Məhkəmə qərarları › İş №2-1(102)-298/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-298/2020

22.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-298/2020 22.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinə qarşı iş üzrə QƏRAR (açar sözlər: cavabdeh iddiaçıya, onun müraciətinə əsasən xx.xx.2013-cü ildən güzəştli şərtlərlə əmək pensiyası təyin etməli olduğu halda, hal-hazıradək bunu etməmişdir) GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, cavabdehin vəkili Vəkil iştirakı, N.Əhmədovun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respubl ikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinə qarşı əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2-1(103)-1943/2019 saylı qərarından cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsi və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, xx.xx.1961-ci ildə anadan olduğunu, uzun müddət əmək fəaliyyəti ilə məşğul olduğunu, işlədiyi vəzifələrin güzəştli şərtlərlə iş stajına daxil edilməli olduğunu, pensiya yaşı tamam olduğundan, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etdiyini, sonuncu, xx.xx.2018-ci il tarixli məktubla iddiaçının işlədiyi peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nda göstərilmədiyinə istinad etməklə, müraciətdən imtina etdiyini bildirərək, ona xx.xx.1979-cu ildən xx.xx.1988-ci ilə qədər, xx.xx.1988-ci ildən xx.xx.1992-ci ilə qədər və xx.xx.1993-cü ildən xx.xx.1998-ci ilə qədər işlədiyi dövrü güzəştli iş stajına daxil etməklə 52 yaşı tamam olduğu - xx.xx.2013-cü il tari xdən həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsasən pensiya təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2-1(81)3370/2018 saylı qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı xx.xx.1979-cu ildən xx.xx.1988-ci ilə qədər, xx.xx.1988-ci ildən xx.xx.1992-ci ilə qədər və xx.xx.1993-cü ildən xx.xx.1998-ci ilə qədər işlədiyi dövrü güzəştli iş stajına daxil etməklə 52 yaşının tamam olduğu - xx.xx.2013-cü il tarixdən həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsasən pensiya təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur (hakim – T.Ə.Əsədo va). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, 2-1(103)-2898/2018 saylı qərarı ilə (sədrlik edən E.E.Nağıyeva, hakimlər H,Ü.Həmidov və V.Ə.Baxışova) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2-1(102)1072/19 saylı qərarı ilə (sədrlik edən İ.K.Hüseynov, hakimlər N.İ.Rəsulbəyova və Z.M.Quliyev) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarı ləğv edilərək, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2-1(103)-1943/2019 saylı qərarı ilə (sədrlik edən Ü.A.Mayılov, hakimlər M.N.Tağızadə və K.N.Abiyeva) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon şöbəsinin apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarından cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsi və onun vəkili Vəkil kassasiya şikayəti verərək məhkəmə qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini x ahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, iddiaçının işlədiyi peşə Nazirlər Kabinetinin "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nda göstərilməmişdirsə, onu hər hansı formada həmin siyahıya uyğunlaşdırmaq zərurəti də yoxdur, digər tərəfdən AR Müdafiə Sənayesi Nazirliyi "xxxx" MMC-nin məktubunda göstərilən koda uyğun gələn vəzifə qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil üzlüklü kabellərin lehimlənməsi üzrə işlərdə məşğul olan lehimləyici-rabitə montajçisidir, qeyd olunan vəzifə iddiaçının çalışdığı peşə - montajçı - ilə eynilik təşkil etmir, iddiaçının işlədiyi digər vəzifə - mühəndis-texnoloq isə məhkəmə tərəfindən yenə də müvafiq məktuba istinad edilərək, yanlışlıqla 2170100b saylı şifr, 25062 nömrəli kod altında qeyd olunmuş pyezooptik xammalın və əqiqin zənginləşdirilməsi ilə məşğul olan texnoloq vəzifəsinə uyğun hesab edilmiş, bununla da məhkəmə tərəfindən qanunsuz və əsassız məhkəmə aktı qəbul edilmişdir. Tərəflərin izahatları Cavabdehin vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyi ni nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi f aktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, cavabdehin vəkili Vəkil izahatını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 21(103)-1943/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, xx.xx.1961-ci il tarixdə anadan olmuş İddiaçı, İT-İ seriyalı ******* №-li «əmək kitabçası»na əsasən xx.xx.1979-cü ildən xx.xx.1992-ci ilə qədər və xx.xx.1993-cü ildən xx.xx.1998-ci ilə qədər «Azon» zavodunda montajçı və mühəndis-texnoloq vəzifələrində işləmiş, xx.xx.1998-ci ildən xx.xx.2003-cü ilədək Dövlət Ne ft Şirkətinin Quruda Neft və Qaz Çıxarma İB-nin maddi texniki təchizat idarəsində mühasib, xx.xx.2004-cü ildən xx.xx.2005-ci ilədək Azərbaycan Milli Aerokosmik Agentliyində mühəndis vəzifələrində işləmiş, xx.xx.2005-ci ildə X1 İnstitutuna elektronçu vəzifəsinə işə qəbul olunmuş, sonradan xx.xx.2008-ci il tarixdə böyük elmi işçi, xx.xx.2009-cu il tarixdə sektor müdiri, xx.xx.2013-cü il tarixdə isə şöbə rəisi vəzifələrinə keçirilmiş və hal-hazırda da həmin vəzifədə çalışır, «xxxx» MMC-nin 03/132 №-li, xx.xx.2018-ci il tarixli arayışına görə iddiaçının xx.xx.1979-cu ildən xx.xx.1988-ci ilə qədər işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı qərarının 2 №-li Siyahısının XXİX bölməsinə, istehsalatda zərərli maddələrlə işləyən sahəyə: şifr 23100 000, kod 14629-g və xx.xx.2007-ci il tarixli, 12 saylı qərarının 30-cü bölməsinə daxildir, eyni zamanda xx.xx.1988-ci ildən xx.xx.1992-ci ilədək və xx.xx.1993-cü ildən xx.xx.1998-ci ilədək işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı qərarının 2 №-li siyahısının XVİ bölməsinə, istehsalatda zərərli maddələrlə işləyən sahəyə: şifr 2170100b, kod 25062-ə və xx.xx.2007ci il tarixli 12 saylı qərarının 13 (b) bölməsinə daxildir, iddiaçı, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu, xx.xx.2018-ci il tarixli məktubla xx.xx.1979-cu ildən xx.xx.1988-ci il tarixə, xx.xx.1988-ci ildən xx.xx.1992-ci ilə qədər və xx.xx.1993-cü ildən xx.xx.1998-ci il tarixədək işlədiyi peşələrin Azər baycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nda göstərilmədiyinə istinad etməklə, müraciətin təmin edilməsindən imtina etmişdir. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, 1967-cı ildə SSRİ Elektron Sənayesi Nazirliyinin əmri ilə yaradılmış «Azon» zavodu Azərbaycanda inteqral mikrosxemlərin tam istehsalı üzrə ixtisaslaşmış, geniş texnoloji bazaya malik müəssisədir, «Azon» zavodunda bir çox sex, şöbə və yardımçı istehsal sahələri fəaliyyət göstərmiş, X4 sahəsi də uzun müddət X3 sahəsinin nəzdində yerləşib və avadanlıq, aparatların istehsalında, radio hissələrin istehsal edilməsi zamanı montaj işləri y erinə yetirilmiş, İddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1988-ci il tarixədək montajçı vəzifəsində işləmiş, bu işin yerinə yetirilməsi üçün POS-61 qalayından istifadə edilmiş, POS-61 qalayının lehim aləti ilə radio aparatların və cihazların (hissəciklərin) qalaylama vasitəsilə montajlanması (yığılıb quraşdırılması) icra edilmiş, Qalay (Sn-stanıum) zəhərli ultramikroelementlərə aiddir, XVİ bölümdə: Radio aparatların və elektron texnikası məmulatların istehsalı bölümündə bu peşənin adını uyğunlaşdıra bilmədikləri üçün arayış bu peşənin əmək funksiyasına tam uyğun olan XXİX bölümdə Rabitə bölümündə 23100000 şifri və 14629 kodu ilə yazılmış, xx.xx.1988-ci ildən xx.xx.1992-ci ilədək və xx.xx.1993-cü ildən xx.xx.1998-cı ilədək mühəndis-texnoloq vəzifəsində işləmiş, Xalq istehlakı Mallarının ist ehsalında tələb olunan xammalın texnoloji şərtlərə uyğun hazırlanması üçün bır çox kimyəvi maddələrdən o cümlədən: azot sulfat xlorid, ftorid turşularından və pyezooptık kvarsdan istifadə edilmiş, pyezooptik kvars kristalı və onun hissəcikləri, radioelekronıka və optik sənaye tələblərini keyfiyyətcə cavablandırır, mikroelektronikada pyezokvars (pyezooptik xammal) istifadə olunur, pyezooptik kvars (xammal) ultrabənövşəyi və ınfraqırmızı şüanı yaxşı keçirir, flüor (HF) turşusunda yaxşı həll olur, bu işlərin görülməsi zamanı insan sağlamlığına şüaların və turşuların mənfi təsiri çox böyükdür, bu vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü ıl tarixli, 320 saylı qərarın 2 №-li siyahısının XVİ bölgüsünə, istehsalatda zərərli maddələrlə işləyən sahəyə: şifr 2170100b, kod 2 5062-ə və xx.xx.2007-cı ıl tarixli 13 (b) bölməsinə daxildir, beləliklə, İddiaçı 2006-cı ilədək dövr ərzində 20 ildən çox sığorta stajına malik olmuş, bu müddətin 10 ildən çoxunu əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışsa da, cavabdeh iddiaçıya, onun müraciətinə əsasən xx.xx.2013-cü ildən güzəştli şərtlərlə əmək pensiyası təyin etməli olduğu halda, hal-hazıradək bunu etməmiş, cavabdehin inzibati aktın qəbulundan imtinası qanuna zidd olmaqla, iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. xx.xx.2017-ci il tarixə qədər qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi g ünədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 52 yaşına çatdıqda azı 20 il sığo rta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 31-ci maddəsinin 1-ci bəndinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququ yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyası təyin olunması üçün müraciət edə bilər. Qanunun 32-ci maddəsinin 1-ci bəndinə müvafiq olaraq yaşa görə əmək pensiyası buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən təyin olunur. Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 1 49-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmələr iş materiallarına istinad etməklə iddia tələbinin təmin edilməsi barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası iddiaçının işlədiyini vəzifənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü ıl tarixli, 320 saylı qərarın 2 №-li siyahısının XVİ bölməsinə, istehsalatda zərərli maddələrlə işləyən sahəyə: şifr 2170100b, kod 25062-ə və xx.xx.2007-cı il tarixli 13 (b) bölməsinə daxil olduğunu, beləliklə, İddiaçı 2006-cı ilədək dövr ərzində 20 ildən çox sığorta stajına malik olmaqla, bu müddətin 10 ildən çoxunu əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışdığını nəzərə alaraq, məhkəmə tərəfindən qəbul edilmiş qərarın qanunsuz və əsassız ol maqla maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarıldığı, işin hallarının tam və hərtərəfli araşdırılmadığı, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinin pozulduğu barədə cavabdehin kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqti sadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2-1(103)1943/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 91, 96.8 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2-1(103)-1943/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar