərarı əsasında iddiaçıya məxsus ünvan 1anda yerləşən məişət malları mağazasında yoxlama keçirilərkən mağazada 1087 adda mal qalığı aşkar edilmiş, ekspertiza yolu ilə həmin malların dəyəri 750,445 manat məbləğində müəyyən edilmiş, həmin malların 638,535 manat dəyərində olan hissəsinə dair hesab-fakturalar təqdim edilmədiyinə görə, malların dəyərinə uyğun olaraq, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.8.2- ci maddəsinə əsasən iddiaçının 63.853,50 manat məbləğdə məsuliyyətə cəlb edilməsi barədə qərar verilmişdir.
2. Həmçinin, 17.04.2019-cu il tarixli operativ vergi yoxlaması qərarı əsasında iddiaçıya məxsus Nərimanov rayonu, Teymur Əliyev, məhəllə 1978 ünvanda yerləşən zirzəmidə yoxlama keçirilərkən orada 795 adda mal qalığı aşkar edilmiş, ekspertiza yolu ilə həmin malların dəyəri 1.079,309 manat məbləğində müəyyən edilmiş, bu malların dəyərinə uyğun olaraq Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən 04.06.2019-cu il tarixli qərarla iddiaçının 107.930,90 manat məbləğdə məsuliyyətə cəlb edilməsi barədə qərar verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia t ələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 29.05.2019-cu il tarixli **********4731 nömrəli və 04.06.2019-cu il tarixli **********5450 nömrəli qərarların ləğv olunmasını xahiş etmişdir.
4. İddianın əsaslarına görə, cavabdeh 17.04.2019-cu il tarixli **********1873 saylı operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərar qəbul edərək, iddiaçıda operativ vergi nəzarətini həyata keçirmişdir. Aparılmış yoxlama nəticəsində vergi orqanı iddiaçıya ümumilikdə 173.125,03 AZN məbləğində qanunsuz maliyyə sanksiyası hesablamışdır. Vergi orqanı “Azərekspertiza” Birliyinin təqdim etdiyi rəyə əsaslanaraq, iddiaçının anbarında sənədsiz olaraq qalan mallarının bazar dəyərini 1.731.250,30 AZN müəyyən etmişdir. Halbuki, cavabdehin anbarda olan malları malların bazar qiymətləri ilə qiymətləndirməsi düzgün deyil. Çünki, qiymətləri müəyyən edilən mallar brend mallar olduğuna görə, həmin malların bazar qiymətləri ilə dəyərinin müəyyən edilməsi qanunsuzdur. Cavabdeh bu malların maya dəyərinə uyğun hesablama aparmalı idi. Bundan əlavə, vergi orqanı Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 94-cü maddəsinə əsasən, vergi orqanının vergi ödəyicisinin hesablamalarının yanlış olmasını sübut etmə öhdəliyi var. Qanunvericiliyin tələbindən görünür ki, vergi orqanı əvvəlcə hesablamanın səhv olmasını sübut etməli, yalnız bundan sonra əlavə hesablama aparmalıdır.
5. Cavabdeh iddia tələbinə qarşı verdiyi etirazda bildirmişdir ki, iddiaçı müəss isə təsis edilərkən hüquqi şəxsin təsisçisi olan "xxxx" MMC tərəfindən 450.000 manat məbləğində əmlak şəklində pay qoyulduğu bildirilmişdir. Vergi Məcəlləsinin 16.1.11-6-cı maddəsinə əsasən "xxxx" MMC-dən İddiaçı MMC-yə nizamnamə kapitalı kimi malların qoyuluşu malların elektron qaimə-faktura ilə əldə olunmasını istisna etmir. Malların nizamnamə kapitalı kimi təsisçi tərəfindən İddiaçı MMC-yə qoyuluşu Vergi Məcəlləsinin 13.2.10-cu maddəsinə əsasən malların təqdim edilməsi sayılır. Lakin "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə nizamnamə kapitalı kimi 450.000 manatlıq malların qoyuluşu zamanı elektron qaimə faktura təqdim edilməmişdir. Buna görə də vergi ödəyicisi tərəfindən Operativ vergi nəzarəti zamanı təqdim edilmiş “Malların qəbul və təhvil” aktı malların alışına dair sənəd kimi qəbul ed ilməmişdir. Malların təhvil-təslim aktı operativ vergi nəzarəti zamanı müəyyən edilmiş 1.717.844 manat məbləğdə sənədi olmayan malların həqiqətən "Baza” MMC-nin nizamnamə kapitalına qoyulmuş 450.000 manat məbləğində mallarla eyniliyini sübut etmir. 6. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05 dekabr 2019-cu il tarixli 2-1(82)2709/2019 nömrəli qərarı ilə (hakim Z.M.Tağıyev) iddia təmin edilməmişdir.
7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya məxsus mağazada və anbarda aşkar edilmiş malların alınmasına dair heç bir sənəd təqdim edilməmişdir
8. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
9. Bakı Apellyasi ya Məhkəməsinin İnzibati Kollegiyasının 11 iyun 2020-ci il tarixli 21(103)-979/2020 nömrəli qərarı ilə (sədrlik edən: V.M.Məmmədov, hakimlər: E.E.Nağıyeva və H.Ü.Həmidov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2709/2019 nömrəli iş üzrə 05 dekabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, həmçinin qeyd etmişdir ki, malların təhvil-təslim aktı operativ vergi nəzarəti zamanı müəyyən edilmiş 1.717.844 manat məbləğdə sənədi olmayan malların həqiqətən İddiaçı MMC-nin nizamnamə kapitalına qoyulmuş 450.000 manat məbləğdə mallarla eyniliyi sübut olunmur. Məhkəmə kollegiyası satış üçün nəzərdə tutulan gündəlik istehlak və m əişət mallarının nizamnamə kapitalına qoyulmasına dair auditor rəyi ilə həyata keçirilən əməliyyatın mötəbərliyinə münasibət bildirmədən qeyd edir ki, belə bir eyniliyin təsdiqini tapdığı fərz olunsa, o halda Vergi Məcəlləsinin 16.1.11-6-ci maddəsinə əsasən malların təqdim edilməsi ilə bağlı elektron qaimə-faktura verilməsi kimi qanunun imperativ tələbi yerinə yetirilməmişdir.
11. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsindəki birinci icraat
12. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 03 mart 2021ci il tarixli 2-1(102)-20/2021 nömrəli qərarı ilə (sədrlik edən: İ.Ə.Şəfiyev, hakimlər: Z.M.Quliyev və R.S.Nəbizadə) iddiaçının kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 iyun 2020-ci il tarixli 2-1(103)979/2020 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.
13. Məhkəmə tərkibi qeyd etmişdir ki, iddiaçının istifadəsində olan Nərimanov rayonu, Teymur Əliyev, məhəllə 1978 ünvanda yerləşən zirzəmidə aşkar olunan 795 adda və ünvan 1anda aşkar olunan 1087 adda malların içərisində auditor tərəfindən qiymətləndirilmiş malların olub-olmaması məhkəmələr tərəfindən araşdırılmamışdır. Bu halın araşdırılması məqsədi ilə siyahılar tutuşdurulmalı, həqiqətən də bu malların eyni mallar olması və əhəmiyyətli dərəcədə fərqli qiymətləndirilməsi müəyyən edilməli, bundan sonra iddiaçının dəlilinə qiymət verilməlidir. Lakin məhkə mələr bu cür araşdırma aparmamış, iddiaçıya da zəruri sübutları təqdim etməyi təklif etməmişlər. Halbuki, İPM-nin 12.2-ci maddəsinə görə, məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. ç) apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 avqust 2021-ci il tarixli 2-1(103)-1475/2021 nömrəli qərarı ilə (sədrlik edən: A.B.Nuriyeva, hakimlər: S.İ.Bəktaşi və A.S.Hüseynov) iddiaçının apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 05 dekabr 2019-cu il tarixli 2-1(82)- 2709/2019 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilməklə iddia təmin edilmişdir.
15. Apellyasiya instansiyası məhkəməsi birinci i nstansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, məhkəmə kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq iddiaçının dəlilinin həlli üçün onun istifadəsində olan Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev, məhəllə 1978 ünvanda yerləşən zirzəmidə aşkar olunan 795 adda və ünvan 4-də aşkar olunan 1087 adda malların içərisində auditor tərəfindən qiymətləndirilmiş malların olub-olmamasını araşdırmışdır. Bu məqsədlə iddiaçının kassasiya məhkəməsinə təqdim etdiyi siyahıda, audit rəyində qiymətləndirilmiş malların cavabdeh tərəfindən tərtib olunmuş siyahılarla tutuşdurulmuş siyahısı (həmin malların həm mağazada, həm də anbarda aşkar edilmiş mallarla eyni olduğu göstərilir) əsasında araşdırma aparılmışdır. Araşdırma zamanı məhkəmə tərəfindən malların eyni o lduğu, audit rəyinin açıqlanmasında əksini tapmış bütün malların (adları və kodları qeyd olunub) ekspert tərəfindən qiymətləndirildiyi, bu qiymətlərin ekspert rəyində olan malların qiymətinin audit rəyində əksini tapmış malların qiymətləri ilə uyğun gəlmədiyi, ekspert rəyində malların qiymətlərinin şişirdilmiş olduğu müəyyən olunur.
16. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
17. Kassasiya şikayətinin dəlillərinə görə, apellyasiya instansiya məhkəməsi iş üzrə tərəflər üçün mübahisəsiz hal hesab edilən elektron - qaimə fakturanın verilməsi halını da müb ahisələndirmiş və bu hal üzrə qiymətləndirmə aparmağa cəhd etmişdir. Həm konkret olaraq verilmiş göstərişlər yerinə yetirilməmiş (qiymətləndirilən malların eyniliyinin müəyyən edilməsi üzrə və həmin malların qiymətləndirilməsi üzrə heç bir fəaliyyət göstərilməmiş), həm də Ali Məhkəmə tərəfindən işin mübahisəsiz halı kimi qəbul edilən hallar mübahisələndirilmiş və qiymətləndirilmişdir. Belə ki, məhkəmə kollegiyası kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq iddiaçının dəlilinə qiymət vermək üçün onun istifadəsində olan Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev, məhəllə 1978 ünvanda yerləşən zirzəmidə aşkar olunan 795 adda və ünvan 4-də aşkar olunan 1087 adda malların içərisində auditor tərəfindən qiymətləndirilmiş malların olub-olmamasını araşdırdığını bildirsə də, ara şdırmanın nəticəsi üzrə hər hansı sübutlar qərarda və iş materiallarında əks olunmamışdır. Yəni, malların müqayisəsi zamanı həmin malların eyniliyi üzrə hər hansı bir dəlil və sübut nə məhkəmə qərarında, nə də iş materiallarında əks olunmamışdır. Göründüyü kimi, işə təkrar baxmış apellyasiya məhkəməsi nə malların eyniliyini əsaslandıra bilmiş, nə də malların yoxlama zamanı ekspert tərəfindən müəyyən olunmuş qiymətlərini təkzib edəcək dəlillərə istinad etmişdir. Belə ki, apelyasiya məhkəməsi Nərimanov rayonu, Teymur Əliyev, məhəllə 1978 ünvanda yerləşən zirzəmidə aşkar olunan 795 adda və ünvan 3nda aşkar olunan 1087 adda malların içərisində auditor tərəfindən qiymətləndirilmiş malların olub-olmaması ilə bağlı hər hansı hərəkət etməmiş, sadəcə qərarında malların siyahısının tutuşdurulduğunu qeyd etmişdir. Apellyasiya məhkəməsi qeyd olunan məsələ ilə bağlı heç bir araşdırma aparmamışdır. Məhkəmənin Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq və Təhqiqat idarəsinin 25.06.2019-cu il tarixli, Q ******* nömrəli cinayət işi üzrə icraata xitam verilməsi barədə qərarına istinad etməsi də əsassızdır. Belə ki, "xxxx" MMC-nin 450.000,0 manat məbləğində olan mal qalığının 100% əmlak şəklində İddiaçı MMC-nın nizamnamə kapitalına qoyulmasının vergi tutulan əməliyyat hesab edilməməsi, iddiaçının Vergi Məcəlləsinin 58.8-ci maddəsinə uyğun olaraq sahibliyindəki malların sənədli olması vəzifəsini istisna etmir. Vergi Məcəlləsinin 58.8-ci, 58.8.2-ci maddələrinin tələblərindən göründüyü kimi, malların alışını və ya mədaxi lini təsdiq edən, bu Məcəllənin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlər olmadıqda maliyyə sanksiyası tətbiq edilir. Bundan əlavə, məhkəmənin mötəbər sübut hesab etdiyi auditor rəyində açıqlanan eyni markaya aid malların təkcə sıra ilə ilk on iki növünü ekspert rəylərində əksini tapan mallar ilə müqayisə edərkən aydın görünür ki, auditor rəyində əks olunan malların, yəni ilk on iki sayda əks olunan malların cəmi ikisi ekspert rəyində əks olunmuşdur, 10 sayda mal barədə ekspert rəyində isə heç bir məlumat mövcud deyildir. Auditor rəyində əks olunan Bernadotte markalı və müxtəlif növlü mallardan təkcə, Bernadotte Liqueur və X1 markalı mallar Azərekspertiza Birliyinin 30.04.2019-cu il tarixli, 150 saylı ekspert rəyində əks olunmuşdur ki, bu mallar üzrə də say baxımından fərq aşkar olunur. Belə ki, Bernadotte Liqueur markalı malların sayı auditor rəyində 6 sayda olduğu halda, ekspert rəyində isə 7 sayda olduğu müşahidə olunur. Həmçinin, X1 markalı mallar auditor rəyində 6 sayda olduğu halda, ekspert rəyində isə 3 sayda olduğu müşahidə olunur. Digər tərəfdən, Bernadotte Dof markalı mal ekspert rəyində qiymətləndirilmişdir ki, auditor rəyində bu marka barədə heç bir məlumat yoxdur. Bernadotte markalı digər mallar barədə ekspert rəyində heç bir məlumat əks olunmamışdır. Auditor rəyinin sıra sayı ilə ilk on ikilik üzrə malları belə müqayisə edəndə aydın görünür ki, malların eyniliyi qəti olaraq söhbət mövzusu ola bilməz. Belə olan halda aydın olur ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən Ali Məhkəmənin yuxarıda qeyd olunan göstərişinin yerinə yetirilməsindən söhbət ged ə bilməz. Çünki, apelyasiya instansiyası məhkəməsi tərəfindən heç bir araşdırma və müqayisə, malların eyniləşdirməsi üzrə heç bir fəaliyyət həyata keçirilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Cavabdeh kassasiya şikayətinə etiraz edərək onun təmin olunmamasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
19. Azərbaycan Respublikasının Vergi Məcəlləsi (yoxlama aparılan zaman qüvvədə olan redaksiyası): Maddə 58.8.2. malların alışını və ya mədaxilini təsdiq edən bu Məcəllənin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlərdən ən azı biri olmadıqda – alıcıya, təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların dəyərinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
20. Azərbayc an Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi tək rar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq y oxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə tərkibi hesab edir ki, cavabdehin şikayəti əsaslıdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir.
24. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, 04.04.2019-cu il tarixli qərara əsasən, müəssisəyə məxsus Bakı şəhəri, ünvan 1anında yerləşən “MONES” mağazasında operativ vergi nəzarəti tədbiri keçirilərək malların siyahısı müəyyən edilmişdir. Azərekspertiza Birliyinin verdiyi 22.04.2019-cu il tarixli rəyə əsasən, mağazada alış qiyməti ilə 750.445,0 manat məbləğində mal qalığı mövcud olduğu müəyyən edilmişdir. Mağazada tərtib edilmiş malların adlı siyahısı yük gömrük bəyannamələri və hesab-fakturalarla üzləşdirilərkən cəmi 111.910,0 manat məbləğində malların sənədlərinin mövcud old uğu müəyyən edilmişdir. Beləliklə, operativ vergi nəzarəti tədbiri nəticəsində alış sənədi olmayan mallara görə VM-nin 58.8.2-ci maddəsinə əsasən 63.853,50 [(750.445,0 - 111.910,0) × 10 %] manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir (“Vergi ödəyicisinin vergi qanunvericiliyinə görə məsuliyyətə cəlb edilməsi barədə” 29.05.2019-cu il tarixli **********4731 nömrəli qərarla). Bundan əlavə, aparılmış araşdırmalar nəticəsində Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev, məhəllə 1978 ünvanında yerləşən zirzəmidə “MONES” mağazasına məxsus, qeydiyyatda olmayan (uçotsuz) malların saxlanılması üçün istifadə olunan anbar aşkar edilmişdir. 17.04.2019-cu il tarixli qərara əsasən obyektdə keçirilən operativ vergi nəzarəti tədbiri nəticəsində mal siyahısı çıxarılmış və 30.04.2019-cu il tarixli ekspert rəyi əsasında mağazada alış qiyməti ilə 1.079.309,0 manat məbləğində mal qalığının mövcud olduğu müəyyən edilmişdir. Mal qalığı üzrə alış sənədləri təqdim edilmədiyindən VM-nin 58.8.2-ci maddəsinə əsasən 107.930,90 (1.079.309,00 × 10 %) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir (“Vergi ödəyicisinin vergi qanunvericiliyinə görə məsuliyyətə cəlb edilməsi barədə” 04.06.2019-cu il tarixli **********5450 nömrəli qərarla).
25. Göründüyü kimi, mübahisələndirilən qərarlarla iddiaçıya maliyyə sanksiyasının hesablanmasının əsasını operativ vergi nəzarəti tədbiri çərçivəsində aparılan yoxlama zamanı aşkar edilmiş malların (mal qalığının) alış sənədlərinin olmaması təşkil edir.
26. İddiaçının dəlili ondan ibarətdir ki, aşkar edilmiş mallar iddiaçı müəssisənin təsisçilərindən biri o lan "xxxx" MMC tərəfindən nizamnamə kapitalı kimi qoyulmuş paydır (450.000 manat dəyərində). Buna görə də, alış sənədlərinin olmamasına görə iddiaçı müəssisəyə maliyyə sanksiyası hesablanması əsassızdır. Bundan əlavə, cavabdeh malların bazar qiymətinə əsasən maliyyə sanksiyası hesablamışdır. Halbuki, cavabdehin isitnad etdiyi ekspert rəyi malların real qiymətini əks etdirmir.
27. Hazırkı işə ilk dəfə kassasiya instansiya məhkəməsində baxılarkən qəbul edilən qərarda qeyd edilmişdir ki, iddiaçının əməllərinin VM-nin 58.8-ci maddəsinin təsiri altına düşdüyü barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə düzgündür (Vergi Məcəlləsinin 16.1.11-6-cı maddəsinə əsasən "xxxx" MMC-dən İddiaçı MMC-yə nizamnamə kapitalı kimi malların qoyuluşu malların elektron-qaimə faktura ilə əldə olun masını istisna etmir. Malların nizamnamə kapitalı kimi təsisçi tərəfindən İddiaçı MMCyə qoyuluşu Vergi Məcəlləsinin 13.2.10-cu maddəsinə əsasən malların təqdim edilməsi sayılır). Belə ki, iddiaçı tərəfindən mallara dair sənədlərin təqdim edilməməsi maliyyə sanksiyasının tətbiqi üçün əsasdır. Lakin, tətbiq edilən maliyyə sanksiyasının həcmi həm də malların dəyərindən asılı olduğundan işə baxan apellyasiya instansiya məhkəməsi malların dəyərinin düzgün müəyyən edilməsi ilə bağlı araşdırma aparmalı idi. 28.Lakin işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev, məhəllə 1978 ünvanda yerləşən zirzəmidə aşkar olunan 795 adda və ünvan 4-də aşkar olunan 1087 adda malların içərisində auditor tərəfindən qiymətləndirilmiş malların olub-olmamasını araşdı raraq (bu məqsədlə iddiaçının kassasiya məhkəməsinə təqdim etdiyi siyahıda, audit rəyində qiymətləndirilmiş malların cavabdeh tərəfindən tərtib olunmuş siyahılarla tutuşdurulmuş siyahısı (həmin malların həm mağazada, həm də anbarda aşkar edilmiş mallarla eyni olduğu göstərilir) əsasında araşdırma aparılmışdır) qeyd etmişdir ki, araşdırma zamanı məhkəmə tərəfindən malların eyni olduğu, audit rəyinin açıqlanmasında əksini tapmış bütün malların (adları və kodları qeyd olunub) ekspert tərəfindən qiymətləndirildiyi, bu qiymətlərin ekspert rəyində olan malların qiymətinin audit rəyində əksini tapmış malların qiymətləri ilə uyğun gəlmədiyi, ekspert rəyində malların qiymətlərinin şişirdilmiş olduğu müəyyən edilir. 29.Məhkəmə tərkibi qeyd edir ki, kassasiya instansiya məhkəməsinin göstərişləri işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən icra edilməmişdir. Belə ki, tərəflər arasında işin mübahisələndirilən halları yoxlama zamanı aşkar edilmiş malların nizamnamə kapitalına pay kimi qoyulmuş mallar olub-olmaması (başqa sözlə, nizamnamə kapitalına qoyulmuş malların aşkar edilmiş mallarla eyniliyinin müəyyən edilməsi) və həmin malların dəyəri ilə bağlıdır. 30.İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi nizamnamə kapitalına qoyulmuş malların aşkar edilmiş mallarla eyniliyinin müəyyən olunduğu nəticəsinə gəlsə də, bununla bağlı mütəxəssis rəyi almamış, siyahıları özü tutuşdurmuş və siyahılardakı ziddiyyətləri nəzərə almamışdır. 31.Belə ki, kassatorun da kassasiya şikayətində qeyd etdiyi kimi, auditor rəyində ("xxxx" MMC tərəfindən verilmiş) açıqlanan eyni markaya aid malların təkcə sıra ilə ilk on iki növünü ekspert rəylərində əksini tapan mallar ilə müqayisə edərkən aydın görünür ki, auditor rəyində əks olunan malların, yəni ilk on iki sayda əks olunan malların cəmi ikisi ekspert rəyində əks olunmuşdur, 10 sayda mal barədə isə ekspert rəyində heç bir məlumat mövcud deyildir. Auditor rəyində əks olunan Bernadotte markalı və müxtəlif növlü mallardan təkcə, Bernadotte Liqueur və X1 markalı mallar “Azərekspertiza” Birliyinin 30.04.2019-cu il tarixli, 150 saylı ekspert rəyində əks olunmuşdur ki, bu mallar üzrə də say baxımından fərq aşkar olunur. Belə ki, Bernadotte Liqueur markalı malların sayı auditor rəyində 6 olduğu halda, ekspert rəyində 7 sayda olduğu müəyyən olunur. Həmçinin, X1 markalı mallar auditor rəyində 6 sayda olduğu halda, ekspert rəyin də 3 sayda olduğu müəyyən olunur. Digər tərəfdən, Bernadotte Dof markalı mal ekspert rəyində qiymətləndirilmişdir, auditor rəyində isə bu marka barədə heç bir məlumat yoxdur. Bernadotte markalı digər mallar barədə ekspert rəyində heç bir məlumat əks olunmamışdır. Beləliklə, auditor rəyinin sıra sayı ilə ilk on ikilik üzrə malları belə müqayisə edəndə aydın görünür ki, malların tam eyniliyi müəyyən edilmir. 32.Bundan əlavə, işə kassasiya qaydasında ilk dəfə baxılarkən məhkəmə tərkibi malların dəyəri ilə bağlı araşdırma aparılması barədə göstəriş versə də, işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi malların dəyəri ilə bağlı iddiaçının təqdim etdiyi sənədləri mötəbər hesab etmiş, əlavə araşdırma aparmamış, bununla da Ali Məhkəmənin göstərişləri icra edilməmişdir. 33.Beləliklə, apel yasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının tələbləri pozulduğundan, iş üzrə araşdırma natamam aparıldığından, Ali Məhkəmənin göstərişləri icra edilmədiyindən kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. 34.Qeyd edilənlərə əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 avqust 2021-ci il tarixli 21(103)-1475/2021 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qətidir.