Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2980/2024 26.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ (Açar sözlər: əmək pensiyasının yenidən hesablanması, əlavənin vəzifə maaşına, yoxsa əmək haqqına əsasən müəyyən olunması ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Na zirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pul təminatı və əlavələr nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və fərqin birdəfəlik ödənilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 iyun 2024-cü il tarixli, 21(103)-1413/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx xxxxxx 1947-ci ildə anadan olmuşdur.
2. O, 21 iyun 1982-ci il tarixdən 21 iyun 1987-ci il tarixədək Gədəbəy rayon məhkəməsinin hakimi işləmiş, 20 fevral 2009-cu il tarixdə sabiq hakim kimi yaşa görə əmək pensiyası təyin edilmişdir.
3. İddiaçı pul təminatı və əl avələr nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh 06 oktyabr 2023-cü il tarixli məktubla müraciətin təmin edilməsində imtina edərək bildirmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli Qərarına əsasən “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsinə göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımlar nəzərdə tutur. Eyni zamanda həmin qərarda təsbit olunur ki, “Əmək pensiyaları haqqı nda” Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə şəxsə pensiya təyin edilərkən və təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.19-cu maddəsinə əsasən əmək haqqındakı (təminat xərcliyindəki dövlət məvacibindəki) sonrakı artımlar-əmək pensiyasına qulluq stajına görə əlavə alan şəxsin müvafiq vəzifədə işlədiyi vaxt əmək haqqına (təminat xərcliyindəki dövlət məvacibindəki) daxil olan ödənişlərdəki artımlardır. Göstərilmiş əlavələr pensiyanın hesablanması zamanı əsas götürülən dövr ərzində mövcud olmadığından, yəni ona ödənilmədiyindən həmin əlavənin əmək pensiyasına tətbiq edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək pensiya hüququnun yarandığı tarixdən Gədəbəy Rayon Məhkəməsinin sədrinin vəzifələrini icra etdiyinə görə aldığı sədr vəzifə maaşı əsas götürülməklə, həmin maaşa uyğun olaraq hakimlik stajına görə əlavə, yüksəkliyə görə vəzifə maaşına əlavə, məzuniyyətə görə iki aylıq əmək haqqı məbləğində müavinət, müalicə üçün verilən 2 aylıq əmək haqqı həcmində pul məbləği nəzərə alınmaqla onun pensiyası nın yenidən hesablanması və yaranacaq pensiya məbləği fərqini birdəfəlik olaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1982-ci ildən xx.xx.1987-ci ilədək Gədəbəy Rayon Məhkəməsinin sədrinin vəzifələrini icra etməklə hakimi vəzifəsində işləmişdir. xx.xx.2009-cu ildə pensiya yaşı çatdığı üçün pensiyaya çıxmışdır. Məhkəmə sədri vəzifəsini icra etdiyi Gədəbəy rayon Məhkəməsinin yerləşdiyi Gədəbəy şəhəri dəniz səviyyəsindən 1500-2000 metr yüksəklikdə yerləşdiyi üçün onun yəzifə maaşı 1,2 əmsal (və ya 20%) tətbiq edilməklə hesablanmalıdır. Yəni, Ali Məhkəmə sədrinin vəzifə maaşının 70% və həmin 70% məbləğin 1,2 (və ya 20%) əmsalının cəmi onun vəzifə maaşını təşkil etdiyind ən, pensiyasının məbləği həmin vəzifə maaşına uyğun olaraq təyin edilməli və pensiyasına sonradan edilən əlavə və artımlar da həmin məbləğə nisbətdə yenidən hesablanmalıdır.
6. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim etmişdir. Etirazın dəlilləri imtinanın dəlilləri ilə eynilik təşkil edir.
7. Bakı İnzibati Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli, 2-1(112)-14205/2023 nömrəli qərarı ilə (hakim X2) iddia tələbi rədd edilmişdir.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddia ərizəsində sədr vəzifə maaşı əsas götürülməklə, həmin maaşa uyğun olaraq hakimlik stajına görə əlavə, yüksəkliyə görə vəzifə maaşına əlavə, məzuniyyətə görə iki aylıq əmək haqqı məbləğində müavinət, müalicə üçün verilən 2 aylıq əmək haqqı həcmində pul məbləği tələbi olduğundan, Konstitusiya Məhkəməsinin 15 may 2020-ci il tarixli qərarının müddəaları da həmin tələblərlə bağlı mübahisəyə tətbiq edilməlidir. 9. “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 may 2020-ci il tarixli qərarına əsasən “Əmək pensiyaları haqqında” Qanunda öz əksini tapmış “əmək pensiyası” anlayışı ilə bağlı olan 1.0.1-ci maddəsindəki “əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları”, “təminat xə rcliyi”, 1.0.5-ci maddəsindəki “xidmətdən buraxıldığı günə aldıqları”, “sosial sığorta stajı”, 1.0.2-ci maddəsindəki “məcburi dövlət sosial sığorta haqqı ödəmək şərtilə”, həmçinin Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsindəki “işçinin gördüyü işə görə ödənilən” müddəalarına xüsusi diqqət yetirərək belə nəticəyə gəlir ki, Qanunun 20-ci maddəsinin “əmək haqqındakı sonrakı artımlar”, “təminat xərcliyindəki sonrakı artımlar” “dövlət məvacibindəki sonrakı artımlar” müddəaları şəxsin vaxtilə aldığı əmək haqqının, təminat xərcliyinin və dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. “Məhkəmələr və hakimlər haqqında” Qanunun 1 sentyabr 2019-cu il tarixdən qüvvəyə minmiş 106-cı maddəsinin yeni redaksiyasına əsasən hakimlərə bir aylıq vəzi fə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir. Həmçinin həmin Qanunun 1 sentyabr 2019-cu ildən qüvvəyə minmiş 107-ci maddəsinə görə hakimlərə məzuniyyətə çıxdığı vaxt məzuniyyət haqqı verilir. Məzuniyyət haqqının hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir.
10. İddia tələbində qeyd edilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə və hakim məzuniyyətə çıxarkən ona ödənilən məzuniyyət haqqı yalnız o vaxt əmək pensiyasına əlavə ödəniş kimi hesablana bilər ki, iddiaçı hakim kimi işlədiyi 2 sentyabr 2000-ci il tarixədək bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavəni və məzuniyyət haqqını almış olsun. Hazırkı tələbə Konstitusiya Məhkəməsi Plenumunun göstərilən hüquqi mövqeyi baxımdan yanaşdıqda məlum olur ki, iddiaçının vaxtında almadığı əlavələrin pensiya hesablanmasında nəzərə alınması qanunvericiliyin göstərilən tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun mövqeyinə ziddir.
11. İddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1413/2024 nömrəli, 27 iyun 2024-cü il tarixli qərarı ilə (hakimlər X5 (məruzəçi), X1 və X3) iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli, 2-1(112)-14205/2023 nömrəli qərarı ləğv edilmiş, iddia qismən təmin edilmiş, İddiaçı 5 illik hakim stajına görə 15 faiz əlavə onun: 1) 1 sentyabr 2019-cu il tarixdən hakimlərin əmək haqqının artırılması ilə əlaqədar 1732,50 manat vəzifə maaşının 1,2 əmsalla müəyyən olunan 2079 (1732,50x1,2) manat məbləğindən 346,50 manat hesablanmaqla; 2) 1 iyul 2022-ci il tarixdən hakimlərin əmək haqqının artırılması ilə əlaqədar 2485 manat vəzifə maaşının 1,2 əmsalla müyyən olunan 2982 manat məbləğindən 447,3 manat hesablanmaqla; - birinci halda, əmək pensiyası 2390,85 (1732,50+346,50+311,85) manat məbləğində toplanan orta aylıq əmək haqqının 80 faizi miqdarında (1912,68 manat), ikinci halda isə əmək pensiyası 3429,30 (2485+497+447,30) manat məbləğində toplanın orta aylıq əmək haqqının 80 faizi miqdarında (2743,44 manat) müəyyən edilməklə - yenidən hesablanaraq hər iki dövr üzrə pensiyasında yaranacaq fərqin ona ödənilməsi vəzifəsi cava bdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmiş, qalan hissələrində iddia rədd edilmişdir.
13. Apelyasiya instansiyası məhkəməsi iddianın təmin edilən hissəsi ilə əlaqədar olaraq qeyd etmişdir ki, X8 Məhkəməsinin 06 dekabr 2010-cu il tarixli qərarı əsasında iddiaçıya yüksəkliyə görə vəzifə maaşına 1,2 əmsal tətbiq olunduğu halda onun 5 illik hakimlik stajına görə 15 faiz əlavə də 1,2 əmsal tətbiq olunmuş vəzifə maaşından hesablanmalıdır. Belə olan halda, onun 1 sentyabr 2019-cu il tarixdən 1732,50 manat vəzifə maaşının 1,2 əmsalla müəyyən olunan məbləği 2079 (1732,50x1,2) manat, 1 iyul 2022-ci il tarixdən 2485 manat vəzifə maaşının 1,2 əmsalla müyyən olunan məbləği 2982 manat təşkil etmiş olur ki, belə olan təqdirdə də bir inci halda 15 faiz əlavə 311,85 manat, ikinci halda isə 15 faiz əlavə 447,3 manat məbləğində müəyyən edilir. Həmin kəmiyyətlər onun orta aylıq əmək haqqına öz təsirini göstərməklə birinci halda orta aylıq əmək haqqı 2390,85 (1732,50+346,50+311,85) manat təşkil etməklə, həmin məbləğin 80 faizindən hesablanan pensiya məbləği 1912,68 manat, ikinci halda isə orta aylıq əmək haqqı 3429,30 (2485+497+447,30) manat təşkil etməklə, bunun 80 fazindən hesablanan pensiya məbləği 2743,44 manat təşkil edir. Qeyd olunanlar baxımından iddiaçı onun 5 illik hakim stajına görə 15 faiz əlavənin düzgün hesablanmadığını iddia etməkdə haqlıdır.
14. İddianın təmin edilməyən hissəsi ilə əlaqədar olaraq apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı həm də iddia tələbində müalicə olunma ilə əlaqədar ola raq iki aylıq əmək haqqı məbləğində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada pul təminatının, birinci instansiya məhkəmələrinin hakimlərinə vəzifə maaşının 15 faizi miqdarında vergilərdən azad olunan aylıq pul təminatının və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 8 oktyabr 2010-cu il tarixli Qanununa əsasən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərinə vəzifə maaşının 25 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatının nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanmasını tələb etsə də, bu tələb qanuni sayıla bilməz. Belə ki, iddiaçı işlədiyi dövrlərdə qeyd edilən əlavələrin h eç birini almamışdır.
15. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qərarının “iddiaçının apellyasiya şikayətinin hissəvi təmin olunması və Bakı İnzibati Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli qərarının ləğv olunması” hissəsində ləğv edilməsi və iddiaçının iddia tələbinin tam şəkildə təmin edilməməsi yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
16. Kassasiya şikayətində “Əmək pensiyaları haqqında” Qanuna istinad edilərək qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli araşdırılmamışdır.
17. Kassator bildirmişdir ki, məhkəmə koll egiyası iddiaçının yüksəkliyə görə vəzifə maaşına 1,2 əmsal tətbiq olunduğu halda onun 5 illik hakimlik stajına görə 15 faiz əlavənin də 1,2 əmsal tətbiq olunmuş vəzifə maaşından hesablanmalı olması qənaətinə gəlsə də, bunun hüquqi əsasının məhkəmə qərarının əsaslandırma hissəsində göstərməyərək natamam araşdırma aparmış, bununla da həm maddi, həm də prosessual qanunvericiliyin tələblərini kobud surətdə pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
18. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
19. Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 38.Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır.... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itir diyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 20. “Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1200 metrdən yüksəklikdə yerləşən müəssisə, idarə və təşkilatlarda çalışan işçilərin əməyinin stimullaşdırılması tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006cı il 26 sentyabr tarixli 461 nömrəli Fərmanı Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1200 metrdən yüksəklikdə yerləşən müəssisə, idarə və təşkilatlarda çalışan işçilərin əməyini stimullaşdırmaq və sosial müdafiəsini daha da gücləndirmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1200 metrdən yüksəklikdə yerləşən müəssisə, idarə və təşkilatlarda çalışan işçilərin əməkhaqlarına aşağıdakı artımlar (əmsallar) tətbiq edilsin:... dən iz səviyyəsindən 1500 metrdən 2000 metrədək yüksəklikdə yerləşdiyinə görə 1,2;
21. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə
157. Əməyin ödənilməsi sistemi və növləri...
3. Əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir.
22. Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 avqust 2002-ci il tarixli, 137 nömrəli Qərarı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 159-cu maddəsinə uyğun olaraq Azərbaycan R espublikası Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikasının müəssisə, idarə və təşkilatlarında iş yerlərinin attestasiyasının nəticələri əsasında əmək şəraiti ağır və zərərli olan işlərdə çalışan işçilərin tarif (vəzifə) maaşlarına əmək şəraitinin ağır və zərərlik səviyyəsindən asılı olaraq artımın (əmsalın) minimum miqdarı aşağıdakı kimi müəyyən edilsin:...
5. Azərbaycan Respublikasında dəniz səviyyəsindən hündürlükdə yerləşən müəssisə, idarə, təşkilatlarda və ya iş yerlərində çalışan işçilərin əmək haqqında hündürlük 1200 metrdən 1500 metrədək olduqda, artımın (əmsalın) minimum miqdarı 1,1, 1500 metrdən 2000 metrədək olduqda, artımın (əmsalın) minimum miqdarı 1,2, 2000 metrdən yuxarı olduqda isə artımın (əmsalın) minimum miqdarı 1,3 məbləğində müəyyən edilsin.
23. Azərbay can Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazı mi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsinin qərarı iddianın təmin edilən hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin olunan hissəsində apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərar larında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
28. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində müəyyən edilir ki, kassator iddiaçıya yüksəkliyə görə vəzifə maaşına 1.2 əmsal tətbiq edilməsi hissəsində apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır. Bildirilir ki, iddiaçının yüksəkliyə görə vəzifə maaşına 1,2 əmsal tətbiq olunduğu halda onun 5 illik hakimlik stajına görə 15 faiz əlavənin də 1,2 əmsal tətbiq olunmuş vəzifə maaşından hesablanmalı olması qənaətinə gəlsə də, bunun hüquqi əsasının məhkəmə qərarının əsaslandırma hissəsində göstərməyərək natamam araşdırma aparmışdır.
29. Məhkəmə kollegiyası qanunvericilikdə təsbit edilmiş müvafiq normalara istinad etməklə cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə münasibət bildirməyi məqsədə müvafiq hesab edir.
30. Beləliklə, apellyasiya instansiya məhkəməsi tərəfindən təmin edilən və cavabdehin kassasiya qaydasında mübahisələndirilən məsələ iddiaçı barəsində yüksəkliyə görə əmək haqqına 1.2 əmsal tətbiq edilməsi ilə bağlıdır.
31. Məhkəmə kollegiyası qeyd edir ki, “Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1200 metrdən yüksəklikdə yerləşən müəssisə, idarə və təşkilatlarda çalışan işçilərin əməyi nin stimullaşdırılması tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 26 sentyabr tarixli 461 nömrəli Fərmanına, eləcə də “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 avqust 2002-ci il tarixli, 137 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1500 metrdən 2000 metrədək yüksəklikdə yerləşən müəssisə, idarə və təşkilatlarda çalışan işçilərin əməyini stimullaşdırmaq və sosial müdafiəsini daha d a gücləndirmək məqsədilə işçilərin əməkhaqlarına 1,2 artımlar (əmsallar) tətbiq edilir. 32. “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 avqust 2002-ci il tarixli, 137 nömrəli Qərarına 1 nömrəli əlavə də iddiaçının hakimlik faəliyyəti göstərdiyi Gədəbəy rayonunun dəniz səviyyəsindən 1500 metrdən 2000 metrədək hündürlükdə yerləşdiyi qeyd edilir.
33. Cavabdeh bildirir ki, 1,2 artım (əmsallar) iddiaçının əmək haqqına deyil, vəzifə maaşına mün asibətdə tətbiq edilməlidir.
34. Məhkəmə kollegiyası cavabdehin mövqeyi ilə razılaşmayaraq bildirir ki, əvvəla 26 sentyabr 2006-cı il tarixli 461 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanında 1.2 artımın əməkhaqqına tətbiq edildiyi qeyd edilmişdir.
35. Eyni zamanda yuxarıda qeyd edilən əmək qanunvericiliyinə əsasən əmək haqqı anlayışına aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Tarif (vəzifə) maaşı isə işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əmək haqqının əsas hissəsidir. Başqa sözlə əmək haqqı tarif (vəzifə) maaşından daha geniş anlayış olmaqla özündə tarif (vəzifə) maaşı, əlavələr və mükafatları ehtiva edir.
36. Beləliklə, yuxarıda sadalanan qanunvericilik aktlarının tələbi apellyasiya instansiya məhkəməsi tərə findən düzgün qiymətləndirilmiş, 1,2 artım (əmsallar) əmək haqqına münasibətdə təyin edilmişdir. 37.Odur ki, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
38. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 iyun 2024-cü il tarixli, 21(103)-1413/2024 nömrəli qərarı mübahisə olunan hissədə dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.