Məhkəmə qərarları › İş №2-1(102)-297/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-297/2023

18.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-297/2023 18.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: çıxarışın verilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08 sentyabr 2022-ci il t arixli, 2-1(103)-3076/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə müraciət edərək Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 46, 8 saylı mənzilə dair hüquqlarının dövlət qeydiyyatına alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsini xahiş etmişdir.

2. Cavabdeh isə iddiaçının müraciətin cavablandırmayıb. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (bundan sonra mətndə - 1 saylı Bakı Ərazi İdarəsi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 46, 8 saylı mənzilə dair hüquqlarının dövlət qeydiyyatına alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9552/2022 saylı, 06 iyul 2022-ci il tarixli qərardadı ilə (hakim-H.Ağalarov) iddia mümkün sayılmamışdır.

5. Məhkəmə qeyd etmişdir ki, iddiaçının hazırkı iddiası ilə bağlı əvvəllər məhkəmənin qanuni qüvvəyə minmiş qərardadı olduğundan, hər hansı dəyişiklik olmadan, təkrar iddiaya baxılması prosessual cəhətdən mümkün deyil.

6. Həmin qərardaddan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9552/2022 saylı, 06 iyul 2022-ci il tarixli qərardadının ləğv edilməsi xahiş edilmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08 sentyabr 2022-ci il tarixli, 2-1(103)-3076/2022 nömrəli qərardadı ilə (sədrlik edən – A.Oruczadə hakimlər – X.Cəmilova və M.Tağızadə) apellyasiya şikayəti mümkün sayılmamışdır və şikayətin qəbulundan imtina edilməsi qərara alınmışdır.

8. Məhkəmə qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixli məhkəmə bildirişi iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə poçt xəbərnaməsinin “şəxsən” qrafasının qarşısına “Mahmudov” yazılmaqla qəbul olunsa da, iddiaçı məhkəmə iclasında iştirak edərək məhkəmə qərardadından qanunla müəyyən edilmiş 10 günlük prosessual müddət ərzində şikayət verməsini təsdiq edən müvafiq sübutları təqdim etməmiş və ya prosess ual müddəti üzrlü səbəbdən ötürdüyü təqdirdə həmin müddətin üzrlü hesab edilməsi ilə bağlı onun bərpa edilməsinə dair ərizə verməmişdir. Həmçinin, izahatında məhkəmə qərardadını aldığı vaxt xəstə olduğunu, yanında heç kəs olmadığını və bu əsasla şikayət verilməsi üçün prosessual müddəti ötürdüyünü qeyd etmişdir.

9. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08 sentyabr 2022-ci il tarixli, 2-1(103)-3076/2022 nömrəli qərardadının ləğv edilməsini və yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

10. Kassasiya şikayətinin dəlillərində qeyd etmişdir ki, səhhətində problem olduğu üçün şikayət vermək üçün müddəti ötürmüşdür. Belə ki, o şəkər xəstəsidir və həmin ərə fədə güclü soyuqdəymə nəticəsində ərizənin hazırlanması və verilməsi mümkün olmamışdır bununlada Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9552/2022 saylı 06 iyul 2022ci il tarixli qərardadından şikayət verilməsi müddətini ötürmüşdür. O, məsələ ilə bağlı izahat vermək istədikdə, müddətin bərpası üçün ərizə vermək istədiyini bildirməyinə baxmayaraq Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri ona şərait yaratmamış və söz deməyə imkan verməmişlər. O belə bir şəraitin yaradılmamasını əsas hesab edərək qərardadın ləğv edilməsini xahiş etdi. Digər tərəfdən verilmiş apellyasiya şikayətinə baxılması ərəfəsində məhkəmə prosesi başlayan zaman məhkəmə iclasının video-audio yazısının aparılması “Az-Femida” proqramında texniki nasazlıq baş vermiş və bu səbəbdən məhkəmə prosesinin çəkilişi mümkün olmamışdır. O bütün bunları nəzərə alaraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası onun konstision hüquqlarını pozmaqla qanunsuz qərardad qəbul etmişdir, ona görədə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08 sentyabr 2022-ci il tarixli, 2-1(103)-3076/2022 nömrəli qərardadının ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

12. İnzibati Prosessual Məcəllə Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti və zifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə

13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 20.1 Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə ak tları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Maddə 22.1 Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə 23.1 Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutuld uğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 75.3 Məhkəmə qərarı, bu Məcəllənin 20.1-ci maddəsində nəzərdə tutulmuş qaydada proses iştirakçılarına təqdim edilir. Maddə 85.1 Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkə mə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisə lərə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

13. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

14. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

15. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır.Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, apelyasiya instansiyası məhkəməsinin q ərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

16. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

17. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdı rmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

18. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

19. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.

20. Mübahisə ilə bağlı işin apellyasiya instan siyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlük məsələsinə baxılması xx.xx.2022-ci il tarixə təyin edilmiş və İddiaçı göndərilmiş xx.xx.2022-ci il tarixli bildirişlə məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsinə uyğun xidməti vəzifəsindən istifadə edərək həmin Məcəllənin 13cü maddəsində nəzərdə tutulmuş hüquqi yardımı göstərərək, apellyasiya şikayətinin qanunla müəyyən edilmiş müddətdə verildiyinə dair sübutları və ya həmin qərardaddan şikayətin verilməsi üçün prosessual müddət ötürüldüyü təqdirdə həmin müddətin bərpa edilməsinə dair müvafiq ərizənin verilməsini təklif etmişdir.

21. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti ilə razılaşaraq qeyd edir ki, 2-1(112)-9552/2022 sa ylı, 06 iyul 2022-ci il tarixli qərardad poçt vasitəsilə xx.xx.2022-ci il tarixdə İddiaçı iş materiallarındakı ünvanına göndərilmiş və xx.xx.2022-ci il tarixdə poçt xəbərnaməsinin “şəxsən” qrafasının qarşısına “Mahmudov” yazılaraq imza edilməklə qəbul edilmişdir.

22. Belə olan halda 06 iyul 2022-ci il tarixli məhkəmə qərardadından apellyasiya şikayəti verilməsi üçün iddiaçıya münasibətdə son müddət xx.xx.2022-ci il tarix hesab olunur. Lakin iddiaçı tərəfindən apellyasiya şikayəti məhkəməyə prosessual müddət ötürülməklə xx.xx.2022-ci il tarixdə daxil olmuşdur.

23. Belə ki, sözügedən xx.xx.2022-ci il tarixli məhkəmə bildirişi iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə poçt xəbərnaməsinin “şəxsən” qrafasının qarşısına “Mahmudov” yazılmaqla qəbul olunsa da, iddiaçı məhkəmə iclasında iştirak e dərək məhkəmə qərardadından qanunla müəyyən edilmiş 10 günlük prosessual müddət ərzində şikayət verməsini təsdiq edən müvafiq sübutları təqdim etməmiş və ya prosessual müddəti üzrlü səbəbdən ötürdüyü təqdirdə həmin müddətin üzrlü hesab edilməsi ilə bağlı onun bərpa edilməsinə dair ərizə verməmişdir. Həmçinin, izahatında məhkəmə qərardadını aldığı vaxt xəstə olduğunu, yanında heç kəs olmadığını və bu əsasla şikayət verilməsi üçün prosessual müddəti ötürdüyünü qeyd etmişdir.

24. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, inzibati prosessual qanunvericiliyin yuxarıda sadalanan normaları baxımından prosessual müddətin bərpasının şəxsin ərizəsi əsasında mümkünlüyünü, iddiaçıya apellyasiya qaydasında mübahisələndirdiyi 06 iyul 2022-ci il tarixli tarixli qərardaddan apellyasiya şikayətini qanun la müəyyən edilmiş 10 günlük müddət ərzində verdiyini təsdiq edən sübutları və ya həmin müddətin ötürüldüyü təqdirdə həmin müddətin üzrlü sayılması ilə bağlı müddətin bərpasına dair müvafiq ərizəni verməklə bağlı hüquqi yardım göstərilsə də, iddiaçının həmin prosessual hüquqi müdafiə vasitələrindən istifadə imkanını dəyərləndirmədiyi üçün şikayətin qeyri-mümkün sayılması və onun qəbulundan imtina edilməsi qanunidir.

25. Bəhs olunanlara əsasən apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı olduğundan, kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

26. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08 sentyabr 2022-ci il tarixli, 2-1(103)-3076/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar