Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2985/2024 05.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının Ərizəçi İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: yeni açılmış hallarla bağlı icraatın təzələnməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, Ərizəçi İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı pensiyanın yenidən hesablanması” tələbinə dair iş üzrə ərizəçi İddiaçı tərəfindən verilmiş yeni açılmış hallar üzrə icraatın təzələnməsi barədə ərizəyə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)2349/2024 nömrəli qərardadından ərizəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək «iddiaçıya əmək pensiyasının hakimlik stajı və müvafiq əlavələr nəzərə alınmaqla prokurorluq işçisi kimi yenidən hesablanması və yaranmış fərq məbləğinin ödənilməsi» barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4223/2020 saylı iş ü zrə 2 oktyabr 2020-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir.
3. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-430/2021 saylı iş üzrə 6 aprel 2021-ci il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin 2 oktyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
4. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(112)1540/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin 6 aprel 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
5. İş üzrə İddiaçı Bakı İnzibati Məhkəməsinə ərizə ilə müraciət etmiş və sözügedən mübahisəyə dair yeni açılmış hallarla ba ğlı icraatın təzələnməsini xahiş etmişdir.
6. Ərizə onunla əsaslandırılmışdır ki, o, 1986 – 1988-ci illərdə hərbi xidmətdə olmuş, 1989 – 1994-cü illərdə ali hüquq təhsili almış, 10 iyun 1996-cı il tarixdən 8 fevral 2001-ci il tarixədək Qarabağ hərbi prokurorluğunda müstəntiq və böyük müstəntiq, 30 dekabr 2004cü il tarixədək Sumqayıt hərbi prokurorluğunda prokuror-kriminalist və 6 avqust 2008-ci il tarixədək Respublika Hərbi Prokurorluğunda şöbə prokuroru, 6 avqust 2008-ci il tarixdən Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsində və 1 yanvar 2011-ci il tarixdən 6 avqust 2013-cü il tarixədək Tərtər Hərbi Məhkəməsində hakim vəzifələrində işləmişdir. Qarabağ hərbi prokurorluğundakı xidməti güzəştli – “üçqat” sayılmaqla 28 il 7ay 10 gün stajla 8 avqust 2008-ci il t arixdən ona hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. “Güzəştli” müddət və son 24 ayın əməkhaqqı əsas götürülüb hakim stajı daxil edilməklə hərbi qulluqçu pensiyasının 25 il qulluq etmiş prokurorluq işçisi pensiyası ilə dəyişdirilməsi barədə 2015-ci ilin avqust ayından etibarən DSMF-in müvafiq qurumlarına və digər inzibati orqana çoxsaylı müraciətlər etmiş, lakin imtina cavabları almışdır. Bakı İnzibati Məhkəməsinin 2 oktyabr 2020-ci il tarixli qərarında iddianın təmin edilməməsinin əsası kimi “Baş Prokurorluğun komissiyası tərəfindən hər hansı qərarı, aktı qəbul olmadığından hakim stajının prokurorluq orqanlarında qulluq stajı sayılmadığı”, “güzəştli (üçqat) illərin nəzərə alınmasınən faktiki təkrarlanma hesablanması kimi nəticələndiyindən yolverilən hal olmadığı” və “iddiaçıya sabiq hakim kimi əmək pensiyası təyin edilmədiyindən, müvafiq əlavələrin isə bir qismini almadığından və onlardan məcburi dövlət sığorta haqları ödəmədiyindən, onun əmək pensiyasının hesablanmasında fəaliyyətdə olan hakimin əmək haqqına əlavələrin nəzərə alınmasının yolverilən olmadığı” göstərilmişdir. Ali Məhkəmənin 21 sentyabr 2023-cü il tarixli müvafiq qərarında qeyd olunur ki, 2 saylı Bakı İnzibati Məhkəməsinin 2-1(82)-1988/2015 saylı iş üzrə 2015-ci ildə çıxardığı qərarı ilə iddiaçı X1 “məhkəmə hakimi vəzifəsində işlədiyi illərin əmək stajına daxil edilərək ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” iddiası təmin edilməklə onun məhkəmə hakimi vəzifəsində işlədiyi illər əmək stajına daxil edilərək 25 il prokurorluq orqanlarında qulluq etmiş şəxs kimi güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi vəzifəsi DSMF Xəzər rayon şöbəsinin üzərinə qoyulmuşdur. Sözügedən qərarla iddiaçıya məhkəmə qərarı əsasında əmək pensiyası təyin edilərkən 21 il prokurorluq orqanlarında işlədiyi müddət, 4 il isə məhkəmə hakimi vəzifəsində işlədiyi müddət nəzərə alınmış, pensiya hesablanarkən prokurluqda xidmətin son 24 ayı üzrə əməkhaqqı, yəni Bakı Ağır Cinayətlər Məhkəməsinin hakiminə aid əməkhaqqı əsas götürülmüş, onun 2021ci ildə məhkəmə hakimi vəzifəsinin son yaş həddinə çatması ilə bağlı prokurorluq işçisi kimi əmək stajı hakim stajı sayılmaqla cəmi 34 il əmək stajı ilə ona hakimin əmək pensiyası təyin edilmişdir. Sözügedən sübut və hallar mübahisə barədə işə baxılması və həll edilməsi zamanı obyektiv mövcud olsa da, onlar yalnız 21 sentyabr 2023-cü il tarixl i məhkəmə qərarında əks olunduğundan, ona (hazırkı iddiaçıya) 30 oktyabr 2023-cü il tarixdə internet resurslarından məlum olmuşdur. Bundan başqa, Ali Məhkəmənin 2-1(102)1660/2020 saylı iş üzrə 6 oktyabr 2020-ci il tarixli qərarına görə cavabdeh Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun mübahisə doğurmayan mövqeyi ondan ibarət olmuşdur ki, Qarabağ qarnizonu hərbi prokurorluğu Azərbaycan Respublikası Baş prokurorunun 17 mart 1994-cü il tarixli 215-L saylı əmrinə əsasən döyüş əməliyyatları aparılan ərazilərdə olan prokurorluq hesab edildiyindən, «Prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında» Nazirlər Kabinetinin 2002-ci il 31 oktyabr tarixli 168 nömrəli qərarı qəbul edilənədək həmin əmr qüvvədə olmaqla, 17 mart 1994-cü il tarixdən 31 oktyabr 2002-ci il tarixədək olan müddət ərzində Qarabağ qarnizonu hərbi prokurorluğunun işçilərinin xidmətinin bir ayı üç ay hesab edilmişdir. Həmin qərarın 30-cu bəndinə əsasən Ali Məhkəmənin İnzibati Kollegiyası da eyni mövqedə olmuşdur. Qeyd edilən hallar mübahisənin həll edilməsi zamanı mövcud olsa da, ilkin icraat zamanı ona (iddiaçıya) məlum olmadığından həmin xüsustları ilkin məhkəmə icraatı zamanı təqdim edə bilməmişdir. Həmçinin 701 saylı Hərbi hissə komandirinin 16 may 2000-ci il tarixli 675 nömrəli arayışından görünür ki, Qarabağ qarnizonu hərbi prokurorluğunun fəaliyyət göstərdiyi inzibati ərazidə yerləşən həmin hərbi hissə şəxsi heyəti ilə birlikdə 12 may 1994cü il tarixədək (atəşkəs elan olunanadək) döyüşlərdə iştirak etmişdir. İddiaçı ilə heç bir əlaqəsi olmayan həmin arayışın mövcudluğu 15 noyabr 2023 -cü il tarixdə təsadüfən ona məlum olmuşdur. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsi institutunun mahiyyəti ondan ibarətdir ki, qüvvəyə minmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını şübhə altına alan yeni sübutların və faktlarlarm aşkar olunduğu hallarda, ərizəçinin hüquqlarının müdafiəsi baxımından həmin qərarın yenidən yoxlanılmasını həyata keçirmək mümkün olsun. Yalnız mübahisə barədə işə baxılması və həll edilməsi zamanı obyektiv mövcud olan, lakin işə baxan məhkəməyə və ərizəçiyə aşkar və məlum olmayan və ya məlum olması istisna edilən, eyni zamanda işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən və artıq həll edilmiş mübahisənin predmetinə aid faktiki halları təsdiq etmək keyfiyyətinə malik olan sübutlar və ya hüquqi faktlar icraatın təzələnməsini şərtləndirə bilər. Ərizəçi tərəfindən təqdim olunmuş yeni hallar və sübutlar ilkin məhkəmə icraatının gedişində məlum olsaydı, onların məhkəmənin qərarına həlledici təsir göstərəcəyi və ərizəçiyə münasibətdə pozitiv qərarın qəbuluna əhəmiyyətli təsir edəcəyi ehtimalının olub-olmaması da qiymətləndirilməlidir. Bundan başqa, həmin halların işin həlli üçün qeyd edilən əhəmiyyəti əlavə izahatlara bağlı olmamalıdır. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsi yalnız müəyyən zaman çərçivəsində mümkündür. «Məhkəmələr və hakimlər haqqında» Qanunun 79-1-ci maddəsində təsbit edilmişdir ki, vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaş dırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Oxşar faktiki hallardan doğan eyni hüquqi məsələ ilə bağlı əsaslandırılmamış ziddiyyətli məhkəmə qərarlarının davamlı mövcudluğu Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsində və «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsində təsbit edilmiş ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına gətirib çıxarmaqla yanaşı, həm də qanunun aliliyinə əsaslanan dövlətin vacib komponentlərindən biri olan məhkəmə sisteminə inamın azalmasına səbəb ola biləcək hüquqi qeyri-müəyyənlik vəziyyəti ya rada bilər. Vahid məhkəmə təcrübəsinin mövcudluğu məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmalarının sabitliyinin və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsinin təminatı kimi çıxış edir. Qanunun eyni cür tətbiqi hüququn ümumiliyini, qanun qarşısında bərabərliyi və hüquqi müəyyənliyi təmin edir. Hüquqi dövlətdə bu prinsiplərin hakim olması şəxslərin ədalət mühakiməsinə və məhkəmələrə olan inamını artırır, onlara öz hərəkətlərinin hüquqi nəticələrini öncədən görmə imkanı verir. Bundan başqa, vahid məhkəmə təcrübəsinin mövcudluğu oxşar məhkəmə işlərinin həllinin proqnozlaşdırıla bilən olmasını təmin etməklə mübahisələrin məhkəmədənkənar həllinə kömək edir, bununla həm də, son nəticədə ədalət mühakiməsinin səmərəliliyinin və keyf iyyətinin artırılmasına töhfə verilmiş olur. Məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməməsi hüquqi müəyyənlik prinsipinin pozulmasına gətirib çıxarır. Belə ki, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün həm hüquq normaları birmənalı və aydın olmalıdır, həm də xüsusilə məhkəmə təcrübəsində vahid qaydada tətbiq edilməlidir. Bu isə, öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarının müdafiə olunacağına, hüquq tətbiq edənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. Baxılan iş üzrə vahid məhkəmə təcrübəsi mövcud, aydın və birmənalı olduqda, eləcə də həmin təcrübə kifayət qəd ər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər. Bu zaman, şikayətin əvvəllər artıq Ali Məhkəmə tərəfindən baxılmaqla həll edilmiş mahiyyətcə eyni faktiki və hüquqi hallara söykənən işlərlə oxşar iş üzrə verildiyinə də diqqət edilməlidir. İşlərin oxşarlığının qiymətləndirilməsi adətən icraatda tərəflərin müqayisəsini, eləcə də istinad olunan müvafiq faktiki və hüquqi halların mahiyyətcə eyniliyini əhatə edir. Şikayətçidən gözlənilən odur ki, o, həqiqətən də mahiyyətcə yeni şikayət irəli sürməli, yəni, daha əvvəllər məhkəmə tərəfind ən baxılmamış və qiymətləndirilməmiş yeni məlumatlara və dəlillərə istinad etməlidir. Ali Məhkəmədən əsas gözlənilən hüququn eyni cür tətbiq edilməsini və inkişafını təmin etməyə dair ictimai funksiyanın layiqincə yerinə yetirilməsidir. Bu isə aydındır ki, həm də iş yükünün optimallaşdırılmasına, təkrarlanan işlərə baxılmasının qarşısının alınmasına dair tədbirlərin görülməsini tələb edir. Belə tədbirlərin görülməməsi məhkəmə proseslərinin müddətlərinin uzanmasına, şəxslərin hüquqlarının bərpasının yubanmasına, məhkəmələrin əsassız olaraq eyni kateqoriya işlərlə yüklənməsinə gətirib çıxarır, ümumilikdə isə məhkəmə sisteminin səmərəli fəaliyyətinə maneə təşkil edir. Lazımi qaydada əsaslandırılmamış kassasiya şikayətlərinin mümkün sayılmamasına dair prosessual tələblərin müəyyənləşdirilməsi optimallaşdırmanın alətlərindən biri kimi çıxış etməklə ümumi maraqlara xidmət edir. Bununla, kassasiya məhkəməsinin həqiqi funksiyalarını təmin etməyə yönəlmiş həm keyfiyyətli, həm də ağlabatan müddətlərdə fəaliyyət göstərməsinə nail olunur. Beləliklə, X3 Kolleiyasının 6 noyabr 2023-cü il tarixli Qərardadı kassasiya şikayətinin mümkünlüyü məsələsinin həllində şikayətin tərtibi zamanı məhkəmə təcrübəsinin nəzərə alınmasını mütləq şərt olaraq irəli sürür. Bu tələb məhkəməyə müraciətlə əlaqədar konstitusion hüququn məhdudlaşdırılması ilə nəticələnə biləcəyindən “tövsiyə xarakterli” deyil, “ümumməcburi” təbiətə malik olub “qayda” müəyyən etdiyindən Avropa Konvensiyasının dəyərləndirməsinə görə “qanun” sayılır.
7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4223/2020 nömrəli, xx.xx.2024-cü il tarixl i qərardadı ilə ərizəçi İddiaçı “yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair” ərizəsinin təmin edilməməsi qərara alınmışdır.
8. Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, ərizəçinin bildirdiyi “digər oxşar inzibati mübahisə üzrə məhkəmə qərarı” və “müvafiq hərbi hissə komandirinin əmri” ilə bağlı xüsusatların ilkin icraatda ona – iddiaçıya (ondan asılı olmayan səbəblərdən) məlum olmaması istisna edilmir və bu faktı təkzib edən hallar ərizəyə baxılması üzrə icraatda müəyyən olunmur. Ərizəçinin dəlilləri dolayısı ilə onun statusu – prokurorluq əməkdaşı olması ilə əlaqəli olmasına baxmayaraq, bu dəlillər özündə hazırkı iş üzrə iddianın mahiyyətinə mühüm təsir edən xarakterli xüsusatları daşımır. Bundan başqa, oxşar inzibati mübahisə üzrə məhkəmə qərarı yeni sübut və ya hal qi smində qiymətləndirilə bilməz. Ərizəçinin dəlilləri İPM-in 100-cü maddəsində nəzərdə tutulan kriteriyaları (sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə) ödəsə də, “yeni açılmış hallar” kimi icraatın təzələnməsinə əsas vermir. Belə olan halda, İPM-in 106-cı maddələrinin tələblərinə əsasən ərizə təmin edilə bilməz.
9. Ərizəçi həmin qərardaddan apellyasiya şikayəti vermişdir. b. Apellyasiya instansiya məhkəməsində icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(103)-2349/2024 nömrəli qərardadı ilə (hakimlər: Ş.Məmmədova (sədrlik edən və məruzəçi), M.Qarayeva və P.Hüseynov) apellyasiya şikayəti təmin edilmədən, birinci i nstansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, Ərizədə və apellyasiya şikayətində “digər oxşar inzibati mübahisə üzrə məhkəmə qərarı” və müvafiq hərbi hissə komandirinin arayışı (birinci instansiya məhkəməsinin qərardadında “əmr” qeyd olunmuşdur.) ilə bağlı xüsusatların ilkin icraatda ona – iddiaçıya (ondan asılı olmayan səbəblərdən) məlum olmaması istisna edilmir və bu faktı təkzib edən hallar ərizəyə baxılması üzrə icraatda müəyyən olunmur. Lakin ərizəçinin dəlilləri dolayısı ilə onun statusu – prokurorluq əməkdaşı olması ilə əlaqəli olmasına baxmayaraq, bu dəlillər özündə hazırkı iş üzrə iddianın mahiyyətinə mühüm təsir edən xarakterli xü susatları daşımır. Bundan başqa, oxşar inzibati mübahisə üzrə məhkəmə qərarı yeni sübut və ya hal qismində qiymətləndirilə bilməz. Odur ki, məhkəmənin qənaətinə görə ərizəçinin dəlilləri İPM-in 100cü maddəsində nəzərdə tutulan kriteriyaları (sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə) ödəsə də, “yeni açılmış hallar” kimi icraatın təzələnməsinə əsas vermir. Yeni açılmış hallar üzrə işə yenidən baxılması mərhələsində məhkəmə səhvləri, məhkəmə qərarlarının əsaslı olmaması, maddi hüquq normalarının məhkəmə tərəfindən düzgün tətbiq edilməməsi və ya prosessual qanunvericilik normalarının pozulması və ya digər təftiş məsələləri araşdırılmır. Bu icraat prosesində qərar qəbul edilərkən işin nəticəsinə əhəmiyyətli şəkildə təsir edəcək və ya iş üçün xüsusi əhəmiyyət kəsb edən hallar araşdırılır. Məlum olmayan və ya ola bilməyən yeni açılmış hal o zaman iş üçün əhəmiyyətli hesab olunur ki, onun məlum olması mahiyyətcə məhkəmə araşdırması nəticəsində ədalətli qərarın çıxarılmasına xidmət etsin.
12. Apellyasiya məhkəməsi İnzibati Prosessual Məcəlləsinin 78, 101, 103.1, 103.2, 106, 117.1.1-ci maddələrinə istinad etmişdir.
13. Ərizəçi həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və “yeni açılmış hallar”la bağlı ərizəni icraata götürülməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
14. Kassasiya şikayətinin dəlilləri ərizənin dəlilləri ilə eynilik təşkil edir. b. kassasi ya şikayətinə etirazın dəlilləri
15. Cavabdeh kassasiya şikayətinə etiraz təqdim edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)-2349/2024 nömrəli qərardadını dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
16. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati m übahisələrə dair iş üzrə qərarı qətidir. Maddə
100. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Maddə
103. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə ilə müraciət etmək üçün müddət 103.1. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. 103.2. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 i l keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. 103.3. Bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. Maddə
104. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin məzmunu 104.1. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizədə aşağıdakılar göstərilməlidir: 104.1.1. mübahisə edilən məhkəmə qərarı haqqında məlumat; 104.1.2. icraatın təzələnməsi üçün əsaslar; 104.1.3. məhkəmə qərarının mübahisə edilən hissəsi və ya həcmi barədə məlumat; 104.1.4. ərizənin bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətdə verildi yini təsdiq edən sübutetmə vasitələri haqqında məlumat. 104.2. Ərizəyə yeni sübutlar və hallar barədə sənədlərin, habelə başqa müvafiq sənədlərin əsli və ya surəti əlavə olunur. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
18. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət ed ilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
20. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsi institutunun mahiyyəti ondan ibarətdir ki, qüvvəyə minmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını şübhə altına alan yeni sübutların və faktların aşkar olunduğu hallarda, ərizəçinin hüquqlarının müdafiəsi baxımından həmin qərarın yenidən yoxlanılmasını həyata keçirmək mümkün olsun. Lakin bununla bağlı nəzərə almaq lazımdır ki, yalnız mübahisə barədə işə baxılması və həll edilməsi zamanı obyektiv mövcud olan, lakin işə baxan məhkəməyə və ərizəçiyə aşkar və məlum olmayan və ya məlum olması istisna edilən, eyni zamanda işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən və artıq həll edilmiş mübahisənin predmetinə aid faktiki halları təsdiq və ya təkzib etmək keyfiyyətinə malik olan sübutlar və ya hüquqi faktlar icraatın təzələnməsini şərtləndirə bilər.
21. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsi zamanı həmçinin tərəfin təqsiri ilə bağlı qanunvericiliyin tələbi də nəzərə alınmalıdır. Belə ki, yalnız mübahisənin həll edilməsi zamanı mövcud olan, lakin ərizəçinin təqdim edə bilmədiyi və təqdim etmək imkanına malik olmadığı sübutlar və hallar yuxarıda istinad olunan normanın təsir dairəsi ilə əhatə olunur. Bu mənada ilkin icraat zamanı ərizəçi tərəfindən yol verilmiş ehtiyatsızlıq onun ziyanına təfsir edilməlidir. Ərizəçinin diqqətli olacağı təqdirdə, həmin sübutların və halların aşkar edilməsi və ya müəyyən edi lməsinin (məhkəməyə təqdim edilməsinin) mümkün olduğu və ya bunun ehtimal olunduğu hallarda da həmin qayda tətbiq olunmalıdır. Bu qaydanın tətbiqi ehtiyatsızlığın ərizəçinin məsuliyyət sferasına və risklərinə aid edilməsindən irəli gəlir.
22. Bu zaman həm də nəzərə almaq lazımdır ki, ərizəçi tərəfindən təqdim olunmuş yeni hallar və sübutlar ilkin məhkəmə icraatının gedişində məlum olsaydı, onların məhkəmənin qərarına həlledici təsir göstərəcəyi və ərizəçiyə münasibətdə pozitiv qərarın qəbuluna əhəmiyyətli təsir edəcəyi ehtimalının olub-olmaması da qiymətləndirilməlidir. Bundan başqa, həmin halların işin düzgün həlli üçün qeyd edilən əhəmiyyəti əlavə izahatlara bağlı olmamalıdır.
23. Hazırkı mübahisəyə münasibətdə məhkəmə kollegiyası apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, “digər oxşar inzibati mübahisə üzrə məhkəmə qərarı” və müvafiq hərbi hissə komandirinin arayışı (birinci instansiya məhkəməsinin qərardadında “əmr” qeyd olunmuşdur.) ilə bağlı xüsusatların ilkin icraatda ona – iddiaçıya (ondan asılı olmayan səbəblərdən) məlum olmaması istisna edilmir və bu faktı təkzib edən hallar ərizəyə baxılması üzrə icraatda müəyyən olunmur. Bundan başqa, oxşar inzibati mübahisə üzrə məhkəmə qərarı yeni sübut və ya hal qismində qiymətləndirilə bilməz.
24. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, yeni açılmış hallarla bağlı icraatın təzələnməsi üçün bu qərarın 16-cı bəndində istinad olunan normalarda təsbit olunmuş aşağıdakı dispozisiya şərtləri mütləq ödənilmiş olmalıdır: yeni sübutlar və ya hallar ilkin məhkəmə icraatı zamanı obyektiv mövcud olmalıdır; həmin sübutların və ya halların mövcud olduğu məhkəməyə və tərəfə məlum olmamalıdır; həmin sübutlar və ya hallar sonradan, yəni qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə başa çatmış məhkəmə icraatından sonra aşkar və ya məlum olmalıdır; həmin sübutların və ya halların ilkin icraat zamanı təqdim olunmaması ərizəçidən asılı olmayan səbəblərə bağlı olmalıdır; işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb etməlidir; bu şərtlər birlikdə və eyni zamanda mövcud olmalıdır.
25. Lakin hazırkı ərizəyə münasibətdə qeyd olunan dispozisiya şərtlərinin mövcudluğu, yəni ərizəçinin istinad etdiyi hal, iş üzrə icraatın təzələnməsinə əsas ola bilən hal kimi qiymətləndirilə bilməz.
26. Beləliklə, apellyasiya instansiyası məhkəməsi işə baxarkən prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Ona görə də, kas sasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
27. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(103)-2349/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.