Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2979/2023 29.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin mümkünlüyü; prosessual müddətin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Zakir Quliyev (məruzəçi), Rahib Nəbizadə və Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (üçüncü şəxs Azərbaycan Respub likası Daxili İşlər Nazirliyi Tibb İdarəsi 1 nömrəli Poliklinika) qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2535/2022 nömrəli, 1 dekabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı cavabdeh qarşı iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona 2-ci dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1471/2022 nömrəli, 28 mart 2022-ci il tari xli qərarı ilə (hakim O.Həsənov) iddia təmin edilmiş və iddiaçıya 2-ci dərəcəli əlilliyin təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
3. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2535/2022 nömrəli, 1 dekabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: C.Yusifov /sədrlik edən və məruzəçi/, A.Tanrıverdiyev və İ.Şirinov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
5. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNDƏ İCRAAT
6. Cavabdehin kassasiya şikayəti prosessual müddət buraxılmaqla verilmiş və müddətin bərpası barədə ərizə (vəsatət) təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
7. İnzibati Prosessual Məcəllə: Maddə
22. Müddətlər 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. 22.2. Müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Maddə
23. Hüquqi müdafiə vasitələri ilə bağlı prosessual müddətlərin hesablanması 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tut ulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə
24. Prosessual müddətlərin bərpa olunması 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandı rılmalıdır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda, Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir.
8. Avropa Məhkəməsi "Miraqall Eskolano və digərləri İspaniyaya qarşı" iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarı.
9. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2007-ci il 13 fevral tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ.
10. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı səbəblərdən kassasiya şikayəti mümkün sayılmamalıdır.
11. Kassasiyanın mümkünlüyü əsasları dedikdə, kassasiya şikayətinin İPM-in 90-cı maddəsində nəzərdə tutulan hallarda və şikayət vermə hüququ olan şəxslər tərəfindən verilməsi, kassasiya şikayətinin İPM-in 94-cü maddəsində müəyyən olunmuş müddətlərə riayət olunmaqla verilməsi başa düşülür.
12. Kassasiya şikayətinin İPM-in 94-cü maddəsində müəyyən olunmuş müddətlərə riayət olunmaqla verilməsi kassasiyanın mümkünlüyü əs aslarına aiddir.
13. Hazırkı mübahisəyə münasibətdə qeyd olunan mümkünlük şərtləri baxımından işin halları araşdırılarkən, kassasiya şikayətinin İPM-in 94-cü maddəsində müəyyən olunmuş müddət ötürülməklə verildiyi müəyyən olunmuşdur.
14. Mübahisəyə dair iş üzrə materiallardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 dekabr 2022-ci il tarixli qərarı poçt rabitəsi vasitəsi ilə cavabdehə 2022-ci il 29 dekabr tarixdə təqdim olunmuşdur. Lakin həmin qərardan kassasiya şikayəti 2023-cü il 09 avqust tarixdə, yəni qərardan kassasiya şikayəti verilməsi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 94.1-ci maddəsi ilə müəyyən edilmiş 1 aylıq müddət ötürülmüşdür.
15. Ali Məhkəmə tərəfindən cavabdehə göndərilmiş 6 noyabr 2023-cü il tarixli bildirişdə kassasiya şikayətində olan nöqsanlar barədə ona məlumat verilmiş, məhkəmə tarixinin təyin olunduğu vaxtadək (xx.xx.2023-cü il) həmin nöqsanların aradan qaldırılması təklif olunmuş, əks halda kassasiya şikayətinin mümkün sayılmayacağı barədə cavabdehə xəbərdarlıq olunmuşdur. Buna baxmayaraq cavabdeh qeyd olunan tarixədək müddətin bərpasına dair əsaslandırılmış ərizəni təqdim etməmişdir.
16. Belə ki, İPM-in 23.1-ci və 94.1-ci maddələrinin tələbinə görə, məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məluma tın təqdim edildiyi gündən başlanır və kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2007-ci il 13 fevral tarixli qərarında prosessual müddətlərlə bağlı qaydaların əhəmiyyəti barədə qeyd edilmişdir ki, imperativ xarakterə malik prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı riayət edilməsi vacib şərtlərdən biridir.
18. Həmçinin qeyd olunmalıdır ki, Avropa İnsan Hüquqları Məhkəməsi ədalət mühaki məsinin həyata keçirilməsi zamanı hüquqi müəyyənlik prinsipinin təmin edilməsi baxımından müddətlərin mühüm əhəmiyyət kəsb etməsini bir sıra qərarlarında vurğulamışdır.
19. Avropa Məhkəməsi "Miraqall Eskolano və digərləri İspaniyaya qarşı" iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, "atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar".
20. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qanunda nəzərdə tutulmuş tələblərə əm əl edilməməklə verildiyindən, şikayət mümkün sayılmayaraq onun qəbulundan imtina edilməlidir.
21. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 dekabr 2022-ci il tarixli, 21(103)-2535/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin.