Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2985/2019 30.10.2019 ALİ MƏHKƏMƏ İddiaçının Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iş üzrə (Açar söz: qaçqın statusunun verilməsi) GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qaçqın statusunun verilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(103)-1555/19 saylı 23 iyul 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 30.10.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ H İSSƏ AR Dövlət Miqrasiya Xidmətinin İQ-171/1 nömrəli, 30.11.2018-ci il tarixli “Qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında” Qərarı ilə Əfqanıstan İslam Respublikasının vətəndaşı Yawari Asada qaçqın statusu verilməsindən imtina edilmişdir. AR Dövlət Miqrasiya Xidmətinin 48 nömrəli, 08.02.2019-cu il tarixli “İnzibati şikayətin təmin edilməməsi haqqında” Qərarı ilə “Qaçqın statusunun verilməsindən imtina edilməsinə dair” Dövlət Miqrasiya Xidmətinin İQ-171/1 nömrəli, 30.11.2018-ci il tarixli qərarından Əfqanıstan İslam Respublikasının vətəndaşı iddiaçı tərəfindən verilmiş şikayət əsassız olduğuna görə təmin edilməyərək, qərar dəyişdirilmədən saxlanılmışdır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əfqanıstan İslam Respublikasının vətəndaşı iddiaçı vəsatətinin təmin ed ilərək ona qaçqın statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını, İQ-171/1 nömrəli, 30.11.2018-ci il tarixli “Qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında” Qərarının və AR Dövlət Miqrasiya Xidmətinin 48 nömrəli, 08.02.2019-cu il tarixli “İnzibati şikayətin təmin edilməməsi haqqında” Qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmələrin mövqeyi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1525/2019 saylı, 04 aprel 2019cu il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1525/2019 saylı, 04 aprel 2019cu il tarixli qərarından iddiaçı apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1555/19 saylı 23 iyul 2019-cu il tarixli qərarı ilə iddiaçının ap ellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1525/2019 saylı, 04 aprel 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, qaçqın statusu verilməsi haqqında vəsatətə əsasən ərizəçi ölkəsində qaçqın anlayışında əks olunmuş 5 əsasdan hər hansı birinə uyğun gələn təqibə məruz qaldığını əsaslandıra bilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1555/19 saylı 23 iyul 2019-cu il tarixli qərarından iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə işin faktiki halları məhkəmə tərəfindən tam aydınlaşdırılmamışdır. İddiaçı AİHK-nın 3, 8, 13-cü maddələrinə, AR Konstitusiyasının 60 və 70-ci maddələrinə, İPM-nin 73.1, 81-ci maddələ rinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1555/19 saylı 23 iyul 2019-cu il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı və cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası işə iddiaçı və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1555/19 saylı 23 iyul 2019-cu il tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. «Qaçqınla rın və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən qaçqın Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Göründüyü kimi, şəxsin qaçqın sayılması üçün onun təqibi sadalanan beş səbəbdən biri ilə əlaqədar özünü biruzə verməl idir: irqi əlamət, milli mənşə, dini etiqad, müəyyən sosial qrupa mənsubiyyət və siyası əqidə. Hazırkı iş üzrə qaçqın statusu verilməsi haqqında vəsatətə əsasən ərizəçi ölkəsini qaçqın anlayışında əks olunmuş 5 əsasdan hər hansı birinə uyğun gələn təqibə məruz qaldığını əsaslandıra bilməmişdir. Belə ki, işin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan hallları ilə müəyyən olunur ki, iddiaçı cavabdeh orqanla müsahibə zamanı öz ölkəsində hökümət tərəfindən hər hansı təqiblərə məruz qalmadığını və Azərbaycana gəlməmişdən qabaq hər hansı bir siyası, dini, hərbi və ya ictimai təşkilatın üzvü olmadığını qeyd etmiş və ölkəsini tərk etməsində əsas səbəb kimi ölkədə vəziyyətin pis olmasını, təhsil almağa imkanının olmamasını və iş tapmağın çətin olduğunu göstərmişdir. Həmçinin iddiaçı Ə fqanıstanı tərk etdikdən sonra birbaşa olaraq Azərbaycana gəlməmiş, bir müddət Pakistanda yaşamış, lakin sığınacaq üçün həmin ölkənin lazımi dövlət orqanlarına müraciət etməmişdir. Göründüyü kimi, iddia tələbinin əsası kimi istinad edilən hallar iş materialları ilə sübut edilmir. İddiaçı hazırkı iş üzrə qaçqın statusunun verilməsi üçün zəruri olan faktiki şərtlərin mövcudluğunu sübuta yetirmədiyindən iddia tələbi əsassızdır. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli, 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş, «Qaçqın» statusu verilməsi haqqında vəsatətə baxılması Qaydasının preambulasına əsasən bu Qayda Azərbaycan Respublikasının Konstitusiyasına, «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikasının Qan ununa, Birləşmiş Millətlər Təşkilatının Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyasına, 1967-ci il Protokoluna, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 8 iyul tarixli 148 nömrəli Fərmanına, habelə Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında «Qaçqın» statusunun verilməsi haqqında vəsatətə baxılması qaydasını müəyyən edir. Həmin «Qayda»nın 1-ci bəndinin 3-cü abzasına əsasən «Qaçqın» statusu verilməsi barədə vəsatətlə müraciət edən şəxs vəsatətində «Qaçqın» statusu verilmə xahişinin səbəblərini göstərməklə xüsusi anket blankını doldurmalı, özünün, habelə (himayəsində və qəyyumluğunda olan şəxslər də daxil olmaqla) ailə üzvləri barədə məlumatları göstərməklə ölkəsi, doğulduğu yer, ailə vəziyyəti haqqında m əlumatları qeyd edir, yol sənədini və şəxsiyyətini təsdiq edən sənədi (xarici pasport, yol vəsiqəsi və s.) Dövlət Miqrasiya Xidmətinə təhvil verir. Həmin «Qayda»nın 7-9-cu bəndlərinə əsasən: - «Qaçqın» statusu verilməsi haqqında vəsatət verən şəxslə Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli əməkdaşları müsahibə aparır. Müsahibə fərdi qaydada keçirilir və məzmunu aşkarlanmır. - Müsahibə zamanı şəxs «Qaçqın» statusu verilməsi xahişinin səbəblərini izah edən faktları bildirməli, həmçinin onun yaşadığı yerlər, hərəkət marşrutları, başqa dövlətlərin ərazisində dayanma səbəbləri, həmin dövlətlərdə ona «Qaçqın» statusu verilməsi barədə müraciət edib-etməməsi və digər zəruri faktlar barədə məlumat verməlidir. -«Qaçqın» statusu almaq niyyətində olan şəxs özü barəsində məlumat verməkdən imtina edər sə və ya «Qaçqın» statusu verilməsi xahişinin səbəblərinə dair bilərəkdən yanlış məlumat verərsə, onun vəsatətinə baxılması müxtəlif mərhələlərdə dayandırılır və şəxsə qüvvədə olan qanunvericiliyə uyğun olaraq «Qaçqın» statusu verməkdən imtina edilir. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırkı mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edərək qərar qəbul etmişdir. Qeyd edilənlərə əsasən, Ali Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunaraq qanuni və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1555/19 saylı 23
Məhkəmə qərarları › İş №2-1(102)-2985/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2985/2019
30.10.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver