Məhkəmə qərarları › İş №2-1(102)-297/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-297/2025

23.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-297/2025 23.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: iş illərinin ümumi iş stajına daxil edilməsi və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müd afiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı ““X1 Emalı” ASC-də işlədiyi 1992-ci il üzrə mart, may, iyul, avqust, sentyabr, 1994-cü il üzrə iyun, avqust, 1996-cı il üzrə mart, aprel, avqust, sentyabr, oktyabr, noyabr, dekabr aylarının, 1997-ci ilin, 1998-ci il üzrə yanvar, fevral, mart, aprel, may, iyun, iyul, oktyabr, noyabr dekabr, 1999-cu il üzrə aprel, 2001-ci il üzrə may, iyun, iyul, avqust aylarının sosial sığorta stajına daxil edilməsi və xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 avqust 2024-cü il tarixli, 2-1(104)-350/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1961-ci il təvəllüdlü olmaqla, xx.xx.1982-ci il tarixdən xx.xx.2001-ci il tarixədək “X1 Emalı” ASC-də işləmişdir. 2. “X1 Emalı” ASC tərəfindən iddiacıya verilmiş xx.xx.2022-ci il tarixli, 84 nömrəli arayışdan görünür ki, iddiaçı “X1 Emalı” ASC-də (keçmiş Azərbaycan Əlvan Metallar Emalı zavodu) xx.xx.1982-ci il tarixdən xx.xx.1999-cu il tarixə kimi (16 il 9 ay) metal əritmə sexində - tökücü vəzifəsində işləmişdir ki, həmin vəzifə də şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən vəzifə hesab olunmuşdur.

3. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraci ət etmiş, sonuncu xx.xx.2023-cü il tarixli məktubla imtina edərək bildirmişdir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə xx.xx.1992xx.xx.2001-ci il tarixləri arasındakı dövr ərzində “X1 Emalı” ASC-də əridici vəzifəsində işlədiyi qeyd edilmişdir. Sənədlərdə qeyd edilən iş stajına dair məlumatların dəqiqləşdirilməsi ilə bağlı aidiyyəti üzrə sorğu göndərilmiş, müvafiq sorğuya cavab olaraq 1992-ci il üzrə 5 ay, 1994-cü il üzrə 2 ay, 1996-ci il üzrə 7 ay, 1997-ci il üzrə 12 ay, 1998-ci il üzrə 10 ay, 1999-cu il üzrə 1 ay, 2001-ci il üzrə 7 ay iddiaçıya əməkhaqqı ödənişlərinin olmadığı bildirilmişdir. Qeyd olunan aylar ərzində işləmədiyi və iddiaçıya əməkhaqqı ödənilməyən ayları, yəni 44 ayı iş stajına daxil etmək mümkün deyildir. Bu səbəbdən, onun ümumi iş stajı 25 ildən az 22 il təşkil edir ki, buna da xx.xx.1979-xx.xx.1980-ci il, xx.xx.1980 - xx.xx.1982-ci il, xx.xx.1982 - xx.xx.1991-ci il tarixləri arasındakı dövrlər, 1992ci il üzrə 7 ay, 1993-cü il üzrə 12 ay, 1994-cü il üzrə 10 ay, 1995-ci il üzrə 12 ay, 1996-cı il üzrə 5 ay, 1998-ci il üzrə 2 ay, 1999-cu il üzrə 11 ay, 2000-ci il üzrə 12 ay, 2001-ci il üzrə 5 ay və xx.xx.2006-ci il tarixdən sonra 4 il daxildir. Əlavə olaraq, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, idd iaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 23009,16 manat təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, “X1 Emalı” ASC-də işlədiyi 1992-ci il üzrə mart, may, iyul, avqust, sentyabr, 1994-cü il üzrə iyun, avqust, 1996-cı il üzrə mart, aprel, avqust, sentyabr, oktyabr, noyabr, dekabr aylarının, 1997-ci ilin, 1998-ci il üzrə yanvar, fevral, mart, aprel, may, iyun, iyul, oktyabr, noyabr dekabr, 1999-cu il üzrə aprel, 2001-ci il üzrə may, iyun, iyul, avqust aylarının sosial sığorta stajına daxil edilməsi və xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

5. İddiaçının tələbi hazırkı qərarın 1-3-cü bəndlərində sadalanan faktiki hallara istinad edilməklə əsaslandırılmışdır.

6. Cavabdeh inzibati orqanın iddiaya qarşı yazılı etirazının dəlilləri iddiaçının müraciətindən imtinanın dəlilləri ilə eynilik təşkil edir.

7. Gəncə İnzibati Məhkəməsinin (hakim: E.T.Axundov) 09 yanvar 2024-cü il tarixli, 2-1(114)-204/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının “X1 Emalı” ASC-də (keçmiş Azərbaycan Əlvan Metallar Emalı zavodu) işlədiyi 1992-ci il üzrə mart, may, iyul, avqust, sentyabr ayları, 1994-cü il üzrə iyun, avqust ayları, 1996-cı il üzrə mart, aprel, avqust, sentyabr, oktyabr, noyabr, dekabr ayları, 1997-ci il, 1998-ci il üzrə yanvar, fevral, mart, aprel, may, iyun, iyul, oktyabr, noyabr dekabr ayları, 1999-cu il üzrə aprel ayı, 2001ci il üzrə may, iyun, iyul, avqust ayları sosial sığorta stajına daxil edilərək, ona xx.xx.2022ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

8. Birinci instansiya məhkəməsinin əsaslandırması: 8.1. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər, o cümlədən arxiv arayışları, eləcə də əmək haqqı cədvəlləri nəzərə alına bilər. İddiaçının 1992-ci il üzrə mart, may, iyul, avqust, sentyabr, 1994-cü il üzrə iyun, avqust, 1996-cı il üzrə mart, aprel, avqust, sentyabr, oktyabr, noyabr, dekabr, 1997-ci ildə, 1998-ci il üzrə yanvar, fevral, mart, aprel, may, iyun, iyul, oktyabr, noyabr dekabr, 1999-cu il üzrə aprel, 2001-ci il üzrə may, iyun, iyul, avqust aylarında “X1 Emalı” ASC-də (keçmiş Azərbaycan Əlvan Metallar Emalı zavodu) əmək fəaliyyəti ilə məşğul olması istər ИТ-İ ******* nömrəli əmək kitabçası, istərsə də ASC-nin xx.xx.2022-ci il tarixli, 96 nömrəli arayışı ilə öz təsdiqini tapır. Başqa sözlə, iddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.2001-ci il tarixədək “X1 Emalı” ASC-də (keçmiş Azərbaycan Əlvan Metallar Emalı zavodu) fasiləsiz olaraq işləmişdir. Bununla yanaşı, iddiaçının işlədiyi müəssisə tərəfindən mübahisələndirilən dövrlərə dair əməkhaqqının veril məsi barədə məlumatın olmaması onun təqsiri ilə bağlı olmadığından, onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalı, işçinin sosial təminat hüququna müdaxilə edilməsinə əsas verməməlidir. Ona görə də məhkəmə iddiaçının 1992-ci il üzrə mart, may, iyul, avqust, sentyabr, 1994-cü il üzrə iyun, avqust, 1996-cı il üzrə mart, aprel, avqust, sentyabr, oktyabr, noyabr, dekabr, 1997-ci ildə, 1998-ci il üzrə yanvar, fevral, mart, aprel, may, iyun, iyul, oktyabr, noyabr dekabr, 1999-cu il üzrə aprel, 2001-ci il üzrə may, iyun, iyul, avqust aylarında “X1 Emalı” ASC-də (keçmiş Azərbaycan Əlvan Metallar Emalı zavodu) işlədiyinə dair əmək kitabçasında göstərilən məlumatları mötəbər sübut saymış və hesab etmişdir ki, həmin dövrlər iddiaçının əmək stajına daxil edilməlidir. 8.2. İddiaçı ya 60 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün iki əsas şərt ödənilməlidir - onun işlədiyi iş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısında göstərilən işlərə aid olmalı və onun azı 25 il iş stajı olmalı, bu müddətin azı 12 il 6 ayını Siyahıda göstərilən işlərdə çalışmalıdır. Hazırda isə cavabdeh bu şərtləri mübahisələndirməmiş, yalnız iddiaçının ümumi stajının qanunvericilikdə nəzərdə tutulan müddətdən az olduğunu qeyd etmişdir. Odur ki, qeyd olunan dövrlər iddiaçının sosial sığorta stajına əlavə edildikdə, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməs i üçün ümumi stajı qanunvericilikdə nəzərdə tutulmuş şərti (25 il) ödəyir. 8.3. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı qanunvericiliklə nəzərdə tutulmuş yaş həddinə, yəni 60 yaşa xx.xx.2021-ci il tarixdə çatmışdır. xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün “fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” tələbi götürülmüşdür.

9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

10. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: R.Z.Mamedov /sədrlik edən və məruzəçi/, A.V.B ayramov və A.V.İsgəndərova) 15 avqust 2024-cü il tarixli, 2-1(104)-350/2024 nömrəli qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

13. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddiaçının müraciətindən imtinanın və iddiaya qarşı yazılı etirazın dəlilləri ilə eynilik təşkil edir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

14. Kassasiya şikayətinə qarşı yazılı etir az təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

15. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

38. Sosial təminat hüququ 38.1 Hər kəsin sosial təminat hüququ vardır.... 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. … 16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.... Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.... 17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları: Bənd 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajından ibarətdir. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquql arının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı (9 nömrəli əlavə) üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir....

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. … Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəm ə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırk ı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

22. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

23. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddiaya qarşı etirazın dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn və kassasiya instansiya məhkəməsinin göstərişlərinə uyğun işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

24. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmiş, həmçinin mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

25. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçının ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün xx.xx.2022ci il tarixədək qanunvericiliklə müəyyən edilmiş yaş həddinə (60 yaş) çatması, 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq güzəştli iş stajının olması işin aşağı instansiya məhkəmələri tərəfindən araşdırılmış və iş materiallarında olan sənədlərlə öz təsdiqini tapmışdır. Qeyd edilən şərtlərin ödənilməsi iddiaçıya xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün ə sasdır.

26. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

27. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 avqust 2024-cü il tarixli, 2-1(104)-350/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar