Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2970/2019 16.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı cavabdeh Daxili İşlər Nazirliyinə qarşı iş üzrə QƏRAR Açar söz: məlumat vərəqəsinin təqdim edilməsi Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daxili İşlər Nazirliyinə qarşı məlumat vərəqəsinin göndərilməsi tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 18 iyun 2019-cu il tarixli, 2-1(103)-999/2019 saylı qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 16 oktyabr 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daxili İşlər Nazirliyinə qarşı onun 1977-1982-ci illərdə təhsil aldığı müddətin ümumi iş stajı kimi nəzərə alınmaqla “Məlumat vərəqəsi”nin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə göndərilməsi öhdəliyinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə həvalə edilməsibarədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmişdir ki, o, 1993-2001-ci il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyini n strukturlarında, 2003-2013-cü illərdə isə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlar Baş İdarəsində çalışmışdır. 27.12.2013-cü il tarixdən “Əmək pensiyaları haqqında” Qanunun 9.5.2-ci bəndinə əsasən yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin, ona yaşa görə əmək pensiyası təyin edilərkən 1977-1982-ci illərdə təhsil aldığı müddət nəzərə alınmamışdır. Azərbaycan Respublikası Daxili işlər Nazirliyinə ərizə ilə müraciət edərək, 1977-1982-ci illərdə təhsil aldığı müddət sosial sığorta kimi nəzərə alınaraq pensiyanın yenidən hesablanması üçün “Məlumat vərəqi”nin tərtib olunaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə göndərilməsini xahiş et mişdir. Lakin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsi müraciətindən imtina etmişdir. Hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müraciətindən imtina etməsi tamamilə qanunsuz və əsassızdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.5.2-ci bəndinə əsasən hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçular istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı tələbini onunla əsaslandırmağa çalışmışdır ki, 1993-2001-ci illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturlarında, 2003- 2013-cü illərdə isə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsində xidmət keçmiş, 27.12.2013-cü il tarixdən “Əmək pensiyaları haqqında” Qanunun 9.5.2-ci bəndinə əsasən yaşa görə əmək pensiyası təyin edilmiş, lakin yaşa görə pensiya təyin edilərkən 1977-1982-ci illərdə təhsil aldığı müddət nəzərə alınmamışdır. Birinci instansiya məhkəməsinin 25.01.2019-cu il tarixli iş № 2-1(81)-818/2019, (sədrlik edən hakim A.Abdullayeva) qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 25.01.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Ap elyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 18.06.2019-cu il tarixli iş № 2-1(103)-999/2019 (hakimlər K.Abiyeva - sədrlik edən və məruzəçi, M.Tağızadə və Ü.Mayılov) qərarı ilə birinci instansiya məhkəməsinin 25.01.2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,01 oktyabr 1956-cı ildə qanuni qüvvəyə minmiş və 23 sentyabr 1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiyaları haqqında” SSRİ Qanunu və 1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun hərbi qulluqçuların pensiya təminatına heç bir aidiyyəti olmamışdır. Hərbi qulluqçuların pensiya təmi natı SSRİ Nazirlər Sovetinin 25 sentyabr 1989-cu il tarixli 795-173 nömrəli və 09 fevral 1990-cı il tarixli 138-22 nömrəli, 20 fevral 1991-ci il tarixli 46 nömrəli qərarlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 may 1997-ci il tarixli 56 nömrəli Qərarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli 631 nömrəli Qərarına əsasən təyin edilmişdir. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 29 aprel 1992-ci il tarixli 109 nömrəli Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailə lərinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” 23 noyabr 1992-ci il tarixli 631 nömrəli Qərarına və “Azərbaycan Respublikası Daxili İşlər Orqanlarında xidmətkeçmə haqqında” Əsasnamənin tələblərinə əsasən İddiaçı iddiasının təmin edilməsi qanuna ziddir. Belə ki, sabiq hərbi qulluqçu İddiaçı 28 iyul 2003-cü il tarixindən 27 dekabr 2013-cü il tarixədək Daxili Qoşunlarda müxtəlif vəzifələrdə xidmət etmişdir. 27 dekabr 2013-cü il tarixdə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “b” bəndinə (yaşa görə) müvafiq olaraq Silahlı Qüvvələrdən ehtiyata buraxılmışdır. Məhkəmə hazırda mübahisələndirilən qərarı qəbul edərkən aşağıda qeyd olunan maddi hüquq normalarının tələblərini pozmuşdur: “Əmək pensiyaları haqqında” Azərbaycan Res publikasının 07 fevral 2006-cı il tarixli Qanunun 9.5.1-ci maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 631 nömrəli 23 noyabr 1992-ci il tarixli Qərarının 1-ci bəndinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların mülki ali təhsil müəssisələrində təhsil aldıqları müddət təqaüd təyin edilərkən uzun müddət xidmət illərinin hesablanmasında xidmət müddətlərinin 1 il 6 ay hesablanmaqla uzun müddət xidmətə daxil edilir. Arxiv arayışından məlum olduğu kimi İddiaçı xidmət illəri 18 il 06 ay 22 gün təşkil etdiyindən qeyd olunan hüquqi normativ aktların tələblərinin ona şamil edilməsi yol verilməzdir. Həmçinin, 01 oktyabr 1956-cı ildə qanuni qüvvəyə minmiş və 23 sentyabr 1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiyaları” ha qqında SSRİ Qanunu qüvvədə olduğu müddət ərzində İddiaçı hərbi qulluqçu kimi pensiya hüququ qazanmamışdır. Məhkəmə yuxarıda qeyd olunanları əsassız olaraq nəzərə almadan qanunsuz qərar qəbul etmişdir. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 iyun 2019-cu İL tarixli, 2-1(103)999/2019 saylı qərarını tam ləğv edərək, iddianın rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbu l edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 18 iyun 2019-cu tarixli qərarını tam ləğv edərək, iddianın rədd edilməsi barədə yeni qərarın qəbul edilməsiniAli Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı məhkəm iclasına vəkilsiz gəldiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayə ti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 18 iyun 2019-cu tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına ə saslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə qəbul etdiyi 18 iyun 2019-cu il tarixli, 21(103)-999/2019 saylı qərarla, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 yanvar 2019-cu il tarixli, 2-1(81)818/2019 saylı qərarının dəyişdirilmədən saxlanılması qənaətinə gələrkən, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə, 01 dekabr 1956-cı ildə qüvvəyə minmiş və 23 sentyabr 1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiyaları haqqında” Qanunun 1-ci maddəsinin “v” bəndinə, 01 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67 -ci maddəsinin “ğ” bəndinə, Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli, 135 saylı qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi” barədə məlumatların təqdim olunması Qaydaları”nın 1, 4-cü bəndlərinə istinad etməklə belə hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir, apelyasiya şikayətinin dəlilləri qərarın ləğvi üçün əsas deyildir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kasasiya şikayətində göstərdiyi dəlillər əsassızdır. Belə ki, cavabdeh kasasiya şikayətində qeyd edir ki, 01 oktyabr 1956-cı ildə qanuni qüvvəyə minmiş və 23 sentyabr 1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiyaları haqqında” SSRİ Qanunu və 1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun hərbi qulluqçuların pensiya təminatına heç bir aidiyyəti olmamışdır. Hərbi qulluqçuların pensiya təminatı SSRİ Nazirlər Sovetinin 25 sentyabr 1989-cu il tarixli 795-173 nömrəli və 09 fevral 1990-cı il tarixli 138-22 nömrəli, 20 fevral 1991-ci il tarixli 46 nömrəli qərarlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 may 1997-ci il tarixli 56 nömrəli Qərarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli 631 nömrəli Qərarına əsasən təyin edilmişdir. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 29 aprel 1992-ci il tarixli 109 nömrəli Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, əd liyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” 23 noyabr 1992-ci il tarixli 631 nömrəli Qərarına və “Azərbaycan Respublikası Daxili İşlər Orqanlarında xidmətkeçmə haqqında” Əsasnamənin tələblərinə əsasən İddiaçı iddiasının təmin edilməsi qanuna ziddir. Belə ki, sabiq hərbi qulluqçu İddiaçı 28 iyul 2003-cü il tarixindən 27 dekabr 2013-cü il tarixədək Daxili Qoşunlarda müxtəlif vəzifələrdə xidmət etmişdir. 27 dekabr 2013-cü il tarixdə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “b” bəndinə (yaşa görə) müvafiq olaraq Silahlı Qüvvələrdən ehtiyata buraxılmışdır. Məhkəmə hazırda mübahisələndirilən qərarı qəbul edərkən aşağıda qeyd olunan maddi hüquq normalarının tələblərini pozmuşdur: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının 07 fevral 2006-cı il tarixli Qanunun 9.5.1-ci maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 631 nömrəli 23 noyabr 1992-ci il tarixli Qərarının 1-ci bəndinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların mülki ali təhsil müəssisələrində təhsil aldıqları müddət təqaüd təyin edilərkən uzun müddət xidmət illərinin hesablanmasında xidmət müddətlərinin 1 ili 6 ay hesablanmaqla uzun müddət xidmətə daxil edilir. Arxiv arayışından məlum olduğu kimi İddiaçı xidmət illəri 18 il 06 ay 22 gün təşkil etdiyindən qeyd olunan hüquqi normativ aktların tələblərinin ona şamil edilməsi yol verilməzdir. Həmçinin, 01 oktyab r 1956-cı ildə qanuni qüvvəyə minmiş və 23 sentyabr 1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiyaları” haqqında SSRİ Qanunu qüvvədə olduğu müddət ərzində İddiaçı hərbi qulluqçu kimi pensiya hüququ qazanmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kasasiya şikayətində özünün istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli 631 saylı qərarının 1-ci bəndinin 2-ci hissəsində deyilir ki, “Zabit heyətinə daxili işlər, gömrük, fövqəladə hallar orqanlarının, Ədliyyə Nazirliyinin Penitensiar və Tibb xidmətlərində orta, böyük, yüksək rəis heyətinə mənsub şəxslərə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə əsasən pensiya təyin edilərkən, onların həqiqi hərbi xidmətə və daxili işlər orqanlarında sıravi və rəi s heyəti vəzifələrinə götürülməzdən əvvəl mülki ali təhsil müəssisələrində, habelə hərbi hazırlıq silsilə və bölmələri olan orta ixtisas təhsil müəssisələrində, ali təhsil müəssisələrinin axşam şöbələrində və qiyabi təhsilalma formasında keçirdiyi təlim vaxtı da beş ilədək müddət daxilində təlimin bir ili altı ay sayılmaqla uzun müddət xidmətə daxil edilir. Əgər həmin şəxslər bilavasitə mülki ali təhsil müəssisələrindən tələbəlik vaxtı təhsil başa vurulmadan xüsusi təyinatlı ali təhsil müəssisələrinə təhsilin davamı üçün qəbul edilmişlərsə, mülki ali təhsil müəssisələrindəki təhsil müddəti eyni şərtlərlə uzun müddət xidmətə daxil edilir. Bununla əlaqədar olaraq qeyd edilməlidir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən isə müəyyən edilmişdir ki, iddiaçıya məxsus İT-İ № ******* saylı əmək kitabçasına və İV seriyalı 021041 saylı diplomuna əsasən İddiaçı 1977–1982-ci illərdə təhsil almışdır. Həmin faktı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi də təsdiq etmişdir, belə ki, sözügedən Nazirlik tərəfindən iddiaçıya ünvanlanmış 10 noyabr 2018-ci il tarixli, 13-14/1981-1674A saylı məktuba əsasən İddiaçı müraciəti ilə əlaqədar bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 631 saylı, 23 noyabr 1992-ci il tarixli qərarının 1-ci bəndinə və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının 07 fevral 2006-cı il tarixli Qanununun 9.5.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara mülki ali təhsil müəssisələrində təhsil aldıqları müddət təqaüd təyin edilərkən uzun müddət xidmət illərinin hesablanmasında xidmət müddətinin 1 ili 6 ay hesablanmaqla uzun müddət xidmətə daxil edilir. Onun xidmət illəri təqvimlə 18 il 06 ay 22 gün təşkil edir. Qaldırdığı məsələnin həlli ilə əlaqədar müvafiq köməkliyin göstərilməsi imkan xaricindədir. Lakin yuxarıda artıq göstərildiyi kimi Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli 631 nömrəli qərarının 1-ci bəndinin 2-ci hissəsi, məhz iddiaçının iddiasının qanuni və əsaslı olduğunu təsbit edir. Eyni zamanda qeyd edilməlidir ki, apelyasiya instansiyası məhkəməsi doğru olaraq göstərmişdir ki, 01 oktyabr 1956-cı ildə qüvvəyə minmiş və 23 sentyabr 1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndində qeyd olunmuşdur ki, ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, baş qa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. Həmçinin 01 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin “ğ” bəndinə əsasən, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Belə olan halda, məhkəmə kollegiyası düzgün olaraq belə qənaətə gəlmişdir ki, təhsil müddətinin əmək stajına daxil edilməsi məsələsi həmin təhsil alınan vaxt qüvvədə olan qanunvericiliklə, pensiya hüququ isə bu hüququn yarandığı vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənir. Şəxs in təhsil aldığı dövrün qanunvericiliyinə görə həmin dövr artıq onun qazanılmış hüququ olmaqla əmək stajı hesab edilir, cavabdehin isə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının 07 fevral 2006-cı il tarixli Qanununun 9.5.1-ci maddəsinə istinad etməsi, iddiaçının hüquqi vəziyyətini ağırlaşdırdığı üçün onun geriyə tətbiq edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə uyğun deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Həmçinin apelyasiya instansiyası məhkəməsi haqlı olara q qeyd etmişdir ki, cavabdeh tərəfindən yeni “Məlumat vərəqəsi”nin verilməsinə gəldikdə, qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli 135 saylı qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 1-ci bəndinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara - Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliy ində, Azərbaycan Respublikasının Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyi ilə yaradılmış digər silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidməti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azə rbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir. Həmin Qaydaların 4-cü bəndinə əsasən hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur. Bütün yuxarıda göstərilənlərə görə məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin 18 iyun 2019-cu il tarixli qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalı, kasasiya şikayəti təmin edilməməlidır. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 iyun 2019-cu il tarixli, 21(103)-999/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Zakir Quliyev.
Məhkəmə qərarları › İş №2-1(102)-2970/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2970/2019
16.10.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver