Məhkəmə qərarları › İş №2-1(102)-298/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-298/2019

30.01.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-298/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Bakı şəhəri Cavabdehə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-298/2019) Bakı şəhəri 30 yanvar 2019-cu il 30.01.2019 GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, İddiaçı, onun vəkili Vəkil, üçüncü şəxs X3 iştirakı ilə iddiaçı İddiaçı cavabdeh Bakı şəhər Cavabdehə (X8 üçüncü şəxs olmaqla) qarşı kompensasiyanın ödənilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2406/2018 saylı, 04 oktyabr 2018-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 30 yanvar 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 35.8 kv.m təşkil edən 115 saylı mənzilin 17.5 kv.m hissəsi xüsusi mülkiyyət hüququ əsasında X3 adına, RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, həmin mənzilin 18.3 kv.m hissəsi xü susi mülkiyyət hüququ əsasında X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. ünvan 2 ünvanında Xətai RETSİ tərəfindən 07.08.2004-cü il tarixində xxxun, 04.11.2015-ci il tarixində isə mənzil 115 ünvanında İddiaçı adına kod açılmış və qeydiyyata alınmışdır. (Azərişiq ASC tərəfindən verilmiş 06 may 2015-ci il tarixli arayış) İddiaçı (bundan sonra - iddiaçı) 27 aprel 2017-ci il tarixdə Bakı şəhəri Cavabdehə (bundan sonra - cavabdeh) ərizə ilə müraciət edərək, ünvan 4 ünvanında yerləşən 115 saylı mənzilin 18.3 kv.m-lik otağının mülkiyyətçisi olaraq ona müvafiq kompensasiya ödənilməsini xahiş etmiş, lakin cavabdeh tərəfindən ərizəyə heç bir cavab verilməmişdir. Bundan sonra, iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Baş Nazir inin “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 25 fevral 2016-cı il tarixli, 86 saylı Qərarının icrası ilə əlaqədar olaraq ünvan 5 ünvanındakı 115 saylı mənzilin 18.3 kv.m-lik otağının mülkiyyətçisi kimi ona kompensasiya ödənişinin təmin edilməsi üçün müvafiq qərar qəbul edilməsi vəzifəsinin iş üzrə cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, ünvan 6 ünvanında yerləşən yataqxana binasının sökülməsi ilə əlaqədar həmin binanın 115 saylı mənzilinin paylı mülkiyyətçisi kimi ona 45.000 (qırx beş min) manat məbləğində kompensasiyanın ödənilməsi vəzi fəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 aprel 2016-cı il tarixli, 217 s saylı sərəncamına əsasən ünvan 7 ünvanında yerləşən yataqxananın sökülməsi ilə əlaqədar yataqxanada yaşayan hər bir ailəyə 45.000 manat məbləğində kompensasiya ödənilməsi üçün pul vəsaiti ayrılması qərara alınmış və kompensasiyanın ödənilməsi Bakı şəhər Cavabdehə tapşırılmışdır. Lakin Bakı şəhər Cavabdeh tərəfindən vəzifələr lazımınca icra edilməmiş, kompensasiya ödəniləcək ailələrin siyahısı tərtib edilərkən 115 saylı mənzilin ailə başçısı qismində yalnız iddiaçının atası X3 adı qeyd edilmiş, həmin mənzilin 18.3 kv.m təşkil edən bir otağının mülkiyyətçisi olan iddiaçının adı isə siyahıya daxil edilməmişd ir. Belə ki, cavabdeh tərəfindən hər iki mülkiyyətçi vahid bir ailə olaraq qəbul edilmişdir. Halbuki, iddiaçı həmin mənzildə atası X8 ilə birlikdə vahid bir ailə kimi deyil, öz ailəsi ilə birlikdə ayrıca olaraq yaşamışdır. İddiaçının atası isə həyat yoldaşı və digər övladları ilə birlikdə həmin mənzilin digər otağında başqa bir ailə kimi yaşamışdır, onların təsərrüfatları da ayrı olmuşdur. Belə olan təqdirdə yataqxananın 115 saylı mənzilində iki ailə yaşadığından hər birinə ayrıca olaraq 45.000 manat məbləğində kompensasiya ödənilməli idi. Lakin qeyd edilən hal Bakı şəhər Cavabdeh tərəfindən nəzərə alınmamış, iddiaçının adı kompensasiya ödənilməli olan ailə başçısı qismində siyahıda qeyd edilməmişdir. Müvafiq kompensasiyanın ödənilməsi ilə bağlı ərizə ilə Bakı şəhər Xəzər rayon İcra Hakimi yyətinə müraciət edilmiş, lakin cavabdeh tərəfindən ərizəyə heç bir cavab verilməmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 iyul 2017-ci il tarixli, 2-1(82)2996/2017 saylı qərardadı ilə X8 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Cavabdeh inzibati orqan 28.07.2017 il tarixli 1025 nömrəli məktubla iddiaya yazılı etiraz təqdim edərək bildirmişdir ki, ünvan 8 ünvanda yerləşən yataqxana binasının qəzalı vəziyyətə düşərək istismara yararsız olması ilə əlaqədar yataqxana binasında faktiki yaşamış 91 ailənin təhlükəsizliyini təmin edilməsi məqsədi ilə ailə başçılarının hər birinə dövlət vəsaiti hesabına 45.000 manat maddi yardım ayrılması nəzərdə tutulmuşdur. İddiaçı göstərilən yataqxananın 115 saylı mənzilinin paylı mülkiyyətə bölünməsini əsas tutaraq ona da m addi yardım ayrılmasını tələb edir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin yuxarıda qeyd edilən Sərəncamı ilə müəyyən olunmuş maliyyə yardımının miqdarı və paylanma qaydasının dəyişdirilməsi Cavabdehin səlahiyyətində deyil. Odur ki, iddiaçının Cavanşir küçəsi 14 ünvanında yerləşən yataqxananın 115 saylı mənzilinin paylara bölünməsi ilə əlaqədar ayrıca özünə kompensasiya ödənilməsi tələbi barədə iddia ərizəsində qaldırdığı məsələ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 217s saylı, 14 aprel 2016-cı il tarixli sərəncamına zidd oİduğu üçün tələbini təmin etmək mümkün deyildir. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 dekabr 2017-ci il tarixli, 2-1(82)2996/2017 saylı qərarı ilə (hakim H.Ç.Babayeva) iddia tələbi təmin edilmiş, ünvan 6 ünvanında yerləşən yataqxana binasının sökülməsi ilə əlaqədar həmin binanın 115 saylı mənzilinin paylı mülkiyyətçisi İddiaçı 45.000 manat məbləğində kompensasiyanın ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdeh inzibati orqan kompensasiya ödəniləcək ailə başçısı qismində iddiaçının adını qeyd etməməklə müvafiq məsələnin həlli istiqamətində işin bütün hallarını araşdırmamış, bununla da “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinin tələblərini pozmuşdur. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-786/2018 saylı iş üzrə 13 aprel 2017-ci il tarixli qərarı ilə (sədrlik edən: M.N.T ağızadə, hakimlər: Ü.A.Mayılov və K.N.Abiyeva) apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 dekabr 2017-ci il tarixli, 2-1(82)-2996/2017 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmənin həmin qərarından cavabdeh kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-1563/2018 saylı iş üzrə 07 avqust 2018-ci il tarixli qərarı ilə (sədrlik edən: R.S.Nəbizadə, hakimlər: A.S.Hüseynov və X.S.Məmmədov) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-786/2018 saylı iş üzrə 13 aprel 2017-ci il tarixli qərarı ləğv edilərək, iş təkrar baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzi bati-İqtisadi Kollegiyasının 2-1(103)-2406/2018 saylı iş üzrə 04 oktyabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən: C.A.Yusifov, hakimlər: V.M.Ağayev və A.B.Nuriyeva) apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 14 dekabr 2017-ci il tarixli, 2-1(82)-2996/2017 saylı qərarı ləğv edilmiş, iddia təmin edilməmişdir. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh inzibati orqan üzərinə düşən öhdəliyi pozmadığından onun iddiaçıya 45.000 manat kompensasiya ödənilməsindən imtina etməsi sonuncunun hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2406/2018 saylı iş üzrə 04 oktyabr 2018-ci il tarixli qərarının ləğv edilməsini və işin təkrar bax ılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Şikayətdə qeyd edilir ki, apellyasiya instansiya məhkəməsində işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmuş, nəticədə qanunsuz və ədalətsiz qərar qəbul edilmişdir. Belə ki, işə hələ birinci instansiya məhkəməsində baxılan zaman təqdim edilmiş ASAN - 2 Xidmətinin 162529 saylı, 01 dekabr 2017-ci il tarixli və ******* saylı, 01 dekabr 2017-ci il tarixli arayışlarından da göründüyü kimi, iddiaçı və üçüncü şəxs paylı mülkiyyət hüququ əsasında onlara məxsus otaqlarda ayrı-ayrı ailə üzvləri ilə birlikdə yaşamış, hər otağın da giriş-çıxışları ayrı olmuşdur. Daha sonra qeyd edilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 aprel 2016-cı il tarixli, 217 s saylı sərəncamında n da göründüyü kimi, ayrılacaq kompensasiya hər ailə üçün nəzərdə tutulmuşdur, hər mənzilə görə yox. Çünki yataqxanada mənzil deyil, ayrı-ayrı nömrələrə malik otaqlar olur. Ailəvi yataqxana adlandırılan həmin yataqxanada isə ailə üzvlərinin sayı nəzərə alınaraq xxxa əvvəl bir otaq (115 saylı) verilmiş olsa da, sonradan qonşuluqda olan 117 saylı otağın sakinləri oradan köçdükdən sonra həmin otaq da ona verilmişdir. Sənədləşdirmə aparılarkən isə həmin iki otaq bir nömrə ilə, yəni 115 nömrə ilə qeyd edilmişdir. xxx isə qızı – iddiaçı ailə qurduqdan sonra, yəni 19 dekabr 2013-cü ildə (hələ onda xxxa məlum ola bilməzdi ki, 2016-cı ildə Nazirlər Kabineti tərəfindən belə bir sərəncam veriləcək) həmin otaqlardan birini, yəni 18.3 kv.m sahəsi olan bir otağı ona bağışlamışdır. Həmçinin, iş üzrə Cava bdehin birinci instansiya məhkəməsində işdə iştirak edən nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilən akta əsasən, Cavabdeh özü də ilkin olaraq tərtib etdiyi aktda iddiaçını və üçüncü şəxs xxxu başqa-başqa ailə başçıları kimi qeyd etmiş, lakin Nazirlər Kabinetinin səlahiyyətli şəxsləri tərəfindən mənzilin eyni nömrə ilə qeyd edilməsi səbəbindən akt geri qaytarılmış və yenidən tərtib edilərkən ailə başçısı kimi yalnız xxx qeyd edilmişdir. İşə əlavə edilmiş sənədlərdən isə göründüyü kimi, iddiaçı həyat yoldaşı X7 və övladı X4 ilə birlikdə öz mülkiyyətində olan və ayrıca giriş-çıxış qapısı olan bir otaqda ayrı yaşamışlar. Məhkəmə icraatı iştirakçılarının izahatları: İddiaçı və onun vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək Bakı Apellyasiya Məhkəməsinin İnzi bati-İqtisadi Kollegiyasının 2-1(103)-2406/2018 saylı iş üzrə 04 oktyabr 2018-ci il tarixli qərarının ləğv edilməsini və işin təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmasını xahiş etdilər. Üçüncü şəxs xxx məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün işə Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq onun izahatına dinlənilmədən baxıldı. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamışdır. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, cavabdehə təqdim edilmiş məhkəmə bildirişində onun nümayəndəsinin iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edil məsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (İPM-nin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Əvvəla qeyd edilməlidir ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin bununla belə həmin şikayətin heç bir hüquqi ə sası olmadığından təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 aprel 2016-cı il tarixli, 217s saylı sərəncamı ilə ünvan 7 ünvanında yerləşən yataqxana binasının qəzalı vəziyyətə düşərək istismara yararsız olduğu nəzərə alınaraq, həmin yataqxanada 24 məcburi köçkün ailəsi də daxil olmaqla, cəmi 91 ailənin hər birinə, onların köçürülməsi məqsədilə 45.000 manat pul vəsaitinin ayrılması nəzərdə tutulmuş və bu tədbirin həyata keçirilməsi Cavabdehə həvalə edilmişdir. Bakı şəhər Cavabdehin 14.04.2016-cı il tarixli sərəncamı ilə Nazirlər Kabinetinin qeyd olunan sərəncamının icrası məqsədi ilə müvafiq komissiya yaradılmış və yataqxanada məskunlaşmış ailələrin hər birinə 45.000 manat kompensasiya məbləği ödənilməklə, onlara “Kapital Bankın” 1 saylı filialında hesab aç ılmışdır. Mübahisəli yataqxana binası qeyd olunan sərəncamların təsir dairəsinə düşdüyündən iddiaçının atası - üçüncü şəxs xxxa 115 saylı mənzilə görə qeyd olunduğu kimi 45.000 manat kompensasiya ödənilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, mənzilin 18.3 kv.m hissəsi iddiaçının, 17.5 kv.m hissəsi isə onun atasının adına qeydə alınsa da, onların adına olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlardan (RX seriyalı, ******* nömrəli və RX seriyalı, 033413 nömrəli) aydın olur ki, mənzil bir nömrə - 115 nömrəli mənzil kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Eləcə də, elektrik enerjisinə görə abonent kimi iddiaçının adına rəsmiləşdirilmiş sənədlərdə, habelə sığorta şəhadətnaməsində mənzil bir nömrə altında -115 nömrəli mənzil kimi göstərilmişdir. Azərbaycan Respublikas ı Nazirlər Kabinetinin 14 aprel 2016-cı il tarixli, 217s saylı sərəncamında 91 ailənin hər birinə 45.000 manat kompensasiya ödənilməsi nəzərdə tutulmuşdur. Nazirlər Kabinetinin həmin sərəncamı ilə nəzərdə tutulmuş vəsaiti alacaq ailələrin “Siyahısı”nda 84-cü sıra nömrəsində 115 saylı mənzildə ailə başçısı kimi iddiaçının atası xxx almış, “həmin binada faktiki yaşayan ailələrin Siyahısında” isə 54-cü sırada 115 saylı 2 otaqlı, 2 çıxarışı olan mənzildə yalnız bir ailənin - başda xxx olmaqla, onun arvadı X5 və qızları – X6 (iddiaçı) və X1 adları qeyd olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçının 115 nömrəli mənzildə ayrıca ailə təşkil etməsi iş materialları ilə təsdiq olunmadığından ona ayrıca kompensasiya verilməsi q anuni deyildir. İddiaçı əslində, mübahisəli ünvanda yerləşən yataqxananın 2 otaqlı, 115 saylı mənzilində valideynləri və bacısı ilə birgə bir ailə tərkibində yaşamışdır. Belə olan halda, cavabdeh inzibati orqanın Nazirlər Kabinetinin qeyd olunan sərəncamı ilə üzərinə düşən öhdəliyini, o cümlədən mübahisəli yataqxananda yaşayan hər bir ailəyə 45.000 manat məbləğində kompensasiya ödənilməsi ilə bağlı üzərinə düşən öhdəliyini pozduğu müəyyən edilmir. Bu mənada, cavabdehin iddiaçıya 45.000 manat kompensasiya ödənilməsindən imtina etməsi sonuncunun hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir; qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyindən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2406/2018 saylı iş üzrə 04 oktyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar