Məhkəmə qərarları › İş №2-1(102)-2972/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2972/2019

29.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2972/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Cavabdehə qarşı iş üzrə QƏRAR Açar sözlər: mənzilə dair kirayə müqaviləsinin bağlanması. GİRİŞ HİSSƏ 29.11.2019 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Hüseynov Azər Soltanhəmid oğlu, Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, İddiaçı və vəkilinin iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı mənzilə dair kirayə müqaviləsinin bağlanması barədə sərəncamın verilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Koll egiyasının 2-1(103)-1285/2019 saylı iş üzrə 30 may 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 29 noyabr 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ Bakı şəhəri Nəsimi rayon XDS İK-nin 18 oktyabr 1991-ci il tarixli, 17/1 saylı qərarına əsasən dövlət mənzil fonduna aid Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 70 nömrəli evin 39 saylı yaşayış sahəsi 13 kv.metr olan bir otaqlı məhdud kommunal şəraitli mənzili İddiaçı oğlu ilə birlikdə mənzillə təmin olunanadək müvəqqəti sığınacaq kimi verilmişdir. Həmin qərardan eyni zamanda görünür ki, iddiaçı tənha ana kimi güzəştli şərtlərlə 1989-cu ildə mənzil növbəsinə alınmışdır. İddiaçı hal-hazıradək həmin mənzildə yaşayış yeri üzrə qeydiyyatda olmaqla yaşayır. Onun müxtəlif vaxtlarda həmin mənzilə dair daimi orderin alınması ilə bağlı dövlət orqanlarına etdiyi müraciətlər nəticəsiz qalmışdır. Belə ki, Bakı şəhəri Cavabdeh 34 saylı, 27 yanvar 1998-ci il tarixli məktubunda göstərilmişdir ki, o, Nəsimi rayon XDS-in 27 yanvar 1989-cu il tarixli qərarı ilə tək ana kimi güzəştli mənzil növbəsinə qəbul edilmişdir və mənzil növbəlilik siyahısında 326-cı adamdır. 1991-ci ildə Azadlıq pr. 70 nömrəli evin bir otaqlı yaşayış sahəsi 13 kv.m olan 39 nömrəli mənzil yaşayış yerində mənzil növbəsi çatana qədər müvəqqəti sığınacaq olaraq verilmişdir. Müvəqqəti mənzilə daimi order verilməsi zamanı növbəlilik pozulduğundan onun müraciətinin təmin edilməsi mümkün deyildir. İddiaçı daha sonra yenə də bir neçə dəfə sözügedən mənzilə d air daimi order almaq üçün Bakı şəhəri Cavabdehnə müraciətlər etmişdir. Bakı şəhəri Cavabdeh sonuncu dəfə 01.06.2018ci il tarixli, 18.05.2018-ci il tarixli məktubla müraciəti təmin etməkdən imtina edərək bunu onunla əsaslandırmışdır ki, qüvvədə olan Mənzil Məcəlləsində vətəndaşlara müvəqqəti sığınacaq kimi verilmiş mənzillərin onlara daimi yaşayış üçün verilməsi nəzərdə tutulmamışdır. Bundan sonra, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 70 ünvanındakı yaşayış binasının 39 saylı, yaşayış sahəsi 13 kv.m olan bir otaqlı mənzilinin kirayə müqaviləsinin onunla bağlanılması barədə sərəncamın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Nəsimi rayon XDS-in 27 yanvar 1989-cu il tarixli qərarı ilə tək ana kimi güzəştli mənzil növbəsinə götürülmüşdür, Nəsimi rayon XDS İK-nin 18 oktyabr 1991-ci il tarixli, 17/1 saylı qərarına əsasən isə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 70 nömrəli evin 39 saylı yaşayış sahəsi 13 kv.metr olan bir otaqlı məhdud kommunal şəraitli mənzil ona mənzillə təmin olunanadək müvəqqəti sığınacaq kimi verilmişdir. Uzun müddət keçməsinə baxmayaraq başqa mənzillə təmin olunmamışdır. Ona görə də, yaşadığı mənzilə kirayə müqaviləsinin onunla bağlanması üçün müvafiq sərəncamın verilməsini cavabdehdən xahiş etmiş, lakin əsassız olaraq imtina edilmişdir. 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-1(81)-408/2019 saylı, 26 fevral 2018-ci il tarixli qərarı (hakim – M.T.Hacıbəyova) ilə iddia təmin edilərək İ ddiaçı istifadəsində olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 70 nömrəli evin, 39 nömrəli mənzilə dair iddiaçı ilə kirayə müqaviləsinin bağlanması barədə sərəncamın verilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1285/2019 saylı, 30 may 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim – V.Ə.Baxışova, hakimlər – E.E.Nağıyeva və H.Ü.Həmidov) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-408/2019 saylı 26 fevral 2018-ci il tarixli qərarı ləğv olunaraq iş üzrə yeni qərar qəbul edilməklə iddia rədd edilmişdir. İddiaçı kassa siya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarını ləğv edib işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya instansiyası məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamış, qərar maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 48-ci maddəsində deyilir ki, dövlət və ya ictimai mənzil fondu evlərində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında ray on, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Yuxarıda adı çəkilən normanın mənasından görünür ki, səlahiyyətli orqanın vermiş olduğu qərar əsasında hər hansı yaşayış sahəsinə köçmək həmin qərara uyğun verilmiş order əsasında həyata keçirilməlidir ki, hələ 1991 -ci ildə Azərbaycan SSR Mənzil Məcəlləsi qüvvədə olduğundan həmin dövrdə yaranmış mülki münasibətlərə həmin qanunun müvafiq normaları tətbiq olunmalı idi. Apellyasiya məhkəməsi isə 01 oktyabr 2009-cu il tarixdən sonra qüvvəyə minmiş Mənzil Məcəlləsində bu halın nəzərdə tutulmadığını əsas gətirərək qanuni və əsaslı qərarı ləğv etmişdir ki, bununla da, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, tətbiq edilməli olmay an normanı tətbiq etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasında iddiaçı və vəkili kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh tərəf məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddind ə baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilərək apellyasiya məhkəməsinin qərarı ləğv edilməklə iddia təmin olunmalıdır. İşin mübahisəsiz hallarından görünür ki, Bakı şəhəri Nəsimi rayon XDS İK-nin 18 oktyabr 1991-ci il tarixli, 17/1 saylı qərarına əsasən dövlət mənzil fonduna aid Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 70 nömrəli evin 39 saylı yaşayış sahəsi 13 kv.metr olan bir otaqlı məhdud kommunal şəraitli mənzili İddiaçı oğlu ilə birlikdə mənzillə təmin olunanadək müvəqqəti sığınacaq kimi ve rilmişdir. Bundan əvvəl isə o, Nəsimi rayon XDS-in 27 yanvar 1989-cu il tarixli qərarı ilə tək ana kimi güzəştli mənzil növbəsinə qəbul edilmişdir. İddiaçı hal-hazıradək fasiləsiz və etirazısz olaraq həmin mənzildə yaşayış yeri üzrə qeydiyyatda olmaqla yaşayır. Onun müxtəlif vaxtlarda həmin mənzilə dair daimi orderin alınması ilə bağlı dövlət orqanlarına etdiyi müraciətlər nəticəsiz qalmışdır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddia tələbinin təmin edilməsi üçün faktiki şərtlər mövcud olmadığından iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanunsuz və əsassız olmuşdur. Məhkəmə özünün mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçıya müvəqqəti sığınacaq kimi mənzil verilərkən qüvvədə olmuş Mənzil Məcəlləsinin 80-ci maddəsində nəzərdə tutulmuşd u ki, icarədarın yaşayış sahəsində əsas icarədardan icarəyə götürmə müqaviləsi əsasında və ya müvəqqəti sakinlər sifətilə yaşayan vətəndaşlar, orada yaşadıqları müddətdən asılı olmayaraq, həmin sahə barəsində müstəqil hüquqa malik deyildirlər. Hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 59.1-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 51.7-ci maddəyə əsasən vətənd aşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 62.1-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır. Həmin Məcəllənin 62.2-ci maddəyə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsinin birtipli forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Apellyasiya məhkəməsi göstərilən normaların tələbləri ilə bağlı qeyd etmişdir ki, iddiaçı həmin dövrdə qüvvədə olmuş mənzil qanunvericiliyin tələbinə əsasən müvəqqəti sığınacaq kimi verilmiş mənzil üzərində yaşama müddətindən asılı olmayaraq hər hansı hüquq əldə etmir. Yəni, cavabdeh orqanın həmin mənzi lə dair onunla sosial kirayə müqaviləsi bağlamaq barədə öhdəliyi qanunla müəyyən edilməmişdir. Hazırda qüvvədə olan mənzil qanunvericiliyində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan və qanunla müəyyən edilmiş qaydada mənzil növbəsinə alınmış şəxslərlə müvafiq orqanın qərarı əsasında sosial kirayə müqaviləsi bağlanması nəzərdə tutulsa da, mənzillər növbəliliyə əməl olunmaqla təqdim edilməlidir. Birinci instansiya məhkəməsi işin hallarına düzgün hüquqi qiymət verməmiş, iddiaçını yaşadığı mənzilin kirayəçisi və mənzilə istifadə hüququ əldə etmiş şəxs kimi qəbul edərək cavabdehin onunla yeni kirayə müqaviləsi bağlamaqdan əsassız imtina etməsi barədə nəticəyə gəlmişdir. Halbuki iddiaçı ilə cavabdeh arasında ümumiyyətlə kirayə müqaviləsi bağlanmamışdır. Məhkəmə hazırda qüvvədə olan Mənzil Məcəlləsinə əsasən iddiaçının istifadə etdiyi mənzilə dair onunla kirayə müqaviləsi bağlanmasını tələb etmək hüququ olduğunu qeyd etsə də, mənzilə hansı əsasla köçürüldüyünü, müvəqqəti sakin kimi köçürüldüyü mənzil üzərində hər hansı hüququnun yaranmasının qanunla istisna edildiyini nəzərə almamışdır. Kollegiya aşağıda göstərilənlərə əsasən apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanunsuz və əsassız hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, qüvvədən düşmüş Mənzil Məcəlləsinin 80-ci maddəsi iddiaçının halına aid vəziyyəti tənzimləyən norma deyildir. Həmin maddədə söhbət ondan gedir ki, icarədarın yaşayış sahəsində əsas icarədardan icarəyə götürmə müqaviləsi əsasında və ya müvəqqəti sakinlər sifətilə yaşayan vətəndaşlar, orada yaşadıqları müddətdən asılı olmayaraq, həmin sahə b arəsində müstəqil hüquqa malik deyildirlər. Bu maddə yaşayış sahəsinin əsas icarədarının mövcud olduğu halda tətbiq edilir. Yəni, əsas icarədar yaşayış sahəsini müqavilə əsasında və ya müvəqqəti sakinlər sifətilə yaşamaları üçün başqa şəxslərə verərsə, həmin şəxslər orada yaşadıqları müddətdən asılı olmayaraq, həmin sahə barəsində müstəqil hüquq əldə etmirlər. Hazırkı işin hallarından isə müəyyən olunur ki, İddiaçı istifadəsində olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 70 nömrəli evin, 39 nömrəli mənzilini hər hansı başqa icarədardan müqavilə əsasında və ya müvəqqəti sakin kimi əldə etməmişdir. Mənzil ona həmin vaxt dövlət mənzil fondunu idarəedən orqan kimi Nəsimi rayon XDS İK-nin 18 oktyabr 1991-ci il tarixli, 17/1 saylı qərarına əsasən verilmişdir. Qüvvədən düşmüş Mənzil Mə cəlləsinin 38-ci maddəsinə əsasən İ və İİ qrup əmək əlillərinə və hərbi qulluqçular sırasından olan İ və İİ qrup əlillərə yaşayış sahəsi birinci növbədə verilir. Hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 56.1-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçotda duran vətəndaşlara yaşayış sahələri bu Məcəllənin 56.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, növbəlik qaydasına əsasən onların uçota alınma tarixi nəzərə alınmaqla verilir. Həmin Məcəllənin 56.2-ci maddəsinə görə sosial kirayə müqaviləsinə əsasən növbədənkənar yaşayış sahələri aşağıdakılara verilir:...56.2.3. bu Məcəllənin 50.1.4-cü maddəsində nəzərdə tutulmuş siyahıda göstərilən ağır xroniki xəstəliklərə düçar olmuş vətəndaşlara. Həmin Məcəllənin 50.1 və 50.1.4-cü maddələrinə əsasən aşağıdakı vətəndaş lar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). Həmin Məcəllənin 56.3-cü maddəsinə görə yaşayış sahələrinə ehtiyacı olan qismində uçotda duran vətəndaşlara sosial kirayə müqaviləsi ilə yaşayış sahələri müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq bələdiyyə orqanının qərarına əsasən verilir. Sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin verilməsinə dair qərar onun qəbul edildiyi gündən üç iş günündən gec olmayaraq barələrində belə qərar qəbul edilmiş vətəndaşlara verilir və ya göndərilir. Həmin Məcəllənin 56.4-cü maddəsinə əsasən bu Məcəllənin tələblərinə uyğun olaraq sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin verilməsinə dair qərar bu qərarda göstərilən müddətdə müvafiq sosial kirayə müqaviləsinin bağlanması üçün əsasdır. Həmin Məcəllənin 62.1-ci maddəsində isə təsbit edilmişdir ki, yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır. Göstərilən normaların hazırkı işin hallarına tətbiqi ilə bağlı olaraq kollegiya qeyd edir ki, iddiaçının birinci qrup əlil olduğu nəzərə alındığında onun qüvvədən düşmüş Mənzil Məcəlləsinin tələblərinə görə birinci növbədə yaşayış sahəsi ilə təmin edilmək hüququ olmuşdur. Bundan başqa, birinci qrup əlili kimi o, həm də hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 50.1.4-cü maddəsində sadalanmış şəxslərin dairəsinə daxil olan şəxs kimi yenə həmin Məcəllənin 56.2.3-cü maddəsinə uyğun olaraq növbədənkənar yaşayış sahəsi ilə təmin edilmək hüququna malikdir. Beləliklə, qanunvericiliyin qeyd olunan müddəalarını, iddiaçının faktiki olaraq 30 ilə yaxın müddət ərzində uzun bir zaman fasiləsiz və etirazsız olaraq həmin mənzildə yaşadığını və əlil olduğunu nəzərə almaqla kollegiya belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı və qanuni hesab olunmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstə rilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1285/2019 saylı iş üzrə 30 may 2019-cu il tarixli qərarı ləğv edilsin. İddia təmin olunsun. Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 70 nömrəli evin 39 saylı mənzilinə dair İddiaçı ilə kirayə müqaviləsinin bağlanması barədə sərəncamın verilməsi öhdəliyi Bakı şəhəri Cavabdehnə həvalə edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar