Məhkəmə qərarları › İş №2-1(102)-2981/2025

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-2981/2025

10.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(102)-2981/2025 10.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçılar iddiaçı2, iddiaçı1 və iddiaçı3 cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Qəbələ Ərazi Idarəsinə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: (mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə aktının mövcudluğu; oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu; şikayət üzrə kassasiyanın mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Iddiaçılar iddiaçı2, iddiaçı1 və iddiaçı3 cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Qəbələ Ərazi Idarəsinə qarşı “Oğuz rayon Baş Daşağıl kəndi ərazisində yerləşən 11.0 ha torpaq sahəsinə üçüncü şəxs X1 adına hazırlanmış JN-**** nömrəli Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktının, həmin Dövlət Aktı əsasında verilmiş çıxarışın iddiaçıların və onların ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi, iddiaçı2 və ailə üzvlərinin mülkiyyətində olan 1.12 ha torpaq sahəsinə, iddiaçı1 və ailə üzvlərinin mülkiyyətində olan 4.40 ha torpaq sahəsinə plan-ölçü sənədləri, iddiaçı3 və ailə üzvlərinin mülkiyyətində olan 4.06 ha torpaq sahəsinə çıxarış və plan-ölçü sənədinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının 2025-ci il ## #### tarixli, *-*(***)-***/**** nömrəli qərardadından iddiaçılar tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. IŞIN HALLARI

1. Iddiaçılar cavabdehlər cavabdeh2 və Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Qəbələ Ərazi Idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Oğuz rayon aqrar islahatkomissiyasının ##.##.2002-ci il tarixli qərarının ləğv edilməsi və Oğuz rayon Baş Daşağıl kəndi ərazisində yerləşən 11.0 ha torpaq sahəsinə üçüncü şəxs X1 adına hazırlanmış JN-**** nömrəli Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktının, həmin Dövlət Aktı əsasında verilmiş çıxarışın iddiaçıların və onların ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi, iddiaçı2 və ailə üzvlərinin mülkiyyətində olan 1.12 ha torpaq sahəsinə, iddiaçı1 və ailə üzvlərinin mülkiyyətində olan 4.40 ha torpaq sahəsinə plan-ölçü sənədləri, iddiaçı3 və ailə üzvlərinin mülkiyyətində olan 4.06 ha torpaq sahəsinə çıxarış və plan-ölçü sənədinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Şəki Inzibati Məhkəməsinin 2022-ci il ## #### tarixli, *-*(***)-***/**** saylı qərardadı ilə üçüncü şəxs3, üçüncü şəxs5, üçüncü şəxs8, üçüncü şəxs6, üçüncü şəxs1, üçüncü şəxs7 və üçüncü şəxs4 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdirlər.

3. Iddiaçıların vəkili iddia tələbinin dəyişdirilməsi (həcminin azaldılması) barədə ərizə təqdim edərək “Oğuz rayon Baş Daşağıl kəndi ərazisində yerləşən 11.0 ha torpaq sahəsinə üçüncü şəxs X1 adına hazırlanmış JN-**** nömrəli Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktının, həmin Dövlət Aktı əsasında verilmiş çıxarışın iddiaçıların və onların ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi, iddiaçı2 və ailə üzvlərinin mülkiyyətində olan 1.12 ha torpaq sahəsinə, iddiaçı1 və ailə üzvlərinin mülkiyyətində olan 4.40 ha torpaq sahəsinə plan-ölçü sənədləri, iddiaçı3 və ailə üzvlərinin mülkiyyətində olan 4.06 ha torpaq sahəsinə çıxarış və plan-ölçü sənədinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. Şəki Inzibati Məhkəməsinin 2022-ci il ## ######## tarixli, *-*(***)-***/**** saylı qərardadı ilə ərizə icraata qəbul edilmişdir.

5. Şəki Inzibati Məhkəməsinin 2022-ci il ## ######## tarixli, *-*(***)-***/**** saylı qərardadı ilə iddiaçılar iddiaçı2, iddiaçı1, iddiaçı3 cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDRX-nin * saylı Qəbələ Ərazi Idarəsinə qarşı “Oğuz rayon Baş Daşağıl kəndi ərazisində yerləşən 11.0 ha torpaq sahəsinə üçüncü şəxs X1 adına hazırlanmış JN-**** nömrəli Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktının və həmin Dövlət Aktı əsasında verilmiş çıxarışın iddiaçıların və onların ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi, iddiaçılardan iddiaçı2 və ailə üzvlərinin mülkiyyətində olan 1.12 ha torpaq sahəsinə, iddiaçı1 və ailə üzvlərinin mülkiyyətində olan 4.40 ha torpaq sahəsinə plan-ölçü sənədləri, iddiaçı3 və ailə üzvlərinin mülkiyyətində olan 4.06 ha torpaq sahəsinə çıxarış və plan-ölçü sənədinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə iddia ərizəsi mümkün sayılmamışdır.

6. Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** saylı, ##.##.2022-ci il tarixli qərardadı ilə Şəki Inzibati Məhkəməsinin *-*(***)-***/**** saylı, ## ######## 2022-ci il tarixli qərardadı ləğv edilərək inzibati iş baxılması üçün Şəki Inzibati Məhkəməsinə qaytarılmışdır.

7. Şəki Inzibati Məhkəməsinin (Hakim: F.H.Hacızadə) 2025-ci il ## ###### tarixli, *-*(***)-**/**** nömrəli qərarı ilə iddiaçılar iddiaçı2, iddiaçı1 və iddiaçı3 cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Qəbələ Ərazi Idarəsinə qarşı “iddiaçılardan iddiaçı2 və ailə üzvlərinin mülkiyyətində olan 1.12 ha torpaq sahəsinə, iddiaçı1 və ailə üzvlərinin mülkiyyətində olan 4.40 ha torpaq sahəsinə plan-ölçü sənədlərinin, iddiaçı3 və ailə üzvlərinin mülkiyyətində olan 4.06 ha torpaq sahəsinə çıxarış və plan-ölçü sənədinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir.

8. Şəki Inzibati Məhkəməsinin (Hakim: F.H.Hacızadə) 2025-ci il ## ###### tarixli, *-*(***)-**/**** nömrəli qərardadı ilə iddiaçılar iddiaçı2, iddiaçı1 və iddiaçı3 cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Qəbələ Ərazi Idarəsinə qarşı iddia tələbi “Oğuz rayon Baş Daşağıl kəndi ərazisində yerləşən 11.0 ha torpaq sahəsinə üçüncü şəxs X1 adına hazırlanmış JN-**** nömrəli Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktının ləğv edilməsi, həmin Dövlət Aktı əsasında verilmiş çıxarışın iddiaçıların və onların ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi” hissəsində mümkün sayılmamışdır.

9. Həmin qərardaddan və qərardan narazı qalan iddiaçılar apellyasiya şikayəti vermişlər.

10. Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər: T.H.Həsənov /sədrlik edən və məruzəçi/, E.Ş.Hüseynov və Ə.V.Kərimov) 2025-ci il ## #### tarixli, *- *(***)-***/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməyərək, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçı eyni cavabdehə qarşı eyni mahiyyətli tələblə və eyni əsasla əvvəllər məhkəməyə müraciət etmiş, Azərbaycan Respublikasının Ali Məhkəməsinin müvafiq qərarı ilə iddia mümkün sayılmamış, həmçinin iddiaçının hazırkı iddia tələbinin predmeti və əsasları ilə eyni olan tələb üzrə iddianın mümkün sayılmaması barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarında qeyd edilən iddianın mümkün sayılmamasına əsas olmuş hallar aradan qalxmamışdır. Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı inzibati məhkəmə icraatının iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Belə ki, qeyd edilməlidir ki, Oğuz Rayon Aqrar Islahat Komissiyasının sözügedən qərarı qüvvədə olduğu müddətdə onun əsasında verilmiş JN-0048 kod ******** nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı” mübahisələndirilə bilməz. Iddiaçılar torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının onlara məxsus olduğunu iddia etdiyindən Oğuz Rayon Aqrar Islahat Komissiyasının ##.##.2002-ci il tarixli ** nömrəli qərarını hazırkı qərarın 22ci bəndində göstərilən normalarda əks olunmuş qaydada mübahisələndirməli idi. Iddiaçıların isə Oğuz Rayon Aqrar Islahat Komissiyasının qərarından Azərbaycan Respublikası Dövlət Aqrar Islahat Komissiyasına şikayət verməsi iş materialları ilə müəyyən edilmir. Nə qədər ki, Oğuz Rayon Aqrar Islahat Komissiyasının ##.##.2002-ci il tarixli ** nömrəli qərarı qüvvədədir, onun əsasında cavabdehin verdiyi çıxarış da mübahisələndirilə bilməz. Bu xüsusatlar nəzərə alınmaqla iddiaçı tərəf, hazırki iş üzrə ilk əvvəl Oğuz rayon aqrar islahat komissiyasının ##.##.2002-ci il tarixli qərarının ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Lakin sonradan həmin tələblə bağlı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə müraciət etmişlər. Məhkəmə tərəfindən də ərizə icraata qəbul edilmişdir. Hazırda da Kollegiya tərəfindən iddiaçı tərəfə dinlənilmə qaydasında hüquqi yardım göstərilməsinə baxmayaraq iddiaçı tərəf hazırki iddia tələbinə mahiyyəti üzrə baxılmasında israrlı olduqlarını bildirmişlər.

12. Iddiaçılar həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və işin təkrar apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

13.

14. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və Inzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.

2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.

3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.

4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.

5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə Inzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.

15. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.

16. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, IPM-in 78-ci maddəsinə əsasən, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Tərəflər arasında mövcud olmuş hazırkı mübahisəyə məhkəmə qaydasında artıq bir dəfə baxılaraq qərar qəbul edilmiş və qərar qanuni qüvvəsini almışdır. Tərəflər, o cümlədən iddiaçı məcburi hüquqi qüvvəyə malik həmin qərara bağlıdır və iddiaçı həmin qərarla ona münasibətdə artıq həll olunmuş eyni mübahisəyə yenidən baxılmasını tələb etməkdə haqlı sayıla bilməz. Ona görə də bu iddiaya yenidən mahiyyəti üzrə baxılması mümkün hesab edilə bilməz. (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2023-cü il tarixli, *-*(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli, *-*(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli, *-*(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli 2- 1(102) ***/**** nömrəli və ##.##.2023-cü il, *-*(***)-****/**** nömrəli).

17. Mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına görə iddiaçılar üçün əlçatan və bəlli olmuşdur.

18. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur.

19. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDI :

Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının 2025-ci il ## #### tarixli, *- *(***)-***/**** nömrəli qərardadından iddiaçılar tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin icraata qəbulundan imtina edilsin. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar