Məhkəmə qərarları › İş №2-1(102)-2976/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2976/2024

26.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2976/2024 26.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər Səlimov Fəxrəddin Əbdülbağı oğlu və X17) qarşı iş üzrə QƏRARİ Açar sözlər: bağ sahəsi üzərində istifadə hüququnun dövlət qeydiyyatına alınması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər Səlimo v Fəxrəddin Əbdülbağı oğlu və X17) qarşı “istifadə hüququnun dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 may 2024cü il tarixli, 2-1(103)-1248/2024 nömrəli qərarından üçüncü şəxs Səlimov Fəxrəddin Əbdülbağı oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhəri Əzizbəyov Rayon Məhkəməsinin xx.xx.2001-ci il tarixli qətnaməsi ilə iddiaçı Səlimov Fəxrəddin Əbdülbağı oğlunun cavabdehlər X10 və qeyrilərinə qarşı bağ icarə müqaviləsinin etibarsız hesab edilməsi, bağdan istifadə hüququnun tanınması və Bağlar İdarəsi ilə icarə müqaviləsi bağlanmasına dair iddia tələbi rədd edilmişdir.

2. İddiaçının həmin qət namədən verdiyi apellyasiya şikayəti Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki işlər üzrə kollegiyasının xx.xx.2001-ci il tarixli qətnaməsi ilə təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilmiş, Bakı şəhəri “Xaşa-Xuna” bağ massivində 403 saylı, 0.22 hektar torpaq sahəsi olan bağa dair X10 ilə Bakı şəhər Bağlar İdarəsi arasında bağlanmış icarə müqaviləsi etibarsız hesab edilmiş, Səlimov Fəxrəddin Əbdülbağı oğlunun, X11, X1, X2, X4, X7 və İddiaçı həmin bağ sahəsindən bərabər istifadə hüquqları tanınmış, bağ sahəsinə dair Səlimov Fəxrəddin Əbdülbağı oğlu ilə icarə müqaviləsinin bağlanması Bakı X8 və İstismarı Birliyinə həvalə edilmişdir.

3. Qətnamə, bağ sahəsinə dair X10 ilə Bakı şəhər Bağlar İdarəsi ara sında bağlanmış icarə müqaviləsi etibarsız hesab edilməsi və Səlimov Fəxrəddin Əbdülbağı oğlu ilə icarə müqaviləsinin bağlanmasının Bakı X8 və İstismarı Birliyinə həvalə edilməsi hissəsində icra edilərək Fəxrəddin Səlimov ilə X8 və İstismarı Birliyi arasında “bağın icarəyə verilməsinə dair” xx.xx.2001-ci il tarixli 6789 nömrəli müqavilə bağlanmış, daha sonra həmin bağ sahəsinə dair sonuncunun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və mülkiyyət hüquqlarına dair MH seriyalı, ******* nömrəli, xx.xx.2010-cu il tarixli çıxarış verilmişdir. Çıxarışda bağ sahəsinin ünvanı ünvan 13751 ha göstərilmişdir.

4. Səlimov Fəxrəddin Əbdülbağı oğlu xx.xx.2016-cı il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ sahəsi ev 403 ünvanda yerləşən, ümumi sahəsi 14.6 kv.m olan bir ota qlı bağ evini və 0.08 ha torpaq sahəsini X3 və tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmışdır.

5. Bundan sonra Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ massivi, 403K saylı bağ sahəsinin 0.08 ha hissəsinə dair X14, 0.133751 ha hissəsinə dair Səlimov Fəxrəddin Əbdülbağı oğluna daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir.

6. İddiaçı cavabdehlər Səlimov Fəxrəddin Əbdülbağı oğluna, X14 və qeyrilərinə qarşı “qeydiyyatın etibarsız hesab edilməsi, mülkiyyət hüququnun tanınması, naturada ayrılma və istifadəyə maneələrin qadağan edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin olunaraq, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ massivi, 403 saylı bağ sahəsindən i stifadəsinə cavabdehlər tərəfindən yaradılan maneələr qadağan edilmişdir. Qətnamədən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir.

7. İddiaçı bağ sahəsi üzərində istifadə hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu xx.xx.2023-cü il tarixli məktubla imtina edərək göstərmişdir ki, iddiaçı tərəfindən göstərilən torpaq sahəsi xx.xx.2001-ci il tarixli, 6789 nömrəli bağın icarəyə verilməsinə dair müqavilə əsasında Səlimov Fəxrəddin Əbdülbağı oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, bir hissəsi özgəninkiləşdirilmişdir. Odur ki, hüquq sahibi ilə iddiaçı arasında bağlanılmış notarial qaydada təsdiq olunmuş müvafiq müqavilə əsasında torpaq sahəsi üzərində iddiaçının istifadə hüququ qeydiyyata alı na bilər. Həmçinin, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli və Xəzər Rayon Məhkəməsinin 2(003)265/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə İdarənin üzərinə hər hansı öhdəlik qoyulmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, istifadə hüququnun dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsini xahiş etmişdir.

9. İddiaçı tələbini bu qərarın 1-7-ci bəndlərində sadalanan işin halları ilə əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, qətnamə qanuni qüvvəsini almış və icra olunaraq bağ sahəsinin icarə müqaviləsi Fəxrəddin Səlimov ilə bağlanmışdır. Sonuncu da, qanuni istifadədə olan bağ sahələrinin mülkiyyətə ve rilməsinə dair qəbul edilmiş qanuna əsasən 2012-ci ildə onlardan xəbərsiz bağ sahəsini adına rəsmiləşdirmiş və özünü bağın yeganə sahibi kimi görərək, onun bağ sahəsinə olan hüquqlarını gözləmədən bağın 0.08 hektarını Alla Səfərovaya satmışdır. O, isə 403 saylı bağ sahəsinin ona satılmış hissəsinin daş hasarla ayrıldığını və həmin hissəyə yeni 403"K” ünvanı verildiyini bildirmişdir. Cavabdeh tərəfindən məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi ilə tanınan hüququn dövlət reyestrində qeydiyyatının aparılması əvəzinə, ona lüzumsuz təklifə dair məktubun göndərilməsi qanunsuz olmuşdur.

10. Cavabdeh iddia tələbinə qarşı yazılı etirazını iddiaçının müraciətindən imtinanın dəlilləri ilə əsaslandırmışdır.

11. Bakı İnzibati Məhkəməsinin (hakim: B.M.Cəlalov) 27 oktyabr 2023-cü il tarixli 21(112)-12 259/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, “Xaşa-Xuna” bağ massivində 403 saylı, sahəsi 0.22 hektar olan bağ sahəsinə İddiaçı məhkəmə qərarı əsasında tanınmış istifadə hüququnun dövlət reyestrində qeydiyyata alınması və buna dair müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

12. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, üçüncü şəxslərdən Fəxrəddin Səlimovun mübahisəli torpaq sahəsi ilə bağlı hüququ necə ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir, eləcə də, iddiaçının da həmin torpaq sahəsinə istifadə hüququ həmin məhkəmə qətnaməsinə əsasən yaranmışdır. Yəni, torpaq sahəsinə hüququn yaranması əsası baxımından, iddiaçı ilə üçüncü şəxs Fəxrəddin Səlimovun hüquqları eyni əsasa söykənir. Məhkəmə iclasında üçüncü şəxs Fəxrəddin Sə limovun nümayəndəsi iddiaçının bağ sahəsindən istifadəsinə etiraz etmədiyini, lakin həmin hüququn dövlət reyestrində qeydə alınmasına etiraz etdiyini bildirir. Lakin qeyd olunduğu kimi, iddiaçının hüququ qətnamə əsasında yaranmışdır və iddiaçı hazırda həmin qətnamə əsasında yaranmış hüququnu dövlət reyestrində qeydə aldırmaq istəyir. Qətnamə ilə yaranmış hüququn isə qeydə alınmasının hər hansı digər şəxslərin razılığından asılı edilməsi iddiaçının hüquqlarının pozulması ilə nəticələnir. Digər üçüncü şəxs Alla Səfərovanın etirazı ilə bağlı qeyd etmək lazımdır ki, ilk növbədə, hazırkı tərəflər arasında mübahisə bağ sahəsinə maneələrin aradan qaldırılması ilə bağlı mülki məhkəmə mübahisələri olmuşdur. Qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə həmin məsələyə hüquqi qiymət verilərək qeyd e dilmişdir ki, “...Bakı Apellyasiya Məhkəməsinin 24 aprel 2001-ci il tarixli qətnaməsi ilə İddiaçı bağ sahəsindən istifadə hüququ tanındığından, bağ sahəsinin Fəxrəddin Səlimovun adına qeydə alınması, daha sonra 0.08 ha hissəsinin Alla Səfərovaya satılması və sonuncunun adına qeydə alınması, bağ sahəsinə istifadə hüququ olan İddiaçı istifadə hüququnun xitamına səbəb olmadığından, İddiaçı bağ sahəsindən istifadəsinə cavabdehlər tərəfindən yaradılan maneələr qadağan edilməlidir...”. Eyni zamanda, Alla Səfərova məhkəməyə iddiaçının yazılı ərizəsini təqdim edərək, onun bağ sahəsinə istifadə hüququna xitam verməsinə razı olduğunu, istifadə hüququna xitam verilməsini xahiş etmişdir. Həmçinin, izahatında bağ sahəsinə dair məhkəmə qətnaməsinin, iddiaçının da istifadə hüququnun olmamasını bildirmi şdir. Məhkəmə bununla bağlı qeyd etmişdir ki, istifadə hüququna xitam verilməsi, inzibati mühakimə icraatının predmetini təşkil edən məsələ deyil. İddiaçının istifadə hüququ qeydə alınacağı təqdirdə istifadə hüququna xitam verilməsi ilə bağlı Alla Səfərova həmin ərizəyə və digər hallara istinad edərək mülki mühakimə icraatı qaydasında müvafiq iddia tələbi ilə məhkəməyə müraciət edə bilər. Bağ sahəsinə dair iddiaçının da hüquqlarının olmasından məlumatsız olması ilə bağlı məhkəmə qeyd etmişdir ki, Alla Səfərova bu barədə məlumatı olduğu halda, torpaq sahəsini yüklü olduğunu bilərək qəbul etmişdir. Əgər, Alla Səfərovanın bu faktdan məlumatı yoxdursa, o zaman torpağın yüklü olmasını (məhkəmə qətnaməsinin icrasının gecikməsi nəticəsində bu yüklülük dövlət reyestrində qeydə alınmamışdır) ondan gizlədən tərəfdən, yəni alqı-satqı müqaviləsinin tərəfi olan Fəxrəddin Səlimovdan bu halla bağlı dəymiş ziyanın kompensasiyanı tələb edə bilər. Belə ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən, Fəxrəddin Səlimov üçüncü şəxslərin hüquqlarından azad şəkildə daşınmaz əmlakı satıcının (Alla Səfərovanın) mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, cavabdehin imtinasının əsası kimi istinad etdiyi digər halın, yəni mülkiyyətçilərin notarial qaydada verilmiş razılıq ərizələrinin tələb edilməsi də əsassızdır. Yekunda məhkəmə bir məsələni də vurğulamışdır ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə iddiaçının istifadə hüququnun Bakı şəhəri “Xaşa-Xuna” bağ massivində 403 saylı, sahəsi 0.22 hektar olan bağ sahəsinə dair olması, hazırd a isə bağ sahəsinin ünvanlarının və sahələrinin dəyişməsi, iddiaçının tələbinin təmin edilməsinə mane olan hal deyildir.

13. Cavabdeh və üçüncü şəxs Səlimov Fəxrəddin Əbdülbağı oğlu qərardan apellyasiya şikayətləri verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər. b) apellyasiya instansiyası məhkəməsində icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: K.H.Əkbərov /sədrlik edən və məruzəçi/, M.N.Tağızadə və S.R.Səlimova) 21 may 2024-cü il tarixli, 21(103)-1248/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia tələbi qismən təmin edilmiş, iddiaçının Bakı şəhəri, “Xaşa-Xuna” bağ massivində 403 saylı bağ sahəsinin 0.14 hektar hissəsinə məhkəmə qərarı əsasında tanınmış daimi istifadə hüququnun dövlət reyestrində qeydiyyata alınması və buna dair müvafiq çıxarışın verilməsi vəzifəsi cavabdehə həvalə edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.

15. Üçüncü şəxs qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

16. Üçüncü şəxs Səlimov Fəxrəddin Əbdülbağı oğlunun kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, adına olan 403 saylı bağ sahəsi 0.14 ha deyil, faktiki olaraq 0.133751 ha-dır. Bundan başqa, iddiaçı qətnaməni təhrif etmiş və apellyasiya instansiyası məhkəməsi də buna göz yummuşdur. Belə ki, xx.xx.2001-ci il tarixli qətnamədə “daimi” sözü yoxdur. Qətnamədə bərabər istifadə hüququndan söhbət gedir. Həmçinin, bağ sahəsinə dair icarə müqaviləsinin müddəti xx.xx.2011-ci il tarixdə bitmişdir. Bakı şəhəri Bağlar İdarəsi isə 2007-ci ildə artıq ləğv olunmuşdur. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

17. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır.... Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları;... Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə müb ahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır..... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümk ün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məh kəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin bütün dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddianın dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

25. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin normalarına əsasən mübahisə predmeti olan bağ sahəsi üzərində iddiaçının istifadə hüququnun dövlət qeydiyyatına alınmalı olub-olmaması ilə bağlı lazımi qaydada araşdırma aparmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona gör ə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

29. Kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasının xx.xx.2001-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri “Xaşa-Xuna” bağ massivində 403 saylı, sahəsi 0.22 hektar olan bağ sahəsinə dair Səlimov Fəxrəddin Əbdülbağı oğlu ilə birgə, X15, X5, X6, X9, X10 və İddiaçı bərabər istifadə hüquqları tanınmışdır.

30. Üçüncü şəxsin icarə müqaviləsinin bitməsinə və Bağlar İdarəsinin ləğv edilməsinə dair kassasiya dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə onun ( kassatorun) həmin bağ sahəsindən istifadə hüququ iddiaçı ilə bərabər yaranmışdır. Başqa sözlə, müqavilə müddətinin bitməsi, Bağlar İdarəsinin ləğv edilməsi və s. dəlillər iddiaçının istifadə hüququnu məhdudlaşdıra bilməz. Çünki, iddiaçının istifadə hüququ qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında tanınmışdır. Həmçinin, üçüncü şəxsin gətirdiyi dəlillər əsas hesab olunsa belə, bu dəlillər iddiaçı ilə birlikdə onun və istifadə hüquqları tanınan digər şəxslərin də hüquqlarını məhdudlaşdıracaqdır.

31. Bundan əlavə, qətnamənin təhrif olunması ilə bağlı üçüncü şəxsin kassasiya dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki işlər üzrə kollegiyasının xx.xx.2001-ci il tarixli qətnaməsi sübut qismində aşağı instansiya məhkəmələrinə təqdim edilmiş və iddiaçının hansı şəkildə bildirməsindən as ılı olmayaraq həmin sübuta məhkəmə müstəvisində hüquqi qiymət verilmişdir.

32. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, qeyd olunan qətnamədə “daimi” sözü qeyd olunmamış, məhkəmələr də qətnaməni bu cür təhrif etməmişlər. İşə baxan aşağı instansiya məhkəmələri düzgün olaraq göstərmişlər ki, qeyd olunan qətnamə iddiaçı ilə üçüncü şəxsə bərabər istifadə hüququ tanıdığından, üçüncü şəxslə bərabər onun (iddiaçının) da istifadə hüququ dövlət qeydiyyatına alınmalıdır.

33. Sonda məhkəmə kollegiyası torpaq sahəsinin ölçüsü ilə bağlı kassasiya dəlilinə münasibətdə qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən bağ sahəsi 0.22 ha ölçüdə dövlət qeydiyyatına alınmış, daha sonra həmin torpaq sahəsindən 0.08 ha hissəsi digər üçüncü şəxs Alla Səfərovaya satılmış, qalan 0.14 ha isə kassatorun adına dövlət qeydiyyatına alınmışdır. Başqa sözlə, torpaq sahəsi sənəd üzrə 0.14 ha təşkil edir. Torpaq sahəsinin faktiki ölçüsünün az olması isə hazırkı mübahisənin predmeti deyil və vəziyyəti kassatorun xeyrinə dəyişmir.

34. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq üçüncü şəxsin kassasiya şikayətinin dəlillərini əsassız sayır və belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır.

35. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 may 2024-cü il tarixli, 21(103 )-1248/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar