Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-2983/2025 23.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: Ünvanlı dövlət sosial yardımın təyin olunması Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, IŞIN HALLARI
1. Iddiaçı İddiaçı ünvanlı dövlət sosial yardımın təyin edilməsi ilə bağlı ərizə ilə cavabdehə müraciət etmiş, cavabdeh maddi-məişət şəraitinin müayinəsi zamanı iddiaçının ailə tərkibi barədə məlumatların düzgün göstərilməməsini əsas gətirərək ünvanlı dövlət sosial yardımın təyin olunmasından imtina etmişdir.
IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI
a) birinci instansiya məhkəməsində icraat
2. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şəki Inzibati Məhkəməsinə müraciət edərək, ünvanlı dövlət sosial yardımın bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
3. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, ikinci uşağı anadan olduqdan sonra ailəyə təyin olunmuş sosial yardım dayandırılmışdır. 4 nəfərdən ibarət (o, əri və iki uşağı) ailə tərkibi haqqında arayışı təsdiqlədib ##.##.2024-cü il və ##.##.2024-cü il tarixli “ərizəbəyannamə” ilə müraciət edən zaman ailənin tərkibində, gəlirlərində, kommunal və rabitə xərclərində uyğunsuzluq və kənarlaşma aşkar edilmədiyi üçün VEMTAS imtina cavabı verməmişdir. Ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması zamanı ünvanda yaşayan, ayrı təsərrüfat aparan, Ailə Məcəlləsinin 56.2-ci maddəsinə əsasən keçmiş ailə üzvləri sayılan ərinin valideynlərinin ailə tərkibinə daxil edilməməsinin düzgün göstərilməməsi bəhanəsi ilə qanunsuz imtina cavabı verilmişdir. Halbuki ərinin valideynləri onun ailəsini saxlamağa borclu deyillər və ayrı təsərrüfat aparırlar. Ailə hesab edilə bilmək üçün digər tələblərlə yanaşı, birgə ev təsərrüfatına malik olmaları müəyyən olunmalıdır.
4. Cavabdeh orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, iddiaçı İddiaçı ünvanlı dövlət sosial yardımın təyin edilməsi ilə bağlı ##.##.2024-cü il tarixli ərizə ilə müraciət etmişdir. Maddi-məişət şəraitinin müayinəsi zamanı müəyyən olunmuşdur ki, sözügedən müraciətində ərizəçi İddiaçı ailə tərkibi barədə məlumatları düzgün göstərilməmişdir. Buna görə də ünvanlı dövlət sosial yardımın təyin olunmasından imtina edilmişdir. Maddi-məişət şəraitinin müayinəsi zamanı müəyyən olunmuşdur ki, ##.##.2024-cü il tarixli müraciətində ərizəçi İddiaçı tərəfindən ailənin tərkibi barədə məlumatlar düzgün göstərilməmişdir. Buna görə də ünvanlı dövlət sosial yardımın təyin edilməsindən imtina edilmişdir. Işdə olan ##.##.2024-cü il tarixli müayinə aktından da göründüyü kimi, müayinə zamanı ünvanda olan şəxs təmsilçinin qaynanası X2 idi. Qeydiyyat ünvanı təmsilçinin ərizə-bəyannamədə qeyd etdiyi ünvandır. Ünvanda qaynana və qaynatasına məxsus əşyalar aşkarlanmışdır. Müayinə zamanı təmsilçinin qaynanası başqa ünvanda yaşadığını bildirmiş, əməkdaşlar tərəfindən yaşadığı evin göstərilməsi xahiş edilsə də, bunu göstərə bilməmişdir. Ünvanda təmsilçi, həyat yoldaşı və iki övladı ilə bərabər iddiaçının ərinin valideynlərinin yaşadığı aşkar edilmişdir. Təmsilçi ərizə-bəyannamədə ailəsinin dörd nəfərdən ibarət olmasını qeyd etmişdir. Mənzildə yaşayan şəxslərin birgə təsərrüfat aparıb-aparmaması araşdırılarkən təmsilçinin qeyd olunan ünvanda qayınatası və qayınanası ilə birgə təsərrüfat apardığı müəyyən edilmişdir. Belə ki, eyni ünvanda yaşayan şəxslərin birgə təsərrüfat aparıb-aparmamasının müəyyən edilməsi üçün zəruri olan hallar aşağıdakılardır: Mənzilin iki ailənin ayrı təsərrüfat aparmaqla yaşaması üçün əlverişli olması; Mənzilin giriş, mətbəx və yaşam üçün vacib digər hissələrinin ayrı yerləşməsi; Mənzilində yerləşən sayğacların (qaz, su, işıq) ayrı yerləşməsi və kommunal xərclərin ayrı ödənilməsi. Lakin tərəflərindən aparılan müayinə zamanı təmsilçi İddiaçı ərinin valideynləri ilə birgə yaşaması müəyyən edilmiş, ayrı təsərrüfat aparmaları ilə bağlı heç birəsas tapılmamışdır. Təqdim olunan monitorinq yoxlaması zamanı tərtib olunmuş aktlara əsasən, aşkarlanmış hallara nəzərən ünvanda yaşayan şəxslərin birgə təsərrüfat aparmasını təsdiq edən faktlar bunlardır: Mənzilin giriş, mətbəx, və yaşam üçün vacib digər hissələr iddiaçının qeyd etdiyi kimi, iki ailənin ayrı-ayrılıqda təsərrüfat aparması üçün əlverişli deyil. Mənzildə yerləşən sayğaclar (qaz, su, işıq) birgədir, kommunal xidmətlərdən birgə istifadə olunur və əgər ünvandakı şəxslər ayrı təsərrüfat aparırlarsa, kommunal xərcləri hansı meyar əsasında bölünərək ödənilməsi məlum deyil. Mənzildə yerləşən otaq sayı iki ailənin ayrı təsərrüfat apararaq yaşaması üçün nəzərdə tutulmamışdır. Göründüyü kimi, maddi-məişət şəraitinin yoxlaması zamanı ünvanda yaşayan şəxslərin birgə təsərrüfat aparmaları halının araşdırılması zamanı ünvanda olan şəxslərin birgə təsərrüfat aparmasını təsdiq edən bir çox sübutlar əldə olunmuşdur. Əlavə olaraq onu da qeyd edilməlidir ki, qeyd olunan ünvanda yaşayan şəxslərin ayrı-ayrılıqda təsərrüfat aparmasını təsdiq edən heç bir fakt aşkarlanmamışdır və belə olan halda maddi-məişət şəraitinin müayinəsini həyata keçirən əməkdaşların ünvanda olan şəxslərin ayrı təsərrüfat olmasını qeydə alması mümkün deyildir. Bundan başqa, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ev təsərrüfatları tədqiqatının əsas yekunlarına dair statistik məcmuəsində ev təsərrüfatının nədən ibarət olmasını qeyd etmişdir. Ev təsərrüfatı - bir şəxsdən və ya şəxslər qrupundan ibarət institusional vahiddir. Şəxslər qrupu o halda ev təsərrüfatı hesab edilir ki, onlar bir evdə (mənzildə) yaşasınlar, öz gəlir və əmlakını tam və ya qismən birləşdirsinlər və bir sıra mal və xidmətlərin, əsasən də mənzil-kommunal xidmətləri və ərzaq məhsullarının istehlakını birgə həyata keçirsinlər. Ev təsərrüfatı bir nəfərdən, bir və ya bir neçə ailədən və ailə üzvü olmayan şəxsdən (şəxslərdən), eləcə də qohum olmayan şəxslərdən ibarət ola bilər. Göründüyü kimi, ev təsərrüfatına verilən anlayışdan da, təmsilçinin qeyd etdiyi ünvanda ərinin valideynləri ilə birgə təsərrüfat apararaq yaşaması təsdiqini tapır. Eyni zamanda, qeyd olunan məsələ ilə bağlı bildirilir ki, “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.3-cü maddəsində ailə - qohumluq və ya qanunvericiliklə müəyyən olunmuş digər xüsusiyyətlərə görə bağlılığı olan, birgə yaşayan, ümumi ev təsərrüfatına malik şəxslər və ya tənha yaşayan şəxslər olaraq göstərilmişdir. Bu səbəbdən, həmçinin “Ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət etmiş ailələrin maddi-məişət şəraitinin müayinəsinin və sosial yardım təyinatından sonrakı monitorinqlərin aparılmasına dair Təlimat” (bundan sonra - Təlimat) və Pasporta əsasən, ailənin ÜDSY ilə bağlı müraciətinə əsasən aparılan maddi-məişət şəraitinin müayinəsi zamanı ailə tərkibində qeyd olunmayan şəxsin ailə ilə birlikdə yaşaması aşkar edildiyi halda ÜDSY təyinatından imtina edilir. Nəzərə çatdırılır ki, ilkin müayinə zamanı təmsilçinin qaynanasının gizlənmiş şəkildə aşkar edilməsi, həmçinin ikinci müraciətində də evdə aşkarlanması, hər iki müraciətinin müayinəsi zamanı evin içərisində qaynana və qaynata üçün ayrıca otağın ayrılması və dolablarda onların paltarlarının olması təmsilçinin qaynatası və qaynanası ilə birgə yaşaması faktını təsdiq edir. Göründüyü kimi, tərəflərindən aparılan müayinə zamanı təmsilçinin ərinin valideynləri ilə birgə yaşamasına baxmayaraq, ayrı təsərrüfat aparmaları ilə bağlı heç bir əsas tapılmamışdır. Əlavə olaraq, Ali Məhkəmənin birgə təsərrüfat ilə bağlı mövqeyinə görə, sözügedən şəxslərin ümumi ev təsərrüfatında olması üçün onların öz gəlir və əmlakını tam və ya qismən birləşdirməsi, qida məhsullarının istehlakını birgə həyata keçirməsi də sübuta yetirilməlidir. Nəzərə alınmalıdır ki, ümumi ev təsərrüfatının aparılması dedikdə, həm də əldə olunan qazancın ailənin ümumi ehtiyaclarına sərf edilməsi, o cümlədən mövcud əmlakın birgə təsərrüfat fəaliyyətinin nəticəsində əldə edilməsi başa düşülür. Göründüyü kimi, müayinə zamanı təmsilçinin qida məhsullarını ərinin valideynləri ilə birgə istehlak etməsi, gəlir və əmlakın birləşdirilməsi, eyni zamanda əldə edilmiş gəlirlərin ümumi ehtiyaclara sərf edilməsi aşkar edilmişdir. Ailəyə təyin edilmiş sosial yardımın dayandırılması barədə qərar qanunauyğun olduğundan, iddiaçının iddia tələbi əsassızdır və təmin edilməməlidir.
5. Şəki Inzibati Məhkəməsinin (hakim: G.S.Şirinova-Əsədova) ## ###### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə iddiaçı İddiaçı ##.##.2023-cü il tarixdən 1 il müddətinə təyin olunmuş ünvanlı dövlət sosial yardımının dayandırıldığı vaxtdan bərpa olunması və ödənilməsi öhdəliyi qoyulmuşdur.
6. Birinci instansiya məhkəməsinin əsaslandırması: 6.1. Iddiaçı, əri və uşaqlarının yaşayış sahəsində baxış zamanı aşkar edilmiş digər şəxslərlə ümumi ev təsərrüfatına malik olması üçün yuxarıda qeyd edilən bütün şərtlər məcmu halda sübuta yetirilmiş olmalıdır. Ailə Məcəlləsinin 56.2-ci maddəsinin tələbindən görünür ki, iddiaçı ilə eyni ünvanda yaşayan onun qayınanası və qayınatası iddiaçını və onun ailəsini saxlamağa və maddi cəhətdən təmin etməyə borclu deyillər. Cavabdeh orqan isə həmin şəxslərin eyni mənzildə yaşaması və mənzil-kommunal xidmətlərindən birgə istifadə etməsindən başqa digər şərtləri sübuta yetirə bilmir. Yəni, sözügedən şəxslərin ümumi ev təsərrüfatında olması üçün onların öz gəlir və əmlakını tam və ya qismən birləşdirməsi, qida məhsullarının istehlakını birgə həyata keçirməsi də sübuta yetirilməlidir. Nəzərə alınmalıdır ki, ümumi ev təsərrüfatının aparılması dedikdə, həm də əldə olunan qazancın ailənin ümumi ehtiyaclarına sərf edilməsi, o cümlədən mövcud əmlakın birgə təsərrüfat fəaliyyətinin nəticəsində əldə edilməsi başa düşülür. Cavabdeh inzibati orqan iddiaçının baxış keçirilən zaman aşkar edilmiş şəxslərlə eyni ünvanda yaşama faktını birgə təsərrüfatın aparılması kimi qiymətləndirərək yanlış nəticəyə gəlmiş, ümumi birgə təsərrüfatın aparılması halının mövcudluğunu müəyyən etmədən iddiaçının müraciətinin təmin olunmasından imtina etmişdir. 6.2. Cavabdeh orqanın məhkəmə iclasında təqdim etdiyi videogörüntülərə münasibətdə isə məhkəmə qeyd edir ki, cavabdeh orqanın əməkdaşının baxış zamanı yaşayış sahəsində aşkar etdiyi şəxslərlə bağlı reaksiyası, iddiaçıya və qayınanasına verdiyi sualların məzmunu və ümumi davranışı, baxış zamanı aşkar edilmiş şəxslərin əslində həmin ünvanda olması qanun pozuntusu görüntüsü yaratdığından, iddiaçı və qayınanası cavabdeh orqan tərəfindən ziyanına qərar qəbul ediləcəyi qorxusu altında verilən suallara həyəcan və tərəddüdlə cavab verərək barəsində əlverişsiz inzibati aktın qəbul edilməsindən qorunmağa çalışmışdır. Yəni, tədqiq edilmiş videogörüntüdən aşkar görünür ki, iddiaçıya qarşı psixoloji təzyiq həyata keçirilərək aşkar olunmuş şəxslərə sanki, qadağan edildiyi halda həmin yaşayış sahəsinə qanunsuz daxil olmuş şəxslər kimi yanaşılmışdır. Bununla belə, ünvanlı sosial dövlət yardımının təyin edildiyi və ödənildiyi dövr ərzində digər şəxslərin həmin yaşayış sahəsində yaşaması ilə bağlı qanunvericilik hər hansı məhdudiyyət müəyyən etməmişdir. Cavabdeh orqan sözügedən şəxslərin həmin ünvanda faktiki yaşayıb-yaşamamasını yox, həmin şəxslərin iddiaçı ilə birgə ümumi təsərrüfatı aparıb-aparmamasını müəyyən etməlidir Yəni, bütövlükdə aşkar olunmuş şəxslərə münasibətdə araşdırılmalı olan hal – onların iddiaçı ilə birgə təsərrüfat aparıb-aparmamasıdır. 6.3. Iddiaçıya və ailə üzvlərinə qayınatasının və qayınanasının gəlirlərindən kömək edilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, oğluna, nəvələrinə və digər ailə üzvlərinə qayğı ilə yanaşan baba və nənənin ailəyə mütəmadiliyi sübut olunmayan yardımları ailənin gəliri kimi nəzərdən keçirilə bilməz. Belə ki, həmin yardımın növbəti dəfə edilib-edilməyəcəyi və məhz hansı məbləğdə ediləcəyi ilə bağlı iddiaçının konkret gözləntisi olmadığından, yardımın edildiyi və edilmədiyi vaxtlar hər dəfə cavabdehi məlumatlandırması ağlabatan hesab edilə bilməz. Cavabdeh iddiaya etirazında maddi-məişət şəraiti yoxlanılarkən ünvanda yaşayan şəxslərin birgə təsərrüfat aparmaları halının araşdırılması zamanı ünvanda olan şəxslərin birgə təsərrüfat aparmasını təsdiq edən bir çox sübutlar əldə olunduğunu qeyd etsə də, məhkəməyə həmin sübutları təqdim edə bilməmişdir. Qanunvericiliyin tələblərinə əsasən, iddiaçının ailəsinin, ərinin ailəsi ilə eyni ünvanda bir yerdə yaşamaları faktının müəyyən edilməsi iddiaçıya ünvanlı dövlət sosial yardımın təyin edilməsindən imtina edilməsi üçün yetərli əsas sayıla bilməz. Qaydaların 3.7.1-ci bəndində təsbit edilmiş uyğunsuzluq halının mövcudluğuna istinad edilə bilməsi üçün bu zaman həm də birgə yaşayan sözügedən şəxslərin ümumi birgə təsərrüfat aparması halı da müəyyən olunmalıdır. Məhkəmə bütün qeyd edilən halları nəzərə alaraq hesab edir ki, iddiaçıya təyin edilmiş ünvanlı dövlət sosial yardımının dayandırılmasında cavabdeh orqan haqlı olmamışdır.
7. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
8. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək, onun aztəminatlı ailəsinə ## ##### 2024-cü il tarixdən ünvanlı dövlət sosial yardımın təyin olunaraq 1 ilin sosial yardım məbləğinin birdəfəlik verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
9. Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər: R.R.Rəfiyev /sədrlik edən və məruzəçi/, T.H.Həsənov və V.Ə.Musayev) ## #### 2025-ci il tarixli, *-*(***)- ***/**** nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Şəki Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilmiş, inzibati iş üzrə yeni qərar çıxarılaraq iddia təmin edilmiş, cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə iddiaçı İddiaçı ##.##.2024-cü il tarixdən 1 il müddətinə ünvanlı dövlət sosial yardımının ödənilməsi öhdəliyi qoyulmuşdur.
10. Apellyasiya instansiyası məhkəməsinin əsaslandırması: 10.1. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçı ##.##.2025-ci il tarixdə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim etmişdir. Belə ki, iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizəyə IPM-in 54.3-cü maddəsinə əsasən işə baxan məhkəmə tərəfindən qiymət verilməli və ərizənin icraata qəbul edilib-edilməməsi barədə qərardad qəbul edilməlidir. Iş materiallarından görünür ki, iddiaçı bundan sonra ##.##.2025-ci il tarixdə yenidən birinci instansiya məhkəməsinə müraciət edərək, ##.##.2024-cü il tarixdən ünvanlı dövlət sosial yardımın sosial yardım almaq hüququna malik olan ailəsinə təyin olunaraq 1 (bir) illik sosial yardımın məbləğinin birdəfəlik verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını təkrar xahiş etmişdir. Lakin iş materiallarından görünür ki, işə baxan birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən iddianın dəqiqləşdirilmələri barədə ərizəyə hüquqi qiymət verilməmişdir. Bundan əlavə, IPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Bununla yanaşı, işinin hallarının araşdırılmnası zamanı birinci instansiya məhkəməsi tərəfindən IPM-in 12-ci və 48-ci maddələrinin tələbləri pozulmuşdur. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə iddiaçı İddiaçı ##.##.2023-cü il tarixdən 1 il müddətinə təyin olunmuş ünvanlı dövlət sosial yardımının dayandırıldığı vaxtdan bərpa olunması və ödənilməsi öhdəliyinin qoyulması ilə bağlı prosessual pozuntuya yol vermiş və yanlış nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək, onun aztəminatlı ailəsinə ## ##### 2024-cü il tarixdən ünvanlı dövlət sosial yardımın təyin olunaraq 1 ilin sosial yardım məbləğinin birdəfəlik verilməsi öhdəliyinin cavabdeh qismində göstərdiyi Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə iddiaçı İddiaçı tərəfindən verilmiş iddia tələbinin dəyişdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. Odur ki, kollegiya tərəfindən İddiaçı qeyd olunan iddia tələbi üzrə araşdırma aparılmışdır. 10.2. Məhkəmə kollegiyası cavabdeh orqanın apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, şikayətin aşağıda qeyd olunacaq dəlilləri iddia tələbinin rədd olunması üçün əsas deyil. Belə ki, cavabdeh orqanın apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, ünvanlı dövlət sosial yardımla bağlı mübahisələrdə məhz “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunda ailəyə verilmiş anlayış əsas götürülməlidir. Ailə hesab edilə bilmək üçün digər tələblərlə yanaşı, birgə yaşayan şəxslərin ümumi ev təsərrüfatına malik olmaları, yəni birgə təsərrüfat aparmış olmaları müəyyən olunmalıdır. Işin faktiki hallarına əsasən, iddiaçının ailəsi 4 nəfərdən ibarətdir, onlardan 2-si yetkinlik yaşına çatmamışdır. Belə ki, Mingəçevir Şəhər Icra Hakimiyyəti başçısının * nömrəli Sahə Ərazi Dairəsi üzrə Nümayəndəliyinin ##.##.2024-cü il tarixli, *** nömrəli arayışı ilə iddiaçının ailə tərkibinin 4 nəfərdən ibarət olması sübuta yetirilir. 10.3. Cavabdeh orqanın apellyasiya şikayətində qeyd edilmiş, müayinə zamanı ünvanda olan şəxsin iddiaçının qayınanası olması, qeydiyyat ünvanının təmsilçinin ərizəbəyannamədə qeyd etdiyi ünvanla eyni olması, ünvanda qayınana və qayınatasına məxsus əşyaların aşkarlanması, ünvanda iddiaçı (təmsilçi), həyat yoldaşı və iki övladı ilə bərabər təmsilçinin qayınatası və qayınanasının yaşadığının aşkar edilməsi, təmsilçinin isə ərizəbəyannamədə ailəsinin dörd nəfərdən ibarət olmasını qeyd etməsinə dair etirazın dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarında olan ##.##.2016-cı il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, iddiaçının yaşadığı Mingəçevir şəhəri, Günəş küçəsi ** nömrəli ev X1 mülkiyyətindədir. Iddiaçı məhkəmə iclasında bildirdi ki, həmin mənzil qayınatasının mülkiyyətindədir. Yaşamağa evləri olmadığına görə qayınatasının evində yaşayırlar. Qanunvericiliyin tələblərinə əsasən, iddiaçının ailəsinin, ərinin ailəsi ilə eyni ünvanda bir yerdə yaşamaları faktının müəyyən edilməsi iddiaçıya ünvanlı dövlət sosial yardımın təyin edilməsindən imtina edilməsi üçün yetərli əsas sayıla bilməz. Qaydaların 3.7.1ci bəndində təsbit edilmiş uyğunsuzluq halının mövcudluğuna istinad edilə bilməsi üçün bu zaman həm də birgə yaşayan sözügedən şəxslərin ümumi birgə təsərrüfat aparması halı da müəyyən olunmalıdır. 10.4. Iddiaçı, əri və uşaqlarının yaşayış sahəsində baxış zamanı aşkar edilmiş digər şəxslərlə ümumi ev təsərrüfatına malik olması üçün yuxarıda qeyd edilən bütün şərtlər məcmu halda sübuta yetirilmiş olmalıdır. Ailə Məcəlləsinin 56.2-ci maddəsinin tələbindən görünür ki, iddiaçı ilə eyni ünvanda yaşayan onun qayınanası və qayınatası iddiaçını və onun ailəsini saxlamağa və maddi cəhətdən təmin etməyə borclu deyillər. Cavabdeh orqan isə həmin şəxslərin eyni mənzildə yaşaması və mənzil kommunal xidmətlərindən birgə istifadə etməsindən başqa, digər şərtləri sübuta yetirə bilmir. Yəni, sözügedən şəxslərin ümumi ev təsərrüfatında olması üçün onların öz gəlir və əmlakını tam və ya qismən birləşdirməsi, qida məhsullarının istehlakını birgə həyata keçirməsi də sübuta yetirilməlidir. Nəzərə alınmalıdır ki, ümumi ev təsərrüfatının aparılması dedikdə, həm də əldə olunan qazancın ailənin ümumi ehtiyaclarına sərf edilməsi, o cümlədən mövcud əmlakın birgə təsərrüfat fəaliyyətinin nəticəsində əldə edilməsi başa düşülür. Cavabdeh inzibati orqan baxış keçirilən zaman iddiaçının aşkar edilmiş şəxslərlə eyni ünvanda yaşaması faktını birgə təsərrüfatın aparılması kimi qiymətləndirərək yanlış nəticəyə gəlmiş, ümumi birgə təsərrüfatın aparılması halının mövcudluğunu müəyyən etmədən iddiaçının müraciətinin təmin olunmasından imtina etmişdir. Iddiaçıya və ailə üzvlərinə qayınatasının və qayınanasının gəlirlərindən kömək edilməsinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, oğluna, nəvələrinə və digər ailə üzvlərinə qayğı ilə yanaşan baba və nənənin ailəyə mütəmadiliyi sübut olunmayan yardımları ailənin gəliri kimi nəzərdən keçirilə bilməz. Belə ki, həmin yardımın növbəti dəfə edilib-edilməyəcəyi və məhz hansı məbləğdə ediləcəyi ilə bağlı iddiaçının konkret gözləntisi olmadığından, yardımın edildiyi və edilmədiyi vaxtlar hər dəfə cavabdehi məlumatlandırması ağlabatan hesab edilə bilməz. Bundan başqa, cavabdeh maddi-məişət şəraitini yoxlayarkən ünvanda yaşayan şəxslərin birgə təsərrüfat aparmaları halının araşdırılması ilə bağlı ünvanda olan şəxslərin birgə təsərrüfat aparmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir.
11. Cavabdeh qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI
a) kassasiya şikayətinin dəlilləri
12. Cavabdehin kassasiya şikayəti iddiaya etiraz və apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmışdır.
b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBIQ EDILƏN HÜQUQ
14. “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11.1. Inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. Inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.
15. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 56.2. Uşaqlar yetkinlik yaşına çatdıqda, yetkinlik yaşına çatmayan şəxslər nikah bağladıqda, eləcə də yetkinlik yaşına çatmayan uşaqlar qanunvericiliklə müəyyən edilmiş hallarda tam fəaliyyət qabiliyyəti əldə etdikdə valideynlərin bu fəsildə göstərilən hüquq və vəzifələrinə xitam verilir.
16. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.2. Ailə - qohumluq və ya qanunvericiliklə müəyyən olunmuş digər xüsusiyyətlərə görə bağlılığı olan, birgə yaşayan, ümumi ev təsərrüfatına malik şəxslər və yaxud tənha yaşayan şəxslər; Maddə 3. Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Maddə 6.2. Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”: Bənd 3.1. Sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır. Bənd 3.4. Bölmənin və ya Mərkəzin sosial yardım üzrə işçisi “Ailənin X1”ni (* nömrəli əlavə) müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi texniki avadanlıqlar vasitəsilə Təmsilçinin iştirakı olmaqla video, foto çəkilişi və səs yazısı əsasında həyata keçirir və nəticələrini gücləndirilmiş elektron imza ilə təsdiqləyərək real vaxt rejimində VEMTAS-a ötürür. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar olduqda, sosial yardım üzrə işçi öz-özünə etiraz etməyə borcludur. Bənd 3.4.1. VEMTAS tərəfindən xüsusi proqram təminatı vasitəsilə həmin məlumatların “Ərizə-bəyannamə”də əks olunan məlumatlarla uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. Bənd 3.4.2. Məlumatlarda uyğunsuzluq aşkar olunmadığı hallarda, VEMTAS tərəfindən ailəyə sosial yardımın təyin olunması barədə (* nömrəli əlavə), uyğunsuzluq aşkar olunduğu hallarda isə sosial yardımın təyin olunmasından imtina edilməsi barədə (* nömrəli əlavə) qərar çıxarılır. Bənd 3.7. Aşağıdakı hallarda sosial yardımın təyin olunmasından imtina edilir: 3.7.1. “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda; 3.7.2. Sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarlarının məcmusuna bərabər və ya ondan yuxarı olduqda; 3.7.3. Sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 12 mislindən çox məbləğdə alqısatqı etdikdə; 3.7.4. Ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla); 3.7.5. Ailənin əmək qabiliyyətli, işləməyən üzvü Nazirliyin tabeliyində X3 struktur bölməsi tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə (bu halda ailənin sosial yardım hüququna onun təkrar müraciəti əsasında 1 (bir) aydan sonra baxılır); 3.7.6. Ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 (on beş) faizinə bərabər və ya ondan yuxarı olduqda; 3.7.7. Ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda.
18. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI
19. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
23. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddiaya etiraz və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
24. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə ünvanlı dövlət sosial yardımın təyin olunması ilə bağlı lazımi qaydada araşdırma aparmış, haqlı olaraq iddianın təmin edilməsi barədə qərar qəbul etmişdir.
25. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
26. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
27. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *- *(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.