Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-298/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Cavabdeh2nə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: təkrarən sertifikasiyadan keçmənin təmin edilməsi, iş yerinə qaytarılma, əmək haqqının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 29.03.2023 Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Cavabdeh2nə qarşı “təkrarən sertifikasiyadan keçməsinin təmin edilməsi, iş yerinə qaytarılması, əmək haqqının ödənilməsi” tələbinə dair iş üzrə Bak ı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1747/2022 nömrəli, 29 sentyabr 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 1972-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olmuş, 1978-ci ildə sanitariya ixtisası üzrə tam kursu bitirmişdir. 2. 05.01.2015-ci il tarixli, AH 015379 nömrəli “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən” Sertifikasiya Şəhadətnaməsinin surətindən görünür ki, İddiaçı xx.xx.2014-cü il tarixində həkimlərin sertifikasiyasından keçmiş və ona Azərbaycan Respublikasının ərazisində “Gigiyena” ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilmişdir. 3. xx.xx.201 9-cu il tarixdə keçirilmiş “Gigiyena” ixtisası üzrə test imtahanına buraxılış vərəqəsinin, sual kitabçasının, cavab kartının və imtahanın düzgün cavablarının surətlərinə baxış keçirilərkən müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2019-cu il tarixdə, “Gigiyena” ixtisası üzrə test imtahanına “B” variantı üzrə cəlb olunmuş, test imtahanı üzrə 60 test sualı və 5 klinik test tapşırığı təqdim olunmuş, test sualları və klinik tapşırıqlar üzrə hər bir sual 1 balla qiymətləndirilmişdir. Test imtahanının nəticələrinə əsasən F. Mirzəyev 37 bal toplamışdır.
4. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin X4 və Epidemiologiya Mərkəzinin “İddiaçı praktik tibb fəaliyyətinə buraxılmaması haqqında” 115-k nömrəli, xx.xx.2019-cu il tarixli əmrinin surətindən görünür ki, X4 və X3 nəqliyyatı üzrə sanitariya-gigiye na bölməsinin həkim gigiyenisti İddiaçı “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 49-1-ci maddəsinə uyğun olaraq iş yeri saxlanılmaqla 6 ay müddətində praktik tibb fəaliyyətinə buraxılmaması və həmin müddət ərzində peşə hazırlığına göndərilməsi qərara alınmışdır.
5. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin X4 və Epidemiologiya Mərkəzinin “İddiaçı ixtisasartırma kursuna göndərilməsi haqqında” 116-k nömrəli, xx.xx.2019-cu il tarixli əmrinin surətindən görünür ki, “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 48-ci maddəsinə uyğun olaraq X4 və X3 Nəqliyyatı üzrə Sanitariya-Gigiyena bölməsinin Həkim-gigiyenisti İddiaçı “Qida zəhərlənmələri” üzrə ixtisasartırma kursu keçmək üçün xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ADHTİ-yə göndərilm əsi qərara alınmışdır.
6. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavininə və Su Nəqliyyatında GEM-nin həkim-gigiyenisti İddiaçı ünvanlanmış 30 dekabr 2019-cu il tarixli, 499 nömrəli məktubdan görünür ki, Su Nəqliyyatında GEM-nin həkim-gigiyenisti tərəfindən Səhiyyə Nazirliyinə ünvanlanmış M-27263 nömrəli, xx.xx.2019-cu il tarixli ərizəyə İctimai Səhiyyə və X1 şöbəsində baxılmışdır. xx.xx.2019-cu il tarixində “Gigiyena” ixtisası üzrə keçirilən sertifikasiya imtahanında İddiaçı test tapşırıqları üzrə 37 bal toplamışdır, keçid balının 40 bal olduğu nəzərə alınaraq onun topladığı nəticə qeyri-məqbul hesab edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-1-ci maddəsinin dördüncü bəndinə əsa sən, sertifikasiyadan qanunvericiliyə uyğun olaraq keçməyən işçilərin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol vermir. İddiaçı 6 ay müddətində iş yeri saxlanılmaqla peşə hazırlığı keçərək təkrar sertifikasiya imtahanında iştirak etmək üçün Sertifikasiya Şöbəsinə müraciət etməlidir.
7. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin X4 və Epidemiologiya Mərkəzi tərəfindən Cavabdeh2nə ünvanlanmış 17 fevral 2020-ci il tarixli, 08-08 nömrəli məktubdan görünür ki, X4 və Epidemiologiya Mərkəzinin işçisi, xx.xx.1955-ci il təvəllüdlü İddiaçı xx.xx.2007-ci İİ tarixdən Su Nəqliyyatı üzrə sanitariya gigiyena bölməsində həkimgigiyenist vəzifəsində işləyir. 1978-ci ildən həkim kimi fəaliyyət göstərən İddiaçı 19922005-ci illərdə də X4 və Epidemiologiya Mərkəzində işləmiş, işlədiyi dövr ərzində özünü peşəkar mütəxəssis kimi göstərmiş, kollektivin hörmətini qazanmışdır. Lakin, xx.xx.2019cu il tarixində “Gigiyena” ixtisası üzrə keçirilən sertifikasiya imtahanında İddiaçı 37 bal toplamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-1-ci maddəsinin 4-cü bəndinə əsasən 6 ay müddətinə praktik tibb fəaliyyətindən kənarlaşdırılmışdır. Cari ilin mart ayında 65 yaşının tamam olması ilə əlaqədar bağlanmış əmək müqaviləsinə xitam verilməlidir. Əmək Məcəlləsinin 10.5-ci maddəsinə uyğun olaraq, çalışma müddəti uzadılmış işçilərin sayı müəssisədə işləyən işçilərin sayının 2%-ni təşkil etməlidir. Halhazırda X4 və Epidemiologiya Mərkəzində bir nəfərin də müqaviləsi uzadılır və bu da 2 %in içərisindədir. Bununla əlaqədar, İddiaçı əmək müqaviləsinin bir il müddətinə uzadılmasına razılı q verilməsi xahiş edilmişdir.
8. Cavabdeh2 tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X4 və Epidemiologiya Mərkəzinə ünvanlanmış xx.xx.2020-ci il tarixli, 04-13/561 nömrəli məktubla X4 və Epidemiologiya Mərkəzinin xx.xx.2020-ci il tarixli, 08-08 nömrəli məktubuna cavab olaraq bildirilmişdir ki, “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 49-1-ci maddəsinə uyğun olaraq praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin şəxslər (işçilər) dövrü olaraq beş ildə bir dəfə sertifikasiyaya cəlb edilirlər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67.1-ci maddəsinin 4-cü hissəsinə əsasən, sertifikasiyadan qanunvericiliyə uyğun olaraq keçməyən işçilərin praktiki tibb və ya əczaç ılıq fəaliyyətinə buraxılmasına yol verilmir. Göstərilənləri nəzərə alaraq, həkimgigiyenist vəzifəsində çalışan İddiaçı əmək müqaviləsinin uzadılması mümkün deyildir.
9. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin X4 və Epidemiologiya Mərkəzinin “İddiaçı vəzifədən azad etmə” barədə 10-k nömrəli, xx.xx.2020-ci il tarixli əmrinin surətindən görünür ki, X4 və X3 nəqliyyatı üzrə sanitariya-gigiyena bölməsinin həkimgigiyenisti İddiaçı ilə bağlanmış 59 nömrəli əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdən xitam verilmişdir. Əmək Məcəlləsinin 144-cü maddəsinin ikinci hissəsinə əsasən, İddiaçı istifadə etmədiyi məzuniyyətə görə 27 təqvim gününün ödənilməsi və işçi ilə son haqqhesabın aparılması, əmək kitabçasının və həmin əmrin surətinin ƏM-nin 83-cü maddəsinin 2-ci hissəsinə uyğun olaraq ona təqdi m olunması barədə əmr verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
10. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx.xx.2019-cu il tarixində keçirilən sertifıkasiyada test tapşırıqları üzrə topladığı bal sayının məqbul olduğunu sübut etmək üçün, verilən tapşırıqların sürətinin ona verilməsi, İctimai Səhiyyə və X1 şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixində keçirilən sertifikasiya imtahanının nəticəsinin ləğv edilməsi, təkrarən sertifikasiyadan keçməsinin təmin edilməsi, imtahana qədər olan müddət ərzində iş yerinə qaytarılmasının Cavabdeh2 tərəfindən təmin edilməsi, işdən kənar edilmiş müddətdə hesablanmamış aylıq əmək haqqının tam həcmdə ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
11. İddiaçı tələbin i onunla əsaslandırmışdır ki, 40 ilə yaxın Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xüsusiləşdirilmiş X4 və Epidemilogiya Mərkəzində işləmişdir. Başlanğıcda epidemioloq və sonraki illərdə dar ixtisaslı mütəxəssis kimi Su Nəqliyyatı üzrə gigiyena bölməsinin əmək gigiyenası üzrə sanitariya həkimi vəzifəsində işləmişdir. Onun bilavasitə nəzarət etdiyi fəaliyyət sahələri üzrə Azərbaycanda cəmi iki nəfər sanitariya həkimi vəzifəsində Dövlət sanitariya nəzarətini həyata keçirirdi(o və bölmə müdiri). xx.xx.2020-ci il tarixindən onu vəzifəsindən azad etmişlər. 02 dekabr 2019-cu il tarixində, İctimai Səhiyyə və X1 şöbəsi tərəfindən sertifıkasiya imtahanına çağırılmışdır. İmtahan zamanı test tapşırıqlarına nəzər yetirərkən görmüşdür ki, verilən tapşırıqlara onun 40 il çalışdığı fəaliyyət sahəl ərinə qətiyyən yad olan suallar daxil edilib. O, nəzarətçilərə öz etirazını bildirmiş, lakin onlar buna məhəl qoymamışlar. Sertifikasiya imtahanına çağrı vərəqəsində yazılmışdır - Gigiyena ixtisası üzrə sertifikasiya imtahanı (amma dünyada gigiyena ixtisası mövcud deyil! Gigiyena - elmdir!). 1972-1978-ci illər ərzində N. Nərimanov adına Azərbaycan Dövlət Tibb institutunda təhsil alıb və sanitariya ixtisası üzrə 6 illik tam kursu bitirmişdir (Diplom №: 013716).
12. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 67-1-ci maddəsinə əsasən sertifikasiya zamanı praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərə onların fəaliyyət sahəsinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onların siyasi baxışlarına və etiqadına görə qiymətləndirilməsi yolverilməzdir. Sertifikasiya imt ahanı üçün tərtib edilmiş test tapşırıqlarında, orada çap edilən rəqəmlərdə, normativlərdə, dərəcələrdə, bölünmədə və sair əmsallarda çox saylı uyğunsuzluqlar, səhvlər və qüsurlar yer almış, test tapşırıqlarında Rusiyada nəşr edilmiş sanitariya-gigiyenaya aid olan elmi məlumatlardan mətn hissələri yer almış və bu elmi məlumatlar Azərbaycan dilinə savadsızcasına tərcümə edilmiş və çoxsaylı açıq-aydın stilistik qüsurlar buraxılmışdır. 13. xx.xx.2019-cu və xx.xx.2020-ci il tarixlərində Səhiyyə Nazirinin müavininəSertifikasiya Şurasının sədrinə şikayət ərizəsi ilə müraciət edərək İctimai Səhiyyə və islahatlar Mərkəzi tərəfindən verilən test tapşırıqlarında yer almış qüsurlardan xəbər vermiş, lakin xx.xx.2020-ci il tarixində Mərkəz tərəfindən başdansovma şablon ifadələrdən ibarət cavab verilmiş dir. Mərkəzin əməkdaşları ilə görüşüb ona düşən test tapşırıqlarının sürətinin verilməsini xahiş etsə də, rədd cavabı almışdır. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 49-1-ci maddəsinə görə, sertifikasiyadan keçməyən işçilər 6 ay müddətində iş yeri saxlanılmaqla, müvafiq təhsil müəssisələrində peşə hazırlığı keçərək, təkrar sertifikasiya olunmaq üçün müraciət edə bilərlər. Sertifikasiyadan təkrarən keçməyən işçilərlə əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Deməli, qanunla onun 02 iyun 2020-ci il tarixinə qədər, hazırlıq keçərək, müraciət edib təkrar sertifikasiyadan keçmək hüququ olmalı idi. Əmək Məcəlləsinin 67-1-ci maddəsinin 5-ci bəndinə əsasən sertifikasiyadan “Əhalinin sağlamlığının qorunması haqqında” Azərba ycan Respublikasının Qanununa uyğun olaraq təkrarən keçməyən işçinin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsas ola bilər. Lakin qanuna zidd olaraq, təkrar sertifikasiya olunmaq üçün ona 6 ay vaxt verilməmiş və xx.xx.2020-ci il tarixindən tutduğu vəzifədən azad edilmişdir.
14. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etirazda bildirilmişdir ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Belə ki, Əmək Məcəlləsinin 67.1-ci maddəsinin tələbinə uyğun olaraq iddiaçı sertifıkasiyadan keçmək üçün xx.xx.2019-cu il tarixində “Gigiyena” ixtisası üzrə test imtahanı vermiş və yetərli bal toplamadığına görə nəticəsi qeyri-məqbul hesab edilm işdir. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 49-1-ci maddəsinə uyğun olaraq iddiaçının iş yeri saxlanılmaqla, 6 ay müddətində praktik tibb fəaliyyətinə buraxılmaması və həmin müddət ərzində peşə hazırlığına göndərilməsinin təmin edilməsi barədə Su nəqliyyatında GEM tərəfindən xx.xx.2019-cu il tarixli, 115-K saylı əmr verilmişdir. Həmin tarixdən Su nəqliyyatında GEM tərəfindən 116-K saylı əmrlə iddiaçı təkrar kursa göndərilmiş və xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək “Qida zəhərlənmələri” üzrə ixtisaslaşdırma kursunda iştirak etmiş və ******* saylı şəhadətnamə almasına baxmayaraq, təkrarən sertifikasiya imtahanının verilməsi ilə bağlı müraciət etməmişdir.
15. Əmək Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, çalışmanın yaş həddinin tamam ol ması və 10-1.2-ci maddəsinə uyğun olaraq çalışma müddətinin uzaldılması üçün Su nəqliyyatında GEM tərəfindən Respublika GEM-nə 08-08 nömrəli, xx.xx.2020-ci il tarixli məktub ünvanlanmışdır. İddiaçı Əmək Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən çalışma müddətinin bitdiyini və “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 49-1-ci maddəsinə uyğun olaraq sertifikasiyadan keçmədiyini nəzərə alaraq, Su nəqliyyatında GEM-in xx.xx.2020-ci il tarixli, 10-K saylı əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin 2-ci bəndinə əsasən (çalışmanın yaş həddinə çatdığına görə) iddiaçı ilə bağlanmış 59 nömrəli əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdən xitam verilmişdir.
16. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3924/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə iddia “cav abdeh tərəfindən imtahana qədər olan müddət ərzində iş yerinə qaytarılmasının təmin edilməsi, işdən kənar edilmiş müddətdə hesablanmamış aylıq əmək haqqının tam həcmdə ödənilməsi” hissəsində mümkün sayılmamışdır.
17. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3924/2020 nömrəli, 22 oktyabr 2020-ci il tarixli qərardadı ilə (hakim A.A.Abdullayeva) iddia tələbinə “xx.xx.2019-cu il tarixində keçirilən sertifıkasiyada test tapşırıqları üzrə topladığı bal sayının məqbul olduğunu sübut etmək üçün, verilən tapşırıqların sürətinin ona verilməsi” hissəsində xitam verilmişdir.
18. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3924/2020 nömrəli, 22 oktyabr 2020-ci il tarixli qərarı ilə (hakim A.A.Abdullayeva) iddia tələbi təmin edilməmişdir.
19. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin X4 və Epidemiologiya Mərkəzi tərəfindən Cavabdeh2 Publik hüquqi şəxsinin baş direktoruna ünvanlanmış 21 may 2020-ci il tarixli, 08-34 nömrəli məktubdan görünür ki, xx.xx.2007xx.xx.2020-ci illərdə X4 və Epidemiologiya Mərkəzində həkim-gigiyenisti vəzifəsində çalışmış İddiaçı 16-xx.xx.2019-cu il tarixlərdə gigiyena üzrə kursda iştirak etmişdir. xx.xx.2019-cu il tarixdə keçirilən “Gigiyena” ixtisası üzrə test imtahanından 37 bal toplamış və onun balı qeyri-məqbul hesab edilmişdir. X4 və Epidemiologiya Mərkəzinin xx.xx.2019cu il tarixli, 115-k saylı əmrinə əsasən praktik tibbi fəaliyyətinə buraxılmaması haqqında əmr verilmiş və dərhal 116-K saylı xx.xx.2019-cu il tarixli əmrlə təkrar kursa göndərilmişdir. xx.xx.2020-ci il tarixdə işləmənin yaş həddinə çatdığı üçün Azərbaycan Respublikası Əmək Məc əlləsinin 70-ci maddəsinin “e” bəndinə və Cavabdeh2 xx.xx.2020-ci il tarixli, 0413/561 saylı məktubuna əsasən əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2020xx.xx.2020-ci il tarixlərdə təkrar kurs keçdikdən sonra işdən çıxdığı tarixədək sertifikasiyadan keçmək üçün təkrar müraciət etməmişdir.
20. Məhkəmə hesab etmişdir ki, məhkəmə araşdırması zamanı iddiaçının tələbinin əsası kimi qeyd etdiyi hallar sübuta yetirilmədiyindən, eləcə də cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən iddiaçıya münasibətdə inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi halı aşkar edilmədiyindən hazırkı iddia tələbi əsassızdır və təmin edilməməlidir.
21. İddiaçı apellyasiya şikayəti verərə k, qərardadın ləğv edilməsini və iddianın mümkün sayılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
22. İddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
23. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1062/2021 nömrəli, 20 aprel 2021-ci il tarixli qərardadları ilə (hakimlər E.E.Nağıyeva /sədrlik edən və məruzəçi/, A.B.Nuriyeva və V.M.Məmmədov) birinci instansiya məhkəməsinin mahiyyət üzrə qərarı, eləcə də iddianın mümkün sayılmaması barədə eyni tarixli qərardadı ləğv edilərək iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
24. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iş materialları ilə iddiaçının iş yeri saxlanılmaqla 6 ay müddətində praktik tibb fəaliyyətinə buraxılmaması və həmin müddət ərzində peşə hazırlığına göndərilməsinin təmin edilməsi barədə Su nəqliyyatında GEM tərəfindən xx.xx.2019-cu il tarixli, 115-K saylı əmrin verilməsi müəyyən edilsə də, iddiaçının müqaviləsinə xx.xx.2020-ci il tarixdə xitam verilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən hal araşdırılmamışdır.
25. Məhkəmə kollegiyası əlavə olaraq qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçı cavabdeh qismində iki orqan göstərərək, “xx.xx.2019-cu il tarixində keçirilən sertifikasiya imtahanının nəticəsinin ləğv edilməsi, təkrarən sertifikasiyadan keçməsinin təmin edilməsi, imtahana qədər olan müddət ərzində iş yerinə qaytarılmasının təmin edilməsi, işdən kənar edilən müddətdə hesablanmamış aylıq əmək haqqının tam həcmdə ödənilməsi” tələblərini irəli sürmüşdür. Məhkəmə kollegiyası qeyd edir ki, işin birinci instansiya icraatı zamanı məhkəmə tərəfindən iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsi təklif edilməmiş, iddia tələblərinin hansı cavabdehə qarşı irəli sürüldüyü aydınlaşdırılmamışdır. birinci instansiya məhkəməsində ikinci icraat
26. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə 15 dekabr 2021-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, “təkrarən sertifikasiyadan keçməsinin təmin edilməsi, imtahana qədər olan müddət ərzində iş yerinə qaytarılması, işdən kənar edilən müddətdə hesablanmamış aylıq əmək haqqının tam həcmdə ödənilməsi barədə” qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir.
27. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-211/2022 nömrəli, 14 fevral 2022-ci il tarixli qərarı ilə (hakim F.İ.Mədətli) iddia tələbi təmin edilməmiş dir.
28. Məhkəmə qeyd etmişdir ki, iddiaçının xx.xx.2019-cu il tarixdə keçirilən “Gigiyena” ixtisası üzrə sertifikasiya imtahanında iştirak etməsi, lakin sertifikasiyadan qanunvericiliyə uyğun olaraq keçməməsi, X4 və Epidemiologiya Mərkəzinin xx.xx.2019-cu il tarixli, 115-k saylı əmri ilə praktik tibbi fəaliyyətinə buraxılmaması və eyni tarixli 116-K saylı əmri ilə təkrar kursa göndərilməsi, təkrar kurs keçdikdən sonra sertifikasiyadan keçmək üçün təkrar müraciət etməməsi, xx.xx.2020-ci il tarixdə iddiaçının mövcud qanunvericiliyə uyğun olaraq çalışmanın yaş həddinə (65 yaş) çatması öz təsdiqini tapdığından, iddia tələbi əsassızdır və rədd edilməlidir.
29. İddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
30. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1747/2022 nömrəli, 29 sentyabr 2022ci il tarixli qərarı ilə (hakimlər C.A.Yusifov /sədrlik edən və məruzəçi/, H.Ü.Həmidov və İ.Ə.Kərimli) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 14 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
32. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
33. İddiaçının kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin və apelyasiya şikayətinin məzmu nuna əsaslanır. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
34. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
35. Azərbaycan Respublikası Əmək Məcəlləsi Maddə 10-1.1. Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65dir. Maddə 10-1.2. Dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir. Maddə 67-1.1-ci hissə. Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikasiyaya cəlb edilirlər. Sertifikasiya zamanı praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərə onların fəaliyyət sahəsinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onların siyasi baxışlarına və etiqadına görə qiymətləndirilməsi yolverilməzdir. Maddə 67-1. 4-cü hissə. Sertifikasiyadan qanunvericiliyə uyğun olaraq keçməyən işçilərin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir. 36. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 49-1. Praktik tibb və ya əczaçılıq fəaliyyəti ali və ya orta tibb təhsili olan şəxslər (işçilər) tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada ixtisasına uyğun həyata keçirilən tibbi yardımın göstərilməsi sahəsində və y a qanunvericiliyə uyğun olaraq dərman vasitələrinin hazırlanması, istehsalı və satışı sahəsində fəaliyyətdir.
37. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 8 iyun tarixli, 108 nömrəli qərarı ilə təsdiq edilmiş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası” Bənd 1.1. Bu Qayda “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) (bundan sonra — tibb mütəxəssisləri) sertifikasiyası prosesini tənzimləyir. Bənd 6.1. Sertifikasiyadan keçməyən işçilər 6 ay müddətində iş yeri saxlanılmaqla, müvafiq təhsil müəssisələrində peşə hazırlığı keçərək, təkrar sertifikasiya olunmaq məqsədi ilə ixtisasla rı üzrə növbəti imtahanlarda iştirak etmək üçün Nazirliyə müraciət edə bilərlər. Bənd 6.2. Sertifikasiyadan təkrarən keçməyən işçilərlə əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq tənzimlənir.
38. İnzibati Prosessual Məcəllə Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
96. Ali Məhkəmədə icraat 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
39. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
40. Apellyasiya instansiyası məhkəməsin in qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
42. X5 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələri nin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
43. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
44. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının təkrarən sertifikasiyadan keçməsinin təmin edilməsi, imtahana qədər olan müddət ərzində iş yerinə qaytarılması, işdən kənar edilən müddətdə hesablanmamış aylıq əmək haqqının tam həcmdə ödənilməsi ilə bağlı məsələlər apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
45. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
46. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
47. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı ma hiyyət etibarı ilə iddiaçının təkrarən sertifikasiyadan keçməsinin təmin edilməsi üzərindən işə bərpa olunmasına yönəlmişdir. İddiaçının imtahana qədər olan müddət ərzində iş yerinə qaytarılması, işdən kənar edilən müddətdə hesablanmamış aylıq əmək haqqının tam həcmdə ödənilməsi ilə bağlı tələbləri birinci tələbə və onun həllinə bağlıdır. Bu zaman nəzərə almaq lazımdır ki, imtahana qədər olan müddət ərzində iş yerinə qaytarılma barədə tələb əslində ilkin hüquqi müdafiə tədbiri kimi qiymətləndirilməlidir və müvəqqəti xarakterli müdafiə tədbiri qismində İnzibati Prosessual Məcəllənin 40-cı və 43-cü maddələrində nəzərdə tutulmuş hallarda və qaydada tətbiq oluna bilər.
48. İşdən kənar edilən müddətdə hesablanmamış aylıq əmək haqqının tam həcmdə ödənilməsi ilə bağlı tələb də işə bərpa haqqında tələbə bağlıdır və həmin tələbin həllindən asılıdır.
49. Hazırkı mübahisəyə münasibətdə işin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçı xx.xx.2019-cu il tarixində “Gigiyena” ixtisası üzrə keçirilən sertifikasiya imtahanında 37 bal toplamışdır. Həmin nəticə qeyri-məqbul sayıldığından cavabdeh tərəfindən yuxarıda istinad olunan normalara əsasən iddiaçının praktik tibb fəaliyyətinə buraxılmaması qərara alınmış və 116-K saylı, xx.xx.2019-cu il tarixli əmrlə dərhal təkrar kursa göndərilmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək “Qida zəhərlənmələri” üzrə ixtisaslaşdırma kursunda iştirak etmiş və bu barədə ona ******* saylı şəhadətnamə verilmişdir. Buna baxmayaraq iddiaçı təkrarən sertifikasiya imtahanının verilməsi ilə bağlı cavabdehə müraciə t etməmişdir.
50. Bu qərarın 35-ci və 37-ci bəndlərində istinad olunan normalara görə, sertifikasiyadan keçməyən işçilər 6 ay müddətində iş yeri saxlanılmaqla, müvafiq təhsil müəssisələrində peşə hazırlığı keçərək, təkrar sertifikasiya olunmaq məqsədi ilə ixtisasları üzrə növbəti imtahanlarda iştirak etmək üçün Nazirliyə müraciət edə bilərlər. İddiaçı tərəfindən ixtisasartırma kursunda peşə hazırlığı keçdikdən sonra ixtisası üzrə növbəti imtahanlarda iştirak etmək üçün müvafiq qaydada cavabdehə müraciət etdiyi iş üzrə materiallarla təsdiq olunmur. İddiaçı tərəfindən də məhkəməyə bununla bağlı hər hansı sübut təqdim edilməmişdir.
51. Nəzərə almaq lazımdır ki, növbəti imtahanlarda iştirak etmək üçün müvafiq qaydada cavabdehə müraciət etmək iddiaçının iradəsinə bağlıdır və ondan asılıdır. İ ddiaçı qanunvericinin onun üçün tanıdığı imkandan yararlanmadığı halda, baş verən neqativ nəticələr iddiaçının məsuliyyət sferasına aid edilməlidir. İş üzrə materiallardan görünür ki, iddiaçı xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə peşə hazırlığı kursunu keçdiyi vaxtdan onunla əmək müqaviləsinə xitam verildiyi tarixədək sertifikasiyadan keçmək üçün təkrar müraciət etməmişdir. Sertifikasiyadan təkrarən keçməyən işçilərlə əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq tənzimlənir. 52. xx.xx.2020-ci il tarixdə iddiaçı çalışmanın yaş həddinə çatdığı üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə və Cavabdeh2 xx.xx.2020ci il tarixli, 04-13/561 saylı məktubuna əsasən onunla əmək müqaviləsinə xitam verilmişdir. Əmək Məcəlləsinin 70-ci maddə sinin “e” bəndinə görə, dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Nəzərə almaq lazımdır ki, hazırkı mübahisəyə münasibətdə işəgötürən əmək müqaviləsinin ləğvi ilə bağlı diskresion səlahiyyətə malikdir. Digər tərəfdən, şəxs də əmək müqaviləsinin müddətinin uzadılması ilə bağlı mütləq tələb hüququna malik deyil. Xüsusilə də çalışmanın yaş həddinə çatdığı hallarda şəxs həmin tələb hüququnda israr edə bilməz.
53. Bundan əlavə, həmçinin qeyd edilməlidir ki, yuxarıda istinad olunan normaların müəyyən etdiyi qaydaya görə, sertifikasiyadan keçməyən işçilər 6 ay müddətində iş yeri saxlanılmaqla, müvafiq təhsil müəssisələrində peşə hazırlığı keçərək, təkrar sertifikasiya olunmaq üçün müraciət edə bilərl ər. Bu baxımdan apelyasiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, təkrar sertifikasiya olunmaq üçün aşağıdakı şərtlərin eyni zamanda mövcud olması tələb olunur: şəxsin 6 ay müddətində iş yerinin saxlanılması, müvafiq təhsil müəssisəsində peşə hazırlığını keçməsi, təkrar sertifikasiya üçün müraciət etməsi.
54. Mübahisəyə dair işin apellyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, cavabdehin xx.xx.2020-ci il tarixli, 10-k nömrəli əmrinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı həmin əmri mübahisələndirməmişdir və hazırda həmin əmr qüvvədədir. Odur ki, işdən azad edildiyi və iş yerinin saxlanılmadığı halda, təkrarən sertifikasiyadan keçməsinin təmin edilməsini tələb etməkdə iddiaçı haqlı sayıla bilməz.
55. Beləliklə, yuxarıda istinad o lunan normalar baxımından və qeyd edilən səbəblərə görə, apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab edilməli, kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
56. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilmir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 sentyabr 2022-ci il tarixli, 21(103)-1747/2022 saylı qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.