Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2984/2019 25.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı iş üzrə QƏRAR Açar sözlər: (ixtisas və təhsil müddəti qanunvericiliyə uyğun olmadığından diplomun tanınmamasından cavabdehin imtinası qanunidir.) GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, iddiaçının vəkili Vəkil1, cavabdehin nümayəndəsi X2 və Vəkil2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı “diplom üzrə ali təhsil ixtisasının t anınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1455/2019 saylı 17 iyul 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, 25 dekabr 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı (bundan sonra - iddiaçı) 2014-2017-ci illərdə Rusiya Federasiyası Admiral F.F.Uşakov adına Dövlət Dəniz Universitetində “Gəmidə enerji qurğularının istismarı” ixtisası üzrə qiyabi təhsil almış və ona bu barədə 28.06.2017-ci il tarixli 102318 ******* nömrəli diplom verilmişdir. İddiaçı diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün Təhsil Nazirliyinə müraciət etmiş, Azərbaycan Respublikası Təhsil Nazirliyi Akkreditasiya və Nostrifikasiya İdarəsinin 12.03.2018-ci il tarixli məktubu ilə ona bildirilmişdir ki, ali təhsil sənədlərinin araşdırılması zamanı müəyyən edilmişdir ki, Rusiya Federasiyası Admiral F.F.Uşakov adına Dövlət Dəniz Universitetinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünün yerinə yetirilməsi qeyrimümkündür. Qeyd edilən ali təhsil müəssisəsinin diplom əlavəsində göstərilən müddətin tələbinə faktiki riayət edilməmişdir. Odur ki, onun Rusiya Federasiyası admiral F.F.Uşakov adına Dövlət Dəniz Universitetinin 102318 ******* nömrəli, 28.06.2017-ci il tarixli diplom üzrə aldı ğı ixtisasının tanınmamasına dair 06.02.2018-ci il tarixdə mənfi ekspert rəyi verilmişdir. İmtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, diplom üzrə ali təhsil ixtisasının tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikasının 13 may 2003-cü il tarixli 455-İİQ nömrəli Qanunu ilə qüvvəyə minmiş “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında” Sazişin müvafiq tələblərinə uyğun olaraq tam orta təhsil attestatı ilə (Orta təhsil haqqında 26 iyun 1998-ci il tarixli A 252062 nömrəli attestat iddia ərizəsinə əlavə edilir) RF-nın Ali təhsil müəssisələrinə qəbul qaydalarının tələblərinə əsasən qəbul İmtahanlarını (Qəbul Komissiyasının 27 iyul 2013-cü il tarixli, № 9 Protokolu əlavə edilir) müvəffəqiyyətlə verərək və Qeyri-dövlət, qeyri kommersiya Ali peşə təhsil müəssisəsi “Dünya iqtisadiyyatı institutu” (Dərbənd şəhəri) tərəfindən verilmiş 03 iyul 2013-cü il tarixli BA № 171125 akademik arayış əsasında, birinci kurs üzrə akademik borcları ödədikdən sonra “Gəmi energetik qurğularının istismarı” ixtisası üzrə Rusiya Federasiyasının Admiral F.F.Uşakov adına Dövlət Dəniz Universitetinin 2-ci kursuna 1 may 2014-cü il tarixindən qəbul olmuşdur. 5 iyul 2017-ci il tarixdə 25.05.06 “Gəmi energetik qurğularının istismarı” proqramını mənims əyərək, dövlət yekun attestasiyasını müvəffəqiyyətlə keçmiş və Dövlət İmtahan komissiyasının müvafiq qərarı ilə ona “mühəndis mexanik” İxtisas dərəcəsi verilmişdir (RF-nin admiral F.F.Uşakov adına Dövlət Dəniz Universiteti tərəfindən onun adına verilmiş 28 iyun 2017-ci il tarixli, 102318 ******* nömrəli diplomun sürəti iddia ərizəsinə əlavə edilir). Təhsil aldığı müddət ərzində Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinin tələblərinə uyğun olaraq hər il imtahan sessiyaları başladıqda müvafiq qaydada əmək fəaliyyəti ilə məşğul olduğu idarənin icazəsi ilə təhsil aldığı RF-nın Novorossiysk şəhərinə “Admiral F.F.Uşakov adına Dövlət Dəniz Universitetinə” getmiş və bütün sessiyalarda şəxsən iştirak etmişdir. 11 oktyabr 2017-ci il tarixdə müvafiq prosedurlara əməl etməklə Azərbaycan Re spublikası Təhsil Nazirliyinin Nostrifikasiya idarəsinə elektron formada müraciət etmiş, lakin cavabdeh onun müraciətini təmin etməmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin imtinası qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Ekspert Qrupu tərəfindən iddiaçının sənədləri araşdırılarkən onun təqdim etdiyi diplomun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydalara uyğun gəlmədiyi müəyyən edilmişdir. Bununla əlaqədar Ekspert Qrupunun rəyinə əsasən iddiaçıya müvafiq şəhadətnamənin verilməsi məqsədəuyğun sayılmamışdır. Ekspert rəyində qeyd edilir ki, Rusiya Federasiyası Admiral F.F.Uşakov adına Dövlət Dəniz Universiteti nin normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında vətəndaş (iddiaçı) həmin ölkədə qısa müddət ərzində olmuşdur. Hesab olunur ki, bu qısa müddətdə diploma əlavədə qeyd olunmuş fənləri mənimsəmək, kurs işi yazmaq, təcrübə keçmək, yekun dövlət imtahanı və diplom işi yazıb müdafiə edərək ali məktəbin məzunu olmaq qeyrimümkündür. Belə ki, RF Admiral F.F.Uşakov adına Dövlət Dəniz Universitetinin rəhbərliyinin 9 noyabr 2017-ci il tarixli 35/107 saylı və 19 yanvar 2018-ci il tarixli 35/113 saylı məktublarına əsasən, iddiaçı 6 il əvəzinə cəmi 3 il (2014 - 2017-ci illər) ərzində “Gəmidə enerji qurğularının istismarı" ixtisası üzrə qiyabi təhsil almışdır. Digər tərəfdən, iddiaçının 2009 - 2013-cü illərdə Rusiya Federasiyasının Dərbənd şəhərində yerləşən X1 təhsil aldığı “d övlət və bələdiyyə idarəetmə” ixtisası 2-ci ixtisas qrupuna aiddir. RF Admiral F.F.Uşakov adına Dövlət Dəniz Universitetində “gəmidə enerji qurğularının istismarı” ixtisası isə 1-ci ixtisas qrupuna aid olduğuna görə iddiaçı təhsilini 1-ci kursdan davam etdirməli idi. Qeyd olunanlar əsasında iddiaçının adına verilmiş mütəxəssis diplomu üzrə ixtisasın ölkə ərazisində tanınması mövcud qanunvericiliyə ziddir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-367/2019 saylı, 23 yanvar 2019cu il tarixli qərarı ilə (sədrlik edən: R.L.Kərimli) iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının Rusiya Federasiyasında müvafiq illərdə qısa müddət ərzində olmasını və birinci təhsilinə münasibətdə fərqli ixtisas üzrə 3 il təhsil almasını nəzərə alaraq, cavabdeh təhsi lin müddətinin yetərli olmaması qənaəti ilə iddiaçının diplom üzrə ixtisasının tanınmasından imtina etməkdə haqlı olmuşdur. Məhkəmənin həmin qərarından iddiaçı tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1455/2019 saylı iş üzrə 17 iyul 2019-cu il tarixli qərarı ilə (sədrlik edən: M.N.Tağızadə, hakimlər: Ü.A.Mayılov və M.Ə.Abbasov) apelyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-367/2019 saylı, 23 yanvar 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasın ı xahiş etmişdir. Kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlilləri: Kassasiya şikayətində bildirilir ki, apelyasiya instansiya məhkəməsinin qərarı əsassız və qanunsuzdur. Belə ki, “Nostrifikasiya Qaydaları”nın 1.2-ci maddəsinə görə: Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. 1.3-cü bəndinə görə: Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən bu ixtisasların alındığın ı təsdiq edən sənədlərin sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahiblərinin malik olduqları eyni akademik və peşə hüquqlarının verilməsi deməkdir. 1.4-cü bəndinə görə: Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və ekvivalentliyi haqqında Şəhadətnamə onun sahibinə əlavə (ikinci) ixtisas almaq, ixtisasını artırmaq, diplomdan sonrakı hazırlıq pilləsinə qəbul olunmaq, habelə müvafiq peşə fəaliyyəti göstərmək hüququ verir. 1.5-ci bəndinə görə: Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsi bu ixtisasın alındığını təsdiq edən sənədlərin sahiblərini Azərbaycan Respublikasında işə qəbul zamanı bu respublikanın qanunvericiliyində müəyyən edilmiş ümumi tələbləri gözləməkdən azad etmir. Da ha sonra qeyd edilir ki, Qaydaların 1.6-cı bəndinə əsasən, Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Hazırki iş üzrə cavabdeh olan Azərbaycan Respublikasının Təhsil Nazirliyi özünün Əsasnaməsinin 2-ci bəndində qeyd edilənlərə zidd olaraq Azərbaycan Respublikasının Konstitusiyasının, Azərbaycan Respublikası qanunlarının, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarının, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin, habelə öz Əsasnaməsinin tələblərini pozaraq həyata keçirdiyi q anunsuz fəaliyyətə istinad edərək iddiaçının adına xarici dövlətdə verilmiş diplom üzrə ixtisasın tanınmasından imtina etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Cavabdehin vəkili, eləcə də nümayəndəsi kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini, Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)1455/2019 saylı iş üzrə 17 iyul 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız Apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının d üzgün tətbiq edilməsini yoxlayır. İlk öncə qeyd edilməlidir ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Belə ki, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, təhsil sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesi və onun nəticəsidir. Azərbaycan Respublikasında təhsil fəaliyyəti üçün xüsusi razılığı (lisenziyası) olan və dövlət akkreditasiyasından keçmiş təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilir. Xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarını müəyyən etmək, ixtisasların tanınmasını və nostrifikasiyanı həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilm əsi (nostrifikasiyası) qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir.(1.0.43, 27.1, 27.4, 29.0, 29.0.21, 42.2) “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 05.09.2009-cu il tarixli, 156 nömrəli Fərmanının 2.2-ci bəndində əsasən, Qanunun 44.2-ci və 29.0.21-ci maddəsində (xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarının müəyyən olunması üzrə) nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları”na əsasən: - bakalavriat hazırlığı ali təhsilin birinci səviyyəsidir və Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş bakalavr ixtisaslarının (proqramlarının) təsnifatına uyğun müvafiq ixtisaslar üzrə genişprofilli mütəxəssis hazırlığının həyata keçirilməsini təmin edir. -bakalavriat səviyyəsində əyani forma üzrə Təhsilin normativ müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. Bu müddət ayrı-ayrı ixtisasların təhsil proqramları ilə müəyyənləşdirilir. - tədris ili, bir qayda olaraq, iki semestrdən (payız və yaz) ibarətdir. Bundan əlavə, yay tətili müddətində 6 (altı) həftədən çox olmayaraq, yay semestri də təşkil oluna bilər. - əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə im tahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. - auditoriya və auditoriyadan kənar həftəlik yükünün həcmi 45 saatdır. Bu zaman auditoriya saatları 30- dan çox olmamalıdır. Əyani forma üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları ilə müəyyənləşdirilir. Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi ildə 180-240 saat nəzərdə tutulur. Hər tədris ilində təlim müddəti sentyabrın 15-dən başlanır və ixtisas üzrə tədris planına müvafiq olaraq yekunlaşır. Həmçinin, Azərbaycan Respublikasının 30 sentyabr 1997-ci il tarixli 367-İQ nömrəli Qanunu ilə “Avropa regionunda ali təhsil sahə sində ixtisasların tanınması haqqında” Konvensiya təsdiq edilmişdir. Həmin Konvensiyanın 6-cı maddəsinə əsasən, hər bir halda tanınma qərarı yalnız kəmiyyət meyarına (təhsil müddəti) əsaslana bilməz, keyfiyyət meyarı mütləq nəzərə alınmalıdır”. Məzunun keyfiyyət meyarı isə onun bilik və bacarıqlarının qiymətləndirilməsi ilə müəyyən edilə bilər. Bilik və bacarıqlara əsaslanan ali təhsil ixtisaslarının tanınmasında əhəmiyyətli fərqlər (ixtisasın məzmunu və ya profili, dərs yükünün həcmi, diplom işi və ya dissertasiyanın yazılması tələbləri) aşkar edildikdə ixtisasın tanınmasından imtina edilə bilər. Qiymətləndirmə meyarlarına əsasən, tanınma zamanı a) tədrisin nəticələri; b) gələcək fəaliyyətə çıxış; c) proqramın əsas elementləri; d) qiymətləndirmə üzrə mütəxəssis tərəfindən sənədləşdirilmiş, proqramların keyfiyyəti arasında əhəmiyyətli fərq olduqda tanınma yox alternativ, hissəvi və ya şərti tanınma məsələsinə baxıla bilər. Bu bənddə qeyd edilir ki, «hər bir halda tanınma qərarı yalnız kəmiyyət meyarına (təhsil müddəti) əsaslana bilməz, keyfiyyət meyarı mütləq nəzərə alınmalıdır». Konvensiyanın 5-ci bölməsinin 36-cı bəndinə görə, «təqribən eyni olan ixtisaslarda məzmun, ixtisas, həcmlər, keyfiyyət və tədrisin nəticələri arasında fərq ola bilər. Xarici ixtisasların qiymətləndirilməsi zamanı bu fərqlər çevik formada nəzərə alınmalıdır və yalnız tanınmanın məqsədindən asılı olaraq (akademik ya professional fəaliyyət üçün tanınma) əhəmiyyətli fərqin olacağı halda hissəvi tanınma və ya tanınmama halı baş verə bilər». Bu bölmənin 37-ci bəndinin a) yarımbəndinə əsasən, “xarici ixti sasın tədris nəticələri ilə müvafiq ixtisasın tədris nəticələri arasında fərq əhəmiyyətli dərəcədə olduqda müraciət edildiyi formada tanınma ola bilməz. Bu halda qiymətləndirmənin alternativ, hissəvi və ya şərti olmasının mümkünlüyünə baxılmalıdır”. Həmin bəndin c) yarımbəndində qeyd edilir ki, “ixtisasın verilməsi üçün əsas olan proqramların əsas elementləri arasındakı fərq əhəmiyyətli dərəcədə olduqda. Bu halda qiymətləndirmənin alternativ, hissəvi və ya şərti olmasının mümkünlüyünə baxılmalıdır. d) yarımbəndində qeyd edilir ki, “səlahiyyətli tanıma qurumları ixtisasın verildiyi təhsil müəssisəsi və ya proqramın keyfiyyəti ilə ixtisasın verildiyi müvafiq təhsil müəssisəsi və ya proqramın keyfiyyəti arasında fərqləri sənədləşdirə bilmiş olsunlar. Bu halda qiymətləndirmənin alternativ, ş ərti və ya hissəvi olmasmın mümkünlüyünə baxılmalıdır”. Konvensiyanın 6-cı bölməsinin (qiymətləndirmənin nəticələri) 36-cı paraqrafında qeyd edilir ki, “İxtisasın tanınması, tədrisin nəticələri və profili ilə bağlı fərqlər (ixtisasın dərəcəsi, təcrübə müddətləri, laboratoriya işləri və.s) oxşar tələblər (tibb və təbiət elmində) və ya qeyri-akademik elementlərin (idman və ya peşə təlimi) ixtisasa daxil edilməsi formasında ola bilər”. Bu Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 346 nömrəli Sərəncamının 1-ci bəndinin icrası ilə əlaqədar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 64 nömrəli qərarı ilə “Xarici dövlətlə rin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları” təsdiq edilmişdir. Qaydaların: -1.2-ci bəndində göstərilmişdir ki, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. - 1.6-cı bəndinə görə, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir. - 2.2-ci bəndində qeyd edilir ki, “xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması proseduru mövcud beynəlxalq sazişlər və tövsiyyələr, təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır - 3.3-cü bəndinə əsasən, təhsilin məzmununun dövlət standartlarına uyğunluğunun müəyyənləşdir ilməsi məqsədi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin elmimetodiki bölmələri və təhsil sisteminin yüksək ixtisaslı mütəxəssislərdən ibarət ekspert qrupu yaradılır. - 3.4-cü bəndinə görə ekspertiza zamanı aşağıdakılar nəzərə alınır: tədris planının və proqramlarının məzmunu; attestasiya sistemləri; öyrənilmiş fənlərin həcmi; fənlər üzrə attestasiyanın nəticələri; istehsalat təcrübəsi və onun müddəti; yekun attestasiyanın nəticəsi. - 3.6-cı bəndinə görə, ekvivalentlik haqqında şəhadətnamənin verilməsinə əsas olan şərtlərdən biri də, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərə uyğunluğudur. - 3.7-ci bəndinə əsasən, 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında şəhadətnamənin verilməsindən imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Sadalanan normalardan görünür ki, xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması zamanı nəzərə alınan əsas meyarlardan biri də təhsilin məzmunu və ixtisasın keyfiyyətinin kifayət qədər olmasıdır və bu hal Qaydalarda nəzərdə tutulmuş ixtisasın tanınmasından imtina üçün nəzərdə tutulmuş 3.7-ci bəndin geniş təfsirinə əsas verir. Cavabdeh orqanın isə diplomun ekvivalentliyi barədə şəhadətnamə verilməsi ilə bağlı ekspertiza keçirmək hüququ «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları»na uyğun olmuşdur. Apelyasiya instansiya məhkəməsi iddianın rədd edilməsi barədə nəticəyə gələrkən qeyd etmişdir ki, iddiaçının 2009-2013-cü illərdə Rusiya Federasiyası Də rbənd şəhərində yerləşən X1 təhsil aldığı "dövlət və bələdiyyə idarəetmə” ixtisası 2-ci ixtisas qrupuna aiddir. İddiaçının 2014-2017-ci illərdə təhsil aldığı RF Admiral F.F.Uşakov adına Dövlət Dəniz Universitetində "Gəmidə enerji qurğularının istismarı” ixtisası isə 1-ci ixtisas qrupuna aiddir. Belə olan halda, iddiaçının ixtisasları fərqli olduğundan "Gəmidə enerji qurğularının istismarı” ixtisası üzrə təhsilini 1-ci kursdan davam etdirməli olduğu halda, 2014-cü ildə RF Admiral F.F.Uşakov adına Dövlət Dəniz Universitetinin birbaşa 2-ci kursuna qəbul olunmuşdur. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, işdə olan iddiaçıya məxsus diplomun surətindən görünür ki, iddiaçının RF Admiral F.F.Uşakov adına Dövlət Dəniz Universitetində təhsil müddəti 5 il (qiyabi təhsil üzrə) nəzərdə tutulsa da, o, adı çəkilən universitetdə 2014-2017-ci illərdə təhsil almışdır ki, bu da tələb olunan təhsilin müddətinə uyğun deyil. Eləcə də işdən müəyyən olunur ki, iddiaçı tərəfindən "Gəmidə enerji qurğularının istismarı” ixtisası üzrə 5 il ərzində 64 fənnin (1162 saat) tədris edilməsi nəzərdə tutulmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Dövlət Sərhəd Xidməti Miqrasiya və Sərhəd Nəzarəti İdarəsi tərəfindən məhkəməyə verilmiş Rusiya Federasiyası ərazisinə keçmə faktları barədə sərhədkeçmə haqqında hesabatdan görünür ki, iddiaçı Dövlət Dəniz Universitetində təhsil dövründə qısa müddətlərdə həmin ölkədə olmuşdur. Göründüyü kimi, iddiaçının qısa müddət ərzində tədris prosesində iştirak etməklə müvafiq tədris pilləsi üzrə müəyyən edilmiş təhsil proqramını mənimsəməsi qeyri-realdır. Beləliklə də məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən diplomun tanınmasından imtina edilməsi işin hallarına, ölkədaxili və beynəlxalq qanunvericiliyə uyğun olduğundan iddiaçının diplomunun tanınmasından imtina edilməsi onun hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası işin hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin iddianın rədd olunması barədə gəldiyi nəticə qanuni və əsaslıdır. Bəhs edilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Kassasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıdakıla ra əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutub, məhkəmə kollegiyası qərara aldı: Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1455/2019 saylı iş üzrə 17 iyul 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-2984/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2984/2019
25.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver