Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-298/2021 09.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 52 yaşına çatmış qadına güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı, İddiaçının vəkili Vəkil, Cavabdehin vəkili X1 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına q arşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 21 sentyabr tarixli, 2-1(103)-1546/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
2. Cavabdeh 2019-cu il 24 iyun tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. İmtinanın əsası kimi iddiaçının ümumi iş stajının 20 ildən az təşkil etməsi göstərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı 2019-cu il 25 oktyabr tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək 1985-ci il 19 sentyabr tarixdən 2019-cu il 02 sentyabr tarixədək işlədiyi illərin sosial sığorta stajına daxil edilərək güzəştli şərtlərlə pensiya təyin edilməsi, habelə pensiya hüququnun yarandığı tarixdən ona ödənilməli olan pensiya ödənişlərinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
4. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona 52 yaşının tamam olduğu 2014-cü il 05 aprel tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1980-ci ildən 1983-cü ilədək “Sovet Belarusiyası” k olxozunda işləmişdir. Daha sonra, Bakı Soyuducular Zavodunun Plastik kütlə sexinə 1990-cı il 17 avqust tarixdə 283k saylı əmr ilə tökməçi şagird peşəsinə qəbul edilmiş, 1990-cı 17 oktyabr ildən hal-hazırkı tarixədək Plastik kütlə sexində soyuducunun plastik kütlədən hazırlanan hissələrinin termoplartavtomat maşınlarında 200 C dərəcə temperatura qədər əridib tökülməsi prosesində qapalı şəraitdə tökülən soyuducu hissələrinin hazırlanmasında, maşınların yanında hazır olan hissələrin təmizlənməsi, tökülməsi işlərində kəsici, tökməçi işləmişdir. Bu barədə arxiv arayışlarında müvafiq qeydlər aparılmışdır. Cavabdehin etirazları:
6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerin dən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi, qeyd edilən maddənin iddiaçıya tətbiq edilməsi üçün onun 55 yaşı tamam olduğu 2017-ci il 05 aprel tarixinədək güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. İddiaçı tələb olunan ümumi iş stajı olan 20 ili tamamlamamışdır. Azərbaycan Respublikası “xxxx” MMC tərəfindən təqdim edilmiş 2019-cu il 02 sentyabr tarixli arayış və “xxxx” MMC tərəfindən təqdim edilmiş 2016-cı il 27 may tarixli arayışdan görünür ki, iddiaçı 2006-2007-ci illər ərzində iki fərqli müəssisədə işləmişdir. Bundan başqa, Azərbaycan Respublikası xxxx MMC tərəfindən təqdim edilmiş 2019-cu il 02 sentyabr tarixli arayışda qeyd olunan “kəsici” peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarının 35-ci bölməsində (Ümumi peşələr) öz əksini tapmamış dır. Bu səbəbdən də, qüvvədə olan qanunvericiliyə əsasən iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yoxdur. Göstərilənlərə əsasən iddianın rədd edilməsini xahiş etmişdir. 7. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 19 noyabr tarixli, 21(82)-3896/2020 nömrəli qərardadı ilə iş ərazi aidiyyətı üzrə baxılması 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir.
8. Bakı İnzibati Məhkəməsinin 2020-ci il 19 iyun tarixli, 2-1(112)-998/2020 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 52 yaşının tamam olduğu 2014-cü il 05 aprel tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının 20 ildən artıq ümumi əmək stajı olduğuna və onun 10 ildən artıq müddətini Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq olunmuş Siyahı üzrə nəzərdə tutulan sahədə işlədiyinə görə onun 52 yaşından “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır.
10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 21 sentyabr tarixli, 2-1(103)-1546/2020 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin qərarı ləğv edilmiş, iddia rədd edilmişdir.
12. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının 52 yaşının tamam o lduğu 2014-cü il 05 aprel tarixədək sığorta stajı cəmi 15 il 4 ay 23 gündür ki, bu da Qanunun tələb etdiyi 20 ildən azdır. İş üzrə 20 illik ümumi staj şərtinə əməl olunmadığından, iddiaçının 10 illik xüsusi staj şərtini yerinə yetirib-yetirməməsinə ayrıca hüquqi qiymət verilməsinə zərurət qalmır.
13. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri 14. “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətində n asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 15. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası.
16. Göründüyü kimi iddiaçını n iş stajını təsdiq edən əmək kitabçası vardır.
17. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. 18. “Sosial sığorta haqqında” Qanunun 10-cu maddəsinə əsasən, müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək, sosial sığorta haqlarının uçotunu aparmaq və bu barədə sığortaçıya hesabat vermək sığortaedənlərin vəzifəsidir. Həmin Qanunun 11-ci maddəsinə əsasən, sosial sığorta ödəmələrinin vaxtında verilməsini tələb etmək; sosial sığorta ödəmələri təyin edilərkən sığortaçıdan və ya sığortaedən dən özünün sığorta stajı barədə məlumat almaq sığortaolunanın hüququdur. Həmin Qanunun 14-cü maddəsinə əsasən, məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçı təşkilata verilən pul vəsaitidir. Məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir və sığortaedənin (olunanın) vəsaitləri hesabına ödənilir.
19. Yuxarıda qeyd edilən qanunvericiliyə görə, şəxsə güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün tələb olunan hər üç şərtə iddiaçı əməl etmişdir. Məhkəmənin iddiaçının 2006-cı il 01 yanvar tarixdən sonra sığorta haqları üzrə ödənişlərin olmamasını əsas gətirməsi əsassızdır. Belə ki, sığorta haqqını ödəmək sığortaedənin vəzifəsidir, yəni bunu sığorta edilənin üzərinə qoymaq obyektiv olaraq düzgün deyildir. Məhkəm ə qərar qəbul edərkən bu halı nəzərə almamışdır. b. məhkəmə icraatı iştirakçılarının izahatları
16. İddiaçı və iddiaçının vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.
17. Cavabdehin vəkili məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Əmək pensiyaları haqqında” Qanun (2017-ci il 1 iyul tarixədək qüvvədə olan redaksiyada): Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdi q olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
19. İPM: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş halla rda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. İş üzrə iddiaçı apellyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.
23. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı tədqiq olunmuş, iddiaçının da kassasiya şikayətində əsaslandığı əmək kitabçasının məlumatlarına, həmçinin “xxxx” ASC-nin 2019-cu il 02 sentyabr tarixli, 22 nömrəli arayışının və Gədəbəy rayon Dövlət Arxivinin 2019-cu il 15 may tarixli, 268 nömrəli arxiv arayışının məlumatlarına əsasən, iddi açı 2006-cı il 01 yanvar tarixədək (1985-ci il 19 sentyabr 1989-cu il 11 yanvar - 3 il 3 ay 22 gün, 1990-cı il 29 iyun-1996-cı il 01 iyul /öz hesabına ödənişsiz məzuniyyətə çıxdığı tarix/ - 6 il 1 gün, 1980-1983 /“Sovet Belarusiyası” kolxozu/ - 4 il) cəmi 13 il 3 ay 23 gün staja malik olmuşdur.
24. İddiaçının 2006-cı il 01 yanvar tarixdən sonrakı və onun 52 yaşının tamam olduğu 2014-cü il 05 aprel tarixədək olan sosial sığorta stajı X3 Sistemindən 2019-cu il 21 iyun tarixli çıxarışa görə, 2007-ci ildə - 2 ay, 2008-ci ildə - 4 ay, 2009-cu ildə - 1 ay, 2011-ci ildə - 1 ay, 2012-ci ildə - 6 ay, 2013-cü ildə 8 ay və 2014-cü ilin may ayınadək 3 ay olmaqla, cəmi 2 il 1 ay təşkil edir.
25. Göründüyü kimi, iddiaçının 52 yaşının tamam olduğu 2014-cü il 05 aprel tarixədək sığorta stajı cəmi 15 il 4 ay 23 gündür ki, bu da Qanunun tələb etdiyi 20 ildən azdır.
26. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin edilməsi üçün əsaslar yoxdur.
27. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 21 sentyabr tarixli 2-1(103)-1546/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova K.N.Bədəlov