Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2977/2025 11.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iş üzrə icraatın dayandırılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kad astrı və Reyestri Publik Hüquqi Şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “torpaq sahəsi və onun üzərində yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il 04 iyun tarixli, 2-1(106)-353/2025 nömrəli qərardadından üçüncü şəxs "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xi dməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanda yerləşən 0.066330 ha torpaq sahəsi və onun üzərində yerləşən 1197,70 kv.m ümumi sahəsi olan qeyri-yaşayış binası (“Orxan” şadlıq sarayı) üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
2. Şirvan İnzibati Məhkəməsinin 2024-cü il 17 aprel tarixli, 2-1(120)-2493/2024 nömrəli qərardadı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti, X12 və X3 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşlar.
3. Üçüncü şəxs X1 nümayəndəsi və vəkili Vəkil2 vəsa tətlə məhkəməyə müraciət edərək, Şirvan Apellyasiya Məhkəməsinin 13 yanvar 2025-ci il, 2-2(106)-29/2025 saylı qərarından verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsində baxılıb yekun qərar qəbul edilənədək və iddiaçının istinad etdiyi "xxxx" MMC-nin təşkil etdiyi 04 dekabr 2023-cü il tarixli, 156 saylı hərracın yekunlarına dair protokolun ləğvinə dair işə Bakı Kommersiya Məhkəməsində baxılıb yekun qətnamə qəbul edilənədək hazırkı inzibati iş üzrə məhkəmə icraatının dayandırılmasını məhkəmədən xahiş etmişdir.
4. Vəsatətdə qeyd olunmuşdur ki, İddiaçı çıxarış və texniki pasport almaq istədiyi əmlak, yəni ünvan 2 ünvanında 0,066330 ha torpaq sahəsində yerləşən 1197,70 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış binası (“Orxan” Şadlıq sarayı) hüquqlarını müdafiə etdiyi X1 xüs usi mülkiyyəti kimi 29 dekabr 2024-cü il tarixində, **********41-06301 saylı reyestr nömrəsi ilə dövlət qeydiyyatına alınmış və bu barədə Arastun Şəmmədova hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasport verilmişdir. Belə olan halda, X1 xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmış həmin əmlaka ikinci bir şəxsin adına çıxarış və texniki pasport verilə bilməz. Bundan başqa, iddiaçı həmin əmlakı "xxxx" MMC-nin keçirdiyi hərrac vasitəsi ilə 04 dekabr 2023-cü il tarixində, 156 saylı hərracın yekununa görə aldığını göstərmiş və buna görə hazırkı iddianı qaldırmışdır. İddiaçının istinad etdiyi həmin halla bağlı, yəni "xxxx" MMC ünvan 2 ünvanında istifadədə olan 0,066330 ha torpaq sahəsində yerləşən 1197,70 kv.metr ümumi sahəsi olan qeyri -yaşayış binasının 323000,00 (üç yüz iyirmi üç min) manat məbləğində satılması haqqında yekun hərrac protokolunun ləğv edilməsi barədə tərəflərindən məhkəməyə müraciət edilmişdir və həmin iddia Bakı Kommersiya Məhkəməsinin icraatındadır. Əlavə olaraq, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2022ci il tarixli qətnaməsinə əsasən "xxxx" ASC-nin cavabdehlər X8, X9, X10, X7 və X4 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və sair tələbinə dair iddiası qismən təmin edilmişdir. Məhkəmə iddianı qismən təmin edərkən cavabdehlərə məxsus digər daşınmaz əmlaklarla yanaşı, eyni zamanda tutmanın Arastun Şəmmədovun mülkiyyətində olan ünvan 2 ünvanında 0,066330 ha torpaq sahəsi üzərində yerləşən 1197,70 kv.metr ümumi sahədən ibarət olan qeyri-yaşayış bi nasına yönəldilməsini, qeyri-yaşayış binasının açıq hərracda satılmasını, satışdan əldə ediləcək vəsait hesabına X5 "xxxx" ASC-yə olan borcunun ödənilməsini və həmin qeyriyaşayış binasının boşaldılmasını qət etmişdir. X11 Kommersiya Məhkəməsinin həmin qətnaməsindən məlumatı olmamışdır. Daha sonra Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmiş və həmin icra hərəkətlərinin nəticəsi olaraq hüquqlarını müdafiə etdiyi Arastun Şəmmədova məxsus ünvan 1 ünvanında 0,066330 ha torpaq sahəsi üzərində yerləşən 1197,70 kv.metr ümumi sahədən ibarət olan qeyri-yaşayış binası (“Orxan” Şadlıq sarayı) hərraca çıxarılmış və "xxxx" MMC tərəfindən keçirilən hərrac nəticəsində başqa şəxsə satılmışdır. Şirvan Kommersiya Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli qətnaməsində tutmanın ipoteka predmetinə yönəldilməsi, satılması və boşaldılması və sair qət edilmiş ünvan 2 ünvanında 0,066330 ha torpaq sahəsi üzərində yerləşən 1197,70 kv.metr ümumi sahədən ibarət olan qeyri-yaşayış binası (“Orxan” Şadlıq sarayı) X2 məxsus olduğundan və həmin qətnamədən sonradan məlumatları olduğu üçün hüquq və maraqlarına toxunulan şəxs kimi Arastun Şəmmədovun müdafiəçisi olaraq tərəfindən apellyasiya şikayəti verilmişdir. Tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin hakimi Tofiq Heydərov tərəfindən 13 yanvar 2025-ci il tarixində baxılmış və apellyasiya şikayətlərinin təmin edilməməsi barədə qərar qəbul edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 13 yanvar 2025-ci il, 2-2(106)-29/2025 saylı qərarı onlara rəsmi qaydada 23 yanvar 2025-ci il tarixində təqdim edilmişdir və həmin qətnamədən kassasiya şikayəti verilməsi üçün onların prosessual müddətləri 23 mart 2025-ci tarixində bitir. Hazırda isə Şirvan Apellyasiya Məhkəməsinin 13 yanvar 2025-ci il, 2-2(106)-29/2025 saylı qərarından kassasiya şikayəti verilmişdir və şikayət Ali Məhkəmənin icraatındadır. Göründüyü kimi, X2 məxsus ünvan 2 ünvanında 0,066330 ha torpaq sahəsi üzərində yerləşən 1197,70 kv.metr ümumi sahədən ibarət olan qeyri-yaşayış (“Orxan” Şadlıq sarayı) binasının açıq hərrac vasitəsi ilə satılmasına Şirvan Kommersiya Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli qətnaməsi əsas olmuşdur. Yuxarıda qeyd etdikləri kimi tərəflərindən həmin qətnamədən ilk öncə apellyasiya şikayəti verilmiş, apellyasiya şikayətləri təmin edilmədiyindən Apellyasiya Məhkəmə sinin qərarından kassasiya şikayəti verilmişdir və hazırda Ali Məhkəmənin icraatındadır. Hesab edir ki, yuxarıda istinad etdikləri faktlar, icraatda olan hazırkı işlə bilavasitə əlaqəli olduğundan, Şirvan Apellyasiya Məhkəməsinin 13 yanvar 2025-ci il, 22(106)-29/2025 saylı qərarından verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsində baxılıb yekun qərar qəbul edilənədək və iddiaçının istinad etdiyi "xxxx" MMC-nin təşkil etdiyi 04 dekabr 2023-cü il tarixli, 156 saylı hərracın yekunlarına dair protokolun ləğvinə dair işə Bakı Kommersiya Məhkəməsində baxılıb yekun qətnamə qəbul edilənədək icraatda olan hazırkı iş üzrə icraatın dayandırılması zəruridir.
5. Şirvan İnzibati Məhkəməsinin 2025-ci il 12 mart tarixli, 2-1(120)-758/2025 nömrəli qərardadı ilə (hakim F.Abbasov) üçün cü şəxs X1 nümayəndəsi və vəkili Vəkil2 iş üzrə icraatın dayandırılması barədə vəsatəti təmin edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “torpaq sahəsi və onun üzərində yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati iş üzrə icraat Şirvan Apellyasiya Məhkəməsinin 13 yanvar 2025-ci il, 2-2(106)29/2025 saylı qərarından verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsində baxılıb yekun qərar qəbul edilənədək və Ba kı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)-1604/2025 saylı (iddiaçı X1 cavabdeh "xxxx" MMC-nə qarşı “hərracın nəticələrinə dair yekun hərrac protokolun ləğv edilməsi” tələbinə dair) kommersiya işi üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılmışdır.
6. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, Şirvan Apellyasiya Məhkəməsinin 13 yanvar 2025-ci il, 2-2(106)-29/2025 saylı qərarından verilmiş kassasiya şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatında olan və e-2-2(113)-1604/2025 saylı kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsi tərəfindən qəbul ediləcək məhkəmə aktlarının hazırkı mübahisəyə tam, hərtərəfli və obyektiv hüquqi qiymətin verilməsi üçün mühüm əhəmiyyət kəsb etməsini və qəbul ediləcək yekun məhkəmə qərarının nə ticəsinə həlledici təsiri vardır.
7. Qərardaddan ayrı-ayrılıqda iddiaçı və üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyət apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və icraatın davam etdirilməsini xahiş etmişlər. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il 04 iyun tarixli, 2-1(106)-353/2025 nömrəli qərardadı ilə (hakimlər F.Hüseynov /sədrlik edən və məruzəçi/, Q.Əliyev və C.Quliyev) apellyasiya şikayətləri təmin edilməmiş, Şirvan İnzibati Məhkəməsinin 2025-ci il 12 mart tarixli, 2-1(120)-758/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
10. Üçüncü şəxs "xxxx" ASC k assasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il 04 iyun tarixli, 2-1(106)-353/2025 nömrəli qərardadının ləğv olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
11. Kassasiya şikayətinin dəlillərinə görə, İPM-nin 7.1-ci maddəsində mübahisənin həllinin tamamilə və ya qismən həmin dövrdə baxılan digər inzibati mübahisənin predmetini təşkil edən və ya inzibati orqan tərəfindən baxılmalı olan hüquq münasibətinin mövcud olub-olmamasından asılı olduğu hallarda mümkün olması qöstərildiyindən bu normaya istinad edilə bilməz. Məhkəmə hansı zərurətdən çıxış edərək icraatın dayandırılmasını əsaslandırmamışdır. İPM-in 7.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının gedişində mübahisənin predm eti və ya mübahisə edilən hüquq münasibəti ilə bağlı cinayətin törədilməsi ilə əlaqədar cinayət təqibinin mübahisənin həllinə təsir edə biləcəyi hallarda, habelə məhkəmənin qərarının cinayət və ya mülki işlər üzrə məsələnin həllindən asılı olduğu hallarda məhkəmə cinayət işi və ya mülki iş üzrə icraat başa çatana kimi məhkəmə baxışını dayandırmalıdır. Cinayətin törədilməsi faktı mövcud olmadığından bu əsasa da məhkəmənin istinad etməsi tamamilə qanunsuzdur. Halbuki məhkəmə qərardadında İPMnin 7.2-ci maddəsini rəhbər tutur. İPM-in 50-ci maddəsinə görə icraatın dayandırılması hazırlıq mərhələsində mümkün ola bilərdi, lakin məhkəmə icraatın dayandırılması barədə qərardadı artıq məhkəmə baxışı iclasında qəbul etmişdir. Bu olduqca kobud pozuntu hesab edilməlidir. Hazırlıq iclaslarında da icraat ın dayandırılması barədə vəsatətlər verilmiş, lakin dayandırılma hazırlıq iclası zamanı deyil, məhz məhkəmə baxışı zamanı baş vermişdir. MPM-in 254.1.4-cü maddəsinə əsasən Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa hakim iş üzrə icraatı dayandırmalıdır, MPM-in 256.0.3-cü maddəsinə görə iş üzrə icraat bu Məcəllənin 254.1-ci maddəsi ilə nəzərdə tutulan halda məhkəmənin qərarı, qətnaməsi, hökmü, qərardadı qüvvəyə minənə qədər, yaxud inzibati qaydada baxılan iş üzrə qərar çıxarılana qədər dayandırılır. Məhkəmənin MPM-nin qeyd edilən maddələrinə də istinad etməsi də məhkəmə tərəfindən əsaslandırılmamış, sadəcə məhkəmə bu maddəyə istinad etməklə kifayətlənmişdir. Bu da qərardadın qanuni və əsaslı olmasına dəlalət edə bilməz. b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
13. İnzibati Prosessual Məcəllə Maddə
7. Mübahisə ilə bağlı iş üzrə icraatın dayandırılması 7.1. Mübahisənin həllinin tamamilə və ya qismən həmin dövrdə baxılan digər inzibati mübahisənin predmetini təşkil edən və ya inzibati orqan tərəfindən baxılmalı olan hüquq münasibətinin mövcud olmasından və ya olmamasından asılı olduğu hallarda, məhkəmə iş üzrə icraatı həmin mübahisə həll edilənə kimi və ya inzibati orqan tərəfindən müvafiq qərar qəbul edilənə kimi dayandıra bilər. İş üzrə icraatın dayandırılması haqqında məsələni həll edərkən, məhkəmə onun davam etdirilməsinin məqsədəuyğu nluğu ilə bağlı halları nəzərə almalıdır. 7.2. İnzibati məhkəmə icraatının gedişində mübahisənin predmeti və ya mübahisə edilən hüquq münasibəti ilə bağlı cinayətin törədilməsi ilə əlaqədar cinayət təqibinin mübahisənin həllinə təsir edə biləcəyi hallarda, habelə məhkəmənin qərarının cinayət və ya mülki işlər üzrə məsələnin həllindən asılı olduğu hallarda məhkəmə cinayət işi və ya mülki iş üzrə icraat başa çatana kimi məhkəmə baxışını dayandırmalıdır. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə prose s iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və y a ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
14. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
15. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
16. M əhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur.
17. Belə ki, işin məhkəmələr tərəfindən araşdırılmış hallarından müəyyən olunur ki, iddiaçı mübahisələndirilən əmlak, yəni ünvan 1 ünvanda yerləşən 1197,70 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış binası (“Orxan” Şadlıq sarayı) üzərində mülkiyyət hüququnun 04 dekabr 2023-cü il tarixdə keçirilmiş hərracın yekunlarına istinadən tanınmasını və qeydə alınmasını tələb edir. Üçüncü şəxs (X3) tərəfindən isə qeyd olunan hərracın nəticələrinə dair yekun hərrac protokolunun ləğv edilməsi barədə iddia qaldırılmışdır.
18. Məhkəmələr ha zırkı inzibati iş üzrə icraatı – 1) Şirvan Apellyasiya Məhkəməsinin 13 yanvar 2025-ci il tarixli, 2-2(106)-29/2025 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsində baxılıb yekun qərar qəbul edilənədək və 2) Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)1604/2025 saylı (iddiaçı X1 cavabdeh "xxxx" MMC-nə qarşı “hərracın nəticələrinə dair yekun hərrac protokolun ləğv edilməsi” tələbinə dair) kommersiya işi üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırmışlar.
19. Kollegiya nəzərə alır ki, hazırkı vəziyyətdə dayandırmaya əsas təşkil edən birinci əsas ortadan qalxmışdır. Belə ki, Şirvan Apellyasiya Məhkəməsinin 13 yanvar 2025ci il, 2-2(106)-29/2025 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməs inin Kommersiya Kollegiyasında baxılmış, 04 iyun 2025-ci il tarixli, 2-2(102)-266/2025 saylı qərarla Şirvan Apellyasiya Məhkəməsinin 13 yanvar 2025ci il, 2-2(106)-29/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
20. Bununla belə, ikinci halla bağlı yekun qanuni qüvvəyə minmiş məhkəmə aktı hələ ki, mövcud deyildir. Belə ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1604/2025 saylı, 08 may 2025-ci il tarixli qətnaməsi ilə iddiaçı X1 cavabdeh "xxxx" MMC-yə qarşı “hərracın nəticələrinə dair yekun hərrac protokolun ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)752/2025 saylı, 16 sentyabr 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1604/2025 saylı, 08 m ay 2025-ci il tarixli qətnaməsi ləğv olunmuş, X1 "xxxx" MMC-yə qarşı “hərracın nəticələrinə dair yekun hərrac protokolunun ləğv edilməsi” tələbi təmin edilmiş, ünvan 1 ünvanındakı 0,066330 ha torpaq sahəsində yerləşən 1197,70 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış binasının 323 000 (üç yüz iyirmi üç min) manata satılması haqqında "xxxx" MMC-nin 04 dekabr 2023-cü il tarixli yekun hərrac protokolu ləğv (etibarsız hesab) olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-752/2025 saylı, 16 sentyabr 2025-ci il tarixli qətnaməsindən isə cavabdeh "xxxx" MMC, üçüncü şəxslər "xxxx" ASC və İddiaçı Cavanşir oğlu tərəfindən verilmiş kassasiya şikayətləri üzrə iş hazırda Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının icraatındadır (22(102)-791/2025 saylı iş).
21. Kollegiya qeyd edir ki, İPM-in 7.2-ci maddəsində təsbit edilmişdir ki, inzibati məhkəmə icraatının gedişində məhkəmənin qərarının mülki işlər üzrə məsələnin həllindən asılı olduğu hallarda məhkəmə mülki iş üzrə icraat başa çatana kimi iş üzrə icraatı dayandırmalıdır. Hazırkı işdə kollegiya hesab edir ki, belə asılılıq vardır. Çünki iddiaçı qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun 04 dekabr 2023-cü il tarixdə keçirilmiş hərracın yekunlarına istinadən tanınmasını və qeydə alınmasını tələb edir. Beləliklə, hərracın nəticələrinə dair yekun hərrac protokolun ləğv edilməsi tələbinə dair mülki icraatın nəticəsi hazırkı inzibati işin taleyinə təsir edəcək xarakterlidir.
22. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Üçüncü şəxs "xxxx" ASC tərəfindən veril miş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il 04 iyun tarixli, 2-1(106)-353/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.