Məhkəmə qərarları › İş №2-1(102)-2970/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2970/2025

04.02.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2970/2025 04.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: açıq tipli hərbi şəhərcikdə yerləşən xidməti mənzilin özəlləşdirilməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı (hüquq varisi X2) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ya nında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “mənzilin özəlləşdirilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 aprel 2025-ci il tarixli, 2-1(105)-107/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Sumqayıt şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli, 7.280.2 nömrəli qərarına əsasən Sumqayıt şəhəri, H.Zeynalabdin Tağıyev qəsəbəsi, Fərrux Qayıbov küçəsi, 3 saylı evin 9 nömrəli mənzili xidməti əsaslarla 6 nəfərdən ibarət ailə tərkibi ilə iddiaçıya ayrılmışdır.

2. Həmin qərar əsasında qeyd edilən mənzilə dair S umqayıt şəhər XDS İcraiyyə Komitəsi Mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən iddiaçıya 6 nəfərdən ibarət ailə tərkibi ilə birlikdə xx.xx.1988-ci il tarixli, H/113 saylı xidməti order verilmişdir.

3. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hacı Zeynalabdin rayon Mənzilİstismar hissəsi 1 nömrəli Mənzil-İstismar sahəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 613 nömrəli arayışa əsasən iddiaçı ünvan 1 ünvanında yaşayır və mənzil Müdafiə Nazirliyi Mİİ-nin H.Zeynalabdin rayon Mənzil-İstismar Hissəsinin mənzil fonduna aid olmaqla “Tağıyev-3” hərbi şəhərciyində yerləşir.

4. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar Xidmətinin xx.xx.2024-cü il tarixli, 6488 nömrəli məktubuna əsasən Sumqayıt şəhəri, H.Zeynalabdin Tağıyev qəsəbəsi, Fərrux Qayıbov küçəsi, e v 3, 9 nömrəli mənzilin yerləşdiyi “Tağıyev-3” hərbi şəhərciyi açıq hərbi şəhərcik statusuna malikdir.

5. İddiaçı ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət edərək, qeyd edilən mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını xahiş etmişdir.

6. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********75 nömrəli məktubu ilə müraciətin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçıya qeyd edilən mənzil Sumqayıt şəhər XDS İcraiyyə Komitəsinin Mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən xidməti yaşayış sahəsi kimi verilmişdir. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 6-cı maddəsinə əsasən isə təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhəri, X1 qəsəbəsi, F.Qayıbov küçəsi, ev 3 ünvanında yerləşən 9 nömrəli mənzilin özəlləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya verilmiş orderin notarial təsdiq olunmuş surətindən görünür ki, həmin orderdə qeyd olunmuş xidməti sözünün (slujebnaya) üzərindən xətt çəkilmişdir, həmçinin orderin aşağı hissəsində “xidməti” sözünün yanlış yazıldığı (slujebnaya-aşibıçno) aydın şəkildə görünür və orderdə yanlışlıq aradan götürülərək orderi verən orqan tərəfindən orderə ikinci möhür vurulmuşdur. Belə olan halda, cavabdeh orqan tərəfindən həmin mənzilin xidməti rejimdə olduğunu əsas gətirərək həmin mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina olunması əsassız və qanunsuzdur.

9. Cavabdeh iddiaya dair yazılı etirazını imtina məktubu ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, hazırkı iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır.

10. Sumqayıt İnzibati Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli, 2-1(118)-2322/2022 nömrəli qərarı ilə (hakim C.Məmmədov) iddia təmin edilməmişdir.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, s özügedən mənzilin İddiaçı xidməti vəzifələrinin icrası ilə əlaqədar ayrılması faktı iddiaçının təqdim etdiyi order və Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hacı Zeynalabdin rayon Mənzil İstismar Hissəsi tərəfindən verilmiş 1187 nömrəli, xx.xx.2022-ci il tarixli məktub üzrə öz təsdiqini tapmışdır. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 6-cı maddəsinə əsasən təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Belə olan halda, iddiaçıya mübahisə edilən mənzilin özəlləşdirilməsi üçün əsas verən hal qanunvericilik aktlarında öz əksini tapmamışdır. Ona görə də, cavabdeh orqanın hərəkətlərində hər hansı bir qanun pozuntusu mövcud deyil.

12. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiya məhkəməsində icraat

13. İddiaçı xx.xx.2025-ci il tarixdə vəfat etdiyindən Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 aprel 2025-ci il tarixli, 2-1(105)-107/2025 nömrəli qərardadı ilə İddiaçı hüquq varisi X2 ilə əvəz edilmişdir.

14. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 aprel 2025-ci il tarixli, 2-1(105)-107/2025 nömrəli qərarı (hakimlər: H.Babayeva /məruzəçi/, T.Axundov və V.Hacıyev) ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli, 2-1(118)-2322/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansi yası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, Müdafiə Nazirliyinin Hacı Zeynalabdin rayon Mənzil İstismar hissəsinin 08 və 16 aprel 2025-ci il tarixli, 3-25-115/2-454/25 və 3-25115/2-508/25 nömrəli məktublarına əsasən sözügedən mənzil Müdafiə Nazirliyinə məxsusdur, xidməti rejimlidir və mənzilin özəlləşdirilməsi qanunla qadağandır. Həmçinin, Müdafiə Nazirliyi tərəfindən məhkəməyə təqdim olunmuş məktublara qoşma edilmiş orderin surətindən görünür ki, xx.xx.1988-ci il tarixli, H/113 saylı orderdə “xidməti” sözü qeyd olunmuş, lakin iddiaçının iddia etdiyi kimi “xidməti” sözünün çıxarılması ilə bağlı orderə hər hansı düzəliş edilməmişdir.

16. Bundan əlavə, iddiaçı apellyasiya şikayətinin dəlillərində mübahisələndirilən mənzilin yerləşdiyi binad a bir çox mənzillərin dövlət reyestrində qeydiyyata alındığını, başqa sözlə, cavabdeh orqan tərəfindən ona münasibətdə bərabərlik hüququnun pozulduğunu bildirir. Şikayətin bu dəlilinə münasibətdə qeyd edilir ki, cavabdehin 08 yanvar 2025-ci il tarixli, 3-21-3-31/2-38/202 nömrəli məktubuna əsasən həqiqətən mübahisəli mənzilin yerləşdiyi Sumqayıt şəhəri, X1 qəsəbəsi, Fərrux Qayıbov küçəsi, ev 3 ünvanında yerləşən bir neçə mənzillər (2 və 12 nömrəli) üzərində şəxslərin mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Lakin, qeydiyyatın aparılmasına əsas olmuş sənədlərdən görünür ki, müvafiq mənzillər şəxslərə hazırkı işdən fərqli olaraq Sumqayıt şəhər XDS İcraiyyə Komitəsinin və şəhər İcra Hakimiyyəti başçısının müvafiq qərar və əmrləri əsasında daimi əsaslarla ayrılmış və bu əsaslarla a yrılmış mənzillərə dair İK-nin Mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən xx.xx.1986-cı il tarixli, H/683 saylı və xx.xx.1992-ci il tarixli, H/783 saylı orderlər verilmişdir. Yəni, göründüyü kimi şikayətin dəlillərində qeyd edilən mənzillər iddiaçıda olduğu kimi xidməti deyil, məhz daimi əsaslarla ayrılmış mənzillər olmuşdur. Bu baxımdan, kollegiya hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya münasibətdə bərabərlik hüququnun pozuntusuna yol verilməmişdir.

17. İddiaçının hüquqi varisi həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri

18. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil edir.

19. Kassator əlavə olaraq göstərmişdir ki, xidməti əsaslarla verilmiş orderlərin üzərində qırmızı xətt olur, lakin bu order üzərində xüsusi fərqləndirici nişan-qırmızı xətt olmamış və bu hal, eyni zamanda iddiaçıya verilmiş orderdə yanlışlığın səhv olmasına dair qeyd, həmin qeydin möhürlə təsdiqlənməsi ona dəlalət edir ki, bu mənzil xidməti olmamışdır.

20. Bundan başqa eyni əsaslarla verilmiş bir çox mənzillər artıq özəlləşdirilmiş və çıxarış da verilmişdir. Lakin məhkəmə həmin dövrdə Müdafiə Nazirliyinin MKH-də işləməyən şəxslər tərəfindən tərtib olunmuş arayışa istinad edərək iddianı rədd etmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq 22. “Daşınmaz əmlakın dövlət reyestri haqq ında” Azərbaycan Respublikasının Qanunu: Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;... Maddə

15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiy yatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda; 15.1.7. bu Qanunun 9.2-1-ci maddəsində nəzərdə tutulan araşdırmanın nəticəsində sənədlərdə göstərilən məlumatların yanlış olduğu təsdiq edildikdə. 23. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

6. Təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Dövlət mülkiyyətində olan yataqxanalar (təhsil müəssisələrinin yataqxanaları istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında müvafiq icra hakimiyyəti orqanlarının balansına verildikdən sonra həmin yataqxanalardakı yaşayış sahələri yalnız orada faktiki yaşayan və mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi olan sakinlər tərəfindən özəlləşdirilə bilər. Memarlıq, tarixi və mədəni abidə sayılan b inalardakı mənzillər özəlləşdirildikdən sonra həmin binaların arxitektura görkəmini pozmaq, binanın mədəni, tarixi dəyərinə xələl gətirmək qadağan edilir. Həmin binalar satılarkən onları almaqda dövlət üstün hüquqa malikdir.

24. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə

146. Dövlət mənzil fondunun yaşayış sahələrinin özəlləşdirilməsi 146.1. Bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. 146.2. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanunu bu Məcəllə qanuni qüvvəyə mind ikdən sonra vətəndaşlara bu Məcəllənin İİİ-İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. 146.3. Bu Məcəllənin 146.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahələrinin özəlləşdirilməsi Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulduğu hallarda və qaydada həyata keçirilə bilər. 146.4. Dövlət mənzil fondunun bu Məcəllənin 146.1-ci maddəsinə aid edilməyən yaşayış sahələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada özəlləşdirilməsinə yol verilir.

25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişa fının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiyanın mümkünlüyü, kassa siya baxışının hədləri

26. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

28. Kassasiya şikayətinə münasibətdə isə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdir ilməsi üçün əsas yoxdur.

29. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

30. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləc ə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

31. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından açıq tipli hərbi şəhərcikdə yerləşən xidməti mənzilin özəlləşdirilməsinin yolverilməzliyi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

32. Apellyasiya instansiyası məhkəməsi mübahi sənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

33. Məhkəmə kollegiyası eyni zamanda kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, hazırkı iş üzrə mübahisə predmeti olan mənzil Müdafiə Nazirliyinin balansındadır, xidməti rejimlidir və mənzilin özəlləşdirilməsi qanunla qadağandır. Eləcə də, işin halları ilə müəyyən edilir ki, iddiaçının adına olan xx.xx.1988-ci il tarixli, H/113 saylı orderdə “xidməti” sözü qeyd olunmuş, lakin iddiaçının iddia etdiyi kimi “xidməti” sözünün çıxarılması ilə bağlı orderə hər hansı düzəliş edilməmişdir.

34. Məhkəmə kollegiyası kassasiya şikayətinin eyni əsaslarla veril miş bir çox mənzillərin özəlləşdirilməsi və çıxarışın verilməsi ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, iddiaçıya münasibətdə bərabərlik hüququnun pozulub-pozulmaması apellyasiya instansiya məhkəməsindəki icraat zamanı hərtərəfli və obyektiv şəkildə araşdırılmış, nəticədə müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, X1 qəsəbəsi, Fərrux Qayıbov küçəsi, ev 3 ünvanında yerləşən bir neçə mənzillər (2 və 12 nömrəli) üzərində şəxslərin mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış, lakin həmin mənzillər şəxslərə hazırkı işdən fərqli olaraq Sumqayıt şəhər XDS İcraiyyə Komitəsinin və şəhər İcra Hakimiyyəti başçısının müvafiq qərar və əmrləri əsasında daimi əsaslarla ayrılmış və bu əsaslarla ayrılmış mənzillərə dair İK-nin Mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən xx.xx.1986-cı i l tarixli, H/683 saylı və xx.xx.1992-ci il tarixli, H/783 saylı orderlər verilmişdir. Yəni, qeyd edilən mənzillər iddiaçıda olduğu kimi xidməti deyil, məhz daimi əsaslarla ayrılmış mənzillər olmuşdur.

35. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia tələbinə dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

36. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçı hüquq varisi X2nın kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 aprel 2025-ci il tarixli, 2-1(105)-107/2025 nömr

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar